1. zərf Əsli, kökü etibarilə, əsas etibarilə, ümumi cəhətdən. Fikir əsasən doğrudur. Əsasən onunla razılaşmaq olar.
– Maarif sahəsində mübarizə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı.
Çayqırağı məhəlləsində əsasən qəsəbənin yoxsulları … yaşayırdılar.
// Həqiqəti etibarilə, gerçəklik nöqteyi-nəzərindən. Hadisə əsasən belə olmamışdır.
2. Qoş. mənasında. Görə, əsaslanılaraq. Onun fikrinə əsasən. Xahişinizə əsasən. Təxminlərə, fərziyyəyə əsasən hökm vermək olmaz. Ərizəyə əsasən qərar çıxarılmışdı.