Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuks səhləbi
Klaus Fuks
Emil Fuks (tam adı: Emil Yulius Klaus Fuks, alm. Emil Julius Klaus Fuchs‎; 29 dekabr 1911[…], Rüsselhaym[d], Almaniya imperiyası – 28 yanvar 1988[…], Şərqi Berlin, ADR) — Almaniya fiziki və nəzəriyyəçisi. == Həyatı == Alman teoloqu Emil Fuks və Elza Fuksun ailəsində anadan olmuşdur. 1932-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuşdur. 1933-cü ildə Fransaya və sonradan İngiltərəyə köçmüşdür.1937-ci ildə Bristol universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. İkinci dünya müharibəsi başladıqdan sonra, düşmən ölkə vətəndaşı kimi bir il yarım təcridxana düşərgəsində keçirmiş, həmin müddət ərzində digər təcrid edilmiş şəxslərə fikizi üzrə mühazirələr oxumuşdur. 1941-ci ildə uranın böhran kütləsinin müəyyən edilməsi və izotopların parçalanması problemləri ilə məşğul olan Rudolf Payerlsin qrupuna qoşulmuşdur. Elə həmin il Almaniyanın SSRİ-yə qarşı hücuma keçməsindən sonra, Fuks sovet kəşfiyyatçıları ilə əlaqə yaratmış və Britaniya alimlərinin nüvə silahı sahəsindəki məlumatlarını onlara ötürmüşdür. 1943-cü ildə Payerlsin tövsiyəsi əsasında Manhetton layihəsinə üzv olmuşdur. Payerls Fuks haqqında demişdi: "Mən bilirəm ki Fuks öz mülahizələri əsasında hərəkət edirdi.
Fuks boşləçəyi
Karl Fuks
Karl Fyodoroviç Fuks (alm. Karl Friedrich Fuchs‎, 18 [6] sentyabr 1776–24 [12] aprel 1846) — alman mənşəli rus botanik, etnoqraf, tarixçi və arxeoloq. İmperator Kazan Universitetinin professoru (1805-ci ildən) və rektoru (1823–1827).
Massimiliano Fuksas
Massimiliano Fuksas — İtaliyalı memar. 1944-cü ildə Romada doğulub. O, 1969-ci ildə Romada yerləşən Roma Sapienza Universitetini bitirib və burada özünün ilk ofisini açıb. Həmin universitetdə təlimatçı və araşdırmaçı kimi çalışan Fuksas çox universitetdə qonaq professor olaraq dərslər verib. 1994-1997 -ci illər arasında Berlin və Salzburgda şəhər planlama komissiyalarında məsləhətçi memar olaraq çalışıb. 1989-da Paris ofisini açıb. Peşəkar və şəxsi həyatını Paris və Roma arasında keçirən memar 1993-cü ildə Vyana ofisini qurmuşdur. Berlinin şəhər inkişaf etdirmə və ətraf qoruma administrativ məclisi üzvlüyü və Salzburg Bələdiyyəsi idarə heyəti üzvlüyü vəzifəsində çalışmışdır. 1998-ci ilin iyulunda Buenos Aires Memarlıq Bienalində Vitruvio Internacional Trayectoria və 1999-cu ildə "Grand Prix d'Architecture Française" mükafatına layiq görülüb.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
Faks
Faks (ing. Fax,Telecopying,Telefax) — skanerləşdirilmiş və çap olunmuş materialı telefon vasitəsilə (mətn və şəkillər də), adətən bir printer və ya digər çıxış cihaza bağlı bir telefon nömrəsinə ötürülməsidir.
Foks
Foks (ad)
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926[…], Puatye, Vyenna, Fransa – 25 iyun 1984[…], XIII arondisman, Fransa və ya Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. == Həyatı == Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi. Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır. 1984-cü il 2 iyunda Fuko qəşş etdi və xəstəxanaya yerləşdirildi.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Faks-modem
Faks-modem (ing. fax modem) – kompüterə faksimil məlumatlarını göndərməyə və qəbul etməyə imkan verən modem. Kompüterin genişləndirmə lövhəsi (EXPANSİON BOARD) şəklində olan faks-modem kartında faksimil aparatının bir çox funksiyaları gerçəkləşdirilib. Müasir dövrdə müxtəlif problemlərin həll edilməsi üçün istifadəçilər İnternet şəbəkəsindən istifadə etməyə böyük üstünlük verirlər. Bu şəbəkənin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Foks eksperimenti
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. == Araşdırılması == Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Fuko rəqqası
Yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün cihazdır. 1851-ci ildə Paris Panteonunda L.Fuko bu təcrübəni göstərmişdir. Leninqradda İsaakiyevski soborun tavanından 98 m uzunluğunda belə bir rəqqas asılmışdır. Rəqqas hərəkətə gətirildikdən bir neçə dəqiqə sonra onun yelləndiyi müstəvi Yerin fırlandığı istiqamətin əks tərəfinə xeyli meyl edir ki, bu da Yerin fırlanmasını sübut edir.
Klaudia Luks
Klaudia Luks (d. 24 mart 1950, Qladbek, Şimali Reyn-Vestfaliya) — IFLA Milli Komitəsinin üzvü, professor, alman kitabxanaçı. == Həyatı == Sosial elmləri araşdırmadan sonra 1985-ci ildə Boxum Rur Universitetində sinologiya sahəsində doktorluq dissertasiyasını aldı. Bundan sonra, Ali Kitabxana Xidmətində təhsilini tamamladı. Berlin Dövlət Kitabxanasının Şərqi Asiya şöbəsində işləmiş və bir sıra tədqiqat layihələrində iştirak etmişdir. 1997-ci ildə de:Zentral- und Landesbibliothek Berlin (ZLB) şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunmadan əvvəl, Senat Berlin Kitabxanasının direktoru olmuşdur. 1995-ci ildən 2004-cü ilə qədər Alman Kitabxana Assosiasiyasının idarə heyətinin üzvü olub və IFLA Milli Komitəsinin üzvüdür. 2005-ci ilin iyun ayında 2007–2009-cu illərdə IFLA prezidenti seçilmişdir. O, Aleks Birne, Qustav Hofmann və Hans-Peter Qeh-dən sonra bu vəzifəni icra edən üçüncü Alman mənsubiyyətli vətəndaş və varis olmuşdur. 2006-cı ildən Klaudia Luks Berlin Humboldt Universitetinin Kitabxana və İnformasiya Elmləri İnstitutunda fəxri professor olmuşdur.
Meqan Foks
Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009). Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. 1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub.
Metyu Foks
Metyu Foks (ing. Mathew Fox; 14 iyul 1966) amerikalı kinoaktyordur. O, 14 iyul 1966-cı ildə ABŞ-nin Pensilvaniya ştatında anadan olmuşdur. Əsasən, Lost teleserialında ifa etdiyi baş roldan sonra populyarlıq qazanmışdır.
Mişel Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926[…], Puatye, Vyenna, Fransa – 25 iyun 1984[…], XIII arondisman (Paris), Fransa) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi. Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır.
Qay Foks
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı – 31 yanvar (10 fevral) 1606, Vestminster, İngiltərə krallığı) — O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır. Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.
Qovuqşəkilli fukus
Qovuqşəkilli fukus (lat. Fucus vesiculosus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinin fucus cinsinə aid xromist növü.
Samanta Foks
Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Leon Fuko
Jan Bernar Leon Fuko (fr. Jean Bernard Léon Foucault; 18 sentyabr 1819[…], Paris – 11 fevral 1868[…], Paris) — fransız fiziki, mexanik və astronom, Paris Elmlər Akademiyasının üzvü (1865) . Berlin Elmlər Akademiyasının üzvü, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1860), London Kral Cəmiyyətinin xarici üzvü (1864) olmuşdur. 1845-ci ildən Journal des Debats-ın elmi şöbəsinə redaktorluq etmişdir. 1855-ci ildə Paris Rəsədxanasına fizik təyin edilmiş və tezliklə Uzunluqlar Bürosunun üzvü seçilmişdir. O, daha çox Fuko kəfkirinin yaradıcısı və giroskopun ixtiraçısı kimi tanınır.