Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Song Machine, Season One: Strange Timez
Song Machine, Season One: Strange Timez — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın yeddinci studiya albomu. 23 oktyabr 2020-ci ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Sason
Sason — Batman ilinin bir ilçesidir. Sason, dağların arasında qurulmuş köhnə bir məskunlaşma vahididir. Mahal mərkəzi Helkıs Dağı ətəklərinə qurulmuşdur. İlçe'nin girişində şəfalı içməyə vardır. Sason dağların bir yanı Kozluk üzərindən Bitlisən çıxarkən digər yanı Muş düzənliyinə çıxar. 3000 m'ye yaxın yükseltisiyle Mereto Dağı Diyarbakır hövzəsindən dəqiq bir şəkildə görülməkdə olub, bölgənin ən yüksək dağıdır. Erməni olan "Sasun" və "Sanasunk" adları 3-cü əsrdən etibarən erməni, Rum-Bizans, Sürəni və Ərəb qaynaqlarında yazılmışdır. Tarixi Sasun bölgəsi bugünkü sahəsinə əlavə olaraq Mutki və Kozluk (Hazzo) rayonlarında də əhatə edir. Bölgənin tarixi xalqı ermənilər olmaqla birlikdə Kürd və Ərəb ünsürlərə da ən qədim dövrdən etibarən rast gəlinməkdədir. Erməni xalq ədəbiyyatının ən məşhur əsəri olan Sasuntsi Tavit (Türkçesi Sasun'lu Tavit ) dastanı, 10.
Con Sekson
Con Sekson (əsl adı Karmin Orikko, ing. Carmine Orrico; 5 avqust 1936, Bruklin, Nyu-York ştatı – 25 iyul 2020[…]) — italyan əsilli ABŞ aktyoru. İlk dəfə döyüş filminə Brüs Li ilə çəkilmişdir. Ən yaxşı filmləri sırasıma Əjdahanın çıxışı və Qarağac küçəsində qarabasmaadlı filmləri daxildir.
Sesson Yubay
Sesson Yubay (雪村 友梅, 1290, Eçiqo əyaləti[d] – 22 yanvar 1347) – Yaponiya şairi və buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur. Kokan Şiren ilə birlikdə erkən Qozan ədəbiyyatının iki önəmli şəxsiyyətindən biridir. Sesson Yubay 1290-cı ildə Yaponiyanın Eçiqo əyalətində doğulmuşdur. Gənc oğlan olduğu dövrdə İssan İçineyin şagirdi olmuşdur. 1307-ci ildə İssanın tövsiyəsi ilə Çinə getmişdir. Yaponiyanı işğal etmək cəhdi uğursuzluqla nəticələnən Xubilay xanın qisasını almaq istəyən Çin imperatoru Kaysan Külük xan 1310-cu ildə onu həbs etmişdir. Üç il sonra azadlığa çıxan Sesson növbəti 13 ilində Çinin ucqar bölgələrində sürgün həyatı yaşamışdır. Sonda Yuan sarayının rəğbətini qazansa da, 1329-cu ilə qədər Yaponiyaya qayıtmaq icazəsi ala bilməmişdir. 1330-cu ildə Şinano əyalətində yerləşən Ciun məbədinin qurucusu olmuşdur.
Sesson Şukey
Sesson Şukey (雪村周継, 1504[…], Hitaçi[d], İbaraki prefekturası – 1589[…], İvaşiro əyaləti[d], Tosando[d]) – Yaponiya mürəkkəb rəssamı. Sesson Şukey 1504-cü ildə yapon mürəkkəb rəssamlığı mərkəzlərindən uzaqda yerləşən Hitaçidə doğulmuşdur. 1540-cı illərdə Aşina Moriucinin hamiliyi altında Ayzuda işləmişdir. 1550-ci illərdə isə Hoco ailəsinin hamiliyi altında Odavarada yerləşn Soun məbədində işləmişdir. 1573-cü ildə işdən çıxmışdır. Sessonun 60 rəsmdən ibarət toplusuna müxtəlif mövzular və nümunələr daxildir. Onun, xüsusilə, daoist ölümsüzlər və buludlar arasında əjdahalar haqqında rəsmləri məşhurdur. Peyzaj rəsmləri də çəkmişdir. Onun Yaponiya rəssamlığında etdiyi ən radikal dəyişiklik həm Çin, həm də yapon prototiplərindən uzaqlaşması olmuşdur. Onun "Setsumon teyşi" (1542) adlı traktatı növbəti işlərində ortaya qoyduğu nəzəriyyələri əks etdirir: təbiəti müşahidə etməyin və təbiəti sadələşdirmək üçün usta rəsmləri köçürməyin vacibliyi.
Seyson Maeda
Seyson Maeda (前田 青邨, Maeda Seyson, 27 yanvar 1885, Nakatsuqava[d], Gifu prefekturası – 29 oktyabr 1977, Kamakura, Kanaqava prefekturası) və ya doğum adı ilə Renzo Maeda – Yaponiya nihonqa rəssamı. == Tarixi == 1885-ci ildə Yaponiyanın Gifu prefekturasında doğulmuşdur. 1901-ci ildə Tokioya köçmüşdür. Maruyama-Şico məktəbinin nümayəndəsi olan, qəzet və jurnal rəssamı Kacita Hankodan rəssamlıq dərsi almışdır. Okakura Kakuzonun təsiri ilə qədim yapon incəsənətini öyrənmişdir. 1906-cı ildən sonra bir neçə rəssam qruplarının üzvü olmuşdur. Maeda "Kocikay" sənətçi qrupunun üzvü olmuş, Okakuranın 1913-cü ildəki ölümündən sonra Yaponiya Təsviri Sənət Akademiyasının yenidən təşkil olunmasında iştirak etmişdir. 1922 və 1923-cü illərdə Avropaya səfər etmişdir. 1922-ci ildə Fransada incəsənət təhsili almışdır. 1935-ci ildə İmperator Təsviri Sənət Akademiyasında işləməyə başlamışdır.
Birinci Sason üsyanı
Birinci Sason üsyanı, 1894-cü il Sason üsyanı və ya Talori üsyanı (erm. Սասնո առաջին ապստամբութիւն) 1894-cü ildə Sasonda baş vermiş erməni üsyanının adıdır. Sason bu gün Batman vilayətinin bir mahalı olub, Diyarbəkirlə Muş arasında yerləşən dağlıq bir ərazidir. Üsyan bir çox əsərdə “Sason üsyanı” kimi xatırlansa da, bəzi mənbələrdə ona “Talori üsyanı” deyilir. Bəzi mənbələrdə üsyanın Talori üsyanı adlandırılmasının səbəbi üsyanın başlanğıcının Sasondakı Talori vadisində olmasıdır. Talori vadisi isə Sason və Muş arasında dağlarla əhatə olunmuş geniş bir vadidir. Həmçinin sözügedən vadi Silvandan olan Bekran tayfasının yay aylarında yayla kimi istifadə etdiyi yaşayış məntəqəsidir. 1875-ci ildə bu ərazidə cəmi üç erməni kəndi mövcud olduğu halda, zaman keçdikcə bu kəndlərin sayı artaraq on dördə çatmış və bu regionda erməni əhalisinin sayında sürətli artım müşahidə olunmuşdur. Sürətlə artan erməni əhalisi bekranlıların ərazini tərk etmələrini istəyir və yerli tayfaların və monastır keşişlərinin dəstəyini də əldə edərək onlardan şikayətlənirdilər.Əslində bu ərazidə, uzun müddət ərzində, ermənilərlə kürdlər arasında qarşıdurma mövcud olmuşdur. Ermənilər öz təhlükəsizliklərini təmin etmək üçün hər il kürdlərə vermiş olduqları ənənəvi xəracı kürd tayfa başçılarına vermək istəmir və beləliklə də onlar kürd tayfalarına müqavimət göstərirdilər.
Sason üsyanı (dəqiqləşdirmə)
Birinci Sason üsyanı — Osmanlı imperiyası ərazisində 1894-cü ildə baş vermiş olan erməni üsyanı
İkinci Sason üsyanı
İkinci Sason üsyanı və ya 1904-cü il Sason üsyanı, 1904-cü ildə Sasonda Osmanlı imperiyasına qarşı erməni komitəsinin üzvləri tərəfindən həyata keçirilmiş olan üsyandır. Erməni komitəsinin üzvlərinin təşəbbüsü ilə başladılmış olan Birinci Sason üsyanı nəticə vermədikdən sonra, 1897-ci ildə erməni komitəsinin üzvləri ilə birlikdə qəbul edilmiş olan qərara əsasən Sasonda ikinci üsyan başladılmışdır. İrandan bu regiona Van yolu ilə gəlmiş olandaşnak komitəsinin üzvləri 1897-ci il iyul ayının 25-də keçdikləri yolun üstündə olan Məzrik tayfasına hücum təşkil etmiş, lakin bu hücumda müvəffəqiyyət qazana bilmədiklərindən qaçaraq Sasona gəlmişdirlər. Daşnak komitəsinin üzvləri region gəldikdən sonra Osmanlı imperiyası tərəfindən Sasonda yaradılması nəzərdə tutulmuş olan hərbi kazarmaların yaradılmasının qarşısını almaq məqsədi ilə 1901-ci ildə yerli erməni xalqını təşkilatlandıraraq bu hərbi kazarmalara qarşı etiraz aksiyaları keçirmişdirlər. Sasonda uzun bir müddət ərzində davam etmiş olan hadisələr 1903-cü ildə üsyana çevrilmişdir. Uzun etirazlardan və hadisələrdən sonra Sason erməni komitəsinin üzvləri 1901-ci il noyabr ayının 21-də Muşa yaxın bir ərazidə yerləşən Varak monastırında gizlənərək regionda yaşayan çoxlu sayda qadın və uşaqları girov götürmüşdürlər. Bundan sonra Muşlular vəziyyəti gizli bir şəkildə hökumətə bildirmiş və erməni komitəsinin üzvləri Osmanlı qoşunları tərəfindən blokadaya alınmışdırlar. 1902-ci ilin yanvar ayında isə müsəlmanlar kimi geyinərək Muş və ətraflarında xeyli sayda ermənini qətlə yetirmiş və bununla da regionda kürd - erməni qarşıdurmalarını yenidən qızışdırmaq istəmişdirlər. Həmin illərdə Pasinlər, Kiğı və Hınıs qəzalarında da bir neçə erməniyə hücumlar təşkil etmiş, daha sonra isə Sasona qaçmışdırlar. 1903-cü ilin sonunda erməni komitə üzvlərinin komandiri olan Andranik Ozanyan yeni piyada və atlı komitə qüvvələrinin köməkliyi ilə güclənmək üçün Qafqazdan kömək istəmiş və bu istəyi reallaşdıqdan sonra Sason dağlarındakı fəaliyyətlərini artırmışdır.
Cryostasis: Sleep of Reason
Cryostasis: Sleep of Reason (rus. Анабиоз: Сон разума; azərb. Anabioz: İdrak yuxusu‎) — "Action Forms" tərəfindən hazırlanan və nəşr olunan "survival horror" janrında videooyun. == Geympley == Oyunun hekayəsi başqa bir personajın yaddaşına nüfuz etmək və bu personajın keçmişdə etdiyi hərəkətləri dəyişdirmək bacarığı olan "Mental Echo" adlı unikal sistemin köməyi ilə cərəyan edir. Bu, insanların xatirələrində bədənlərini ələ keçirərək və tarixin gedişatını dəyişdirərək, insanların həyatını xilas edə bilər. Arktika şəraitində qurulan oyun sağlamlıq sayğacı kimi bədən istiliyindən istifadə edir. Oyunçu sağlamlığını artırmaq üçün istilik mənbələrindən istifadə etməlidir. Oyun birinci şəxs baxış bucağından oynanılır.
Four Seasons Hotel Baku
"Four Seasons Hotel Baku" — Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir. 2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan, 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir. Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur.
Ağıllı Vill Hantinq
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Running Scared
Running Scared (azərb. Ürküb qaçan‎) — Azərbaycanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldar & Nigar cütlüyünün müsabiqədə ifa etdikləri mahnı. Finalda 221 xalla birinci olmuşdur. Running Scared mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Byurman və İen Farquhansondur. Bu müəlliflər Avroviziya 2010-da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi "Drip Drop" mahnısını bəstələmişdilər. Bu mahnıdan əvvəl ifaçıların heç biri kiminləsə duet ifa etməmişdi. Hər iki ifaçı musiqi alətlərində Eldar pianoda, Nigar isə saksafondar ifa etməyi bacarır. "Bizə duet şəklində çıxış etməyi təklif edəndə hər ikimiz narahat olduq. Hələ bilmirdik ki, bir yerdə işləyə biləcəyik ya yox. Lakin hər şey yaxşı oldu.
Cekson
Cekson — soyad. Endrü Cekson — Cermeyn Cekson — Canet Cekson — Marlon Cekson — Pop-kralı Maykl Ceksonın qardaşı. Maykl Cekson — Ketrin Cekson — Piter Cekson — Rendi Cekson — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Skay Cekson — Amerika aktrisası.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Seladon
Seladon — orta əsrlərdə Çində geniş istehsal olunan yaşılımtıl rəngli qablar. Varlı təbəqə tərəfindən dövrünün ən çox tələb olunan mallarından sayılırdı. Qabların özünəməxsus göstəricisi onda idi ki, içinə zəhərli yemək qoyularkən qırmızı və ya narıncı rəng alardı. Məhz bu özəlliyi sayəsində o zamanın xarici dövlət rəhbərləri tərəfindən göndərilən xüsusi sifariş siyahısında daimi yer almışdı.
Sensor
Sensor — fiziki kəmiyyəti ölçən və onu hər hansı bir müşahidəçi və ya alət tərəfindən oxuna bilən siqnallara çevirən alət. Sensor ona toxunan zaman siqnalı qəbul edir və ona cavab verir. Sensor alətlə və ya müşahidə ilə fiziki miqdarda ölmələri və siqnalda çevirmələri oxuya bilən çeviricidir. Məsələn, civə şüşəli termometr kolibrovka olunmuş şüşə boruda mayenin genişlənməsi və sıxılmasında ölçülmüş temperaturu çevirir. Termocüt temperaturu voltmeter ilə oxuna bilən çıxış gərginliyinə çevirir. Dəqiqlik üçün çox sensorlar tanınan standartların əksinə karibrovka olunur. Sensorlar əsas toxunma ilə tutqun və ya aydınlaşmış lampaların və qaldırıcı düymələrin toxunma həssaslığı kimi gündəlik obyektlərdə istifadə olunur. Əksər insanların heç vaxt xəbərdar olmadığı sensorlar üçün həmçinin sonsuz sayda tətbiqlər var. Tətbiqlərə maşınlar, mexanizmlər, kosmos , tibb istehsalat və robot texnikası daxildir. Sensor adətən elektrik və ya optika siqnalının formasında funksional olaraq əlaqələndirilmiş çıxışı əmələ gətirməklə giriş miqdarına cavab verən qurğudur.
Seranon
Seranon (fr. Seranon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 23,28 km², əhalisi 432 nəfərdir (2006) artım tendensiyası ilə: 482 nəfər (2012), əhalinin sıxlığı 20,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 475 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 482 nəfər.
Semyon
Semyon — ad. Semyon Ayzenşteyn — Rusiya radiotexniki. Semyon Timoşenko — Sovet İttifaqı marşalı. Semyon Çuykov — Rusiya boyakarı. Semyon Budyonnı — Sovet İttifaqı marşalı. Semyon Sviqun — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Nadson — Rusiya şairi. Semyon Bretanitski — Azərbaycan skripkaçısı. Semyon Farada — Rusiya teatr və kino artisti.
Ağıllı Uill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Seylon
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Stasin
Kiprli Stasin (q.yun. Στασῖνος) — e.ə. VII yaşamış yunan ədəbiyyatının erkən dövrünün əfsanəvi şairi. Bəzi mənbələrə görə, o, Troya müharibəsi hadisələri haqqında məşhur poemanın yer aldığı 11 kitabdan ibarət "Kipriya" poemasının müəllifi hesab olunur. Patriarx I Fotiyə görə, onun müəllifi Salaminli Hegesi idi, lakin bu əsər bəzən hətta Homerin özünə aid edilir. 1995-ci ildə Halikarnasda tapılan kitabəyə görə müəllif yerli şair "Kipriya"nın müəllifi hesab olunur.
Running on Air
Running on Air (azərb. Havada qaçış‎) — Avstriyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Neytan Trent "Running on Air" mahnısı ilə Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Neytan Trent və Bernard Penzias tərəfindən bəstələnmişdir. Daha sonra mahnının italyan dilində olan digər bir versiyası "Fino A Che Volerò" və eyni zamanda ispan dilində olan remiks versiyası təqdim edilmişdir.
Hostinq
Hostinq sözü aşağıdakı mənalara gələ bilər: Tədbirləri və seremoniaları təşkil etmə. Hostinq sözü, ev sahibliyi etmə ilə sinonimdir. İnternet Hostinq servisləri adının qısaldılmış halıdır.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Herson vilayəti
Xerson vilayəti (ukr. Херсо́нська о́бласть) — Ukraynanın cənubunda yerləşən inzibati ərazi bölgüsü. 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiya tərəfindən işğal altındadır. Cənub-qərbində Qara dəniz, cənub-şərqində — Azov dənizi yerləşir. Regionun şimalında Dnepropetrovsk vilayəti, şərqində — Zaporojye vilayəti, qərbində — Nikolayev vilayəti, cənubunda — Krım Muxtar Respublikasıdır.
Veb-hostinq
Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır. Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur: Saytları host etmək üçün bir və ya birdən çox server. Bu serverlər fiziki və ya virtual ola bilər. Serverləri saxlamaq üçün məkan. Bu bir kolokasiya mərkəzi ola bilər. Həmin bu məkanda elektrik enerjisi, cihazlar üçün fiziki yer və internet bağlantısı olmalıdır. DNS-in olması. DNS domenləri veb hostinqə yönəltmək üçün istifadə olunur.
Veb Hostinq
Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır. Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur: Saytları host etmək üçün bir və ya birdən çox server. Bu serverlər fiziki və ya virtual ola bilər. Serverləri saxlamaq üçün məkan. Bu bir kolokasiya mərkəzi ola bilər. Həmin bu məkanda elektrik enerjisi, cihazlar üçün fiziki yer və internet bağlantısı olmalıdır. DNS-in olması. DNS domenləri veb hostinqə yönəltmək üçün istifadə olunur.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Şanson
Şanson (fr. chanson — mahnı) — vokal musiqi janrı. Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Chanson.
Şetsin
Şetsin (polyakca: Szczecin) Polşanın şimal-qərbində Baltik dənizi sahilində yerləşən bir şəhər. 2013-cü ilin statistikasına əsasən əhalisinin sayı 409000 nəfərdir.Polşanın ərazisinə görə 7-ci ən böyük şəhəridir. Qəsəbənin əsasını VIII əsrdə qərbi-slavyan tayfalarından biri hesab edilən pomeraniyan tayfaları qoymuşdur. IX əsrdə Odeya çayı ətrafında artıq qala divarları tikilməyə başladı.Qəsəbədə artıq slavyanların tanrısı hesab edilən Triqlavın məbədi yerləşirdi. X əsrin 2-ci yarısında lyutiçlərlə gedən döyüşlər nəticəsində polşa knyazı I Meşko Pomeriyan ərazisini(indiki Şetsin şəhərinin yerləşdiyi ərazini) işğal etdi. Lakin işğal edilmiş ərazini I Meşko öz bölgəsinə qatmadığından,Şetsin Qərbi Pomeriyan bölgəsinin inzibati və iqdisadi mərkəzi şəhərinə çevrildi. Ikinci dünya müharibəsi zamanı şəhərin demək olar ki 2/3 hissəsi faktiki olaraq dağılmışdı. 26 aprel 1945-ci ildə sovet ordusu tərəfindən işğal olundu. Və beləliklə şəhərdə yaşayan alman əhalisinin sayı 20000 nəfərə qədər azaldı(müharibədən əvvəl alman əhalisinin sayı 275000 nəfər təşkil edirdi).May ayında isə artıq evakuasiya olunmuş əhali tədricən şəhərə geri qayıtmağa başladı və beləliklə iyul ayının əvvəllərində atıq Şetsin şəhərində yaşayan almanların sayı 100000 nəfərə çatdı. Şetsin şəhəri Polşanın ən böyük port şəhəri hesab edilir.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Şəmşoy
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.