Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlkər Ayrık
İlkər Ayrık (19 oktyabr 1979, Balıkəsir ili, Türkiyə) — Türk aktyoru, aparıcı və rejissor. İlkər Ayrık 16 oktyabr 1979-cu ikdə Balıkəsirdə dünyaya gəldi. Müjdat Gəzən Sənət Mərkəzi Universitetinə qəbul oldu və teatr bölməsindən məzun oldu. 2005–2006-cı sezonunda Aykut Taşkın ilə birlikdə Pervasız Teatrını qurdu. 2008-ci ildə Doanın Yallah klipində oynayıb. 2007–2009-cu sezonunda Cimri oyunu ilə Kənd Aktyorlarına qatıldı. Teatr aktyorluğundan başqa 2002-ci ildən bəri bir neçə kinoteatr, teleserial və reklam çalışmaları etdi. Kıvanç Tatlıtuğ ilə bir neçə dəfə Akbank reklamında oynayıb. Çaqqallarla Rəqs filmində "Mühasibatçı Sərvət" olaraq bilinir. Uzun bir vaxt Səksənlər teleserialında Çağatay obrazını canlandırmışdır.
İlkər Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
İlker Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
Murat Ülkər
Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Sabri Ülkər
Sabri Ülkər (1920, Aluşta – 12 iyun 2012, İstanbul) — məşhur türkiyəli şirniyyatçı və iş adamı. Dünyada məşhur şirniyyat və içki istehsalçısı olan "Ülker" şirkətinin əsasını qoyub. Sabri Ülker 1920-ci ildə Krımda dünyaya gəlib. Əslən krım tatarıdır. 1929-cu ildə ailəsi Alakat faciəsindən sonra Krımı tərk edərək Türkiyəyə gəlir. 21 iyun 1934-cü ildə Türkiyədə soyad qanunu çıxdıqdan sonra Sabrinin atası İslam bəy "Berksan" soyadını götürür. Sabri Berksan 3-cü sinifdən etibarən İstanbulda Kadırqa İbtidai məktəbində təhsil almağa başlayır. İbtidai məktəbi bitirdikdən sonra "İstanbul Erkek Lisesi"-ə daxil olur. Burada təhsil aldığı dövrdə imtahan verərək pulsuz yatılı təhsil almaq imkanı əldə edir və Bilecik liseyinə gedir. Yay tətillərində qardaşı Asimlə birlikdə Beslər Biskivit Fabrikasında işləyir.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Ülkər Piriyeva
Ülkər Piriyeva (24 avqust 1988, Şərəfə, Masallı rayonu) — politoloq, Beynəlxalq dərəcəli jurnalist, “Beynəlxalq İş Adamları və İş Qadınları Konfedarsiyası”nın Azərbaycan və Türk Cümhuriyyətləri üzrə Sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Avropa Jurnalistlər Birliyinin Azərbaycan təmsilçisi, EkoAvrasya-Avrasiya İqtisadi Əməkdaşlıq birliyinin Media qurumunun üzvü, YediKəmər jurnalının Azərbaycan üzrə təmsilçisi. Ülkər Piriyeva 24 avqust, 1988-ci il Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. İbtidai təhsilini Şərəfə kənd Qəhrəman İsmayılov adına tam orta məktəbdə almışdır. Orta təhsilini Masallı Şəhər “Dəfinə” məktəb liseyində başa vurmuşdur. I Ali təhsilini Azərbaycan Universitetində ingilis dilinin filologiyası fakültəsində almışdır. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Eyni zamanda, Türkiyə Cumhuriyyətində Ankara şəhərində Hacettepe Universitetinin İqtisadi İdarəetmə fakültəsinin Siyasət bölümü və Dövlət İdarəçiliyini bitirmişdir. Tələbəlik illərindən təhsil aldığı universitetlərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bir sıra xarici ölkələrdə Azərbaycan Gənclər siyasətinin fəal təbliğatçısı olmuşdur. Türkiyə-Ukrayna, Türkiyə-Qazaxıstan, Türkiyə-Azərbaycan, Türkiyə-Özbəkistan, Türkiyə-Türkmənistan və digər ölkələrlə bağlı keçirilən bir sıra beynəlxalq kofransların, konqreslərin, simpoziumların və tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşdur.
Ülkər Quliyeva
Ülkər Quliyeva — Azərbaycan diktoru. Ülkər Quliyeva Azərbaycan televiziyasında diktor kimi çalışmışdır. Bir neçə filmdə çəkilmişdir. Bəstəkar Cavanşir Quliyevlə evli olmuşdur. Hazırda Türkiyədə yaşayır. Yaramaz (film, 1988) Ölsəm...
Ülkər Umudova
Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009), məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür. Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. 2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub. 2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
İlbər Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
Ülkər Məmmədzadə
Ülkər Səttarova
Səttarova Ülkər Eldar qızı (23 may 1986, Bakı) — Texnika elmləri doktoru (2019) və Kompüter elmləri ixtisası üzrə dosent (2016), Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru (2023) Ülkər Səttarova 1986-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Ülkər Səttarova 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə və 2016-cı ildə Kompüter elmləri ixtisası üzrə dosent elmi adına layiq görülüb. AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika elmləri doktoru elmi dərəcəsi alıb. Ülkər Səttarova 2004–2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür. Evlidir. Həyat yoldaşı Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdur. 100-dən çox elmi əsərin, 5 monoqrafiya və 3 patentin müəllifidir. 50-dən çox məqaləsi ingilis dilində xarici jurnallarda və impakt faktorlu jurnallarda dərc olunmuşdur.
Uzun illər
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür. Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s. Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır: 100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq). Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.
İlkə Özyüksəl
İlkə Özyüksəl (türk. İlke Özyüksel) — Türkiyə müasir beşnövçülük idmançısı, Olimpiya Oyunlarının iştirakçısı. İlkə Özüksəl 26 fevral 1997-ci ildə Ankarada anadan olub. Onun atası İlkə anadan olanda təqaüdçü, anası isə məktəbdə məsləhətçi işləyirdi. Ana 15 yaşında göz hipertoniyası səbəbindən görmə qabiliyyətini itirir. Görmə qüsurlu olmasına baxmayaraq, onun anası ali təhsil alır və eyni zamanda ən uğurlu tələbə olur. Doğuşdan iki həftə sonra İlkə ağır xəstələnir. Həkimlər əvvəlcə xərçəngdən şübhələndilər, lakin üç günlük konfrans üçün Türkiyədə olan ABŞ-da yaşayan başqa bir mütəxəssis ona müalicə edilmədikdə ölümlə nəticələnə bilən infantil hemangioma diaqnozu qoyur. İlkə lazer terapiyası keçirir və sağ qala bilir. O, beş damar əməliyyatı keçirmək məcburiyyətində qalır.
Qanlı illər (kitab)
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə "Qanlı "Sənələr" adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun "Tazə həyat" qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.
Qorxunc illər (roman)
Qorxunc illər — Çingiz Dağçının 1956-cı ildə yazdığı tarixi roman. Müəllifin həyatından böyük izlər daşıyan bu roman II Dünya müharibəsində Krım türklərinin və digər icmaların üzləşdiyi çətinliklərdən bəhs edir. Yazıçı, romandakı baş obraz Sadiq Turan kimi, II Dünya müharibəsində iştirak edib. "Vətənini itirən adam" bu romanın davamıdır. Hər iki romandakı yerlər "Xatirələrdəki Çingiz Dağçı" və "Regina (Xatirə dəftərimdən)" əsərlərdə təsvir olunanlara bənzəyir. Krımlı filmi də Qorxunc illər romanı əsasında çəkilib. Sadiq Turan, Krım türkü olan Çingiz adlı şəxslə Romada görüşür və ona xatirə dəftərini verərək yoxa çıxır. Bundan sonra Çingiz İngiltərəyə qayıdır və Sadiq Turanın aldığı məktubla onun öldüyünü öyrənir. Sadiq Krımın Qızıldaş kəndində anadan olub. Rusiya dövlət siyasətinə etdiyi Krım təzyiqlərini artırmağa davam edir.
1050-ci illər
1050-ci illər — Qriqori təqvimində 1050-ci il yanvarın 1-də başlayan və 1059-cu il dekabrın 31-də bitən onillikdir. == İcmal == Səlcuq qoşunlarının Azərbaycana daxil olması. Azərbaycan hakimləri müqavimət göstərmədilər. Bunun bir səbəbi hərbi gücsüzlükləriidisə, digər səbəbi səlcuqları özlərinin dili bir, soyu bir doğmaları hesab etmələri idi.
1900-cü illər
1900-cü illər — Qriqori təqvimində 1900-cü il yanvarın 1-də başlayan və 1909-cu il dekabrın 31-də bitən onillikdir.
1910-cu illər
1910-cu illər (bəzən 10-cu illər abreviaturası ilə qeyd olunur) — Qriqori təqvimində 1910-cu il yanvarın 1-də başlayan və 1919-cu il dekabrın 31-də bitən onillikdir.
1920-ci illər
1920-ci illər (bəzən 20-ci illər abreviaturası ilə qeyd olunur) — Qriqori təqvimində 1920-ci il yanvarın 1-də başlayan və 1929-cu il dekabrın 31-də bitən onillikdir.
1990-cı illər
1990-cı illər (bəzən 90-cı illər abreviaturası ilə qeyd olunur) — Qriqori təqvimində 1990-cı il yanvarın 1-də başlayan və 1999-cu il dekabrın 31-də bitən onillikdir. == İcmal == 1990-cı illərdə texnologiyanın yüksək inkişafı baş vermişdir: Ümumdünya hörümçək toru, ilk gen terapiyası sınaqları on il ərzində yaranmış və təkmilləşdirilmişdir. 1990-cı illərdə Afrikada, Balkan yarımadasında və Qafqazda yeni etnik müharibələr başlamış və Ruanda soyqırımı, Xocalı soyqırımı kimi cinayətlər törədilmişdir.
2010-cu illər
2010-cu illər — Qriqori təqvimində 2010-cu il yanvarın 1-də başlayan və 2019-cu il dekabrın 31-də bitən onillikdir. Onilliyə İkinci Soyuq müharibə — ABŞ və müttəfiqlərinin Rusiya və Çin ilə siyasi qarşıdurması, həmçinin mühafizəkarlıq və liberalizm arasındakı ziddiyyətlərin kəskinləşməsi, Yaxın Şərqdə və Ukraynadakı inqilablar və vətəndaş müharibələri, "üçüncü dünya" ölkələrindən kütləvi miqrasiya və bununla mübarizə cəhdləri daxildir. Mədəniyyətdə əsas yeri internet tutur: İnternet məşhurları, bloqqerlər və strimerlər. == İcmal == 2010-cu illər dünyada maliyyə böhranı və 2000-ci illərin sonlarından başlayan beynəlxalq tənəzzül dövründə başladı. == Vacib hadisələr == === Dünyada === Dünya maliyyə böhranı (2008-2012) Şotlandiyanın müstəqilliyi haqqında referendum (2014) Ərəb baharı Yasəmən inqilabı 2011-ci il Əlcəzair iğtişaşları Misir inqilabı (2011) 2011-ci il Bəhreyn iğtişaşları Yəmən inqilabı Suriyada vətəndaş müharibəsi Avropa miqrant böhranı 2013-cü il Gəzi parkı etirazları. Türkiyədə dövlət çevrilişinə cəhd (2016) Avromeydan Ermənistanda etirazlar. 2015 Ermənistan etirazları. Ermənistan inqilabı (2018) Paris İqlim Sazişi Panama sənədləri Katalan böhranı.
650-ci illər
650-ci illər — Qriqori təqvimində 650-ci il yanvarın 1-də başlayan və 659-cu il dekabrın 31-də bitən onillikdir.
670-ci illər
670-ci illər — Qriqori təqvimində 670-ci il yanvarın 1-də başlayan və 679-cu il dekabrın 31-də bitən onillikdir.
680-ci illər
680-ci illər — Qriqori təqvimində 680-ci il yanvarın 1-də başlayan və 689-cu il dekabrın 31-də bitən onillikdir.
Ülker
Ülker — İstanbul mərkəzli Türk qida və içki istehsalçısı. Məhsulları 110 ölkəyə ixrac olunur.
İller
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm şəhərləri yerləşir.
Fənərbaxça Ülker
Fənərbaxça İdman Klubunun kişi basketbol şöbəsidir. Köhnə adı Fənərbaxça Ülker. 2017-ci ildə Euroleague çempionu olaraq, Avropa qitəsinin ən güclü komandası olmuş və Türk basketbol tarixinin ən böyük müvəffəqiyyətini qazanmışdır. Ülkerspor, Fənərbaxça İdman Klubu ilə birləşərək "Fenerbahçe Ülker" adını almışdır. Kişi və qadın basketbol komandaları vardır. Avropa yarışlarına Fenerbahçe Ülker adıyla Fenerbahçe basketbol komandası iştirak edəcəkdir. Fənərbaxça Basketbol Komandası ad sponsoru olmadan 2016-2017 Euroleague çempionu olmuşdur. == Tarixi == 1975-ci ildə Nasaşspor adı ilə yaradılan klub təxminən 20 il Türk basketbolunun orta sıra komandalarından biri kimi yarışlarda iştirak etmişdir. 1993-cü ildəqida sektorunun öncül firmalarından olan Ülker tərəfindən satın alınan klubun tərkibi və hədəfləri tamam dəyişdi. Ülkerspor kimi adını dəyişəndən bir sezon sonra Türkiye Basketbol Liqasında finala çıxdı və Türkiyni Koraç Kupasında təmsil etdi.
İller çayı
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm şəhərləri yerləşir.
İlter Kuş
İlter Kuş (1970, Adana) — Balıkesir Universitetinin rektoru, professor. İlter Kuş 1970-ci ildə Adanada anadan olub. İbtidai və orta təhsilini Adanada tamamlayıb. 1994-cü ildə Ankara Universiteti Baytarlıq Fakültəsini bitirib. 1995-ci ildə Fırat Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində doktorluq təhsilinə başladı. 1995-ci ilin sonunda eyni şöbənin bir elmi köməkçisi vəzifəsinə təyin edilib. Doktoranturasını 1999-cu ildə bitirmişdir. 2000-ci ildə dosent vəzifəsinə təyin edildi. Dosent adını 2005-ci ildə aldı. 2009-cu ildə Balıkesir Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində işə başladı.
İlber Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. == Həyatı == 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. === Akademik kariyerası === 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
İker (nom)
İker (q.misir iqr — "timsah", yun. Τεντύρα — Tentir) Yuxarı Misirin VI nomu (əyaləti). Nomun mərkəzi Tentir (q.misir İunet-ta-neçeret) şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuz və qulaqlı təsvirli Hathordur.
İker Kasillas
İker Kasilyas (isp. Iker Casillas; d. 20 may 1981) — İspan qapıçı, Avropanın ən yaxşı qapıçısı (2010). Eyni zamanda İspaniya milli futbol komandası və oyunçusudur. Kasillas 20 may 1981-ci ildə Madrid əyalətinin Móstoles şəhərində Təhsil Nazirliyinin dövlət qulluqçusu Xose Luis Kasilyas və bərbər Maria del Karmen Fernández Qonzalesin ailəsində anadan olmuşdur. Kasillasın Unai adında yeddi yaş kiçik qardaşı var. O, əvvəllər CD Móstoles-də mərkəz yarımmüdafiəçisi kimi oynayırdı. Qardaşların adları bölgə ilə ailə əlaqəsinə görə bask mənşəlidir: ata tərəfdən babası - Mülki Qvardiyada zabit - Bilbaoda ezam olunub və şəhərdə məskunlaşıb, nəticədə ataları orada böyüdü. Ailə Madridə köçməzdən əvvəl kiçik bir uşaq kimi bölgədə. Bir dəfə gənc ikən, yeddi və ya səkkiz yaşında olarkən Kasillas həftə sonu üçün atasının futbol proqnozlarını dərc etməyi unutdu; atası bütün 15 nəticəni düzgün proqnozlaşdırmışdı və ailə təxminən 1,2 milyon avro vəsait itirdi.
İker Kasilyas
İker Kasilyas (isp. Iker Casillas; d. 20 may 1981) — İspan qapıçı, Avropanın ən yaxşı qapıçısı (2010). Eyni zamanda İspaniya milli futbol komandası və oyunçusudur. Kasillas 20 may 1981-ci ildə Madrid əyalətinin Móstoles şəhərində Təhsil Nazirliyinin dövlət qulluqçusu Xose Luis Kasilyas və bərbər Maria del Karmen Fernández Qonzalesin ailəsində anadan olmuşdur. Kasillasın Unai adında yeddi yaş kiçik qardaşı var. O, əvvəllər CD Móstoles-də mərkəz yarımmüdafiəçisi kimi oynayırdı. Qardaşların adları bölgə ilə ailə əlaqəsinə görə bask mənşəlidir: ata tərəfdən babası - Mülki Qvardiyada zabit - Bilbaoda ezam olunub və şəhərdə məskunlaşıb, nəticədə ataları orada böyüdü. Ailə Madridə köçməzdən əvvəl kiçik bir uşaq kimi bölgədə. Bir dəfə gənc ikən, yeddi və ya səkkiz yaşında olarkən Kasillas həftə sonu üçün atasının futbol proqnozlarını dərc etməyi unutdu; atası bütün 15 nəticəni düzgün proqnozlaşdırmışdı və ailə təxminən 1,2 milyon avro vəsait itirdi.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
İlqar İlkin
İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü. Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub. Ailəlidir. Bir oğlu, bir qızı var. 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb. Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.
Fillər
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır. Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur. == Afrika fili == Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır.
Kilkə
Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi. Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Likək
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Pekər
Pekər, Peker — ad, soyad.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Erker
Erker — köhnə türk evlərində yerdəki mərtəbənin üstündəki birinci və ya sonrakı mərtəbələrdə çölə çıxan qəfəsli otaq hissəsidir. Çölə çıxdığına görə altdan dəstəklənməyən erker, çökməyə qarşı binanın fasadında yerləşdirilmiş dayaqlar tərəfindən dəstəklənmişdir. Türk memarlığının əsasən ağac materiallara əsaslandığı dövrlərdə geniş şəkildə istifadə edilmiş və şəhərlərdəki türk məhəllələrində iz buraxmış bu üslub, daş və dəmir-beton konstruksiyaların geniş yayıldığı dövrlərdən etibarən yaddan çıxmışdır.