Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apuliya hersoqluğu
Apuliya hersoqluğu — 1059-cu ildə Tankred Hoytvillin oğlu Robert Hoytvill tərəfindən əsası qoyulan hersoqluq. Əvvəllər qraflıq statusunu daşıyırdı. 1193-cü ildə V Rocerin ölümü ilə birbaşa Siciliya krallığına birləşdirildi. Hoytvill sülaləsi tərəfindən idarə olunurdu. == Hersoqlar == Robert Hoytvill I Rocer Borsa II Vilyam II Rocer III Rocer Ranulf- hersoqluğu ələ keçirmişdi.
Avstriya hersoqluğu
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən önəmlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir. Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi. == Mənbə == Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45.
Berq hersoqluğu
Berq hersoqluğu — Almaniyanın indiki Reyn vilayətində yerləşən tarixi dövlət idi - əvvəlcə bir qraflıq, daha sonra hersoqluq olmuşdu. Paytaxtı Düsseldorf idi. 12-ci əsrin əvvəllərindən 19-cu əsrə qədər müstəqil bir siyasi qurum kimi mövcud olmuşdur.
Burqundiya hersoqluğu
Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq II Robert tərəfindən qoyulmuş Burqundiya hersoqluğu 1477-ci ildə Nansi müharibəsindən sonra dağılmışdır. German tayfası burqundların keçmiş krallığının 843-cü ildə Qərbi Frank krallığının tabeliyinə keçən şimal-qərb hissəsində yaranmışdı. Burqundiya hersoqu Raul 923–936-cü illərdə Fransa kralı idi. 956-cı ildə onun sülaləsi kəsildikdən sonra Burqundiya hersoqluğu kral Huqo Kapetin qardaşları Robertilər sülaləsinin hakimiyyətinə keçdi; onlardan kiçiyinin ölümündən sonra 1002-ci ildə kral domeninə qatıldı, lakin 1032-ci ildə kral I Henrixin kiçik qardaşı, Burqundiya hersoqluğunun birinci Kapetinqlər sülaləsinin banisi Robertə verildi. X –XII əsrlərdə Burqundiya hersoqluğu kilsə islahatı uğrunda mübarizə aparan rahiblər hərəkatının mərkəzinə çevrilmişdir. 1363-cü ildən Burqundiya hersoqluğunu ikinci Kapetinqlər sülaləsi idarə edirdi. XIV əsrin sonlarından Burqundiya hersoqları öz torpaqlarını sürətlə genişləndirirdilər. 1384-cü ildə Cəsur Filipp Flandriyanın, Artua və Burqundiya qraflığının varisi oldu.
Milan hersoqluğu
Milan hersoqluğu (it. Ducato di Milano; lat. Ducatus Mediolani) ― İtaliyanın şimalında yerləşən Müqəddəs Roma İmperiyasına tabe olan dövlət. Paytaxtı Milan olan dövlət 1395-ci ildə Jan Qaleazzo Vizkonti tərəfindən yaradılmışdır. Hersoqluğun qonşuları şərqdə Venesiya Respublikası, qərbdə Savoyya hersoqluğu, cənubda Genuya Respublikası və şimalda İsveçrə kantonları idi. Rəsmi olaraq istifadə olunan dillər Lombard və İtalyan dilləri idi. Ən geniş sərhədlərinə XV əsrin əvvəllərində çatan dövlət, bütün Lombardiya əyalətinə və Venesiya, Emilia Romagna və Piemonte əyalətinin bir hissəsinə sahib idi. Sforza sülaləsi dövründə ipək sənayesinin inkişafı ilə zənginləşən şəhər, İntibah dövrünün ən zəngin dövlətlərindən birinə çevrilmişdir. XV əsrin sonlarına doğru Fransa krallığı ilə Habsburq İmperiyası arasındakı mübarizənin səbəblərindən biri olmuşdur. 1556-cı ildə Habsburg İspaniyasına keçən Milan hersoqluğu, keçmiş imperiya sərhədlərində olduğu üçün 1707-ci ildə Habsburg Avstriyasına keçmişdir.
Raça hersoqluğu
Racha Hersoqluğu(ing. Duchy of Racha)— Racha Hersoqluğu (gürcü: რაჭის საერისთავო, rach'is saerist'avo), Rioni Vadisinin yuxarı hissəsində, Rioni Vadisinin yuxarı hissəsində, qərbindəki Racha əyalətində yerləşən orta əsrlərdə və erkən müasir Gürcüstanda vacib bir krallıq idi. Böyük Qafqaz silsiləsi. və təxminən Eristavs ("hersoqlar") ardıcıllığı ilə idarə olunurdu. 1789 -cu ildə kral tacına təhvil verilməzdən əvvəl 1050. Racha Dükalığı təxminən 1050-ci ildə təsis edildi. Daha sonra Kakhaberidze kimi tanınan Liparitid qəbiləsinin bir qolu, Gürcüstan kralı IV Baqrat tərəfindən tutuldu. Corciya kraliçası Tamar (1184-1213-cü illər) dövründə mülkləri daha da genişləndi. Kaxaberidze, 1278 -ci ildə VI Davidə qarşı üsyana görə hersoqluğun mülkiyyətindən məhrum edildi, ancaq XV əsrə qədər özlərini Raçada saxladılar. O vaxta qədər, Racha Hersoqluğu, qısa mülkiyyəti təxminən Çxeidze ailəsi ilə əvəzlənən Çarelidze ailəsinin hakimiyyəti altında bərpa edilmiş kimi görünür.
Saksoniya hersoqluğu
Saksoniya hersoqluğu (alm. Herzogtum Sachsen‎) — 804-1294-cü illərdə mövcud olmuş feodal dövlət qurumu.
Savoyya hersoqluğu
Savoyya hersoqluğu (it. Ducato di Savoia; fr. Duché de Savoie) 1416–1714-cü illər arasında Savoyya sülaləsinin hakimiyyəti altındakı torpaqlara verilən addır. Hersoqluq İtaliya yarımadasının şimalında yerləşirdi. Ərazisinin bir hissəsi indiki Fransanın bir hissəsidir. Savoyya əyalətinin davamı olan Hersoqluq, Sardiniya və İtaliya Krallığının əsas hissəsini təşkil etmişdir. Oresko, Robert (1997). "The House of Savoy in search for a royal crown in the seventeenth century". In Oresko, Robert; Gibbs, G. C.; Scott, H. M. (eds.). Royal and Republican Sovereignty in Early Modern Europe: Essays in Memory of Ragnhild Hatton.
Varşava Hersoqluğu
Böyük Varşava Hersoqluğu (pol. Księstwo Warszawskie) — Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilzit sülhündən sonra qurulmuş dövlət. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək de-fakto mövcud olmuşdur. Vyana Konqresinin qərarlarına əsasən, hersoqluğun böyük hissəsi Polşa çarlığı adı ilə muxtariyyət statusunda Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir. Hersoqluğun ərazisi (1807) 103 min km², əhalisinin sayı - 2,6 milyon nəfər təşkil edirdi. Varşava Hersoqluğunun Avstriya ilə müharibəsindəki qələbəsindən sonra Reç Pospolitanın üçüncü bölüşdürülməsi zamanı itirilən Polşa əraziləri də ona ilhaq edildi. Bu yeni ərazilərə əzəli Polşa torpaqları olan Krakov, Lublin, Radom, Sandomir daxil idi. Nəticədə hersoqluğun ərazisi 52 min km², əhalisi isə 1,7 milyon nəfər artmışdı. Hersoqluğun paytaxtı Varşava idi. Hersoqluğun Konstitusiyası Napoleon tərəfindən 1807-ci il iyulun 22-də Drezdendə təsdiq edilmişdir.
Afina hersoqluğu
Afina hersoqluğu (Greek: Δουκᾶτον Ἀθηνῶν, Doukaton Athinon; Catalan: Ducat d'Atenes) — indiki Yunanıstan ərazisində yaradılmış səlibçi dövlət. 1202–1204-cü illərdə baş tutan Dördüncü Səlib yürüşünün bitməsindən bir il sonra, frankokratiya dövründə yaranmışdır. Yarandığı andan Fessaloniki krallığının vassalı sayılırdı və 1224-cü ildə süqut etdikdən sonra Afina hersoqu cənub qonşusu Axeya knyazlığının üstünlüyünü tanımışdı. Afina bu dövrdə Konstantinopol patriarxatının tərkibindəki bir metropolit arxeparxlığının iqamətgahı idi. Bununla belə, taxt Bizans imperiyasında iyirmi səkkizinci yeri tutduğu üçün əhəmiyyət kəsb etmirdi. 1261-ci ildə VIII Mixail Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmiş, bu iki dövlət Bizans torpaqlarında səlibçilərin yeganə dövləti olaraq qalmışdır. 1318-ci ildə Kataloniya şirkəti ölkəni ələ keçirmiş və daha sonra hersoqluq Araqon taxt-tacının, Venesiya və Moreya despotluğunun vassalı olmuşdur. 1456-cı ildə Afina Osmanlı imperiyasının hakimiyyətini tanımış, iki ildən sonra həmin dövlət Afina hersoqluğunun qalan torpaqlarını öz mülklərinə birləşdirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Setton, Kenneth M. Catalan Domination of Athens 1311–1380 (Revised). London: Variorum.
Arxipelaq hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Naksos hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Akvitaniya hersoqluğu
Akvitaniya hersoqluğu (oks. Ducat d'Aquitània, Şablon:IPA-oc; fr. Duché d'Aquitaine, IPA: [dyʃe dakitɛn]) — IX əsrin sonundan XV əsrin birinci yarısına qədər Fransanın cənub-qərbində mövcud olmuş feodal dövlət. == Coğrafiya == Müxtəlif tarixi dövrlərdə hersoqluğun tərkibinə Akvitaniya, Puatu, Overn, Langedok və Qaskon tarixi vilayətləri daxil idi. Hersoqluğun paytaxtı Bordo şəhəri idi. == Tarixi == Yarandığı zaman VII əsrdə Frank krallığının hersoqluğu idi. IX əsrdə Karolinq imperiyasının tərkibində mövcud olmuşdu. Anju sülaləsinə mənsub olan İngiltərə krallarına sadiq qalan hersoqluq Yüzillik müharibənin əsas səbəblərindən biri idi. Müharibəni Fransa krallığı qazandıqdan sonra birbaşa bu krallığa tabe edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Lewis, Archibald R. "The Dukes in the Regnum Francorum, A.D. 550-751." Speculum, Vol.
Vaskoniya hersoqluğu
Vaskoniya hersoqluğu (bask Baskoniako dukerria, fr. duché de Vasconie) — VII–IX əsrlərdə müasir Fransanın cənub-qərbində mövcud olmuş orta əsr hersoqluğu. Adını müasir baskların əcdadları olan vaskon qəbiləsindən almışdır. IX əsrin sonunda Vaskoniyanın yerində Qaskon hersoqluğu yaranmışdır. Ən böyük çiçəklənmə dövründə hersoqluğun strukturuna tarixi Fransanın Qaskon regionu, eləcə də sonradan Pamplona (Navarra) krallığının əsasına çevrilən Pamplona şəhəri ətrafında və Pireney dağlarının cənubundakı torpaqlar daxil idi. . Auñamendi Encyclopedia: Ducado de Vasconia. Sedycias, João. História da Língua Espanhola.
Orlean hersoqluğu
Orlean hersoqluğu (fr. Duc d'Orléans) — Fransa monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XIV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, Fransa krallarının yaşca kiçik oğul və ya qardaşına verilir. Kanadadakı Orlean adası Orlean hersoqu II Henrinin (sonrakı illərdə Fransa kralı olacaq III Henri), ABŞ-dakı Nyu-Orlean şəhəri isə Orlean hersoqu II Filippin şərəfinə adlanmışdır. == Siyahı == == Mənbə == Unwin, Brian (2014). A Tale in Two Cities: Fanny Burney and Adèle, Comtesse de Boigne. New York: I.B. Taurus & Co. pp. 210–212. ISBN 978-1-78076-784-0 François de Malherbe, Lettres à Peiresc, éd.
Florensiya hersoqluğu
Florensiya hersoqluğu (it. Ducato di Firenze) — İtaliyanın Toskana əyalətində yerləşən, Florensiya mərkəzli dövlət. 1532-ci ildə Roma papası VII Klement, özü kimi Mediçi ailəsinə mənsub olan qohumu Alessandro Mediçini Florensiya hersoqu elan etdi və beləcə, Florensiyada respublika ləğv edilərək irsi monarxiya bərpa olundu. Onun öldürülməsinin ardından hakimiyyəti ələ alan I Kozimo nəhəng donanma qurdu və Elba adasını satın alaraq bölgəni ələ keçirdi. 1569-cu ildə Roma papası V Piy tərəfindən Böyük Toskana hersoqu ünvanı aldı və beləcə, Mediçilər 1737-ci ilədək bu ünvanla bölgəni idarə etdilər. == Mənbə == Hale, J.R. (2001). Florence and the Medici. Phoenix Publishing. ISBN 1-84212-456-0 Hattendorf, John B.; Unger, Richard W., eds. (2003).
Finlandiya böyük hersoqluğu
Finlandiya knyazlığı (fin Suomen suuriruhtinaskunta; isv. Storfurstendömet Finland ; rus. Великое княжество Финляндское) - Finlandiya ərazisində 1809-1917-ci illər aralığında mövcud olmuş knyazlıq. Finlandiya knyazlığı Rusiya imperiyasının nəzarəti altında fəaliyyət göstərmişdir. Çar I Aleksandrdan sonuncu Çar II Nikolaya qədər olan Rusiya imperiyasının imperatorları Finlandiya knyazı fəxri titulunu daşıyırıdılar.
Aşağı Bavariya hersoqluğu
Aşağı Bavariya hersoqluğu (alm. Teilherzogtum Niederbayern‎) 1255–1340-cı illərdə Müqəddəs Roma imperiyasında mövcud olmuş, Vittelsbax sülaləsi tərəfindən idarə edilən hersoqluq. 1253-cü ildə ataları II Ottonun ölümündən sonra qardaşlar XIII Henrix və II Lüdviq Bavariya və Reynland-Pfalz üzərində birlikdə hökmranlıq etdikdən sonra 28 mart 1255-ci ildə Bavariya bölünməsi müqaviləsi imzaladılar. Müqaviləyə əsasən Lüdviq Pfals kürfürstlüyü və Yuxarı Bavariya hersoqluğunu, Henrix isə paytaxtı Landsxut olmaqla Aşağı Bavariya hersoqu oldu. Hersoqluq sonradan müvəqqəti olaraq Henrixin davamçıları arasında bölündü, Zalsburq arxiyepiskopu isə müstəqillik qazandı. 1340-cı ildə hersoq İohannın ölümü ilə Müqəddəs Roma İmperatoru IV Lüdviq Aşağı Bavariyanı da miras aldı və beləliklə Bavariya hersoqluğunu yenidən birləşdirdi. Lüdviqin ölümündən sonra oğulları II Stefan, Vilhelm və I Albert arasında mübahisəyə səbəb olan hersoqluq üçün 1349-cu ildə Landsberqdə və 1353-cü ildə isə Regensburqda müqavilələr imzalanmışdı. Bu müqavilələr nəticəsində Aşağı və Yuxarı Bavariyalar Bavariya-Landsxut, Bavariya-Münhen, Bavariya-İnqolştadt, Bavariya-Ştraubinq kimi kiçik hissələrə parçalandı. Aşağı Bavariyanın əksər hissəsi Landsxut və Ştraubiqn payında idi. == Hersoqları == Bavariya hersoqları harada hökm sürdüklərindən asılı olmayaraq ümumiyyətlə nömrələnsələr də, Henrix adlı Aşağı Bavariya hersoqları üçün bir istisna var: onlar Aşağı Bavariyadakı sıralarına görə nömrələnirlər.
Bavariya-Landsxut hersoqluğu
Bavariya-Landsxut hersoqluğu (alm. Teilherzogtum Bayern-Landshut‎) — 1353–1503-cü illərdə Müqəddəs Roma İmperiyasında mövcud olmuş dövlət. == Tarixi == Hersoqluq bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümündən sonra yaradılmışdı. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən 1447-ci ildə bütün Bavariya-İnqolştadt hersoqluğu Bavariya-Landsxut ilə birləşdirildi. Bavariya-Landsxut o zamanlar Rattenberq və Kitzbüeldəki mədənlərinə görə Bavariyanın ən varlı hissəsi idi və ən müasir idarəetmə üsuluna sahib idi.
Lüksemburq Böyük Hersoqluğu
Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg​; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir.
Pfals-Çvaybrükgen hersoqluğu
Pfals-Çvaybrükgen (alm. Pfalz-Zweibrücken‎) və ya Çvaybrükgen Qraf-Palatinliyi, Müqəddəs Roma İmperiyasının tərkibinə daxil olmuş tarixi dövlətdir. Paytaxtı Çvaybrükgen (fr. Deux-Ponts) idi. Onun idarə edən Pfals-Çvaybrükgen sülaləsi, Vittelsbax sülaləsinin bir qolu, eyni zamanda 1654–1720-ci illərdə İsveçi idarə edən hakim sülalə idi. Pfals-Çvaybrükgen, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini, Pfals-Zimmern və Çvaybrükgen'i iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu. Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Frederik isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı.
Varşava Hersoqluğu Ordusu
Varşava Hersoqluğu Ordusu - 1807-1813-cü illərdə mövcud olmuş Böyük Varşava Hersoqluğunun ordusu. Bu dövlət Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilsit sülhündən sonra qurulmuşdu. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək mövcud olmuşdur. Hersoqluğun ordusu dövlətin özü kimi 1807-1813-cü illərdə mövcud olmuşdur. Dövlət yaradıldıqdan sonra hersoqluğun ordusu da avtomatik olaraq təşkil edilmişdir. Daimi ordunun sayı təqribən 50 min nəfər idi. Ordunun tərkibi 35 min nəfər piyada, 12,5 min nəfər süvari, 3,5 min nəfər artilleriya və 800 mina təmizləyicilərdən ibarət olmuşdur. Piyada hissələr üç batalyonun daxil olduğu 17 alaydan, hər batalyon isə 6 rotadan ibarət idi (1-qrenadyor, 1- yeger, 4- fuzilor). Süvarilər dörd heyətdən ibarət 16 alaydan ibarət olmuşdu (1- kirasir, 2- qusar, 3- atlı-yeger və 10-ulan). artilleriya 12 rotadan ibarət bir piyada alayından və 2 batareyadan ibarət at alayından təşkil edilmişdi.
Yuxarı Bavariya hersoqluğu
Yuxarı Bavariya hersoqluğu (alm. Herzogtum Oberbayern‎) — Müqəddəs Roma İmperiyasının tərkib hissələrindən biri. 1255-ci ildə ilk Bavariya bölgüsündən 1340-cı ildə Bavariyanın yenidən birləşməsinə qədər və 1349-cu ildən ikinci Bavariya əyalət bölgüsündən 1363-cü ildəki hersoq Maynhardın ölümünə qədər mövcud olmuşdur. Bundan sonra əvvəlcə Aşağı Bavariya hersoqluğu Bavariya-Landsxuta, Yuxarı Bavariya isə Bavariya-Münhen və Bavariya-İnqolştadta bölündü. Landsxut varislik müharibəsindən sonra Bavariyanın yenidən birləşməsinə qədər olan dövrdə müstəqil qismən hersoqluq kimi mövcud olan Bavariya-Münhen hersoqluğu, xüsusən də Bavariya-İnqolştadtın birləşməsindən sonra tez-tez Yuxarı Bavariya Hersoqluğu kimi xatırlanırdı. Yuxarı Bavariya hersoqluğu termini 1808-ci ilə qədər I Maksimilianın tapşırığı ilə qraf Maks İosif fon Monjela tərəfindən yenidən təşkil edilənə qədər Bavariya kürfürstlüyünün Münhen və Burqhauzen ərazisi üçün istifadə edildi. Daha sonra I Lüdviq tərəfindən "dövlətin ayrı-ayrı əsas hissələrinin adlarının qaytarılması" üçün 1837-ci ildən bəri Yuxarı Bavariya inzibati dairəsi yaradıldı. II Lüdviq (1255–1294) I Rudolf (1294–1317) IV Lüdviq (1294/1301–1340) V Lüdviq (1349–1361) VI Lüdviq (1349–1351) V Otto (1349–1351) Maynhard (1361–1363) Max Spindler, Andreas Kraus (Hrsg.): . 2. Auflage.
Bavariya-Münxen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Böyük Hesse hersoqluğu
Böyük Hesse hersoqluğu (alm. Großherzogtum Hessen‎) — Qərbi Almaniyada mövcud olmuş, Darmştadt mərkəzli dövlət. 1806-cı ildə Hessen-Darmştadt landqraflığı əsasında qurulsa da, qonşuluqdakı Hesse kürfürstlüyündən fərqlənməsi adına, 1816-cı ildə dövlətin adı Böyük Hesse və Reyn hersoqluğu (alm. Großherzogtum Hessen und bei Rhein‎) olaraq dəyidirildi. 1806-cı ildə Hessen-Darmştadt landqraflığı Müqəddəs Roma imperiyasından ayrıldı və Napoleonun yaratdığı Reyn İttifaqına qatıldı. Landqraflığın statusu böyük hersoqluğa yüksəldi və yeni torpaqlar əldə etdi. 1815-ci ildə Napoleonun məğlubiyyətindən sonra hersoqluq yeni yaradılan Alman ittifaqına qoşuldu. 1820-ci ildə konstitusiya qəbul edildi və bölgədə mühafizəkar və liberal qruplar arasında mübarizə gücləndi. 1848-ci il inqilabları əsnasında hökumət köləliyi ləğv etdi və bir çox sosial reformasiyalara imza atdı. 1871-ci ildə Almaniya imperiyasına qatılan Böyük Hesse hersoqluğunun xarici siyasətinə müəyyən məhdudiyyətlər gətirildi.
Edinburq hersoqu
Edinburq hersoqu (ing. Duke of Edinburgh) — Şotlandiyanın paytaxtı Edinburqa görə verilən britaniya hersoq titulu. Britaniya kral ailəsində yeni hersoq titullarından biridir. XVIII əsrdən , Böyük Britaniyanın birləşməsindən sonra yaranıb. 1764—1834-ci illərdə titul Qloster hersoqu titulu ilə birləşdirildi. Bütün tarix boyu titulu 6 nəfər daşıyıb.
Klarens hersoqu
Klarens hersoqu (ing. Duke of Clarence) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir. Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi. Ünvan sonuncu dəfə 1461-ci ildə İngiltərə kralı IV Eduardın qardaşı Corc Plantagenetin şərəfinə təsis edildi. Ancaq o, qardaşına qarşı üsyan etdi və 1478-ci ildə ələ keçirilərək şərab çəlləyində boğularaq edam edildi. Onun oğul övladı olsa da, vətənə xəyanətlə təqsirləndirildiyi üçün bütün ünvanları ailəsinin əlindən alındı. Ünvan daha sonra 1553-cü ildə İngiltərə taxtına əyləşən Ceyn Qreyin əri Gilford Dudli üçün verilmək istəndi.
Lankaster hersoqu
Lankaster hersoqu (ing. Duke of Lancaster) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, V Henrinin 1413-cü ildə taxta çıxması nəticəsində səltənətlə birləşmişdir. Daha sonra müstəqil şəkildə təsis edilməsə də, bu ünvan Lankaşir qraflığının hakimi olan Birləşmiş krallığın monarxı üçün istifadə edilməyə davam etmişdir. == Tarixi == XIV-XV əsrlərdə Lankaster hersoqu ünvanı 3 dəfə təsis edildi. İlk dəfə 6 mart 1351-ci ildə İngiltərə kralı III Henrinin nəticəsi və 4. Lankaster qrafı Qrosmontlu Henriyə təsis edildi. Ancaq o, 1361-ci ildə oğul övladı olmadan vəfat etdi və ünvan ləğv edildi. Ünvan ikinci dəfə 13 noyabr 1362-ci ildə İngiltərə kralı III Eduardın oğlu Gentli Con üçün təsis edildi. Belə ki, o, Qrosmontlu Henrinin qızı və varisi olan Lankasterli Blanşla evlənərək onun bütün mülk və əmlaklarına sahibləndi.
Södermanland hersoqu
Södermanland hersoqu - İsveç əsilzadə tituludur. Azərbaycan dilində Hertig av Söderland sözü "Södermanland hersoqu" kimi tərcümə olunur. Krallar çox vaxt bu titulu oğullarına verərdilər. Södermanland "Cənublu adamın torpağı" deməkdir.
Vermlandiya hersoqu
Vermlandiya hersoqu İsveç əsilzadə tituludur. Azərbaycan dilində Hertig av Värmland sözü "Vermlandiya hersoqu" kimi tərcümə olunur. Krallar çox vaxt bu titulu oğullarına verərdilər. Vermlandiya sözünün mənası heç kimə məlum deyil.
York hersoqu
York hersoqu (ing. Duke of York) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, İngiltərə (daha sonra Britaniya) monarxlarının ikinci oğul övladına verilir. Bu ünvan Şotlandiya krallığının monarxial strukturundakı Albani hersoqu ünvanı ilə ekvivalentlik təşkil edir. İngiltərə və Şotlandiya krallıqlarının 1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də, York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı. Ünvan İngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibi Birləşmiş Krallığın kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryudur. Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi 1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək. İlk verildiyi Edmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.
Österqotland hersoqu
Österqotland hersoqu İsveç əsilzadə tituludur. Azərbaycan dilində Hertig av Östergötland sözü "Österqotland hersoqu" kimi tərcümə olunur. Krallar çox vaxt bu titulu oğullarına verərdilər. Österqotland "Şərqi Qotlandiya" deməkdir.
Norfolk hersoqu
Norfolk hersoqu (ing. Duke of Norfolk) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Rəsmi iqamətgahları Sasseksdəki Arundel qalasıdır və ənənəvi olaraq, İngiltərə Anqlikan kilsəsinə yox, Roma-Katolik kilsəsinə mənsubdurlar. Tarix boyunca bu ünvana layiq görülən bütün Norfolk hersoqları İngiltərə kralı I Edvardın şəcərəsinə mənsubdur. == Tarixi == Norfolk hersoqluğundan öncə Normandiyalı Rocer Biqod ilə başlayan Norfolk qraflığı ünvanı vardı. Oğul şəcərəsi 1306-cı ildə geridə varis qoymadan vəfat edən V Norfolk qrafı Rocer Biqod ilə sonlandı və ünvanın bütün mülk və sərvəti səltənət tərəfindən ələ keçirildi. Çox keçmədən 1312-ci ildə İngiltərə kralı II Edvard qardaşı Tomas Brotertonu Norfolk qrafı təyin etdi və bu ünvan qardaşından sonra onun qızı Marqaritaya və nəvəsi Tomas Movbreyə keçdi. 1397-ci ildə II Riçard son Norfolk qrafinyası Marqarita Brotertonun nəvəsi Tomas Movbreyi hersoq təyin edərək eyni anda qraflığı hersoqluğa yüksəltdi. Ancaq o əsnada qrafinya sağ idi və bu səbəblə formal olaraq ona da, Norfolk hersoqinası ünvanı verildi. Bununla yanaşı, hər ikisi bir neçə ay fərqlə 1399-cu ildə öldü və hersoqluq yenidən qraflığa çevrildi.