Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hərbi
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biri. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib.
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin "Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər" (1577) və Fransız Giye de Sen-Jorjun "Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti…" (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Hərbi geyim
Hərbi geyim — xüsusi dövlət qaydaları (fərmanlar, sərəncamlar, qaydalar və s.) ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir. Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfinin silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar. == Tarixi == Hər dövr üçün xarakterik olan hərbi geyimlərin inkişafında ənənə həmişə mühüm rol oynamışdır. Hərbi geyimlərin müasir görünüşü də qədim adət-ənənələrin təsirini göstərir. Zaman keçdikcə müəyyən bir dövrü ifadə edən kostyumun təfərrüatları, orijinal məqsədlərini itirməsinə baxmayaraq, çox vaxt simvolik bəzək şəklində qorunurdu. Kasta sisteminin olduğu dövlətlərdə döyüşçü kastasının geyimləri də ordu formasında idi. Ümumiyyətlə, əvvəlcə silah gəzdirməyə qadir olan hər bir şəxs döyüşçü idi və hər dəfə geyindiyi paltarda müharibəyə gedirdi; xüsusi hərbi zireh çox ibtidai və müxtəlif idi. Ancaq qoşunlarını düşməndən mümkün qədər uzaq bir məsafədən ayırmaq istəyi, qədim zamanlarda silahlı qüvvələrin müxtəlif rəngli paltarlarla bir rəngli paltar və ya ən azı fərqli nişanlara sahib olmağa çalışmasına səbəb olmuşdur.
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. == İraqın işğalı (2003) == 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. == Haqqında == "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. == Mənbə == Məktəblinin tarix lüğəti.
Hərbi kəşfiyyat
Hərbi kəşfiyyat — hərbi əməliyyatlar zamanı bir ərazidəki təbii xüsusiyyətlər və düşmən haqqında məlumat əldə etmək üçün həyata keçirilən fəaliyyət. Hərbi kəşfiyyat nümunələrinə piyada əsgərlər, hərbi gəmilər və ya sualtı qayıqlar, pilotlu və ya pilotsuz uçuş aparatları və süni peyklər tərəfindən həyata keçirilmiş olan patrullar və ya gizli müşahidə nöqtələrinin qurulması daxildir. Casusluq əsasən hərbi kəşfiyyat sayılmır, çünki bu iş əsas qüvvələrin qabağında işləyən hərbi təyinatlı xüsusi qüvvələr tərəfindən həyata keçirilir. Cəsuslar düşmən mövqelərinin arxasında mübarizə aparırlar.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasında və Respublika dövründə müasir dönəmin "Baş qərargah rəisi" rütbəsinə uyğun olan hərbi vəzifə idi. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Hərbi mühəndis
Hərbi məhkəmə
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Hərbi mətbuat
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Kerki
Atamurad — Türkmənistan Respublikasının Lebap vilayətində etrap tabeli şəhər, Atamurad etrapının inzibati mərkəzi.
Bərklik
Bərklik — bir cismin digər cismə batmasına qarşı yönəlmiş müqavimət. Bərklik yalnız bərk cismlərə yox, həm də yumşaq cismlərə aid edilir. Bərklik, materialın daxili deformasiyaya və kəsilməyə qarşı müqaviməti ilə xarakterizə olunan möhkəmlikdən fərqlidir. Bərklik materialın bir çox xassələri haqqında fikir yürütmüyə imkan verir. Məsələn, bərkliyi məlum olam materialın səthində baş verə biləcək yeyilməni əvvəlcədən proqnozlaşdırmaq olar. Bərk şüşələr az cızılırlar, bərk dişli çarxlar yavaş yeyilirlər. Kəsici alətin materialını seçdikdə bərklik böyük rol oynayır. Bərk kəskilər daha uzunömürlülyə malikdirlər. == Ölçmə üsulları == Bərkliyi ölçmək üçün bir neçə üsul mövcuddur: Brinel üsulu zamanı metallik kürə səthə sıxılır və müəyyən vaxtdan sonra səthdə alınan izin diametri ölçülür. Bərklik bu halda kürəyə qoyulmuş qüvvə ilə alınan izin sahəsi arasındakı asılılıq kimi hesablanır.
Hafsiya Herzi
Hafsiya Herzi (fr. Hafsia Herzi; 25 yanvar 1987, Manosk) —Tunis-Əlcəzair əsilli Fransa aktrisası. == Həyatı == Hafsiya Herzi 25 yanvar 1987-ci ildə Fransanın Manosk şəhərində anadan olub. O, 13 yaşında Notes sur le rire telefilmində rol alıb. Getdikcə püxtələşən Hafsiya Herzi Plus belle la vie и Sous le soleil filmlərində çəkilib. Hafsiya Herzi 2005-ci ildə Əbdüllətif Keşişin Kus-kus və barabulka filmində Rum roluna dəvət alıb.
Herbi Henkok
Herbi Henkok (12 aprel 1940[…], Çikaqo, İllinoys) — "Həyatın ritmi" Fondunun təsiscisi və gözəl klassik musiqi təhsili almış sənətçi. == Həyatı == Herbi Henkok 1940-cı ildə anadan olmuşdur. Çikaqo simfonik orkestri ilə birgə konsertlərdə çıxış etməyə başlayanda onun cəmi 11 yaşı vardı. Bu "möcüzə-uşaq" artıq o vaxt Motsartın əsərlərini fortepianoda ifa edirdi. Hələ orta məktəbdə oxuduğu dövrdə Oskar Petersonun və Bil Evansın musiqisinin təsiri altında o da caz çalmağa başlamışdı. Bu dövrdə elektronika elmləri ilə də maraqlanmağa və bu sahədə biliklərini təkmilləşdirməyə başlamış Henkok son nəticədə, Qrinnel kollecini iki ixtisas üzrə bitirdi: həm musiqiçi, həm də elektronika üzrə mühəndis kimi. 1960-cı ildə Herbinin 20 yaşı olanda trubaçı Donald Veda onu öz qrupuna qoşulmağa dəvət etdi. Bundan əlavə, Ved Henkoku "Blue Note Records" qrupundan olan Alfred Lionla da tanış etdi və Herbi iki il bu qrupla işləyəndən sonra əfsanəvi solo artist kimi məşhurlaşdı. Henkokun 1963-cü ildə işıq üzü görmüş debüt albomu dərhal populyarlaşdı və bundan sonra "Qarpız-adam" adlı yeni albom üzərində iş başlandı. Bu albomda caz əlamətləri nəzərə çarpırdı.
Herik qoyunu
Herik qoyunu – Azərbaycanda qoyun cinsi. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Herri Ozborn
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
Herti Kirxner
Herti Kirxner (3 Sentyabr 1913 – 1 May 1939) — Almaniyalı film aktrisası. O, 1932-ci il ilə 1939-cu il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Herkilər
Herkilər və ya Harkilər — Qərbi Azərbaycan, Şərqi Anadolu və şimali-şərqi İraqda yaşayan kürd tayfası. Olduqca qaraşındırlar. XX əsrin I onilliyinə olan məlumata əsasən Osmanlı imperiyası təəbəsi olan Herkilərin sayı 3 min ailədən ibarət idi və onların az hissəsi Ərzurum və Van ətrafında, daha çox hissəsi isə Mosul ətrafında əsasən köçəri olaraq yaşayırdılar. Herkilər Məndan, Səyyidan, Sərhədi və Hacı adlanan dörd qəbiləyə bölünürlər. Osmanlı arxiv sənədləri əsasında aparılmış araşdırmalara əsasən Herkilər asimilə olmuş etnik türklərdir. Beləki, araşdırmaya əsasən Türkiyədə yaşayan və özünü Herki adlandıran tayfa mənsubları mənşə olaraq Oğuzların Avşar boyundan, hazırkı İraqda yaşayan və özünü Harki adlandıranlar isə kökən olaraq Oğuzların Qarqın boyundan törəmişlər.
Hersilia
Bozaqgülü (lat. Phlomis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Bioloji xüsusiyyətləri == Bütöv lanset və oval yarpaqlı, ziqomorflu çiçəkli çoxillik bitki. Çiçəkləri gövdənin yuxarı hissəsində yerləşir. Yayın ortasında çiçəkləyir. Avropa, Asiya və Afrikada çöl,dağ ətəyi və çəmənliklərdə bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Anemitis Raf. Beloakon Raf. Blephiloma Raf. Hersilia Raf.
Ayrı-seçkilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçkilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Əqli gerilik
Əqli gerilik (kəmağıllıq, oliqofreniya) — anadangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafı. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. "Əqli gerilik" termini alman psixiatr Emil Krepelin tərəfindən təklif edilmişdir. Bir çox cəhətdən o, müasir əqli gerilik anlayışı ilə sinonimdir. Eyni zamanda, sonuncu anlayış bir qədər daha genişdir, çünki o, yalnız üzvi patologiyanın səbəb olduğu zehni geriliyi deyil, məsələn, sosial və pedaqoji laqeydliyi də əhatə edir və ilk növbədə intellektual inkişaf və sosial uyğunsuzluq dərəcəsinin müəyyən edilməsi əsasında diaqnoz qoyulur. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir (lat. “eniş, tənəzzül, aşağı hərəkət” + kişi “ağıl, ağıl”). Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Bəzi alimlər zehni geriliyi “...müstəqil sosial uyğunlaşma qabiliyyəti olmayan fərd” kimi müəyyən edirlər.
Maksimian Herkuli
Mark Avreli Valeri Maksimian Herkuli (lat. Marcus Aurelius Valerius Maximianus Herculius), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli (240 və ya 250, Sirmiya – iyul 310, Marsel) — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar. İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyada baqaudların üsyanını yatırtmış, Reyndə german tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakı mavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.
Erilik Eristiin
Erilik Eristiin (rus. Эрилик Эристиин / Semyon Stepanoviç Yakovlev 12 (24) yanvar 1892 – 6 oktyabr 1942) — Saxa şairi və yazıçısı, Vətəndaş müharibəsi illərində qırmızı partizan, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Sadə xalq onu Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərinin qəhrəmanı Pavel Korçaqinin şərəfinə "Yakut Korçakini" adlandırırdı. == Həyatı == Erilik Erisstiin 1892-ci ildə Çurapçı ulusunun Çakır kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqda müstəqil şəkildə Saxa və rus dillərini mənimsəmişdir. Vətəndaş müharibəsi illərində, ağqvardiyaçılar onun anasını, qardaşını və digər qohumlarını öldürmüşlər. Belə ki, 1922-ci ilin yanvarında onun 28 yaşlı qardaşı həlak olmuşdur. Elə həmin ilin iyul ayında anası Yelena İqnatiyevna və altı qohumu qanlı qırğının qurbanı olmuşlar. Kiçik qardaşı 1925-ci ildə vəfat etmişdir. Sonralar Erilik Eristiin üç oğlunun ölüm faciəsini yaşamışdır.
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.