Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piramida
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Ramil
Ramil — kişi adı.
Anthemis iranica
Anthemis iranica (lat. Anthemis iranica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Konstantin Fratila
Konstantin Fratila (1 Oktyabr 1942 – 21 Oktyabr 2016) — Hücumçu kimi çıxış etmiş Rumıniya futbolçusudur. == Karyera statistikası == Rumıniya Birinci Liqasında ümumi oyunlarının sayı: 221 oyun - 95 qol. Kipr Birinci Liqasında ümumi oyunlarının sayı: 37 oyun - 3 qol. Avropa Kuboklarında: 12 oyun - 7 qol Rumıniya Birinci Liqasının bombardiri: 1964.
Metaseiulus gramina
Metaseiulus gramina (lat. Metaseiulus gramina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Piramida sistemi
Piramida sistemi və ya Piramida yolu (lat. tractus pyramidales, PNA) — özündə kortikospinal və kortikobulbar yolları birləşdirir. Piramida yolunun belə adlandırılmasına səbəb yolların uzunsov beynin piramidasından keçməsidir.
Piramida sxemi
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.
Radmila Milyaniç
Radmila Milyaniç (19 aprel 1988, Nikşiç) — Monteneqronu təmsil edən həndbolçu. Radmila Milyaniç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Radmila Milyaniç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
İranika Ensiklopediyası
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Piramida (həndəsə)
Piramida (yunanca πυραμίς və ya πυραμίδος) — oturacağı çoxbucaqlı, qalan üzləri ortaq təpəyə malik üçbucaqlar olan çoxüzlü. Oturacaq çoxbucaqlısının bucaqlarının sayına görə piramidaları üçbucaqlı, dördbucaqlı və s. ayrırırlar. Piramida konusun xüsusi halıdır. Bir çoxüzlü bucaq götürək və onun bütün tillərini kəsən müstəvi keçirək. Çoxüzlü bucaqın S təpəsinin aid olduğu yarımfəzada SABDEF çoxüzlüsü alınır. Bu çoxüzlünün bir üzü ABCDEF çoxbucaqlısı qalan üzləri isə bir təpəsi S olan ortaq təpəsi üçbucaqlıdır. ASB, BSC,…….., FSA, belə çoxüzlülər piramida adlanır. piramidaOrtaq təpəli üçbucaqlara piramidanın yan üzləri, onların birləşməsinə piramidanın yan səthi, çoxbucaqlıya piramidanın oturacağı, bütün yan üzlərin ortaq tərəfinə piramidanın yan tilləri, təpədən oturacaq müstəvisinə çəkilmiş perpendikulyara piramidanın hündürlüyü deyilir. Bir üzü hər hansı çoxbucaqlı, qalan üzləri ortaq təpəli üçbucaqlar olan çoxüzlüyə piramida deyilir.
Tərs piramida
Tərs Piramida (ing. PR – inverted pyramid) jurnalistikada, kopiraytinqdə və reklam yazarlığında tez-tez istifadə olunan termindir. Akademik yazılardan fərqli olaraq xəbər və ya reklam mətnləri Düz piramida deyil, "Tərs Piramida" formatında yazılır. "Tərs Piramida" qaydasına görə, ən vacib informasiya mətnin əvvəlində, yəni ilk cümlədə verilir. Sonra mətnin təfərrüatı və sonda "background" (arayış) deyilən hissə əlavə olunur. Bu prinsip ilə yazılan mətnlər dərhal oxucunun diqqətini cəlb edir.[1] Xəbər və reklam mətnlərində ən vacib informasiya mətnin əvvəlində olmalıdır. Məhz bu prinsipə "tərs piramida" deyilir. Məktəb və universitetlərdə bizə mətnlərin sadədən mürəkkəbə doğru yazılmasını öyrədirlər. Mətnlər yüngül məlumatlardan başlanır, tədricən qəlizləşir. Bu, mətn yazılmasında "düz piramida" prinsipidir.
Kamila Batmanqılınc
Kamilə Batmanqılınc (1 yanvar 1963, Tehran – 1 yanvar 2024, London) — əslən azərbaycanlı olan britaniyalı iş adamı, yazıçı və xeyriyyəçi. O, 11 yaşından bəri İngiltərədə yaşayırdı və iki xeyriyyə qurumu təsis etmişdi: The Place2b və Kida Company. == Həyatı == Kamila Batmanqılınc Tehranda dünyaya gəlib. Onun anası Roma Katolik məzhəbli Belçikalı və atası İranlı və müsəlman, yüksək mübahisəli doktor Firidun Batmanqılınc idi. 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınları siyahısına düşüb.
Kamila Ferezin
Kamila Ferezin (18 aprel 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Kamila Ferezin Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kamila Kabello
Kamila Kabello (3 mart 1997) — Kuba–Meksika əsilli Amerika müğənnisi və aktrisası. O, Fifth Harmony qrupunun üzvü olmuşdur və elə burada da şöhrətə qovuşmuşdur. == Həyatı və karyerası == İlk öncə Fifth Harmony qrupunda çıxış etmişdir. Machine Gun Kelly ilə birlikdə "Bad Things" adlı dueti "Amerika Billboard Hot 100" siyahısında 4-cü pilləyə qədər yüksəlmişdir. 2016-cı ildə Fifth Harmony qrupundan ayılaraq, fəaliyyətini solo olaraq davam etdirir və ilk solo sinqlı olan "Crying in the Club"-u təqdim edir. 2018-ci ildə təqdim etdiyi "Camila" albomu və bu albomdakı "Havana" mahnısı "US Billboaard 200"-də və bir çox ölkələrin hit paradların da birinci olmuşdur.. Hal-hazırda Şon Mendes ilə sevgilidir. == Şəxsi həyat == O, 2019-cu ilin iyulunda kanadalı müğənni Şon Mendes ilə görüşməyə başladı. Münasibət mübahisələrə səbəb oldu, çünki hər ikisi reklam üçün münasibət qurmağa cəhd etməkdə günahlandırılırdı, lakin Mendes bunun "mütləq reklam işi deyil" olduğunu təkid edirdi. Münasibət onların "Señorita" mahnısının buraxılmasından sonra təsdiqləndi.
Kamila Pedrosa
Kamila Pedrosa (d. 12 mart 1975) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Kamila Pedrosa, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Kamila Qutierres
Kamila Qutierres Berner (isp. Camila Gutiérrez Berner; 23 dekabr 1985, Santyaqo) ─ Çili yazıçısı, ssenaristsi və jurnalistidir. O, "Gənc və dəli" (Joven y Alocada) blogunda Çili cəmiyyətinin incil tərəfdarları ailəsində böyüyən biseksual bir qız kimi öz etirafları ilə tanınıb. Bu blog onu kitab və eyniadlı filmin müəllifi olmağa ruhlandırır. == Həyatı == Yeniyetməlik dövründə "Gənc və dəli" (Joven y Alocada) blogunu yazır, burada özünü qeyri-ciddi, satirik və spontan bir tərzdə biseksual elan edərək böyüdüyü incil tərəfdarları olan ailəsi ilə münasibətlərində bəhs edir. Onun etirafları, gənc auditoriya arasında populyarlıq qazanır. Katolik Universitetində jurnalistika üzrə magistr dərəcəsini, Nyu York Universitetində yaradıcı yazı üzrə magistr dərəcəsini oxumuş və Beynəlxalq bədii qısametrajlı film layihəsində münsiflər heyətinin üzvü olmuşdur. Çilidə abort lehinə danışdı. == Yaradıcılıq == Mətnlərində qadın, seksuallıq, ailə, din, işgəncəli və pis rəftar mövzularına tez-tez rast gəlmək olur.
Ramilə Kaşdayeva
Ramilə Kaştayeva (qızlıq soyadı: Yusubova, 28 iyul 1987, Tbilisi) — Azərbaycanı təmsil edən para-cüdoçu və cüdoçu. Cüdo üzrə idman ustası. Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Ramilə, beynəlxalq səviyyədə ilk ciddi uğuruna, 2003-cü ilin avqustunda, Bakıda baş tutmuş U-17 dünya çempionatında qızıl medal qazanmaqla nail olub. 2004-cü ilin noyabrında hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb. 2005-ci ilin dekabrında baş tutmuş Azərbaycan çempionatının finalında Sona Əhmədliyə məğlub olaraq gümüş medalla kifayətlənib. 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş U-23 Azərbaycan çempionatında qızıl, noyabrında isə Moskvada keçirilmiş U-23 Avropa çempionatında bürünc medal qazanıb. 2008-ci ildə həlledici görüşdə Gözəl Zutovaya qalib gələrək Azərbaycan çempionu olub. Bir il sonra Antalyada baş tutmuş U-23 Avropa çempionatında üçüncü yeri tutub. 2010-cu ilin sentyabrında Tokionun ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.
Ramilə Kaştayeva

Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor, Azərbaycan Dövlət Televiziyasında, Space telekanalında redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri", "Zülməti yaranlar", "39-cu pərdə", "Şəhid həkimlər" adlı kitabların müəllifidir.
Ramilə Yusubova
Ramilə Kaştayeva (qızlıq soyadı: Yusubova, 28 iyul 1987, Tbilisi) — Azərbaycanı təmsil edən para-cüdoçu və cüdoçu. Cüdo üzrə idman ustası. Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Ramilə, beynəlxalq səviyyədə ilk ciddi uğuruna, 2003-cü ilin avqustunda, Bakıda baş tutmuş U-17 dünya çempionatında qızıl medal qazanmaqla nail olub. 2004-cü ilin noyabrında hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb. 2005-ci ilin dekabrında baş tutmuş Azərbaycan çempionatının finalında Sona Əhmədliyə məğlub olaraq gümüş medalla kifayətlənib. 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş U-23 Azərbaycan çempionatında qızıl, noyabrında isə Moskvada keçirilmiş U-23 Avropa çempionatında bürünc medal qazanıb. 2008-ci ildə həlledici görüşdə Gözəl Zutovaya qalib gələrək Azərbaycan çempionu olub. Bir il sonra Antalyada baş tutmuş U-23 Avropa çempionatında üçüncü yeri tutub. 2010-cu ilin sentyabrında Tokionun ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.
Camila Sanmooqan
Camila Sanmooqan (20 mart 1997, Corctaun) — Qayanalı üzgüçü. Camila Sanmooqan Qayananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Camila Sanmooqan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.88 saniyəlik nəticəsi ilə 63-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Çamila Miçeyeviç
Cəmilə Miçeyeviç (xorv. Ćamila Mičijević; 8 sentyabr 1994, Haydenhaym an der Brents[d]) — Bosniya və Xorvat həndbolçu, 2020-ci ildə Avropa çempionatının bürünc mükafatçısı. Miçieviç Almaniyada Bosniya və Herseqovinadan bir qaçqın ailəsində anadan olub. Müharibə bitdikdən sonra, 15 yaşına qədər yaşadığı Mostar'a qayıtdı və yerli Lokomotiv və Katarina həndbol komandalarında oynadı .
İramin İsayev
İramin İsayev (İramin Namaz oğlu İsayev; d. yeri və tarixi 1.12.1942, Daş Salahlı, Qazax) — professor, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri. Azərbaycan məktəbi və pedaqoji fikir tarixinə dair tədqiqatlar aparmış, A.Səhhətin təlim, tərbiyə haqqında fikirləri ilə əlaqədar ilk tədqiqatın müəllifidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair ilk proqram və dərs vəsaitlərinin müəllifidir. İctimai əsaslarla apardığı vəzifələr: Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası, Pedaqoji elmlər üzrə şuranın elmi katibi olmuşdur. Hazırda həmin ixtisas üzrə müdafiə şurasının üzvüdür. 1942-ci il 1 dekabr Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1959-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1959-1963-cü illərdə ADPU-nun Pedaqoji fakültəsini bitirmişdir. 1963-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunda pedaqoji fəaliyyətə başlamış; 1965-1968-ci illərdə Sumqayıt şəhər 8 saylı məktəbdə müəllim işləmiş; 1968-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogika və metodikası kafedrasında baş laborant; 1969-1972-ci illərdə aspirant; 1972-ci ildən Ümumi pedaqogika kafedrasında müəllim; 1975-ci ildən baş müəllim, 1984-cü ildən dosent, 2009-cu ildən professor, 2014-cü ildən Ümumi Pedaqogika kafedrasının müdiridir Qızıl qələm mükafatı Azərbaycan bayrağı döş nişanı Qabaqcıl maarif işçisi döş nişanı “Avropa nəşr mətbuat evi”nin qızıl medalı İlin alimi (Ali mediya mükafatı) 2018-ci ildə “Elm fədaisi” diplomu.
Kamila Vəliyeva
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Encyclopædia Iranica
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Encyclopaedia Iranica

Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.