Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vəlvələ
Vəlvələ (alət) — pərsəngli əyircək. Vəlvələ (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Vəlvələçay — Quba və Xaçmaz rayonlarında çay. Xəzər dənizinə tökülür.
Zəlzələ
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Yer səthində zəlzələlər yerin silkələnməsi, yerdəyişməsi və ya parçalanması ilə özünü göstərir. Böyük zəlzələnin episentri dənizdə yerləşdikdə, dənizin dibi sunamiyə səbəb olacaq qədər yerdəyişmə ola bilər. Zəlzələlər həmçinin sürüşmələrə səbəb ola bilər. Ən ümumi mənada zəlzələ sözü seysmik dalğalar yaradan hər hansı bir seysmik hadisəni - istər təbii, istərsə də insanlar tərəfindən törədilmiş hadisəni təsvir etmək üçün istifadə olunur. Zəlzələlər əsasən geoloji qırılmaların qırılması ilə yanaşı, vulkanik fəaliyyət, sürüşmə, mina partlayışları və nüvə sınaqları kimi digər hadisələrlə də baş verir. Zəlzələnin ilkin qopma nöqtəsi onun hiposentri adlanır. Zəlzələ mərkəzi hiposentrin birbaşa üstündə yer səviyyəsində olan nöqtədir.
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Geomorfoloji mərhələ
Geomorfoloji mərhələ- İ.P. Gerasimov və Y.A.Meşəryakov (1964) tərəfindən irəli sürülmüşdür.G.m.Yerin inkişaf tarixində geoloji mərhələdən təcrid olunmuş müstəqil mərhələ kimi qiymətləndirilir.G.m.vaxt cəhətdən neotektonik mərhələyə müvafiq gəlsədə də onların hər birini müstəqil mərhələ kimi ayırmaq lazımdır.Neotektonik hərəkətlər Yerin müasir geomorfoloji quruluşunu formalaşdıran hərəkətlərdir. G.m.Mezezoyun xeyli hissəsini və bütünlüklə kaynazoyu əhatə edir.Bu dövrdə cavan platformalar və dağlar (Alp və qismən Mezazoy dağ sistemləri) formalaşmışdır.Bu dövrdə cavan materiklər yaranmış və onlar materiklərin qədim özülü ətrafında birləşərək materik çıxıntılarını birləşdirir.Mis: Qərbi Sibir, Turan və Qərbi Avropa cavan platformaların yaranması və onların Sibir və Şərqi Avropa sipərləri ətrafında birləşməsi nəticəsində nəhəng Avrasiya platforması yaranmışdır. Mezokaynozoy dövründə cavan platforma, dağ və dağarası çökəkliklərin yaranması; Yer səthində Alp, Qafqaz, Himalay, Kordilyer, And dağları, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Mərkəzi Asiyanın quru (Uyqur) çökəkliklərin yaranması;Avrasiyanın şərq sahili boyunca dərin tektonik yarıqlarla müşayət olunan qövsvari dağlar adalar sistemi formalaşması və s.Gətirdiyimiz misallar geomorfoloji mərhələnin ayrılmasına tam əsas verir.
Hələfələ (Urmiya)
Hələfələ (fars. حلفله‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (12 ailə).
Qansuda zəlzələ
Qansu zəlzələsi — Qansu əyalətində baş vermiş təbii fəlakət. Çinin Qansu əyalətində 16 dekabr 1920-ci ildə baş vermiş dəhşətli zəlzələ ölkə üçün böyük fəlakətə çevrildi. İnsan tələfatının miqyasları onunla izah edilir ki, bu yerlər "lyoss ölkəsi" adlanan ərazinin tən ortasında yerləşirdi. Xatırladaq ki, lyoss açıq sarı rəngli, kövrək, narın torpaqdır və buralara küləklər vasitəsilə Qobi səhrasından hələ dördüncü dövrdən gətirilmişdir. Güclü yeraltı təkan lyossdan ibarət təpəcikləri hərəkətə gətirərək, burada məskən salan və mağara evlər düzəldən insanları bir an içərisində elə evlərindəcə məhv etdi. Zəlzələyə məruz qalan rayonların biri sonralar Ölüm vadisi adını aldı, çünki zəlzələ nəticəsində ətraf dağlardan sürüşən torpaq qatları aşağıya doğru hərəkət edərək, yaşayış məntəqələrini və kənd təsərrüfatı sahələrini bir göz qırpımında yox etdi. Baş vermiş zəlzələ bir çox sürüşmələrə yol açdı. Lyoss süxurlarının sürüşməsi və çökməsi nəticəsində böyük ərazilər qalın qum qatı altinda qalaraq,böyük faciəyə yol açdı. 1920-ci ildə Çinin Qansu vilayətində baş vermiş bu qorxunc zəlzələ nəticəsində 200000-dən artıq insan həlak oldu, ölkəyə iri miqyasda maddi ziyan dəydi.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Vəlvələ (Quba)
Vəlvələ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Vəlvələ oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Vəlvələ çayının sağ sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1942-ci ildən sonra yaranmışdır. İlk məskunları Zərqova,Əsparəsti,Kələnov,Xaspolad, İsnov və b. kəndlərdən çıxmış ailələr olmuşdur. Kəndin adı yaxınlığındakı Vəlvələçayın adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1482 nəfər əhali yaşayır.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Vəlvələ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəlzələ Surəsi
99-cu surə
Zəlzələ adası
Zəlzələ adası (urdu زلزلہ جزیرہ) — Ərəbistan dənizində, Pakistana məxsus olan, 24 sentyabr 2013-cü ildə Paddi Zirr şelfində zəlzələdən sonra meydana gələn ada. Ada zəlzələdən sonra Qvadar şəhəri sahilindən 600 metr aralıda meydana gələn gəlmişdir. Onun uzunluğu 200 metr, eni 30 m, hündürlüyü 6 – 12 m-dir. Adanın suxurları narın qum və bərk suxurdan ibarətdir.
Zəlzələ ocağı
Zəlzələ ocağı – (rus. очаг землетрясения, ing. seismic focus, focus of earthquake) uzun müddət toplanmış enerjinin boşalması sayəsində kütlənin çox sürətlə yerdəyişməsinə səbəb olan, yeraltı təkanın yarandığı sahə. Z. o. yer qabığında və ust mantiyada yerləşir və adətən geoloji qırıl­malara uyğun gəlir.
Adi həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Sirkanvari həlməl
Sirkanvari həlməl (lat. Zygophyllum atriplicoides) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinin həlməl cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan, Оrta Аsiya (Tyan-Şan, Pamir-Alay Kopetdağ), İran və Ermənistanda təbii arealları vardır. == Azərbaycanda yayılması == Naxçıvan düzənliyində, aşağı dağ qurşağından orta dağ qurşağına qədər olan sahələrdə yayılmışdır. == Statusu == Аzərbaycanın nadir, relikt bitki növüdür. VU A2c+3c. == Bitdiyi yer == Naxçıvan MR-nın quru daşlı olan ərazilərində rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 80-100 sm hündürlüyündə dağınıq budaqlı, qabığı ağımtıl-boz rəngdə olan kolcuqdur. İkievli bitkidir.
Sirkаnvаri həlməl
Aleut adalarında zəlzələ
Aleut adalarında zəlzələ — 1946-cı il aprelin 1-də baş vermiş zəlzələ. Alyaska sahillərinin yaxınlığında, Aleut adaları rayonunda baş vermiş zəlzələ nəticəsində nəhəng dəniz dalğaları əmələ gəlib, Havay adalarına və Kaliforniyaya böyük ziyan vurmuşdur.
Azərbaycanda zəlzələ ocaqları
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir . == Böyük Qafqazda zəlzələ ocaqları == Azərbaycan Respublikası ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu olmaqla yanaşı onun bir çox yerləri, o cümlədən, Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. Şamaxı şəhərində daha çox dağıdıcı zəlzələlər olmuşdur. 1192-ci ildə baş verən zəlzələnin 7-8 bal gücündə olması və onun Şamaxını dağıtması haqqında tarixi məlumatlar vardır. Tezliklə bərpa olunub Azərbaycanın sənətkarlıq və ticarət mərkəzlərindən birinə çevrilən Şamaxı 1667-ci ildə olan zəlzələ zamanı yenidən dağıldı. O zamanlar 6-7 min ev olan bu şəhərdə 80 min nəfər həlak olmuşdur. Sonralar 1859-cu il mayın 31-də baş verən zəlzələ Şamaxını yenidən dağıtdı və bu vaxtdan Quberniya mərkəzi Şamaxıdan Bakıya köçürüldü. 1902-ci ilin yanvarın 31-də olan yeni zəlzələ zamanı şəhər tamamilə dağıldı. Respublikanın digər bölgələrində də müəyyən qədər dağıntılara səbəb olan zəlzələlər baş vermişdir.
Kraysterçdə zəlzələ (2016)
Kraysterçdə zəlzələ — 14 fevral 2016-cı ildə Yeni Zelandiyanın Kraysterç şəhərində 5,9 bal gücündə baş verən zəlzələ. == Hadisə == Yeraltı təkanlar Kraysterç şəhərindən 17 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Peruda zəlzələ (1970)
Ankaş zəlzələsi — 1970-ci ildə Peruda baş vermiş 7,9 ballıq zəlzələ. Zəlzələ nəticəsində 70 min insan həyatını itirmişdir.
Yalova zəlzələ abidəsi
Yalova zəlzələ abidəsi (türk. Yalova Deprem Anıtı) və ya 17 Avqust 1999 zəlzələ abidəsi (türk. 17 Ağustos 1999 Deprem Anıtı) ― Türkiyənin Yalova şəhərində İzmit zəlzələsi qurbanlarının xatirəsini qoyulmuş abidə. Yalovadaki 17 Avqust memorial parkında yerləşən abidə 17 Avqust 2000-ci ildə, zəlzələnin birinci ildönümündə açılmışdır. == Arxa fon == 1999-cu ilin 17 avqustunda Türkiyənin şimal-qərbindəki Yalova, Kocaeli və İstanbul illərində 7,4 bal gücündə güclü zəlzələ baş verdi və təxminən 18 000 adamın ölümünə səbəb oldu. Yalovada meydana gələn zəlzələnin ziyanının dərəcəsi rəsmi olaraq 2 508 nəfər ölü və sökülməli olan 13 939 ziyan çəkmiş ev olaraq qeyd edilmişdir. Qeyri-rəsmi hesablamalara görə isə ölənlərin sayı daha çoxdur. Zəlzələ nəticəsində 15 237 yikili orta dərəcədə, daha 12 878 tikili isə nisbətən daha az zərər görmüşdür. == Abidə == Zəlzələdən dərhal sonra Yalovada təmizlik və bərpa işləri başladı və dağılmış binaların dağıntıları birbaşa sahilindəki Mərmərə dənizinə atıldı. Təmizləmə işləri başa çatdıqdan sonra dənizə əlavə edilmiş quru sahəsi 65 000 kvadrat kilometr ərazini əhatə edirdi.5 iyun 2000-ci ildə Yalovadakı zəlzələ qurbanlarının xatirəsinə abidə tikilməsi üçün təməlqoyma mərasimi keçirildi.
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Heleyle
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Helheym
Helheym (p.ger. Helheim; bukv. Helin ağalıq etdiyi yer) — german-skandinav mifologiyasında ölülər diyarı. Hel adlı div tanrı Odini devirdikdən sonra Helheymə ağalıq edir. == Etimologiya == Qədim skandinav dilində qadın cinsində olan "Hel" xüsusi ismi bu diyara ağalıq edən varlıq ilə eynidir. Bu terminin müasir ingilis dilindəki "Hall", eləcə də qədim skandinav dilindəki "Valhalla" (azərb. Öldürülmüşlərin zalı‎) sözü ilə əlaqəsi var. Bu sözü bütün german dillərində tapmaq mümkündür. Məsəlüçün, qədim ingilis dilindəki "Hell", qədim friz dilindəki "Helle", qədim sakson dilindəki "Hellia", qədim yuxarı alman dilindəki "Hella" və qot dilindəki "Halja" bu nümunələrə aiddir. Bu sözün bütün formaları bərpa edilmiş pragerman dilindəki qadın cinsində olan *xaljō" (azərb.
Hərmələ ibn kahil əsədi
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.
Naxçıvanın iqtisadiyyatı ( I mərhələ )
== 1924–1969 == Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. === Sənayesi === Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki,muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir.Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi inkişafını və sahə quruluşunun təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırmışdı.1933–1937-ci illərdə Naxçıvanda yağ və pendir zavodları, mərmər və mebel fabrikləri tikilib istifadəyə verildi.