Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haxverdi Kərimov
Haxverdi Sadıq oğlu Kərimov (1 dekabr 2000; Ovçulu, Şamaxı rayonu — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Haxverdi Kərimov 2000-ci il dekabrın 1-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 2007-2018-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Haxverdi Kərimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Haxverdi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Haxverdi Kərimov oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Haxverdi Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Haxverdi Kərimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Novruz Haxverdiyev
Novruz Əli oğlu Haxverdiyev (25 mart 1996; Alunitdağ, Daşkəsən rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli Haxverdiyevin dörduşaqlı ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Novruz Haxverdiyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Novruz Haxverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Haqverdi Cəfərov
Haqverdi Cəfərov — Azərbaycan biofiziki, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). O, 162 elmi məqalənin, 4 kitabın və 6 ixtiranın müəllifidir. 32 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. == Həyatı == Haqverdi Cəfərov 1938-ci ildə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşdur. О, 1957-ci ildə Miskinli kənd orta məktəbini bitirərək Bakıya gəlmiş və sənədlərini Azərbaycan Dövlət Universitetinə vermişdir. Elə həmin il universitetin biologiya fakültəsinə daxil olmuş və 1962-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Haqverdi Cəfərov universiteti bitirən kimi sənədlərini M. V. Lomonosov adına Moskva dövlət Universitetinin aspiranturasına vermiş və qəbul olunaraq biofizika ixtisası üzrə namizədlik dissertasiyası işləmişdir. 1966-cı ildə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ili Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetinin Biologiya kafedrasında assisent, Azərbaycan Elmlər Akademiyasının Fizologiya sektorunda elmi işçi vəzifəsində çalışmışdır. 1968-ci ildə baş elmi işçi olmuş, 1972-ci ildə isə çalışdığı Fizologiya Elmi Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsinə seçilmişdir.
Haqverdi Dadaşov
Haqverdi Xudadverdi oğlu Dadaşov (1975; Qubadlı, Azərbaycan SSR) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Haqverdi Dadaşov 1975-ci ildə Qubadlı şəhərində anadan olub. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Haqverdi Dadaşov 1993-1995-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib və Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit olaraq xidmətə başladı. Baş leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki olan Haqverdi Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Dadaşov "Zəfər" ordeni ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Dadaşov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Haqverdi Haqverdiyev
Haqverdi Tanrıverdi oğlu Haqverdiyev (d.1939, Tovuz rayonunun Çeşməli kəndi) — AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Haqverdi Haqverdiyev 1939-cu ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1958-1963-cü illərdə ADU-nun geoloji-coğrafiya fakultəsini bitirib, geoloq ixtisasına yiyələnmişdir. 1971-ci ildə"Kəlbəcər törəmə muldasının dördüncü dövr vulkanizmi" mövzusunda elmlər namizədliyi dissertasiyasını müdafiə etmişdir. Uzun illər Kəlbəcərdə 4-cü dövr vulkanlarını öyrənməklə məşğul olmuşdur.Əmək fəaliyyətinə 1963-cü ildən başlamışdır.1963-cü ildə Qazaxıstanda geoloq vəzifəsində işləmişdir. 1969-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda aparıcı elmi işçi işləyir. == Əsas elmi nailiyyətləri == Yer qabığının təkamülünün dinamikası konsepsiyasını işləyib hazırlanıb. Həmin konsepsiya mövqeyindən əksər geoloji proseslərin, o cümlədən qlobal geotektonik proseslərin (astenosferin dərinlik yarıqlarının, vulkan püskürmələrinin, zəlzələlərin, sunamilərin, vulkanoplutonik vç s. proseslərin ) mənşəyini, yer qabığında paylanma qanunauyğunluqların və onların faydalı qazıntı yataqlarının əmələ gəlməsində və yer qabığının təkamülündə rolu elmi cəhətdən əsaslandırılmışdır. == Elmi əsərləri == 1.Пульс планеты (на азерб .-ком языке) 2.Вулканизм в геотектоническом развитие Малого Кавказа (на Аз.-ском языке) 3.Новый взгляд о перемещение литосферных масс.
Haqverdi Talıboğlu
Haqverdi Talıboğlu (1930-2018) — Aşıq, şair, müəllim. == Həyatı == 17 mart 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O,Aşıq Ələsgərin kiçik oğlu Talıbın oğludur. 1951-ci ildə Kirovabad Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1955-ci ildə həmin institutu bitirmişdir. Kəlbəcər rayonunun Yanşaq və Qamışlı kəndlərində 1958-ci ilə kimi müəllim işləmişdir. 1958-ci ildən Basarkeçər rayonunun Ağkilsə kəndində 30 il məktəb direktoru işləmidir. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Haqverdi Ələsgərov Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. Daşkəsən rayonunun Bayan kəndində yaşamışdır. 2018-ci il iyulun 4-də Gəncə şəhərində vəfat etmiş, iyulun 5-də Göygöl qəbirstanlığında dəfn olunmuşdur. == Həmçinin bax == Aşıq Ələsgərin nəvəsidir.
Haqverdi Verdiyev
Verdiyev Haqverdi Camal oğlu (12 aprel 1958, Qapanlı, Şamxor rayonu – 19 iyun 1992, Aterk) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1958-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdur. O, 1976-cı ildə İ.Məmmədov adına Qapanlı kənd orta məktəbini bitirmişdir. Haqverdi Verdiyev 1977-ci ildə Sovet ordusunda xidmət etdikdən sonra Rusiyanın Novqorod şəhərində milis məktəbinə daxil olmuş və oranı fərqlənmə dipolmu ilə bitirərək leytenant rütbəsinə yüksəlib hava limanında desant qoşunlarında xidmət etmişdir. Verdiyev Haqverdi Camal oğlu Ağdərə bölgəsində Atek kəndində qəhrəmancasına şəhid olmuş və 5 sentyabr 1992-ci ildə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Haqverdi Verdiyev ailəli olmuş, Zamiq və Ramil adlı 2 oğlan övladları var.
Höccət Haqverdi
Höccət Haqverdi (3 fevral 1993, Məşhəd) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu.
Mirzə Haqverdi Səfa
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı. == Həyatı == Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır". Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu.
Xanverdi Turaboğlu
Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən). == Həyatı == Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra coxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.
Şahverdi (Əhər)
Şahverdi (fars. شاه وردي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Şahverdi xan
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. == Həyatı == XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.
Hacı Şahverdi hamamı
Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam. == Haqqında == Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədi ilə bir sıra bərpa işləri keçirilib.
Şahverdi xan Qaradağlı
Şahverdi xan Qaradağlı (?-1589) — qızılbaş sərkərdəsi, vali. == Həyatı == Şahverdi bəy Ənsar xəlifə oğlu Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Atası Ənsar xəlifə Qaradağlı Şirvan əyalətinə bəylərbəyi təyin ediləndə onu Qaradağ vilayətinə hakim təyin etdilər. 1583-cü ildən 1589-cu ilədək Qaradağa rəhbərlik etmişdi. Osmanlı ordusu Qızılbaşlar məmləkətinə hücum edəndə Şahverdi xan heç bir dirəniş göstərmədən tabe oldu. I Şah Abbas Qaradağı geri alandan müfəttişlərinə Qaradağ əhvalatını təftiş etməyi tapşırdı. Şahverdi xanın xəyanəti üzə çıxdı. O, 1589-cu ildə öldürüldü.
Şahverdi xan Ziyadxanov
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, 6 iyun 1919 və ya 9 iyun 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı. Rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya Müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub. Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib. == Həyatı və təhsili == Ziyadxanov Şahverdi xan Əbülfət ağa oğlu 3 oktyabr 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəticəsidir. Gəncə gimnaziyasını 1-ci dərəcə ilə Yelizavetqrad yunker məktəbini isə 2-ci dərəcə ilə bitirib. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Şahverdi xan xidmətə 1890-cı ilin noyabr ayının 29-da 44-cü Nijninovqorod draqun polkunun 3-cü eskadronunda sıravi kimi başlayıb.
Təzəkənd-i Şahverdi (Əhər)
Təzəkənd-i Şahverdi (fars. تازه كندشاهوردي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (32 ailə).
Şahverdi sultan Ziyadoğlu-Qacar
Kamaləddin Şahverdi sultan Ziyadoğlu-Qacar (1508, Gəncə – 1568, Gəncə) — Qarabağın ilk bəylərbəyi. XVI əsrin I yarısında I Təhmasib tərəfindən təyin olunmuş görkəmli siyasi xadim və Qızılbaş sərkərdəsi. “Böyük Sultan, Qacar sülaləsinin və bütün Qarabağ qüdrətinin banisi" Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacardır (1568-ci ildə vəfat etmişdir). == Həyatı == Şahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. O, Qacar Qızılbaş tayfasının və bu tayfaya daxil olan doğma Ziyadlı oymağının başçısı təyin edilmişdi. Tayfanın əyanlarına və Şahverdi Sultanın özünə Qarabağda otlaqlar və torpaqlar verilmişdi. Məşhur rus tarixçisi İ.P.Petruşevski Şahverdi Sultanı “Böyük” adlandırırdı, çünki o, İranın və Azərbaycanın tarixində silinməz izlər buraxmışdı. Onun birbaşa gələcək nəsli Qarabağ və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə etmiş və yüz otuz ilə yaxın İran şahı, bir çox vilayət və şəhərlərin hakimləri olmuşdur. Məhəmməd Məsum özünün “Xülasam as-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dururdu.
Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
II Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.