Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Buxara
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir. == Adları == Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır. İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir. X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. == Etimologiya == Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. == İbadət == Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Hobart
Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır. == Tarixi == Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur. == Coğrafiya == Hobar Darvent çayının yaxınlığında yerləşir.
Qubaxa
Qubaxa — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Quşbara
Subaru
Subaru, Yapon nəqliyyat konqlomeratı Subaru Corporation-ın (daha əvvəl Fuji Heavy Industries olaraq tanınmışdır) avtomobil istehsalı diviziyasıdır. Subaru 2017-ci ildə dünya üzrə istehsalına görə iyirmi birinci ən böyük avtomobil istehsalçısıdır. Subaru avtomobilləri əsasən 1.5L və daha böyük həcmə malik Bokser mühərriki istifadəsi ilə tanınır. Məşhur Simmetrik Tam Ötürmə konfiqurasiyası 1972-ci ildə tanıdılmışdır. Hər ikisi də 1996-cı ildən bəri əksər Subaru modellərində standart hala gəlmişdir. Subaru avtomobilləri ənənəvi olaraq kiçik, lakin nisbətən daha sadiq alıcılar kütləsini cəlb edir. Şirkətin marketinqi əsasən özünə xas mühərrik və ötürmə konfiqurasiyasına malik istər yolsuzluq qabiliyyətli, istərsə də, idman tipli dizayna malik avtomobilləri ilə maraqlanan alıcıları hədəfləyir. Subaru yapon dilindən Ülkər (ulduz topası) və ya "Yeddi Bacı" (hansı ki birinin görünməz olduğu deyilir, sırf bunun üçün Subaru loqosu 6 ulduzdan ibarətdir) üçün birbaşa tərcümədir. Bu loqo, eyni zamanda Fuji Heavy İndustries-in yaranması üçün birləşmiş şirkətlərə istinaddır. Fuji Heavy Industries 1915-ci ildə Çikuhey Nakacimanın rəhbərlik etdiyi Təyyarə Tədqiqat Laboratoriyası kimi fəaliyyətə başlamışdır.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb. Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir. Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Ubari
Ubari Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində Bərbərcə danışan şəhər və Vadi əl Həya rayonunun inzibati mərkəzidir. Sahara səhrasında yerləşir. Ölkənin cənub-qərbindəki Əvbari adlı keçmiş rayonun paytaxtı idi. Ubari, Tarqa dərəsində, Messak Sattafat yaylası ilə göllər arasında uzanır. Doğma bitkilərə təbii yayla qidalanan göllərin sahillərindəki bataqlıq otları və yerli Sahara Date xurması (lat.Phoenix dactylifera) daxildir. Ubari oasis qəsəbəsi, Kel Acer Tuareq xalqının Qat-dan sonra ikinci mərkəzidir. Qonşu kəndlərə Qerma və Qarran daxildir. Ubari dünyanın ən günəşli və quraq bölgələrindən birində yerləşir. Qısa, çox isti qış, lakin uzun, son dərəcə isti ilə isti bir səhra iqlimi var. İllik orta yağıntının miqdarı planetdə ən azı 8 mm (0.31 in) olan və ən çox onilliklər heç bir yağış görmədən asanlıqla keçə bilər.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əski. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. == Həyatı == Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Hubert Minnis
Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri. 2016-cı ilin dekabrında partiyasındakı liderlik vəzifəsindən azad edildi və partiyadakı daxili qarışıqlıqdan sonra 2017-ci ilin aprelində vəzifəsinə qaytarıldı. Partiyasının 10 may 2017-ci il tarixli ümumi seçkilərdə qazandığı zəfərdən sonra Baş nazir oldu. == Həyatı == Minnis Baham adalarının paytaxtı Nassau şəhərində dünyaya gəlib. Nassaudakı Bizim Xanım İbtidai məktəbi, Qərbi Cunior və Müqəddəs Avqustin Kollecində ilk təhsilini almış, sonra isə Minnesota Universitetində davam etdirmişdir. 1985-ci ildə Londonda Qərbi Hindlər Universiteti və Kral Mamalıq və Ginekologiya Kollecində doktorluq dərəcəsi aldıqdan sonra Baham adalarına qayıtdı. Burada Şahzadə Marqaret Xəstəxanasında həkim olaraq çalışdı. Minnis Baham Adaları Tibb Dərnəyinin Prezidenti, Tibb Şurasının üzvü, Baham Adaları Xəstəxanalar Korporasiyasının sədri və Qərbi Hindlər Universitetində Qadın Xəstəlikləri və Ginekologiya müəlliminin köməkçisi olub. Minnis ilk dəfə 2007-ci ilin mayında parlamentə seçildi və Səhiyyə Naziri olaraq kabinetə təyin edildi.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Misora Hibari
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Nubarəli Nubari
Nubarəli Ağaqulu oğlu Nubari (1912 - 1 yanvar, 1971) — Azərbaycan təsərrüfatçısı, Sosialist Əməyi Qəhrəmanı (1951). Nubarəli Ağaqulu oğlu Nubari 1912-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Sutən kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdu. 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi. 1946-1971-ci illərdə Şamaxı rayonunun Lenin adına sovxozunda fəhlə, manqabaşçısı, şöbə müdiri, briqadir işləmişdi. 1950-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdu. Nubarəli Nubari 1971-ci ildə vəfat edib.
Oqonnyor-Kubata
Oqonnyor-Kubata — Laptevlər dənizinə daxil olan Olenok körfəzinə daxildir. Olenok çayının deltasında meydana gəlmişdir.
Qarret Hobart
Qarret Hobart — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 24-cü vitse-prezidenti.
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Küpara mahalı
Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi. Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu. == Mahalın tarixindən == Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.