Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Püşt-i Gül (Urmiya)
Püşt-i Gül (fars. پشتگل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 191 nəfər yaşayır (60 ailə).
Püşk
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Milan Füşt
Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888, Budapeşt – 26 iyul 1967, Budapeşt) — Macarıstan yazıçısı, şairi və dramaturqu. 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi. 1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.
Peşt (medye)
Peşt (mac. Pest) — Macarıstanın medyesi, Mərkəzi Macarıstanda yerləşir. Medyenin ərazisindən Dunay çayı keçir. İnzibati mərkəzi — Budapeşt. Peşt medyesi Nitra və Banska Bistritsa diyarları ilə (Slovakiya), həmçinin Noqrad, Xeveş, Yas-Nadkun-Solnok, Feyer, Komarom-Esterqom və Baç-Kişkun medyeləri ilə sərhəddir. 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Püşk (qürrə)
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Peşt medyesi
Peşt (mac. Pest) — Macarıstanın medyesi, Mərkəzi Macarıstanda yerləşir. Medyenin ərazisindən Dunay çayı keçir. İnzibati mərkəzi — Budapeşt. Peşt medyesi Nitra və Banska Bistritsa diyarları ilə (Slovakiya), həmçinin Noqrad, Xeveş, Yas-Nadkun-Solnok, Feyer, Komarom-Esterqom və Baç-Kişkun medyeləri ilə sərhəddir. 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Poşt Təng (Bicar)
Poşt Təng (fars. پشت تنگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Dust
Dust — toz halında olan pestisid. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Sust
Sust: Sust — Niderlandda şəhər Sust — Pakistanda şəhər Sust — Əfqanıstanda qışlaq Sust yaşayış yeri — Naxçıvan MR-da yaşayış yeri Sust — Naxçıvan MR-da kənd.
Xust
Xust — Ukraynanın Zakarpatiya vilayətində şəhər.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Emirates Post
Emirates Post Birləşmiş Ərəb Əmirlikləri üçün rəsmi poçt operatorudur. Bu Emirates Post Group Holding törəmə edir. [1] Bu poçt xidmətləri nəhayət BƏƏ formalaşdırılması, 1972-ci ildə Rabitə Nazirliyinin saxlayın Xidmeti Ümumi Müdirliyi kimi müəyyən edilmişdir 1947-ci ildə Hindistanın müstəqilliyinin qədər Hindistan Post Office Services tərəfindən idarə olunur, Avqust 19, 1909 açıldı . Emirates Post Qrup törəmə olmaq Emirates Post Empost, DVT və Wall Street Birjası ilə, 2007-ci ildə yaradılmışdır.
Financial Post
"Financial Post" — Kanada biznes qəzeti. 1907-ci ildən 1998-ci ilə qədər ingilis dilində nəşr olunmuşdur. 1998-ci ildə nəşr yeni "National Post"a çevrilmişdir. "Financial Post" 1907-ci ildə Con Beyn Maklin təsis edilmişdir və onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Həftəlik nəşr olunan qəzet Maklinin media biznesinin əsas aktivlərindən biri idi. Qəzetin redaktorları arasında Floyd Çalmers, Con Qodfrey və Dayan Frensis var idi.
Həqiqi püstə
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Kaukasische Post
Kaukasische Post — Qafqazda alman dilində nəşr olunan yeganə qəzet. Kaukasische Post qəzetinin ilk nömrəsi 1906-cı ilin 18 iyun tarixində Tiflis şəhərində Kurt von Kutshenbax tərəfindən nəşr olunmuşdur. Qəzetin sonrakı fəaliyyəti ilə yazıçı və jurnalist olan Artur Leist məşğul olmuşdur. Kaukasische Post qəzeti həftədə bir dəfə olmaqla, bazar günləri Tiflis şəhərində çap edilərək Qafqaz almanlarının yaşadıqları ərazilərə göndərilirdi. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yerləşən alman kəndlərində qəzetə böyük tələbat vardı. Belə ki, qəzetdə müntəzəm şəkildə Qafqaz almanlarının həyat və fəaliyyətləri eyni zamanda Almaniyada baş verən hadisələr barədə müntəzəm məlumatlar verilirdi. Birinci dünya müharibəsinin başlanması səbəbindən qəzetin çapı 1914-cü ildə dayandırılmış, birdə yalnız 1918-ci ildə bərpa edilmişdir. Gürcüstan Demokratik Respublikası və SSRİ-nin hakimiyyəti zamanı qəzetin fəaliyyət göstərməsinə lazımi diqqət və şərait yaradılmamışdır. 1994-cü ilin oktyabr ayında Gürcüstan dövlətinin dəstəyi nəticəsində qəzet uzun fasilədən sonra öz işini bərpa etmişdir. Hal-hazırda aylıq şəkildə nəşr olunan Kaukasische Post qəzeti Qafqaz bölgəsində nəşr olunan yeganə alman dilli qəzetdir.
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], XVI arondisman (Paris)[d], Paris – 18 noyabr 1922[…], XVI arondisman (Paris)[d], Paris) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Süst Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Dəb həftəsi
Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir. Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır. Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir. Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı. Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir. 1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu. İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub. XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.
Vaşinqton Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Washington Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Xəlifə Həftar
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر‎‎; 7 noyabr 1943, Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal. Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib. Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib.
Rüştü Paşa
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Beynəlxalq Esperanto Həftəsi
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.
Beynəlxalq Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Dünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Müqəddəs Müdafiə Həftəsi
Müqəddəs Müdafiə Həftəsi (fars. هفته دفاع مقدس‎, Romanizasiya: Hafte Defâ Moqaddas, tərcüməsi Müqəddəs Müdafiə Həftəsi) — İran tərəfindən 1980–1988-ci illəri əhatə etmiş olan İran-İraq müharibəsinin ilk həftəsini əhatə edir və bu müharibəni anmaq üçün İran təqvimində qeyd edilir (tez-tez İranda "Müqəddəs müdafiə" adlanır). Hərbi paradlarla qeyd olunur. İran təqvimi ilə Şəhrivər ayının 31-də başlayır. Bu müddət 22–29 sentyabr tarixlərini əhatə edir.
Ümumdünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Bakı Enerji Həftəsi
Bakı Enerji Həftəsi və ya Baku Energy Week — öz brendi altında 3 böyük tədbiri (27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu) birləşdirən bir tədbirdi. 2022-ci ildə Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etmişdir. 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına məktub ünvanlamışdır. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim edilir və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirilir. Sərgi ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq imkanı yaradır. 2022-ci ildən sərginin adı Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi olaraq dəyişilib. 2022-ci ildən başlayaraq “Caspian Power” sərgisi “Caspian Oil&Gas” sərgisi ilə birgə Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Sərgi artıq 25 ildən çoxdur ki keçirilir. “Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib.
Rejissorların iki həftəsi
Rejissorların iki həftəsi (fr. Quinzaine des Réalisateurs) — Kann Film Festivalının rəsmi seçimi ilə paralel formada keçirilən müstəqil bölmədir. 1968-ci ilin may ayında Fransada baş vermiş olan hadisələrdən sonra Kann film festivalı ləğv edildikdən sonra 1969-cu ildə Fransa Rejissorlar Gildiyası tərəfindən yaradılmışdır. Rejissorların iki həftəliyində dünyanın hər yerindən gətirilmiş qısametrajlı, bədii və sənədli filmlər nümayiş etdirilir. Bölümün (epizodun) proqramlaşdırılmasına bədii rəhbər nəzarət edir. Hal-hazırkı bədii rəhbər 2012-ci ildən epizodu proqramlaşdıran Eduard Vaintropdur. Olivier Pere — 2004–2009 Frederik Boyer — 2009–2011 Eduard Vaintrop – 2012–h.h. İncəsənət Film Mükafatı SACD Mükafatı The Europa Cinemas Label Mükafatı İlly Mükafatı 40x15.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Müşk
Müşk — xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5–2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri "bərpa olunur". Xalis müşk parçaya hopmamalıdır. Maralın ayrıca növü olan "müşk maralı"dan əldə olunan müşk xüsusilə qiymətlidir. Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər.
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüser. Populyar müğənni. 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.