Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
A Kind of Hush
A Kind of Hush — The Carpenters albomu.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. == Yayılması == Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Lush
Lush — amerikalı müğənni Mitskinin ilk studiya albomu. 31 yanvar 2012-ci ildə yayımlanıb. Mitski albomu SUNY Purcase-də təhsil alarkən tələbə layihəsi kimi hazırlayıb. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Odeya Rush
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır == Həyatı == Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Husi hərəkatı
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Əbdülmalik Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي‎) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. == Həyatı == Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır.
Yan Hus
Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır. == Həyatı və təhsili == Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
George Walker Bush
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d], Konnektikut) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. == Həyatı == Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Hugh Algernon Weddell
Hug Algernon Veddel (ing. Hugh Algernon Weddell; 22 iyun 1819 – 22 iyul 1877) – fizik və Cənubi Amerika florası üzrə ixtisaslaşmış botanik. == Əsərləri == Histoire naturelle des Quinquinas (1849) – monograph describing the Cinchona plant Additions à la flore de l’Amérique du Sud (1850) – which gives the history of his first trip to South America. Voyage dans la Nord de la Bolivie (1853) – which describes his second trip to South America. Chloris andina: essai d’une flore de la region alpine des Cordillères de l’Amérique du Sud (two volumes) (1855-1861) – it constitutes the sixth part of Francis de Castelnau’s Expédition dans les parties centrals de l’Amérique du Sud (1850-1859).
Hüseyn əl-Husi
Hüseyn əl-Husi (ərəb. حسين بدر الدين الحوثي‎; 1956—2004) — Yəmən zeydilərinin lideri. == Həyatı == Ənsarullah adlı hərəkatın ilk lideri olan bu şəxs Bədrəddin Husinin böyük oğludur. O 1956–2004-cü illərdə yaşayıb. Tez-tez İran və Livana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn Əl-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq partiyasını yaradır. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olur. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradır. 2004-cü ildə ABŞ və İsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılanır. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanır.
Yəməndə husi çevrilişi
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Əbdülmalik əl-Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي‎) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. == Həyatı == Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır.
Big Time Rush
Big Time Rush (ing. Big Time Rush) — Scott Fellovs tərəfindən yaradılmış və ilk olaraq 28 noyabr 2009-cu ildən 25 iyul 2013-cü ilə qədər Nickelodeon-da yayımlanan Amerika musiqili sitkom televiziya serialıdır. == İstehsal == Serial əvvəllər Ned's Classified School Survival Guide-nin yaradıcısı, icraçı prodüseri və şounun rəhbəri olan Scott Fellovs tərəfindən hazırlanmış və yaradılmışdır. Fellovs deyir ki, onun şou üçün ilhamı musiqili komediya şousu olan «The Monkees» - rok qrupu yaradan və komediya sərgüzəştləri keçirərkən mahnı ifa edən dörd gəncdən ibarət qrup haqqında idi. Həmin qrup 1960-cı illərdə məşhur və mədəni əhəmiyyətli Amerika televiziya serialı olub. Big time rush serialı 2007-ci ildə bir konsepsiyası olsa da, 2009-cu ilin avqustuna qədər serialın əsl adı yox idi. == Kasting == Ümummi kastinq 2007-ci ildə başladı. Dörd əsas rol üçün 1500-dən çox yeniyetmə və gənc iştirak edib. Serialın heyətinə ilk qoşulanlar Ceyms Maslow və Logan Henderson olub. Ən son qoşulan Kendall Şmidt olub.
PTT (Push to talk)
PTT (Push to talk) — bir istiqamətdə siqnal göndərmək üçün, ikitərəfli radiointerfeys ilə təmin olunmuş əlaqə növüdür. Bu telefonlarda ratsiya funksiyasını daşıyan şəbəkədir. Danışıq siqnallarını göndərmək və qəbul etmək üçün telefonda lazım olan düyməni sıxmaq lazımdır. Bu isə hamımızın yaxşı tanıdığı radio əlaqə qurğusunu (rus dilində: Рация) xatırladır. == Mobil əlaqədə PTT funksiyası == PTT telefonlar üçün ilk əlaqə standartlarındna biri sayılır. İlk telefon qurğularında operatorla əlaqə saxlamaq üçün istifadəçi PTT düyməsini basılı saxlayırdı. Bundan sonra operator ilə əlaqə yaranırdı və istifadəçidən zəng etmək istədiyi, yəni əlaqə saxlamaq istədiyi nömrə soruşulurdu və bundan sonra nömrələr arasında əlaqə yaradılırdı. Vahid mərkəz ilə əlaqə saxlamaq bu üsulun əsas prinsiöi sayılır. Bundan sonra vahid mərkəz sizi lazım olan nömrəyə yönəldir. Bu zaman iki abonent arasında kanal məşğul vəziyyətdə olur.
Big Time Rush (teleserial, 2009)
Big Time Rush (ing. Big Time Rush) — Scott Fellovs tərəfindən yaradılmış və ilk olaraq 28 noyabr 2009-cu ildən 25 iyul 2013-cü ilə qədər Nickelodeon-da yayımlanan Amerika musiqili sitkom televiziya serialıdır. == İstehsal == Serial əvvəllər Ned's Classified School Survival Guide-nin yaradıcısı, icraçı prodüseri və şounun rəhbəri olan Scott Fellovs tərəfindən hazırlanmış və yaradılmışdır. Fellovs deyir ki, onun şou üçün ilhamı musiqili komediya şousu olan «The Monkees» - rok qrupu yaradan və komediya sərgüzəştləri keçirərkən mahnı ifa edən dörd gəncdən ibarət qrup haqqında idi. Həmin qrup 1960-cı illərdə məşhur və mədəni əhəmiyyətli Amerika televiziya serialı olub. Big time rush serialı 2007-ci ildə bir konsepsiyası olsa da, 2009-cu ilin avqustuna qədər serialın əsl adı yox idi. == Kasting == Ümummi kastinq 2007-ci ildə başladı. Dörd əsas rol üçün 1500-dən çox yeniyetmə və gənc iştirak edib. Serialın heyətinə ilk qoşulanlar Ceyms Maslow və Logan Henderson olub. Ən son qoşulan Kendall Şmidt olub.
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Hüsü Hacıyev 1897-ci ildə Şuşa şəhərində anadan olub. Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın böyük qardaşıdır.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
HOST
H. O. S. T (Hava Od Su Torpaq) — Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Hucho
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Hunz.
Armando Teodoro Hunziker (isp. Armando Theodoro Hunziker, 1919—2001) — İsveçrə mənşəli Argentina botaniki. == Armando Teodoro Hunzikerin şərəfinə adlandırılan bitkilər == Hunzikeria D'Arcy, 1976 (Solanaceae) Adesmia hunzikeri Burkart, 1954 (Fabaceae) Amaranthus hunzikeri N.Bayón, 2007 (Amaranthaceae) Capsicum hunzikerianum Barboza & Bianch., 2005 (Solanaceae) Dioscorea hunzikeri Xifreda, 1985 (Dioscoreaceae) Euphorbia hunzikeri Subils, 1975 (Euphorbiaceae) Jaltomata hunzikeri Mione, 2001 (Solanaceae) Justicia hunzikeri Ariza, 1971 (Acanthaceae) Larnax hunzikeriana Benítez & M.Martínez, 1995 (=Cuatresia hunzikeriana, Solanaceae) Lycium hunzikeri F.A.Barkley, 1953 (Solanaceae) Manihot hunzikeriana Mart.Crov., 1964 (Euphorbiaceae) Melica hunzikeri Nicora, 1999 (Poaceae) Mostacillastrum hunzikeri Al-Shehbaz, 2010 (Brassicaceae) Nototriche hunzikeri Krapov., 2003 (Malvaceae) Perezia hunzikeri Cabrera, 1950 (=Perezia atacamensis, Asteraceae) Physalis hunzikeriana M.Martínez, 1999 (Solanaceae) Sclerophylax hunzikeri Di Fulvio, 1961 (Solanaceae) Setaria hunzikeri Anton, 1984 (Poaceae) Stipa hunzikeri Caro, 1966 (=Nassella hunzikeri, Poaceae) Witheringia hunzikeri D'Arcy, 1974 (Solanaceae) Valeriana hunzikeri Borsini, 1960 (Valerianaceae) Verbena hunzikeri Moldenke, 1947 (=Glandularia scrobiculata, Verbenaceae) == Ədəbiyyat == Anton, Ana M. 2002. Armando T. Hunziker (1919−2001); Taxon 51: 393-403.
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.