Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doydu
Doydu - türk və altay mifologiyalarında nəhəng Ölüm Balığı. Toydu Balıq olaraq da bilinir. Yeraltındaki böyük dənizdə yaşadığına inanılan əfsanəvi nəhəng balıq. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynatınca zəlzələlər olur, tufanlar qopar. Ker Balıq da deyilir. Adı Abra və Yutpa ilə birlikdə xatırlanar. == Etimologiya == (Doy/Toy) kökündən törəmişdir.
Honda
Honda başlıca məhsulları avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markasıdır. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur. == Honda Tarixçəsi == 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu 1947 - İlk motosiklet mühərrikini çıxardı 1948 - Honda Motor Co. adını aldı 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı 1952 - Mərkəz ofisini Tokioya keçirtdi 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu. 1959 - American Honda Motor Co. Quruldu 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı 1963 - Belçikada motosiklet istehsalına başladı 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı 1965 - Portativ generator istehsalına başladı 1966 - S800 modeliylə ixracat hücumuna başladı 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı 1972 - Civic modelinin istehsalına başlandı 1976 - Braziliyada motosiklet istehsalına başlandı 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı 1976 - Accord modeli çıxarılmağa başlandı 1982 - Amerikada Civic çıxarılmağa başlandı.
Honda Accord
Honda Accord— Yapon avtomobil istehsalçısı Honda tərəfindən 1976-cı ildən günümüzədək istehsal olunan sedan.Daha çox 4-qapılı sedan tipli maşınların satışı ilə daha məşhurdur.Bu günə kimi ABŞ-də 8 000 000 ədədi satılaraq 1989-cu ildən ən yaxşı satılan avtomobillər sırasındadır. Adı latın sözləri "ad" və "cordis"in birləşməsi, yəni "ürəyə" mənasını bildirən sözdən irəli gəlir.
Honda Civic
Honda Civic — Honda şirkəti tərəfindən istehsal olunan mühərriki köndələninə yerləşdirilən kompakt avtomobil. İlk dəfə 1972-ci ildə təqdim olunub. Bu model sayəsində Honda nəhəng avtomobil istehsalçıları sırasına daxil ola bilib. Honda Civic-in ilk nəsli 1972-ci ildə buraxılıb. Ön təkərləri aparıcı olan bu model avtomobil Honda şirkətinin əvvəlki avtomobillərindən fərqli olaraq Avropa istehsalı olan avtomobillərlə rəqabətə girə bildi. Maşın zaman-zaman gücü 54-75 a.g. (işçi həcmi 1169—1488 sm³) olan müxtəlif dördsilindirli mühərriklərlə təchiz olunmuşdur.
Honda Element
Honda Element (ing. Honda Element) – SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Honda mükafatı
Honda mükafatı — (ing. Honda Prize;yap. 本田賞) Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat == Yaranması == Honda (Honda Foundation) mükafatı1980-ci ildən etibarən hər il Honda Fondu tərəfindən verilir.Əsası Soiçiro Honda və onun kiçik qardaşı Benciro Honda tərəfindən 1977-сi ilin dekabrında qoyulan Honda Fonduna indi Xiromori Kavaşima başçılıq edir .Mükafatın əsasını diplom, medal və pul mükafatı təşkil edir(10 milyon yapon İenası). Dünyanın bir çox tanınmış alimləri , həmçinin Nobel mükafatının 3 laureatı bu mükafatı almışdır. Honda mükafatını alan ilk və yeganə azərbaycanlı alim Lütfi Zadədir. == Şirkətin tarixi == Porşen üzüklərinin istehsalı Hondanın Soitirosunun sahibkar fəaliyyətinin birinci təcrübəsi idi. O, 1938-ci ildə qarajda qaydaya saldı. İki il sonra o Toyota şirkətindən böyük sifarişi aldı, icrası üçün ona yeni zavodu tikmək lazım oldu. İkinci dünya müharibəsindən sonra o Toyota şirkətinin öz zavodunu satdı və Fudzisavının köməyi ilə motosikllərin istehsalıyla məşğul oldu, hansı ki, yeni şirkətin maliyyələşdirilməsini təmin etdi, həmçinin marketinq strategiyasıyla məşğul olurdu. 1946-cı ildə Honda Technical Research Institute-u (Hondanın Texniki elmi tədqiqat institutu) yaradılmışdı, 24 sentyabr 1948-ci ildə şirkət kimi qeyd edilmişdi.
Hondo adası
Hondo (kor. 홍도) — Cənubi Koreyaya məsub olan ada. Ada Çolla-Namdo vilayətinə aid Mokpxo limanından 115 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Sinan qəzası ərazisinə aiddir. Sahəsi 6,47 km², ən hündür nöqtəsi isə 378 metr təşkil edir. 2001-ci ilə olan məlumata görə adada 710 nəfər yaşayır. 1931-ci ildə yaponlar tərəfindən adada mayak inşa edilmişdir. Mayak 50 km məsafədən görünür. 1981-ci ildə ada və ətraf suları ilə birlikdə sahəsi 2321 km² olan milli park yaradılmışdır.
Hoods Entertainment
Hoods Entertainment (フッズエンタテインメント, Fuzzu Entateinmento) — Yaponiya animasiya studiyası. == İşləri == Aki Sora (OVA, 2009) Aki Sora ~Yume no Naka~ (OVA, 2010) The Qwaser of Stigmata (Anime serialı, 2010) The Qwaser of Stigmata : Portrait of the Empress (OVA, 2010) Manyū Hiken-chō (anime serialı, 2011) The Qwaser of Stigmata II (anime serialı, 2011) Mysterious Girlfriend X (anime serialı, OVA, 2012) BlazBlue Alter Memory (anime serialı, 2013) Fantasista Doll (anime serialı, 2013) Rescue Me!
Keysuke Honda
Keysuke Honda — 1986-cı ildə Yaponiyanın Osaka şəhərində anadan olub. Honda Neftçi PFK-nın keçmiş futbolçusudur.
Midori Honda
Midori Honda (d. 16 noyabr 1964) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 43 oyun keçirib.
Minoru Honda
Minoru Honda (本田 実, Honda Minoru, 26 fevral 1913, Tottori prefekturası – 26 avqust 1990, Kuraşiki, Okayama prefekturası) – Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir. == Həyatı və karyerası == Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır.1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur.1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir. Honda hərbi xidməti zamanı da özü ilə monokulyar gəzdirmiş və ulduzları müşahidə etmişdir. Sinqapurda əldə etdiyi 8 santimetrlik linza ilə teleskop düzəltmişdir.Honda 1965-ci ildə Kuraşikidə iki bağçanın direktoru olmuş və növbəti illərdə işıq çirkliliyi səbəbilə astronomik müşahidələrinə son vermişdir.
Naqayasu Honda
Naqayasu Honda — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Sami Hondə
Sami Hondə (1900, Bağdad) — kiçik siyasi jurnalist. == Həyatı və fəaliyyəti == Sami Hondə 1900-cu ildə Bağdadda doğulmuşdu. O, 1921-ci ildə “Rafideyn” adlı nəşr çap etdirib. “Abdulqafur Əl Bədri İstiqlal” hökumət tərəfindən bağlandıqda Haras İstiqlal Cəmiyyətinin üzvü idi. Sami Hondə çap etdiyi qəzeti dostu Əl Bədriyə təslim etsə də Məndub Sami buna icazə verməyib və nəşri bağlayıb. iki milli partiya haqqında məqaləyə görə 1922-ci il 23 avqustda Məndub Sami tərəfindən Sami Hondə Həncam adasına sürgün edilib. Birinci Dünya müharibəsində ehtiyatda olan zabit olmuşdu. Sami Hondə vətənə qayıtdıqdan sonra gizli siyasi hərəkatlara qoşulmuşdur. Bir müddət “İstiqlal”da işləmişdir. Sami Hondə jurnalistikaya başlayanda hələ 20 yaşı tamam olmamışdı.
Soiçiro Honda
Soiçiro Honda (yap. 本田 宗一郎; 17 noyabr 1906, Şizuoka – 5 avqust 1991, Tokio[d]) — Yaponiyalı mühəndis və sənayeçi. == Həyatı == Soiçiro Honda 1906-cı ilin noyabrın 17-si Yaponiyanın Şizuoka Prefekturasının Komyo kəndində anadan olmuşdur. Atası Gihei Honda dəmirçi, anası Mika Honda isə toxucu olub. Ailəsi kasıb olsa da onlar Soiçironun ən azından ibtidai təhsil almasına çalışıblar, amma Soiçiro uşaqlıqdan ənənvi tədris üsulunu sevmirdi. O dövrdə şagirdlərin gündəliyinin yoxlanmasını təsdiqləmək üçün ailə üzvlərindən biri gündəliyə öz möhürünü vurmalı idi, lakin Soiçiro qiymtlərini ailəsindən gizlətmək üçün özünün hazırladığı möhürdən istifadə edirdi. Belə ki, o, hələ məktəbdə oxuyarkən velosiped pedalından öz ailəsinin möhürünü hazırlamışdı. Honda familiyası iki heroqlifdən (本田) ibarət və simmetrik olduğundan onu hazırlamaq asan idi, lakin digər məktəblilər üçün hazırladığı möhür tərsinə alındığından onun bu fırıldağı ortaya çıxmışdı. Uşaqlıq xatirələrdindən danışanda Soiçironun ən çox xatırladıqları arasında avtomobillərin arxasınca qaçması və avtomobil səsboğucusundan çıxan benzin qoxusu var. Soiçiro bir gün atasının velosipedini götürərək pilot Art Smitin təyyarə şousuna baxmağa gedir və bu hadisədən sonra onun mexanizmlərə marağı yaranır.
Svennik Hoyer
Svennik Hoyer (3 Avqust 1931 – 8 Yanvar 2017) — Norveçli siyasi alim. Hoyer 1931-ci ildə Berumda anadan olmuşdur. O, 1959-cu ildə Oslo Universitetinin siyasi elm fakultəsini, 1974-cü ildə isə fəlsəfə doktoru fakultəsini magistr səviyyəsində bitirmişdir. O, 1985-ci ildə Oslo Universitetində Tədqiqat İnstitutunun professoru təyin olunmuşdur. Onun elmi maraqlarına jurnalist peşəsi və jurnalistikanın inkişafı kimi aspektlər, mətbuatın struktur inkişafı, mətbuat və siyasət arasında qarşılıqlı əlaqə və texnologiya və cəmiyyət arasında qarşılıqlı əlaqələr daxildir.
Takuya Honda
Takuya Honda (d. 17 aprel 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tsubasa Honda
Tsubasa Honda (本田 翼, Honda Tsubasa, 27 iyun 1992, Tokio[d]) – Yaponiya aktrisası və modeli. == Karyerası == Honda əyləncə sənayesinə 2006-cı ilin ortalarında daxil olmuşdur. O, eyni gündə yeddi müxtəlif şəxs tərəfindən kəşf olunmuşdu. 2006-cı ildə "Seventeen" jurnalının ekslüsiv modeli kimi debüt etmişdir. 2007-ci ildə jurnal dəyişdirərək "Love Berry" jurnalı üçün modellik etməyə başlamışdır. 2010-cu ilin yanvarında "Non-no" jurnalının modeli olmuşdur. 2012-ci ilin aprelindən 2013-cü ilin mayına kimi TBS tolk-şousu olan "A-Studio" verilişində Şofukutei Tsurubenin köməkçisi olmuşdur. 2012-ci ilin noyabrında "Dəb hekayəsi: Model" filmində baş rolda çəkilərək film dünyasına daxil olmuşdur. 2013-cü ilin iyulunda NTV kanalında yayımlanan "Musiqi əjdahası" adlı musiqi verilişində peyda olmuşdur. 2015-ci ilin iyulunda Fuji TV kanalında yayımlanan "Koynaka" serialının personajlarından birini canlandırmışdır.
Yasuto Honda
Yasuto Honda (25 iyun 1969, Kitakyuşu, Fukuoka prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 1 qol vurub.
Yozef Haydn
Frans Yozef Haydn (alm. Franz Joseph Haydn‎; d. 31 mart 1732- v. 31 may 1809) — avstriyalı bəstəkar, Vyana klassik məktəbinin nümayəndəsi, simfoniya janrının banilərindən biri, Almaniya himninin musiqisinin müəllifi. == Həyatı == Yozef Haydn 1732-ci ildə Avstriyanın Rorau kəndində zəhmətkeş ailədə dünyaya gəlib. Atası sənətkar, anası aşpaz qızı idi. Evlərində tez-tez musiqi səslənir, arfada çalır və oxuyurdular. Məktəb müəllimi Frank Haydnın musiqi qabiliyyətini görür və onu 5 yaşında Hainburq şəhərinə aparır və musiqi məktəbinə qoyur. 8 yaşında ikən kilsə xorunda oxumağa başlayır. Skripka, klavesində çalır.
Honda CR-V
Honda CR-V — Yaponiyanın Honda şirkəti tərəfindən istehsal olunan avtomobil. Bu avtomobil Honda Civic modelinin bazası əsasında yaradılıb. ing. Comfortable Recreational Vehicle (tərcüməsi: "(təbiətdə) istirahət etmək üçün komfort avtomobil") sözlərinin baş hərflərindən düzəldilib. Modelin istehsalı 1995-ci ildən başlayıb və 2005-ci ilin sonuna Honda CR-V modelinin bir neçə nəslininə aid 2 mln-dan artıq avtomobil istehsal olunmuşdur. İstehsalı şirkətin Yaponiya, ABŞ, Kanada, Böyük Britaniya, Çindəki zavodlarında həyata keçirilir.
Honda HR-V
Honda HR-V (ing. Hi-rider Revolutionary Vehicle) —- Honda şirkəti tərəfindən istehsal olunmuş kompakt krossover. 1998-ci ildə üçqapılı ban versiyalı avtomobil buraxıldı. Avtomobil gücü 105 a.g. olan, 1,6 litr həcmə malik mühərriklə təchiz edildi. 1999-cu ildə beşqapılı variant buraxıldı. Bu variant avtomobilə gücü 124 a.g. olan VTEC sistemi ilə işləyən mühərriklə təchiz olunma imkanı verirdi. 2003-cü ildə üçqapılı variantların, 2006-cı ildə modelin istehsalı tamamilə dayandırıldı.
Toyda Görüş (1970)
== Məzmun == Film-konsertdə müğənni Mirzə Babayev telefonla tanışlarını toya dəvət edir və toya gələn müğənni qonaqlar mahnılar ifa edirlər. == Film haqqında == 1970-ci ildə çəkilmış olan bu filmdə, Flora Kərimova "Toy olsun, bayram olsun" (bəstəkar: Oqtay Kazımi) kompozisiyasını ifa etmişdi. Sonralar onun siyasi baxışlarına görə lent yazılarının böyük əksəriyyəti kimi bu fraqment də filmdən kəsilib məhv edilmişdir. Titrlərdə filmin heyətinin peşələri göstərilməyib.
Yasper ter Heyde
Yasper ter Heyde (29 mart 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Yasper AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. 19 dekabr 2017-ci ildə o, Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Yasper öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Dani de Viti əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yasper Amsterdam şəhərində anadan olmuşdur. Valideynləri isə Cənubi Koreya vətəndaşlarıdır. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Hayd-park
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. == Tarixi == Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi. Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir.
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
Tilmən Höyük
Salpuva və Salpa — təxminən e.ə. XVIII əsrdə Anadoluda tunc dövrünə aid şəhər. Onun yeri hələ müəyyən edilməmişdir. Şəhər haqqında məlumat əsasən het mənbələrindən məlumdur. Tarixçilər 2020-ci ildə apardıqları arxeoloji tədqiqatlardan sonra şəhərin Tavr dağlarının cənubundakı Qarasu çayının vadisində yerləşən Tilmən Höyük olduğuna inanırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == История Древнего Востока: Тексты и док.: Учеб. пособие для студентов вузов… / Под ред. В. И. Кузищина. — М. Высш. шк., 2002.