Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Odadavamlı gillər
Odadavamlı gillər - odadavamlı materiallar (kərpic, tigel, tökmə qumlarının sementi və keramika) istehsalında işlənən və odadavamlılığı 1580° C-də yüksək olan suda islanmayan plastik gillər. Odadavamlı gillər tərkibində kaolinit, montmorillonit, illit, bəzilərində isə diaspor və başqa minerallar üstünlük təşkil edir. Gillərin odadavamlılığı onların tərkibində illit və başqa qarışıqlaylı mineralların miqdarının artması ilə azalır və əksinə, kaolinitin miqdarı artdıqca yüksəlir. == Həmçinin bax == Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Balazər Xanım (Xoy)
Qalaser
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qalasər
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Qalasər (Salmas)
Qalasər (fars. قلعه سر‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.
Andropogon glaber
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Daucus glaber
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Elephantopus glaber
Pseudelephantopus (lat. Pseudelephantopus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Pseudelephantopus spicatus (B.Juss. ex Aubl.) Rohr ex C.F.Baker == Sinonim == Cins Növ Ageratum dubium Blanco Ageratum quadriflorum Blanco Distreptus spicatus (B.Juss. ex Aubl.) Cass.
Eli Qlader
Eli Qlader - tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.
Geropogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Geropogon hybridus (L.) Sch.Bip.SinonimTragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Lotus glaber
Lotus glaber (lat. Lotus glaber) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Rubus glaber
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Senecio glaber
Senecio glaber (lat. Senecio glaber) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Tragopogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Geropogon hybridus (L.) Sch.Bip.SinonimTragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur.Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir. Lazer epilyasiyası üçün istifadə olunan cihazlar: Alexandrite Lazer (755 nm), Nd-Yag Lazer (1064 nm), Diode Lazer (810 nm.) kimi müxtəlif dalğa sürətlərində işləyən cihazlardır.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Lazer hədəf təyinedici
Lazer hədəf təyinatçısı bir hədəfi təyin etmək üçün istifadə olunan lazer işığı mənbəyidir. Lazer təyinedicilər sırasıyla Paveway seriyası bombaları, AGM-114 Hellfire və ya M712 Copperhead mərmiləri kimi lazerlə idarə olunan bombalar, raketlər və ya həssas artilleriya sursatlarının hədəflənməsini təmin edir. Hədəf bir təyinedici tərəfindən qeyd edildikdə, şüa görünmür və davamlı parlamır. Bunun əvəzinə bir sıra lazer işığının kodlanmış impulsları atılır. Bu siqnallar hədəfdən göyə sıçrayır və burada lazerlə idarə olunan döyüş sursatında axtaran tərəfindən aşkar edilir və sursat özünü əks olunan siqnalın mərkəzinə doğru yönləndirir. Hədəfdə olan insanlar lazer aşkarlama avadanlığına sahib olmadıqca və ya onlara doğru yaxınlaşan təyyarələrin səsini eşitmədikləri halda, işarələnib-işarələnmədiklərini müəyyənləşdirmək onlar üçün olduqca çətindir. Lazer təyinatçılar ən yaxşı atmosfer şəraitində işləyirlər. Bulud örtüyü, yağış və ya tüstü, mövcud ərazi məlumatları vasitəsi ilə bir simulyasiyaya çatmazsa, hədəflərin etibarlı təyinatını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
Lazer impuls analizi
Lazer impuls analizi - maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur - yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.