Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.
Haqana
Haqana (ivr. ‏הַהֲגָנָה‏‎) — 1920–1948-ci illər arasında Britaniya Fələstinində yəhudi əhalisinin əsas sionist yarımhərbi təşkilatı. Bu, 1948-ci ildə ləğv edilmiş və İsrail Müdafiə Qüvvələrinin fundamentinə çevrilmişdir. Əvvəllər mövcud olan milislərdən yaradılan Haqananın ilkin məqsədi yəhudi yaşayış məntəqələrini ərəb hücumlarından qorumaq idi. Təşkilat Britaniya mandatı dövründə Fələstindəki yəhudi icmasına cavabdeh olan rəsmi dövlət orqanı olan Yəhudi Agentliyinin nəzarətində idi. İkinci Dünya müharibəsinin sonuna qədər Haqananın fəaliyyəti orta səviyyədə idi. Qrup Polşadan gizli hərbi dəstək almışdır. Haqana Ox dövlətlərinin Şimali Afrikadan Fələstinə hücum etməsi halında britaniyalılarla əməkdaşlıq etməyə çalışmışdır. İkinci Dünya müharibəsinin sona çatması və Birləşmiş Krallığın yəhudi immiqrasiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsi ilə Haqana Britaniya hakimiyyətinə qarşı təxribatçı fəaliyyətə keçmişdir. Birləşmiş Millətlər Təşkilatı 1947-ci ildə Fələstinin bölünmə planını qəbul etdikdən sonra Haqana Fələstin yəhudiləri arasında ən böyük döyüş qüvvəsinə çevrilmiş və vətəndaş müharibəsi zamanı ərəb qüvvələri üzərində qələbə əldə etmişdir.
Havana
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Həmasə
Həmasə (ərəb. حماسة‎) — VI-IX əsrlər ərəb klassik şeir nümunələrindən ibarət olan antologiya, döyüşçülərin həyatından bəhs edən şeir toplusu. Ərəb sözü olub, "həmas" sözündən götürülmüşdür. Mənası "şücaət", "igidlik", "cəsarət" deməkdir). eyni kökdən yaranan "həmasə" "müharibə şücaətini, qəhrəmanlığını əks etdirən şeir", "həmasət" isə "qəhrəmanlıq, cəsarət, igidlik şeiri", "həmasiyyət" "qəhrəmanlıq dastanı" deməkdir. Klassik şeir nümunələrindən ibarət olan antologiyalarda ərəb döyüşçülərinin şücaətinə həsr olunmuş birinci bölmələrin adından götürülmüşdür. Əsas şeir janrlarından biri olan həmasə qəhrəmanlıq, igidlik şeirləridir. Bu, ərəbin ruhuna olduqca yaxın bir şeirdir. Janrın ən gözəl nümunələrini ərəblərin əfsanəvi cəngavər şairi Əntərə ibn Şəddad yaradıb. Bu şeirlərdə döyüş səhnələri təsvir olunur, düşmənin sel kimi axan qanından, təşviş içində qaçmasından bəhs edilir, qılınc və qalxanların cingiltisi eşidilir, nizələrin parıltısı təsvir olunur.
Komana
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Dactylorhiza romana subsp. romana
Dactylorchis romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Evelyn Hamann
Evelyn Hamann (ing. Evelyn Hamann; 6 Avqust 1942 - 28 Oktyabr 2007) — Alman aktrisa.
Faten Hamama
Faten Hamama (ərəb. فاتن حمامة‎), əsl adı — Faten Əhməd Hamama (ərəb. فاتن احمد حمامة‎), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur. Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib. 1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb. Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb. Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir. Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.
Hamada Hikozo
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Həmas
HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya. 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub. 1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı. 1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi. Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri: 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücum nəticəsində 22 nəfər öldü. 6 aprel 1994-cü il tarixində Afulada (İsrail) bir avtobusda meydana gələn intihar-hücum nəticəsində 8 nəfər öldü. 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücum nəticəsində 5 nəfər öldü.
Havana Universiteti
Havana Universiteti (isp. Universidad de La Habana) — Kubanın paytaxtı Havana şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 5 yanvar 1728-ci ildə qoyulmuşdur.
Havana şəhəri
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Hiroşi Hamaya
Hiroşi Hamaya — Yaponiya fotoqrafı. Hiroşi Hamaya 28 mart 1915-ci ildə Tokio şəhərində, Şitayada anadan olub. Hamaya 1960-cı ildə Maqnum Fotoya qoşulmuşdur. O, bu beynəlxalq foto agentliyə qoşulan ilk yapon fotoqrafıdır. 1986-cı ildə Beynəlxalq Fotoqrafiya Mərkəzinin (Nyu-York) Fotoqrafiya Mükafatına layiq görülmüşdür. Hamaya 6 mart 1999-cu ildə vəfat etmişdir.
Kosaku Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası. Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur. Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur. Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.
La-Romana
La-Romana (isp. La Romana) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 43,3 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2602 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 40 km uzaqlıqda yerləşir.
Melissa romana
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. Bədrəncə qarşı yüksək həssaslıq. Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Mustafa Zəmani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Pax Romana
Pax Romana (Latınca "Roma sülhü") Roma tarixində təxminən 200 il davam edən sülh və stabillik dövrünü ifadə edir. Pax romana Oktavian Avqust tərəfindən e.ə 27-ci ildə başlamışdır və eramızın 180-ci ilində Mark Avreli-nin ölümünə qədər davam etmişdir. Dövr Oktavian Avqustun Böyük Roma vətəndaş müharibəsinə son verməsi ilə başladığı üçün bəzən Pax Augusta da adlanır. 207 illik bu dövrdə Roma imperiyası öz tarixinin maksimum ərazi genişliyinə çatmışdır və həmçinin imperiyanın əhalisi dünya əhalisinin təxminən 3-də birinə çatmışdır.
Qədim Havana
Köhnə Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Köhnə Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Köhnə Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Köhnə Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Köhnə Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Köhnə Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Ramana-450
Ramana-450 — 2007-ci ildə Sabunçu rayonu ərazisində salınmış qəsəbə. Əhalisi Şuşa rayonu Malıbəyli kənd sakinlərindən ibarətdir.
Seyryo Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası. Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur. Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur. Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.
Yeni Ramana
Yeni Ramana — Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qəsəbədə 24 dekabr 2013-cü ildə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı olmuşdur. Qəsəbədə 316 nömrəli tam orta məktəbi, 90 nömrəli tam orta məktəb, Qubadlı rayonu Fərrux İsrafil oğlu Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, Qubadlı rayonu Xanlar kənd tam orta məktəbi, Xankəndi rayonu 4 nömrəli tam orta məktəb yerləşir.
Helena
Helena — ad. Helena Barlou — İngiltərə keçmiş uşaq aktrisası. Helena Kottler Vurnik — Avstriya əsilli sloveniyalı rəssam. Helena (Montana) — ABŞ-nin Montana ştatının paytaxtı.
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Mehmana
Mehmana — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Emanat
Emanat — Azərbaycanda fəaliyyət göstərən ən iri ödəniş sistemlərindən biridir. Emanat 2012-ci il sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü il mart ayında Emanat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Emanat şirkəti hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir. Hazırda Azərbaycanda 3000-dən artıq Emanat ödəniş terminalına rast gəlmək olar. Ödəniş terminallarında hazırda 1000-dən çox xidmət mövcuddur. 2012-ci il sentyabr — Fəaliyyətə başlamışdır 2013-cü il mart — Ölkə bazarına daxil olmuşdur Kommunal ödənişlər Mobil ödənişlər Bank xidmətləri Dövlət ödənişləri TV ödənişləri İnternet provayderləri Telefon ödənişləri Mağazalar şəbəkəsi E-pulqabı ödənişləri Təhsil xidmətləri Əyləncə və oyunlar Xeyriyyə və yardım Ödəmə kartları Sığorta və səhiyyə Hüquq xidmətləri Turizm və səyahət Karqo və nəqliyyat Digərləri Şirkətin özünəməxsus aşağıdakı missiyaları və dəyərləri mövcuddur.
Herman
Herman — ad. Herman Hesse — alman-isveçrə yazıçısı, şairi və rəssamı Herman Qmayner — Avstriyalı filantropist və Sos Uşaq kəndlərinin yaradıcısı Herman Obert — Almaniya mühəndisi və alimi.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Baccharis texana
Baccharis texana (lat. Baccharis texana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Capsella rhenana
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Ceyms Hekman
Ceyms Hekman (ing. James Joseph Heckman) (19 aprel 1944, Çikaqo, İllinoys) — amerikalı iqtisadçı. 2000-ci ildə Deniel Makfaddenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Ceyms Hekman 19 aprel 1944-cü ildə Çikaqo şəhərində Con Ceykob Hekman və Bernays İrina Medli cütlüyünün övladı kimi anadan olub. Ceyms Hekman Kolarado Kollecində riyaziyyat üzrə məzun olduqdan sonra, 1971-ci ildə Prinston Universitetində doktorluq dərəcəsinə yüksəldi. Ceyms Hekman 1973-cü ildə Çikaqo Universitetində keçməzdən əvvəl Kolumbiya Universitetində köməkçi dosent olaraq işləmişdi.
Helena Barlou
Helena Barlou (5 sentyabr 1998) - İngiltərə keçmiş uşaq aktrisası. Helena Barlou 5 sentyabr 1998-ci ildə Londonda anadan olmuşdur. 2009-cu ildə aktrisa karyerasına başlamışdır. O, İngilis Gənclər Balet Teatrı üçün "Şelkunçik" baletində oynamışdı. Sonra isə Maykl Kroft Teatrının açılış mərasimlərində iştirak etdi. 2011-ci ildə ilk və ən tanınan filmi olan "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmində Ron Uizlinin qızı Rosa Qreyncer-Uizli rolunu canlandırdı. Bu film həm də ticarət baxımından uğurlu idi. Həmin il həm də "Horrid Henri" filmində Susan rolunu canlandırdı. 2012-ci ildə hələ ki, sonuncu filmi olan "Böyük gözləntilər" filmində gənc Estella Heymişem rolunu canlandırdı.
Helena Moreno
Helena Rubinşteyn
Helena Rubinşteyn (ing. Helena Rubinstein, doğum adı Haya Rubinşteym, alm. Chaja Rubinstein‎) — polyakəsilli ABŞ işgüzar qadını, incəsənət kolleksiyaçısı və filantropu. Kosmetika məhsulları sahibkarı və dünyanın ən zəngin qadınlarından birinə çevirən "Helena Rubinstein Incorporated" kosmetika şirkətinin yaradıcısı. Helena Rubinşteyn 1870-ci ildə Polşa yəhudiləri Avqusta Gite Şnaydel və Naftali Hers Horas Rubinşteynin ailəsində dünyaya göz açmışdır. Atası Krakov şəhərində baqqal dükanının sahibi idi. Yalnız qız övladları olan atası Naftoli ailə ən böyük övladı olan Elenanı davamçısı kimi görmək istəyirdi. Sonralar Helena bu barədə xatirələrində yazır: "Çox erkən yaşlarından başlayaraq sözə baxmayan körpələrə baxmaqda anama yardım etməli olurdum. Səkkiz bacının ən boyüyü olmaq idarəetməni öyrənmək deməkdir." Ağıla, əməksevərliyə və inadcıllığa sahib olan Elena ilk əvvəl valideynlərini sevindirsə də, sonradan bir neçə fənndəki uğursuzluqlardan sonra orta məktəbdə oxumaqdan imtina edir. Atasının onu ortayaşlı birisinə ərə vermək istəyini bildikdə Elena evdən qaçır.