ağqvardiyaçı
ağlabatmaz
OBASTAN VİKİ
Ağlabatan müddət
Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir. Prosessual hüquqda ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Bu, ABŞ hüquq terminidir və uzun illər mübahisə predmeti olmuşdur. Müvafiq ifadə adətən hər hansı hərəkətin yerinə yetirilməsi və ya ödəmələrin edilməsi ilə bağlıdır, lakin bir çox məhkəmə işlərində problemlərə səbəb olmuşdur, çünki qeyri-müəyyən bir müddəti əhatə edir. Vahid Kommersiya Məcəlləsinin 2-206(2)-ci maddəsi tələb edir ki, əgər hər hansı müddət müəyyən edilməyibsə, ofertanın (təklif) qəbulu "ağlabatan müddət" ərzində edilməlidir: Tələb olunan icranın xüsusi formada qəbulu tələb olunduğu hallarda, ağlabatan müddət ərzində oferentə aksept haqqında bildiriş göndərilmədikdə oferent təklifi qəbul edilməzdən əvvəl gecikmiş hesab edə bilər. Avropa İttifaqı hüququ Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasında aşağıdakılara istinad edir: Yaxşı idarəçilik hüququ: Hər kəs öz işlərinin İttifaqın institutları, orqanları, idarələri və qurumları tərəfindən qərəzsiz, ədalətli və ağlabatan müddətdə baxılması hüququna malikdir (Maddə 41). Səmərəli hüquqi müdafiə vasitələri və ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (Maddə 47). Beləliklə, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.

Значение слова в других словарях