Güney dağı

Güney dağıNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663 metr hündürlüyü olan dağ.

Güney dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1663,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.