Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Furfurol
Furfurol C5H4O2 (2 –furankarbaldehid, furfural)-aldehiddir, furanın törəməsidir. Təzə çovdar çörəyi və badam iyi verən mayedir. == Alınması == Furfurol, müxtəlif kənd təsərrüfatı tullantılarının(qarğıdalı özəyinin, kəpəyin , latınca furfur-kəpək, samanın) sulfat turşusu ilə qaynadılması zamanı alınan pentozanların turşusunun təsirindən hidrolizə uğrmasından alınır. Reaksiya zamanı furfurol su buxarı ilə birlikdə ayrılır. == Fiziki xassələri == Furfurol – yüksək dərəcədə qaynayan sarı mayedir. Əksər polyar orqanik həlledicilərdə yaxşı, suda və alkanlarda az həll olur. == Kimyəvi xassələri == Furfurolun kimyəvi xassələri aromatik aldehid olan benzaldehidlə oxşardır. Eynən benzaldehid kimi qələvi ilə təsir etməklə Kanisarro reaksiyasına girərək furankarbon turşusunun duzuna və furfurol spirtinə parçalanır. 2C5H4O2 →KOH C4H3COOK + C4H3OCH2OH Havada furfurol öz-özünə oksidləşir, nəticədə qarışqa turşusu və 2-formilakril turşusu əmələ gəlir. Dils-Alder reaksiyasında dien kimi iştirak edir.
Callicarpa pentandra f. furfuracea
Callicarpa pentandra (lat. Callicarpa pentandra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geunsia pentandra (Roxb.) Merr.
Geunsia furfuracea
Callicarpa pentandra (lat. Callicarpa pentandra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geunsia pentandra (Roxb.) Merr.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Darfur
Darfur (region) (ərəb. دار فور‎; «fur xalqının torpağı») — Sudanın qərbində region, etnik münaqişə zonası - Darfur münaqişəsi. 1994-cü ildə Şimali Darfur, Qərbi Darfur və Cənubi Darfur ştatlarına bölünüb. Darfur (yaylaq) — Qərbi Sudanda Çad gölü ilə Ağ Nil arasında yaylaq. Darfur (şəhər, Minnesota) — Minnesota (ştat) şəhər, ABŞ. Darfur sultanlığı — XVI əsrin əvvəlindən 1916-cı ilədək müasir Sudan ərazisində mövcud olmuş sultanlıq.
Forfar
Forfar (ing. Forfar, şot.kelt Baile Fharfair) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Adi qurqur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Bucaq (Burdur)
Bucaq (türk. Bucak) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. == Tarixi == Şəhərin tarixi adı "Oğuzxan" olmuşdur. 1926-cı ildə onun adı dəyişdirilərək "Bucaq" adlandırılmışdır.
Burbur (Urmiya)
Burbur (fars. بوربور‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (35 ailə).
Burdur gölü
Burdur gölü (türk. Burdur Gölü) ― Türkiyədə göl. Türkiyənin cənub-şərqində, Aralıq dənizi regionunda, Burdur və İsparta illəri arasında yerləşir. Göl Söyüt dağ və Suludərə Yayla dağı arasında yerləşir.
Burdur ili
Burdur — Türkiyədə il.
Darfur (region)
Darfur (ərəb. دار فور‎; "fur xalqının torpağı") — Sudanın qərbində region, hakimiyyət qoşunları, ərəblərdən ibarət hökumət yönümlü qeyri-formal "Cancavid" dəstələri və qiyamçı yerli neqroid dəstələri arasında qanlı toqquşmalara çevrilmiş Darfur münaqişəsi rayonu. Regionda referendum keçirilməlidir. Əhali Darfurun bir neçə ştatdan ibarət olması və ya vahid muxtar region olmaqla öz konstitusiyasına və hökumətinə malik olması variantlarından birini seçməlidir. == İnzibati bölgüsü == Vilayət 5 ştata bölünür: Qərbi Darfur, Cənubi Darfur, Şimali Darfur, Şərqi Darfur və Mərkəzi Darfur. Regiona Müvəqqəti Hökumət rəhbərlik edir. == Mənbə == Darfur sultanlığının monetləri Arxivləşdirilib 2011-02-03 at the Wayback Machine == Ədəbiyyat == Arkell, A. J., "A History of Darfur. Part II: The Tunjur etc", Sudan Notes and Records, 32, 2 (1951), 207–238. Daly, M. W., Darfur's Sorrow: A History of Destruction and Genocide, Cambridge 2010. Elliesie, Hatem, "Sudan under the Constraints of (International) Human Rights Law and Humanitarian Law: The Case of Darfur", in Hatem Elliesie (ed.), Islam and Human Rights / al-islam wa-huquq al-insan, Frankfurt, Berlin, Bern, Bruxelles, New York, Oxford, Vienna 2010, pp.
Darfur (yaylaq)
Darfur düzənliyi Afrikada Nilin qolu(Ağ Nil) ilə Çad gölü arasında yerləşir. Həmçinin bir çox xəritələrdə "Marra Platosu" kimi qeyd edilir.Onun cənubunda Himbala dağı(3088m), Şimalında Tibesti yaylası, Qərbində Çad gölü,Şərqində isə Ağ Nil yerləşir.
Darfur regionu
Darfur (ərəb. دار فور‎; "fur xalqının torpağı") — Sudanın qərbində region, hakimiyyət qoşunları, ərəblərdən ibarət hökumət yönümlü qeyri-formal "Cancavid" dəstələri və qiyamçı yerli neqroid dəstələri arasında qanlı toqquşmalara çevrilmiş Darfur münaqişəsi rayonu. Regionda referendum keçirilməlidir. Əhali Darfurun bir neçə ştatdan ibarət olması və ya vahid muxtar region olmaqla öz konstitusiyasına və hökumətinə malik olması variantlarından birini seçməlidir. == İnzibati bölgüsü == Vilayət 5 ştata bölünür: Qərbi Darfur, Cənubi Darfur, Şimali Darfur, Şərqi Darfur və Mərkəzi Darfur. Regiona Müvəqqəti Hökumət rəhbərlik edir. == Mənbə == Darfur sultanlığının monetləri Arxivləşdirilib 2011-02-03 at the Wayback Machine == Ədəbiyyat == Arkell, A. J., "A History of Darfur. Part II: The Tunjur etc", Sudan Notes and Records, 32, 2 (1951), 207–238. Daly, M. W., Darfur's Sorrow: A History of Destruction and Genocide, Cambridge 2010. Elliesie, Hatem, "Sudan under the Constraints of (International) Human Rights Law and Humanitarian Law: The Case of Darfur", in Hatem Elliesie (ed.), Islam and Human Rights / al-islam wa-huquq al-insan, Frankfurt, Berlin, Bern, Bruxelles, New York, Oxford, Vienna 2010, pp.
Farfar (Mərənd)
Farfar (fars. فارفار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (188 ailə).
Fırfır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Pachyptila turtur
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Purpur söyüd
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Streptopelia turtur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Yaxalıqlı qurqur
Yaxalıqlı qurqur (lat. Streptopelia decaocto) — Göyərçinkimilər dəstəsinə daxil olan quş növü. Yaxalıqlı qurqur Çöl göyərçini boyda olurlar. Uzunluqları 31 ilə 33 sm-ə çatır. Bununla belə daha yüngül və quyruğu daha uzun olması ona daha incə və zərif görünüş verir. Qanadları arasında məsafə 47 ilə 55 sm arasında dəyişir. Bədən çəkisi 150 ilə 200 qr arasındadır. Növün fərqli bir xüsusiyyəti başın arxasındakı qara açıq bir halqadır. Cinsi dimorfizm yoxdur. Gənc quşlarda başın arxasında qara yarım üzük yoxdur.
Forur adası
Forur adası (fars. فرور بزرگ‎‎) — Hind okeanının Fars körfəzində İrana məxsus ada. Kiş adasının cənub-şərqində, Bəndər Abbasdan təxminən 230 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Hörmüzgan ostanın Əbumusa şəhristanı Mərkəzi bəxşinə daxildir. Ən hündür nöqtəsi 162 m-dir. Adada mayak var.. 16 km cənub-qərbdə Bəniforur adası yerləşir.
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.