TARMAN
TARYEL
OBASTAN VİKİ
Cabir Tarverdiyev
Cabir Səmid oğlu Tarverdiyev (8 fevral 1987, Füzuli – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cabir Tarverdiyev 1987-ci il fevralın 8-də Füzuli şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cabir Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cabir Tarverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Tarverdiyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Tarverdiyev

Feyruz Tarverdiyev
Feyruz İslam oğlu Tanrverdiyev (22 iyul 1996, Sığırlı, Kürdəmir, Azərbaycan — 3 noyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyruz Tanrıverdiyev 22 iyul 1996-ci ildə Kürdəmir rayonu Sığırtı kəndində dünyaya göz açıb. Ailədə üç qardaş olublar. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin yanvarında tərxis olub. == Hərbi xidmətləri == Feyruz Tanrıverdiyev Aprel döyüşlərinəsə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Feyruz Tarverdiyev Hadrutun azad edilməsində savaşıb. 3 noyabr 2020-ci ildə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi noyabrın 30-da Sığırlıya gətirilərək kənd qəbiristanlığında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952). == Həyatı == Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir.Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 30 yaşında olarkən o tibb sahəsində təhsil almağa qərar verir və 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisasında təhsil alır, lakin daha sonra həkim karyerasına davam etmir (cəmi il yarıma qədər həkim işləyib).
Qürbət Tarverdiyev
Qürbət Rasim oğlu Tarverdiyev (21 may 1998, Nərəcan, Xaçmaz, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qürbət Tarverdiyev 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub. 2016–2017-ci illərdə hərbi xidmətdə olmuşdur. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qürbət Tarverdiyev Füzulinin azad edilməsində savaşıb. Qürbət Tarverdiyev oktyabrın 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramazan Tarverdiyev
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978). == Həyatı == Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də indiki Hacıqabul rayonunun Navahı kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır. Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir. Məhz onun irəli sürdüyü elmi-metodik hesablama üsulları Şəmkir SES-in tikintisində tətbiq olunmuşdur. Ramazan Tarverdiyev 1980-ci ildə Rusiyanın Baykal gölündə elmi-tədqiqat işləri aparmışdır.
Şaiq Tarverdiyev
Şaiq Kamal oğlu Tarverdiyev (21 mart 1983, Masallı rayonu) — Aykido və Ciu-Citsu üzrə Baş məşqçi, Aykido üzrə 4-cü dan və Ciu-Citsu üzrə 2-ci dan qara kəmər sahibi. Beynəlxalq Aykido Akademiyasının Bakıdakı nümayəndəsi. == Həyatı == Şaiq Tarverdiyev 21 mart 1983-cü ildə Masallı rayonunda anadan olmuşdur. Erkən yaşlarından ailədə, yaxın ətrafında, məktəbdə sakit xarakteri və gözəl tərbiyəsi ilə seçilməyə başlamışdır. Hər zaman dərslərinə yaxşı hazırlaşır və çox keçmir ki, fəal və intizamlı bir şagird kimi müəllimlərinin rəğbətini qazanır. Məktəb dərslərini yaxşı səviyyədə saxlamaqla yanaşı, fiziki fəallığı ilə də seçilirdi. Onda idmana güclü meyl hiss olunur. Bir müddət sonra Rusiya Federasiyasına köçməli olur. İdmana meylliyi, onu yaşadığı şəhərdə aykido idman növünün təşkil olunduğu bir kluba aparır. O, burada bu idman növü ilə tanış olur və bu idmana onda böyük maraq oyanır.
Şulduz Tarverdiyev
Tarverdiyev Şulduz Ataş oğlu - Azərbaycanlı yazıçı, müəllim. == Həyatı == 1938-ci ildə Azərbaycan SSR Masallı rayonunun Güllütəpə kəndində əkinçi ailəsində anadan olub. Atası, Baxşıyev Ataş Tarverdi oğlu, 1905-ci ildə Ərkivan qəzasının Güllütəpə kəndində doğulmuş, Böyük Oktyabr inqilabından sonra əkinçi olmuşdur. 1936-cı ildə kolxoza daxil olmuş, sıravi üzv işləmiş, müharibə başlayanda Qızıl Ordu sıralarına qatılmışdır. 1942-ci ildə tərxis olunmuş və həmin ildə də vəfat etmişdir. Anası Baxşıyeva Xədicə Kazım qızı, 1914-cü ildə doğulmuşdur. Həyat yoldaşı ilə birlikdə kolxoza daxil olmuş və sıravi üzv işləmişdir. Daha sonra S.Vurğun adına sovxozda fəhlə işləyib. 1982-ci ildə dünyasını dəyişmişdir. Şulduz Tanrıverdiyev 1945-ci ilin sentyabrında Güllütəpə kəndində açılmış ibtidai məktəbə daxil olmuş və 1949-cu ilin mayında həmin məktəbin dördüncü sinfini bitirib.
вы́гибка Ине́т кроше́ние люминесце́нция перегороди́ться подъезжа́ть гайдама́цкий нору́шка осмы́сленно пе́рвый политру́к пошеве́ливаться прогу́льщик вагон одалень broad-based cob entia hitherward legislative assembly linksland moment pleomorphic линза тирольский