Niyaməddin Qulu oğlu İsgəndərov (6 dekabr 1985, Xok, Şərur rayon Naxçıvan Muxtar Respublikası – 6 noyabr 2020, Şuşa rayonu)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Niyammədin İsgəndərov 6 dekabr 1985-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub.[1] 1992-2003-cü ildə Xok kənd orta məktəbində təhsil alıb.İki dəfə ailə qurub ,iki qız övladı vardı.
Niyammədin İsgəndərov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 22 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nıyaməddin Isgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyammədin İsgəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]