Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmaməddin Abdullazadə
İmaməddin Əsgər oğlu Abdullazadə (4 avqust 1996; Beyləqan rayonu, Azərbaycan — 5 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmaməddin Abdullazadə 1996-cı il avqustun 4-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. == Hərbi xidməti == İmaməddin Abdullazadə 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan İmaməddin Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və qəhrəmanlıqlar göstərib döyüşlər zamanı düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə zirehli texnikasını məhv edib. İmaməddin Abdullazadə noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İmaməddin Hümbətov
İmaməddin Muxtar oğlu Hümbətov (5 sentyabr 1998; Payız, Babək rayonu, Azərbaycan — 20 oktyabr 2020; Azıx, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Babək rayonunun Payız kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı olaraq fərqlənmişdir. İmaməddin Hümbətov 20 oktyabr 2020-ci ildə içində Azıx mağarasının da yerləşdiyi Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İmaməddin Həsənov
İmaməddin Həsənov — rejissor, aktyor. == Həyatı == İmaməddin Həsənov 1980-ci oktyabr ayının 15-də Quba şəhərində dünyaya gəlib. Orta təhsilini Qubada alıb. 1996-cı ildən Kimya-biologiya liseyində oxuyub. 1998-ci ildə liseyi bitirib, ADMİU-nun "rejissorluq" fakültəsinə daxil olub. Sənət müəllimləri Fikrət Məlikov və Cənnət Səlimova olublar. 1999-2006-cı illərdə Bakı Kamera Teatrında aktyor, rejissor, 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinini həmtəsisçisi və rejissoru, 2007-2008-ci illərdə Space TV-də rejissor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasının rejissorudur. 2006-cı ildə "2005-2006-cı illərin ən yaxşı gənc aktyoru" mukafatı ilə təltif olunub. Türkiyə, Rusiya, İran və digər Avropa və Asiya ölkələrində Beynəlxalq Teatr Festivallarında çıxış edib, mükafatlar qazanıb.
İmaməddin Yusifov
İmaməddin Niyaməddin oğlu Yusifov (20 iyul 2002; Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İmaməddin Yusifov 20 iyul 2002-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində Niyaməddin Yusifovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə F. Həmidov adına Qəbələ rayon Mıxlıqovaq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == İmaməddin Yusifov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan İmaməddin Yusifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməddin Yusifov 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
İmaməddin Zəkiyev
İmaməddin Zəkiyev — filologiya üzrə elmlər doktoru, "Qızıl qələm" mükafatının laureatı. == Həyatı == İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil almışdır. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurmuş, Bakı Dövlət Universitetində ali təhsil almışdır. O, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. İmaməddin Zəkiyev uzun illər Azərbaycan kitab mədəniyyətini, ümumən milli mədəniyyətimizi məhəbbətlə tədris etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək, taleyini Bakı Mədəni-Maarif Texnikumu ilə bağlayıb. İmaməddin Zəkiyev istedadlı yazıçı və şairdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatının laureatıdır. Hələ VII–X siniflərdə oxuduğu illərdə oçerk və feleytonlar yazan İ. Zəkiyev 60–70-ci illərdə o zamankı ALKGİ-nın sərəncamı ilə yaradılan və AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc qələmlər" ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olmuşdur. O, 80-ci illərdə isə Mədəniyyət Nazirliyinin yaratdığı Kitabsevərlər Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
İmaməddin Əliyev
İmaməddin Əmiraslanov
İmaməddin Əmiraslanov (20 yanvar 1948) — Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri (2016). == Həyatı == 1948-ci ildə Qubada anadan olmuşdur. == Elmi əsərləri == 1. Mamedov Kh.S., Amiraslanov I.R., Musayev F.N., Movsumov E.M. The synthesis and x-ray analysis complexes of Ni(II), Ca(II), Cu(II), Zn(II), with benzoic and monothibenzoic acids. Dokl. AN Azerb. Republic., 1977, V.32, N.4, p.31. 2. Musayev F.N., Movsumov E.M., Mamedov Kh.S., Amiraslanov I.R. The crystal and molecular structure of bis-pyridine-bis (monothiobenzoate) Nickel (II). Zh.
İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
İmadəddin Qəzvini
İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı == Həyatı == XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi. == Yaradıcılığı == Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211.
İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
İmadəddin İsfahani
İmadəddin Məhəmməd ibn Hamid əl-Katib əl-İsfahani (1125-20.6.1201) — İran tarixçisi. == Həyatı == İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdur. İlk təhsilini Kaşanda almışdır. Daha sonra Bağdadda fiqhi oxudu. 1156-cı ildə Bağdadı İraq Səlcuqlu dövlətinə qarşı bacarıqla müdafiə edən Abbasi xəlifəsi Müktəfini (hökmdarlığı 1136–1160) təbrik etmək üçün yazdığı qəsidəylə vəzir İbn Hübeyrnin sevgisini qazandı. Onun tərəfindən naib olaraq Vasıtə göndərildi. Bu vəzifəsi İbn Hübeyrənin ölümünə (1165) qədər davam etdi. Bir müddət sonra Zəngilər sülaləsindən Nurəddin Zənginin (hd 1146–1174) katibi olan İmadəddin, onun öz adına tikdirdiyi mədrəsəyə müdərris olaraq göndərildi, amma Nurəddin Zenginin ölümündən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Homsu alan Səlahəddin Əyyubini öymək üçün bir şeir yazdı. Bununla Əyyubinin yaxınlığını qazandı və bütün səfərlərinə qatıldı.
İzaməddin Bağırov
İzaməddin Zeynal oğlu Bağırov (d. 6 aprel 1967) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == İ.Bağırov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru vəzifələrində işləyir. Quruluş verdiyi tamaşalardan A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir" və Ə.Qiyasın "Cəhənnəm ekspresi" kimiləri qeyd etmək olar. İ.Bağırov tərcümə ilə də məşğul olur. Onun tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Kefli İsgəndər və Naçalnik (C.Məmmədquluzadə "Ölülər", "Danabaş kəndinin əhvalatları", Dövlət bəy, Aydın və Bəhram (C.Cabbarlı "Aydvn", "Solğun çiçəklər"), Yan(A.Kamyu "Anlaşılmazlıq"), İmran (S.S.Axundov "Tamahkar"), Məsi (Ə.Qiyas" Qarışqa yuvası"), Qarakişi (İ.Məlikzadə "Gəl qohum olaq"), Şahbaz (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Sədrəvəzi (A.Babayev "Xilaskar"), Albert (A.İvaşenko "Uşağa bir üç yazın"), Qazan xan (F.Məhərrəmov (Oğuzlar", Müstəntiq (N.Dumbadze "Ağ bayraqlar"), Cəfərqulu xan (Y.Kevr "Xacə şah") və s. göstərmək olar. İ.Bağırov özünü kino sənətində də yoxlamış və "Yük"-də Dərviş, "Təxribat"-da Səfil və "Biriya"-da Məhəmməd Biriyanın obrazlarını yaratmışdır.
I İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
İmadəddin Ay Aba
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali. == Həyatı == Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi. İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi.
İmadəddin Mahmud Gavan
Xacə İmadəddin Mahmud Qavan (1411, Gilan ostanı – 1481) — Ədib, siyasətçi, sərkərdə. == Həyatı == Səfəvilərin İranda meydana gəlişindən əvvəl İranın görkəmli vəziri Xacə İmadəddin Mahmud Qavan Hindistanın Dekan ərazisində şiəliyi yayırdı. O, Azərbaycanın Gilan əyaləti ilə həmsərhəd olan Gavilan kəndindən idi. Mahmud Qavan Şeyx Səfiəddin Ərdəbili Bəhmənlər dövlətinə baş nazir kimi qəbul etmişdi. O, 40 ildən çox orada çalışmışdır. Mahmud Qavan əsas vəzifələri azərbaycanlılara vermişdi. Yusif Adil xan da bu qəbildən — Bicapurda Azərbaycandan olan nümayəndə idi. Onun sayəsində şiəlik həmin ərazidə təşəkkül tapmışdı. Xacə Mahmud Qavan gözəl idarəçi, hərbi general, analitik düşüncəli şəxsiyyət idi. O, Hindistanın şimal bölgəsində, Ərəb dənizindən ta Benqal çayının sahilinə qədər vuruşmuşdu.
İmadəddin Nəsimi (1973)
İmadəddin Nəsimi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş sənədli film. == Məzmun == Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şerləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.
Seyid Əli İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
İmadəddin Nəsimi (film, 1973)
İmadəddin Nəsimi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş sənədli film. == Məzmun == Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şerləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.
İmadəddin Nəsiminin abidəsi (Sumqayıt)
Nəriman Nərimanovun büstü - Yerli əhəmiyyətli abidə 2003-cü ildə heykəltaraşlar Vaqif Nəzirov və Aqil Quliyev tərəfindən işlənmişdir. Sumqayıt şəhərinin S. Vurğun küçəsində, şairin adını daşıyan Nəsimi adına Mədəniyyət və İstirahət parkında qoyulmuşdur. Abidə Xəzərin sahilinə yaxın, parkın baş xiyabanının girəcəyində ucaldılmışdır. Postament ağ mərmər ilə üzlənmişdir. Postamet üzərində rum rəqəmləri ilə XIV - XV əsr və Nəsimi sözləri yazılmışdır. Abidənin özü isə bürüncdən hazırlanmışdır.
İmadəddin Nəsiminin heykəli (Kiyev)
İmadəddin Nəsiminin heykəli (ukr. Статуя Імадеддіна Насімі, translit. Statuya İmadeddina Nasimi) — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 2019-cu ildə Ukraynanın Kiyev şəhərində qoyulmuş heykəl. 24 may 2019-cu ildə Azərbaycanın Ukrayna səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində abidənin açılış mərasimi baş tutub. Mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko da iştirak ediblər. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltaraş Seyfəddin Qurbanovdur.
İmadəddin Nəsiminin heykəli (Bakı, 1980)
İmadəddin Nəsiminin heykəli — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 1980-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi dövlət səviyyəsində qeyd olunur. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazılır. Həsən Seyidbəyli "Nəsimi" filmini çəkir, Fikrət Əmirov "Nəsimi dastanı" baletini başa çatdırır, İsa Muğanna "Məhşər" romanını, Qabil "Nəsimi" poemasını yazır. Nəsiminin heykəlini yaratmaq sifarişi monumental abidə ustası Tokay Məmmədova həvalə olunur. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğundan heykəltaraş bu işi başqa bir istedadlı həmkarı İbrahim Zeynalovla birgə yerinə yetirir. Heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldilir. Daha sonra isə hündürlüyü 6,5 metr olan heykəl şəhərin mərkəzi bağlarının birində qoyulur.
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi (kitab)
Niyaməddin Musayev
Niyaməddin Cabbar oğlu Musayev (1 iyun 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordenli (2000). == Həyatı == Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur. == Yaradıcılığı == 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır.
Niyaməddin Məhərrəmov
Niyaməddin Məhərrəmov (əsgər, 1986) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Niyaməddin Məhərrəmov (əsgər, 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Niyaməddin Paşayev
Niyaməddin Paşayev (1 may 1980, Muğanlı, Qubadlı rayonu) — Azərbaycanı təmsil edən taekvondoçu, 2001-ci il Dünya Çempionatının, həmçinin 2004 və 2005-ci illər Avropa Çempionatlarının qalibi. == Həyatı == Niyaməddin Paşayev 1980-ci il mayın 1-də Qubadlı rayonunun Muğanlı qəsəbəsində anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğal edilməsindən sonra Sumqayıt şəhərində qaçqın həyatı yaşamağa başladı. 1986-1993-cü illərdə Qubadlı rayonu Mahruzlu qəsəbə orta məktəbində, 1993-1995-ci illərdə Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbdə, 1995-1997-ci illərdə isə Qubadlı rayonu Qaracallı qəsəbə tam orta məktəbində (Sumqayıt şəhərində yerləşir) təhsil alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2008-2011-ci illərdə Sumqayıt Dövlət Universitetində əlavə ali təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda magistr dərəcəsi alıb. == Karyerası == Niyaməddin Paşayev 2000-ci ilin mayında Yunanıstanın Patras şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2001-ci ilin noyabrında isə Niyaməddin Paşayev Cənubi Koreyanın Çeju şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu.
Niyaməddin Sultanzadə
Niyaməddin Sultanzadə (tam adı: Niyaməddin Hüsaməddin oğlu Sultanzadə; 10 sentyabr 1998; Masallı – 6 noyabr, 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-ci ildə şəhər 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi idi. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı. Subay idi. == Hərbi həyatı == Niyaməddin Sultanzadə 2016-2017-ci illərdə hərbi xidmətdə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq qoşulmuş, Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 6 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Niyaməddin Sultanzadə 22 noyabr 2020-ci il tarixində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Niyaməddin Tağıyev
Niyaməddin Məhərrəm oğlu Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Niyaməddin Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2018-ci il tarixli Sərəncamları ilə Müdafiə Nazirliyinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının şəxsi heyət üzrə müavini vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Niyaməddin İskəndərov
Niyaməddin Qulu oğlu İsgəndərov (6 dekabr 1985, Xok, Şərur rayon Naxçıvan Muxtar Respublikası – 6 noyabr 2020, Şuşa rayonu)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyammədin İsgəndərov 6 dekabr 1985-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. 1992-2003-cü ildə Xok kənd orta məktəbində təhsil alıb.İki dəfə ailə qurub ,iki qız övladı vardı. == Hərbi Xidməti == Niyammədin İsgəndərov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 22 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nıyaməddin Isgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyammədin İsgəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Niyaməddin Ələkbərov
Niyaməddin İsrafil oğlu Ələkbərov (12 iyul 1989; Şərur, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Ələkbərov 1989-cu il iyulun 12-də Şərur şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Niyaməddin Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Niyaməddin Ələkbərov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Ələsgərov
Niyaməddin Süleyman oğlu Ələsgərov (13 aprel 1999; Axunlu, Ağsu, Azərbaycan — 4 oktyabr 2020; Toğanalı, Göygöl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Ələsgərov 1999-cu il, aprelin 13-də Ağsu rayonu, Axunlu kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Niyaməddin Ələsgərov Kəlbəcər döyüşlərində savaşıb. Niyaməddin Ələsgərov oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə Toğanalı istiqamətində qəhrəmancasına şəhid olub. Ağsuda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Nizaməddin Cəlilov
Nizaməddin Qurban oğlu Cəlilov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru (2013). == Həyatı == Cəlilov Nizaməddin Qurban oğlu 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu mühəndis, Azərbaycan Universitetini isə hüquqşünas ixtisasları üzrə bitimişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti qismində xidmət etmişdir, müharibə veteranıdır. 2005-ci ildən ədliyyə orqanlarında qulluq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavinidir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2013-cü il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, Bir övladı var.
Nizaməddin Həmidov
Nizaməddin Baba oğlu Həmidov (15 aprel 1952, Qubadlı) — Azərbaycan dövlət xadimi, elmi işçisi, polisi,xüsusi xidmət orqanı müşaviri, general. O, əsas olaraq Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində tutduğu ciddi rəhbər vəzifələrə görə tanınır. == Həyatı == === İlk illəri və təhsili === Nizaməddin Baba oğlu Həmidov 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. O, 1958-ci ildə Qubadlı rayon Dondarlı kənd orta məktəbinə daxil olmuş, oradakı təhsili başa vurduqdan sonra, 1969-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. Həmidov 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Nizaməddin Həmidov 1987–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir. === Elmi fəaliyyəti === Təhsil almaqla yanaşı, Həmidov 1970–1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır. O, 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həmidov hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir. === Dövlət orqanlarında fəaliyyəti === 1977-ci ildə Azərbaycan SSR daxili işlər orqanlarında xidmətə qəbul olunan Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini vəzifəsində çalışmışdır.
Nizaməddin Quliyev
Nizaməddin Məhəmməd oğlu Quliyev — Ağstafa Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, iqtisad elmləri namizədi. == Həyatı == Quliyev Nizaməddin Məhəmməd oğlu 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirmişdir. 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 2009–2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu ilin tarixli Sərəncamı ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Ailəli idi, 3 övladı var. == Həbsi == 2019-cu il dekabrın 19-da Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılır.
Nizaməddin məscidi
Nizaməddin məscidi — Bakıda Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid məscid. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Nizaməddin məscidi 1329-1330-cu illərdə Şirvanşahların hakimiyyəti dövründə Əmircanda tikilib. Məscid Əmir Nizaməddin Kəsrani tərəfindən tikdirilib. Məscidin yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. 4 giriş qapısından 3-nün üstündə daş kitabələr var. İbadət zalının iç sahəsi 24x6 metr, hündürlüyü isə 5 metrdir. Məscidin mehrabının hündürlüyü 2 metr olub, üstündə, bir neçə yerdə ərəbcə “Allah ” sözləri yazılıb. Məscidin divarlarının qalınlığı 1 metr, yerdən günbəzədək hündürlüyü 7,5 metrdir. Günbəzin diametri isə 6 metrdir.
Nizaməddin İsgəndərov
Nizaməddin İsgəndərov (tam adı: Nizaməddin Şirin oğlu İsgəndərov; 4 mart 1956, Salyan, Salyan rayonu) — Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı (1999), fizika-riyaziyyat elmlər doktoru, professor, Tərəqqi mükafatı laureatı (2009). == Həyatı == Nizaməddin Şirin oğlu İsgəndərov 1956-cı il martın 4-də Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1964–1974-cü illərdə Salyan şəhər 27 saylı orta məktəbində oxuyub. 1974–1979-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. Nizaməddin Şirin oğlu İsgəndərov 1979-cu ildə Bakı Dövlət Universitetini bitirmiş, 1979–1981-ci illərdə AZEA-nin Mexanika-Riyaziyyat İnstitutunda baş laborant, 1981–1983-cü illərdə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda stajor-tədqiqatçı, 1983–1986-cı illərdə isə aspirant olmuşdur. 1986-cı ildə prof L. P. Nijnikin rəhbərliyi altında Kiyevdə namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1986–1993-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 1993–1997-ci illərdə Türkiyə Respublikasının Yıldız Teknik Universitetində (İstanbul) doktor-professor, 1997–1999-cu illərdə isə Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. Prof. N. Ş. İsgəndərov 1999-cu ildən BDU-da çalışır. O, 2003-cü ildən fizika-riyaziyyat elmləri doktorudur və hal-hazırda "Diferensial və İnteqral tənliklər" kafedrasının professoru, mexanika-riyaziyyat fakültəsinin dekanıdır.