Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İliada
İliada — qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanı. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başçılığı ilə axeylər Troyaya hücum edirlər. Əhvalat Troya əsatirlər silsiləsindən alınmışdır və bu əsatir Zevsin Fetida ilə evlənməsi ilə bağlıdır. Prometey Zevsə əgər Fetida ilə evlənsə ondan olan oğlunun çox güclü olacağını və Uranla Kron kimi Zevsin də taxtdan salınacağını xəbər verir. Buna görə də Zevs Fetidanı Peleyə ərə verir.
İliada buzlağı
İliada buzlağı — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərq mərkəzində yerləşən buzlaqdır. Buzlaq Lapeyrere körfəzindən şimal-şərqdə yerləşmişdir. Buzlaq 1955-ci ildə Folklend adaları Araşdırma qrupu tərəfindən aşkar edilmişdir. Böyük Britaniyanın Antarktika Toponimləri Komitəsi tərəfindən Homerin İliada əsərinin adı ilə adlnadırılmışdır. İliada buzlağı 64°27′ c. e. 63°27′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Oxis (İliada)
Oxis (q.yun. Οχήσιος) — yunan mifologiyasında Etoliyadan olan personaj. Onun böyük oğlu Perifant Troya müharibəsində iştirak etmişdir. Bu Perifant müharibə tanrısı Ares tərəfindən öldürülmüşdür. Oxisin adı Homerin "İliada"sında xatırlanır.
Eliad
Eliad (31 yanvar 1990, Bat-Yam, Təl-Əviv dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Ayos-İlias (dağ, Arkadiya)
Ayos-İlias (yun. Άγιος Ηλίας) — Yunanıstanda, Peloponnes yarımadasının mərkəzi hissəsində, Arkadiyanın şərq hissəsində, Meqalopolis və Peloponnes periferiyasının inzibati mərkəzi olan Tripolis arasında yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1116 metrdir. Qədim zamanlarda Menal (q.yun. Μαίναλον, lat. Maenalus) adlandırılmışdır. Pavsani bu dağı Menalion (Menalius, Μαι­νάλιον ) adlandırmışdır.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Filial
Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kilid
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İlisu
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İlyas
İqlid
İqlid- İranın Fars ostanının şəhərlərindən və İqlid şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,709 nəfər və 1,497 ailədən ibarət idi.
İriao
İriao (gürc. ირიაო) – David Malazonia tərəfindən idarə olunan bir gürcü caz və folk musiqi qrupu. Onlar 2014-cü ildə Malayziyada keçirilən Borneo Caz Festivalında çıxış etmişdirlər. İriao qrupu "For You" mahnısı ilə Gürcüstanı Portuqaliyanın Lissabon şəhərində keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi təmsil etmişdirlər. Qrup əsasən Gürcü folk musiqisi və caz musiqisini sintez etməsinə görə tanınır.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İrind
İrind - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Toponim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən ir sözü ilə «daxma, koma», «mağara», «kaha» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlib «dağın gün düşən tərəfi olan mağara, kaha, koma yanındakı kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 179 nəfər, 1886-cı ildə 322 nəfər, 1897-ci ildə 352 nəfər, 1908-ci ildə 239 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 231 nəfər, 1918-ci ilin yanvarında 239 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. İrind GEOnet Names Server-də. Report of the results of the 2001 Armenian Census Kiesling, Rediscoving Armenia, p.
İrşad
İrşad (qəzet)
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Elida
Elida (q.yun. Ἦλις və ya Ηλεία, lat. Elis) — Yunanıstanda, Peloponnesin şimal-qərbində tarixi vilayət. Arxaik və klassik dövrlərdə ərazi Elida polisinin nəzarəti altında idi. Qədim dövrdə Elida ərazisində Olimpiya Oyunlarının keçirildiyi ümumyunan Olimpiya ziyarətgahı var idi. Makedoniya və Roma dövründə Elida Peloponnesin şimal-qərb hissəsini əhatə edirdi. Cənubdan Neda çayı boyunca Messeniya ilə, şərqdə Erimantos çayı boyunca Arkadiya ilə, şimalda Laris çayı və Skillida silsiləsi boyunca Axeyya ilə və qərbdə İoni dənizi ilə həmsərhəd idi.
Elhad Nəziri
Elhad Nəziri (29 dekabr 1992, Bakı) — futbolçu, Petrolul klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == Elhad Nəziri 1992-ci ilin 29 dekabr tarixində Zəngilan rayonunda anadan olub. Gənc yaşlarında futbolla məşğul olub, Neftçi və Qarabağ klublarında oynayıb. 2011–2012-ci il mövsümündə Lokomotiv-Biləcəri klubunun heyətində Azərbaycan Birinci Liqasında çıxış edib. 2012-ci ilin yayında Moldova çempionatına keçən Elhad Nəziri Milsami klubu ilə 2 illik (1+1) müqavilə imzalayıb. Milsamidə 6 oyun keçirən Elhad Nəziri 2013-cü ilin fevral ayında Ruminiyanın Petrolul klubuna transfer olub və bu klub ilə 3,5 illik müqavilə bağlayıb. == Milli komanda == 2012-ci ilin oktyabr ayında Elhad Nəziri Berti Foqts tərəfindən milliyə dəvət olundu. Şimali İrlandiya milli komandası ilə keçirilən oyunda Elhad millinin heyətində debüt etdi.
Elias Kanetti
Elias Kanetti (ing. Elias Canetti; 25 iyul 1905[…], Ruse – 14 avqust 1994[…], Sürix) — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı, dramaturqu, kulturoloqu, sosial mütəffəkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yəhudi əsilli alman yazıçısı və dramaturq Elias Kanetti 1492-ci ildə İspaniyadan köç edən Sefard yəhudilərinin nəslindən idi. Keçmiş Osmanlı imperatorluğu ərazisində – indiki Bolqarıstanın Ruşuk şəhərində, zəngin tacir ailəsində doğulmuşdur. Maraqlıdır ki, 1952-ci ildə Böyük Britaniya vətəndaşlığını qəbul edənə qədər özünü Osmanlı təbəəsi saymışdı. Əsərlərini alman dilində yazmışdır. Əslində ailələrinin məişət dili ladino sayılırdı. Bu ispan dilinin Sefard yəhudiləri arasında təhrifə uğramış dialektlərindən biri idi. Lakin Elias Kanettinin ata-anası Vyanada təhsil aldıqlarından yalnız alman dilində danışırdılar və uşaqlarına da ana dili kimi, ilk növbədə almancanı öyrətmişdilər. Doğrudur, Elias Kanetti təhsil həyatına Britaniya məktəbində başlamışdı.
Elias Kozas
Elias Kozas (Ηλίας Κόζας) - Yunanıstan müğənnisi.
Elias Mastokanqas
Elias Mastokanqas (1 fevral 2001-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === İnter Turku === Kantola İnter Turku akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Kemi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Makumba Kancini ilə əvəz olunmuşdur. Həmin görüşdə İnter Turku kubok görüşündə rəqibinə 5-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Liliid
Liliid (lat. Liliidae) — birləpəlilər kladına aid bitki yarımsinfi.
Ihıax
Ihıax (saxa Ыhыах, rus. Ысыах) — Yay bayramı. Təbiətin ayılması və tanrıların şərəfinə müəyyən ritual, xalq oyunları, rəqslər, xizək yarışları ilə müşahidə edilən bayramdır. == Qeyd edilməsi == Ihıax Yakutiyanın ən ədas bayramı hesab edilir. Bu bayram günəş tanrısıns tapınma ilə əlaqədar meydana gəlmişdir. Ənənəvi olaraq Isıax əsasən şimal uarımkürəsində ən uzun gün olarkən (21 iyun) qeyd edilir. İlk əvvəllər bu bayram hər il 22 iyulda qeyd edilirdi. Böyük Vətən müharibəsinin başlanması bu tarixə düşdüyündən onun tarixini dəyişdirilməli olurlar. Bundan sora isə günəşin uluslar üzrə çıxma qrafikinə uyğun olaraq 10 iyundan 25 iyun arasında qeyd edilir. == Tarixi == Araşdırmaçıların fikirinə görə bu bayram Mərkəzi Asiya ölkələrində qeyd edilən Kumıs bayramının təsiri ilə formalaşmışdır.