Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günel
Günel — Qadın adı.
Günel Anarqızı
Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür. 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur. == Ailəsi == 2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli). Yazıçı Anarın qızıdır. Akademik Zemfira Səfərovanın qızıdır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəylinin nəvəsidir.
Günel Babayeva
Günel Rafiq qızı Babayeva — məşhur "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2013-cü ilinin yay seriyasının "Büllur bayquş" sahibi. == Həyatı == Günel Babayeva 7 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və buranı 2011-ci ildə bitirib. Hobbiləri — musiqi, ədəbiyyat və kinoyadır. Sevdiyi rəng — narıncı, səyahət etmək üçün ən sevimli yeri — Avropadır.
Günel Həmidova
Günel Həmidova- Azərbaycan kino və teleserial aktrisası. == Həyatı == 24 oktyabr 1985 ci ildə Bakı şəhərində anadan olub. 176 nömrəli məktəbdə təhsilini başa vuruqdan sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” ixtisası üzrə ali təhsilini Fərqlənmə diplomuyla bitirmişdir. Hal-hazırda aktrisa kimi fəaliyyət göstərsə də zaman-zaman müxtəlif kanallarda aparıcılıq sənətilə də məşğul olmuşdur. == Filmoqrafiya == Öncəliklə aktrisalıq fəaliyyətinə Bakı uşaq teatrında başlayan Günel Həmidova hal-hazırda bu fəaliyyətini müxtəlif film və seriallarda rol almaqla davam etdirir. Xəzər tvdə nümayiş olunan “Həyat varsa” telesrialının bəxtsiz gəlin buraxlışında “Aysu” obrazını, “Gözlənilməz zəng” adlı buraxlışında isə “Nərmin” obrazını canlandırıb. Bundan başqa onun digər qısa metrajlı filmi “Tələs ömrümə” filmi olmuşdur ki burda o “30 yaşlı, subay müəllimə” rolunu canlandırıb. 2013-2016 cı illərdə Xəzər tvdə nümayiş olunan “Bir ailəm var” teleserialında “Səma” obrazında tamaşacıların qarşısına çıxan Günel Həmidova hal-hazırda Atv kanalında nümayiş olunan “Sən olmasaydın” adlı teleserilın “Ləman” adlı obrazıyla, ARB kanalında nümayiş olunan "Uçurum" teleserialında Nərminə rolu ilə çıxış edir.Xəzər tv də yayımlanan "Qayıdış"serialında Qumru obrazında çıxış edir == Xarici keçidlər == Tələs Ömrümə filmi Həyat Varsa.
Günel Musəvi
Günel Musəvi (30 iyun 1980, Bakı) — teleaparıcı, müğənni. == Həyatı == Günel Musəvi 30 iyun 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1995-ci illərdə 46 nömrəli orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetini bitirib. Universitetdə KVN-Şən və Hazırcavab komandasında aparıcı aktrisalardan biri olub. 1998-ci ildə Bakıda Universitetlər arasında "Təfəkkür" Universiteti çempion adını qazanıb. 1999-cu ildə 106 FM Radiosunda DJ-aparıcı vəzifəsində çalışmağa başlayıb. Bir il orada Emin Musəvi ilə bərabər "Yuxudan oyan" verilişinin aparıcısı olub. Daha sonra — 2000-ci ildə ABA telekanalında öncə Azərbaycanda ilk yerli hit paradı — "Qızıl onluq" verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili "100%" verilişində aparıcılıq edib.
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Günel Məmmədova
Günel Əzizağa qızı Məmmədova (d. 12 mart 1986) — azərbaycanlı aktrisa. == Həyatı == Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib. == Fəaliyyəti == 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən "İbrus" teatrında fəaliyyət göstərir. Uşaqlıq illərindən bəzi kino filmlərə çəkilmişdir.
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Günel Tağıyeva
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Əlibəyli (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Günel Zeynalova
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — Əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi:01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Günel Şakir
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Əlibəyli (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Azeri Kızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — Əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi:01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Azəri Qızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — Əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi:01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. KəndlərGüney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə)ŞəxslərYılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Aysel Gürel
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Güney (Qaraqoyunlu)
Güney — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən güney sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25. V. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Güney (Xudabəndə)
Güney (fars. گوناي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (45 ailə).
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni müsabiqələrin və mübarizənin sahəsi olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. 7-ci əsrdə bölgəni Xilafətin ələ keçirməsi ilə Cənubi Qafqazda İslam yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Güney dağı
Güney dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663,0 metr hündürlüyü olan dağ. Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.
Sadullah Güney
Sadullah Güney (türk. Sadullah Güney; 1883 – 18 iyun 1945, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1902-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini, 1905-ci ildə isə Osmanlı Hərbi Kollecini bitirdi. 6 iyul 1921-ci ildə İneboluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. Müharibə zamanı 16-cı briqadanın komandiri və Qərb Cəbhəsinin Ankara Mənzil müfəttişi vəzifəsində çalışmışdır. 21 iyul 1928-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Türkiyə Böyük Millət Məclisinin V (Aralıq seçkisi), VI və VII dövrlərində Muğlanın millət vəkili olmuşdur. 18 iyun 1945-ci ildə İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Osmaniyyə ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 167.
Saruhan Hünel
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. == Həyatı == Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Seden Gürel
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. == Həyatı == Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Yusuf Güney
Yusuf Güney (5 iyun 1984 )—türk pop ifaçısı və bəstəkarı.
Yılmaz Güney
Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana – 9 sentyabr 1984[…], 14-cü Paris dairəsi[d]) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur. == Həyatı == === Filmdən əvvəl === Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
ARB Günəş
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. == Tarixçə == Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib."ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.
Aysel Gürəl
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir.Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əbcəd گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əbcəd آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əbcəd ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan, Qəzvin, Həmədan, Kürdüstan ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir. Göstərilən sərhədlər çərçivəsində Cənubi Azərbaycan ərazisinin şərqdən qərbə eni 375 km-dir. Əlverişli coğrafi mövgeyə malikdir. İstər şimal-cənub istərsə şərq-qərb istiqamətində keçən dəmir və avtomobil yollarının üzərində yerləşir.
Günəş (Beyləqan)
Günəş — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == GünəĢ Beyləqan r-nunun Örənqala i.ə.v.-də qəsəbə. Mil düzündədir. Yaşayış məntəqəsini 1954-cü ildə Cəbrayıl r-nunun Sirik və Nüsüs kəndlərindən köçüb gəlmiş ailələr Komsomolun 50 illiyi adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışdılar. 1965-ci ildə qəsəbəyə rəmzi olaraq Günəş adı verilmiĢdir.
Günəş (dəqiqləşdirmə)
Günəş — ulduz Günəş (jurnal) — Bakıda nəşr olunmuş jurnal Günəş (qəzet) — Bakıda nəşr olunmuş qəzet Günəş (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Günəş (heraldika) — heraldikada istifadə edilən fiqurlardan biri.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. == Günəş təsviri olan bayraqlar == == Mənbə == James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. == Tarixi == İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. == Mövzusu == "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.