Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsrailli Nobel mükafatı laureatlarının siyahısı
İsrailli Nobel mükafatı laureatlarının siyahısı — Nobel mükafatını qazanmış israillilərin siyahısı. 1966-cı ildən bəri 12 israilli Nobel mükafatına layiq görülmüşdür. İsraillilərin Nobel mükafatına layiq görüldükləri sahələr ədəbiyyat, sülh, iqtisadiyyat və kimyadır.
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi (2023)
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (ivr. ‏דלתות שמיים‏‎), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı (יד אחות) adlandırılmışdır. İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır. Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.
İsraillilər
İsrail övladları və ya İsrail xalqı — qədim ibrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının törəmələrinə verilmiş ad. İbrahimi dinlərdə tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub islama görə peyğəmbərdir və "Quran"da İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxmışdır. İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (ivritcə "güləşmək") və əl (sami dillərində tanrı) sözlərindən yaranmışdır. "Tanax"da Yaqubun tanrı ilə güləşindən bəhs edilir. == Yaqubun uşaqları == Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. == Tarixi == Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. == Coğrafiyası və iqlimi == İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
İsrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
Həsən İsrailov
Həsən İsrailov (çeç. Исраил КIант Хьасан; rus. Хасан Исраилов; 1910, 1903 və ya 1907, Rusiya imperiyası – 25 dekabr 1944, Çeçen-İnquş MSSR) — çeçen millətçisi, partizan döyüşçüsü, jurnalist və Sovet İttifaqına qarşı 1940-cı ildən 1944-cü ildə vəfatına qədər çeçen-inquş üsyanına rəhbərlik edən bir şair idi.II Dünya Müharibəsi illərində ən təsirli çeçen müqavimət liderlərindən biri olaraq qəbul edilir və bir çox çeçen tərəfindən milli qəhrəman olaraq sayılır. Almanların Qafqazı işğal etməyə çalışdığı bir dönəmdə üsyan qaldırdığı üçün ruslar tərəfindən pis ad qazanmışdı. == Həyatı == İsrailov 1910-cu ildə Çeçenistanın Qalançoy kəndində altı qardaşın ən balacası kimi anadan olub. Orta məktəbi 1929-cu ildə Rostovda əla qiymətlərlə bitirdi. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının gənclər qanadı olan komsomola qoşuldu. 1929-cu ildə Rostov-on-Dondakı bir kommunist orta məktəbini bitirən İsrailov Kommunist Partiyasının sıralarına daxil oldu və 1933-cü ildə Moskvaya Şərq Zəhmətkeşləri Kommunist Unversitetinə göndərildi. Tələbə olduğu müddətdə pyes və şeir yazdı və Moskvada Krestianskaia Gazeta (Fermer qəzeti) müxbiri oldu. Bir neçə məqaləsində Çeçenistan-İnquşetiyadakı sovet siyasətini sərt bir şəkildə tənqid etti.
Ömər İsrailov
Ömər İsrailov (1982, Şali rayonu, Çeçen-İnquş MSSR – 13 yanvar 2009, Vyana) — Çeçenistan Respublikasındakı separatçı silahlı birləşmələrin üzvü və daha sonra Kadırovun tənqidçisi kimi tanınan Ramzan Kadırovun keçmiş mühafizəçisi. 2009-cu ildə İsrailov siyasi sığınacaq üçün müraciət etdiyi Avstriyanın paytaxtı Vyanada öldürülür. == Bioqrafiyası == Ömər İsrailov Mesker-Yurtda anadan olmuşdur. Onun sözlərinə görə, 1995-ci ildə 13 yaşında ikən anası Birinci Çeçenistan müharibəsi zamanı rus hərbçilərinin açdığı atəş nəticəsində şəhid olub. 1999-cu ildə İsrailov Kurçaloy yaxınlığındakı silahlı düşərgəsinə qatılır. İkinci Çeçenistan müharibəsi zamanı separatçılara kömək edir. Sonra evdən ayrılır və dəstələrdən birinə qatılır. 15 aprel 2003-cü ildə Çeçenistan təhlükəsizlik işçiləri onu həbs edir. İsrailovun sözlərinə görə, o, bir neçə ay əvvəl Qudermesdə, sonra isə Kadırovun ata-baba Sentaroy kəndindəki gizli həbsxanada saxlanılır. Bu müddət ərzində ona və digər məhbuslara işgəncə verilir və cinayətləri etiraf etmələri tələb edilir.
İsraildə din
İsraildə din ölkənin həm mədəniyyətində, həm də əhalinin həyat tərzində mühüm əhəmiyyət kəsb edir. Din İsrail tarixində daima mərkəzi rol oynamışdır. İsrail dünyada əhalisinin əksər hissəsi yəhudi olan yeganə dövlətdir. İsrail Mərkəzi Statistika Bürosunun 2011-ci ildə verdiyi məlumata əsasən əhalinin 75,4%-i yəhudi, 20,6%-i ərəb, 4,1%-i isə digər etnik azlıqlardan ibarət olmuşdur. Dini bölgü baxımından əhalinin 75,4%-i yəhudilərdən, 17,0%-i müsəlmanlardan, 2,1%-i xristianlardan, 1,7%-i druzlardan, qalan 4%-i isə bəhailik və ya digər dinlərə sitayiş edənlərdən ibarət olmuşdur. İsraildə konstitusiya yoxdur. Ölkədə qanunlar "İsrailin əsas qanunları" ilə müəyyən olunur və bu, ölkədə konstitusiya rolunu oynayır. Həmin qanunlarda ölkə "Yəhudi dövləti" kimi adlandırılmışdır. İsrail qanunları rəsmi olaraq beş dini tanıyır ki, bunların da hər biri İbrahimi dinlər sırasına daxildir. Bu dinlər İudaizm, İslam, Xristianlıq, Druzizm və Bəhailikdir.
İsraildə idman
İsraildə idman milli mədəniyyətin mühüm bir hissəsidir. İsraildə idman həm rəqabət, həm də istirahət üçündür. İsraillilər, geniş yayılmış atletika,futbol,basketbol idman növləri ilə məşğul olurlar. İsrail olimpik oyunlarda cüdo ,kano və sörfinq üzrə 8 medal qazanıb və bir israilli 2009 şahmat üzrə dünya kubokunda birinci olub.
İsraildə təhsil
İsraildə təhsil — Qərbi Asiyada, Aralıq dənizinin şərq sahillərində yerləşən İsrail dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. == Xarakteri == İsrail təhsil sistemində varislik prinsipinə ciddi şəkildə əməl olunur. Ənənələrə sadiq qalmaqla inkişaf etdirilən təhsil sistemi uşaqları müxtəlif etnik, dini, mədəni və siyasi mənsubiyyəti təmsil edən insanların birgə yaşadığı demokratik, plüralist cəmiyyətin üzvü kimi hazırlamaq məqsədlərinə xidmət edir. İsrail təhsilinin ana xəttini vətənə sevgi, azadlıq və tolerantlıq ideyaları təşkil edir. Ölkənin davamlı inkişafı naminə elmi və texniki bacarıqlara əsaslanan yüksək səviyyəli, əhatəli biliklər vermək İsrail təhsil sistemini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir. XX əsrdə bütün dünyada yaşayan yəhudilərin böyük əksəriyyətinin İsrailə gəlməsi ölkə təhsilinin ehtiyaclarının ciddi şəkildə artmasına səbəb oldu. Məktəb və müəllimlərə olan tələbatın ödənilməsi ilə yanaşı, müxtəlif mədəni mənsubiyyətləri olan uşaqların, gənclərin təhsilə inteqrasiyasını təmin etmək üçün xüsusi vəsaitlər və metodlar hazırlandı. İmmiqrant şagirdlərə əvvəl yaşadıqları ölkədə öyrənmədikləri fənləri, o cümlədən ivrit dilini, tarixini tədris etmək üçün müvafiq kurikulumlar, dərs vəsaitləri hazırlandı və qısamüddətli kurslar təşkil olundu. İmmiqrant uşaqlarla işləmək üçün yerli müəllimlər ixtisasartırma, əcnəbi müəllimlər isə yenidənhazırlanma kurslarına cəlb edildi. İsrail Təhsil Nazirliyi təhsil standartlarının gender bərabərliyi, müəllimlərin statusunun yüksəldilməsi, kurikulumların hazırlanması, elm və texnologiyanın inkişafı sahəsində beynəlxalq və müasir pedaqoji təcrübənin tətbiqi proseslərinə rəhbərlik edir.
Dairə (İsrail)
İsrail dairələri — İsrail dövlətinin əsas inzibati ərazi vahidləri. Ölkə yeddi dairəyə (ivr. ‏מחוז‏‎, «maxoz»), 15 yarımdairəyə (ivr. ‏נפה‏‎, «nafa») və 50 təbii regiona bölünür.. == Qüds dairəsi == Əhalisi: 945 000 nəfər (2011) İnzibati mərkəzi: Qüds Yarımdairələri yoxdur Dairəyə həmçinin altı günlük müharibə (1967) nəticəsində İsrailin tutduğu ərazilər də birləşdirilib.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
İsrail (ad)
İsrail — kişilərə verilən şəxsi ad. Yaqub peyğəmbərin ləqəbi. Sonradan onun soyundan gələnlər İsrailoğulları deyə anılmışlardır. İsrailoğulları, Quranda çox sıx istifadə edilən bir addır. İsrail Ori — Erməni milli hərəkatının rəhbərlərindən biri. Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu.
İsrail (dəqiqləşdirmə)
İsrail: İsrail Dövləti İsrail — İncil patriarxı İakov İsrail torpağı İsrail çarlığı İsrail — İsrail övladları, yəhudilər İsraili — İsrail nəslinə mənsub, İsrail nəslindən olan İsrail (ad) — kişilərə verilən şəxsi ad. İsrayıl — kişilərə verilən şəxsi ad.
İsrail Bayramov
İsrail (İsrayıl) Qərib oğlu Bayramov (3 may 1953, Böyük Qarakilsə rayonu) — Azərbaycan mühəndisi, Xəzər Dəniz Neft Donanmasının rəisi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə Texniki direktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2005). == Həyatı == İsrayıl Bayramov 3 may 1953-cü ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. 1971-ci ildə Qazaxın Muğanlı kənd orta məktəbini bitirmişdir. 1971–1973-cü illərdə Ukraynanın Kirovoqrad şəhərində aviasiya hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində daxil olmuş, 1980-ci ildə buranı İnşaat Mühəndisləri İnstitutunu məzunu olaraq bitirmişdir. 1985–1989-cu illərdə Odessa Dəniz Mühəndisləri İnstitutunda gəmi mexaniki ixtisası üzrə təhsil almışdır. == Əmək fəaliyyəti == İsrayıl Bayramov əmək fəaliyyətinə 1974-cü ildə Bakı şəhərində Sov.İKP XXI qurultayı adına gəmi təmiri zavodunda tornaçı şagirdi olaraq başlamışdır. 1976-cı ildə mexanika sexində texnoloq vəzifəsinə keçmiş, 1979-cu ildə tornaçılar sahəsində baş usta işləmişdir. 1990-cı ildə Xəzər Dəniz Neft Donanmasının texniki şöbəsində mühəndis işləməyə başlamışdır. 1995-ci ildən donanmanın texniki istismar xidmətinin rəis müavini olmuş, 1996-cı ildən texniki şöbənin rəisi işləmişdir.
İsrail Bəylərbəyov
İsrail Dövləti
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
İsrail HHQ
İsrail Hərbi Hava Qüvvələri (ivrit: זְרוֹעַ הָאֲוִיר וְהֶחָלָל, Zroa HaAvir VeHahalal) İsrail Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İsrailin müstəqillik haqqında bəyannaməsinin qəbul edilməsindən qısa müddət sonra, 28 may 1948-ci ildə yaradılmışdır. General-mayor Amikam Norkin 2017-ci ilin avqust ayından etibarən Hərbi Hava Qüvvələri komandanı vəzifəsində xidmət edir. == Vəzifələri == İsrail HHQ aşağıdakı funksiyaları yerinə yetirməyə cavabdehdir: 1. İsrail dövlətinin hava məkanını düşmənin istənilən hücumundan müdafiə etmək və Silahlı Qüvvələrin əməliyyat apardığı ərazinin havadan təhlükəsizliyini təmin etmək 2. Silahlı Qüvvələrin döyüş zonasında hava üstünlüyünü ələ keçirmək 3. Həm quruda, həm də dənizdə döyüş əməliyyatlarında iştirak etmək 4. Düşmənin nəzarəti altında olan ərazinin dərinliklərinə zərbə endirmək 5. Hava kəşfiyyatı aparmaq 6. Qoşunların və silah sistemlərinin daşınması 7.
İsrail Muzeyi
İsrail Muzeyi — Qüdsdə (İvrit: מוזיאון ישראל, ירושלים, Muze'on Yisrael, Yerushalayim) İsrail Milli Muzeyi kimi 1965-ci ildə təsis edilmişdir. O, Yerusəlimə yaxın Givat Ram bir təpənin üzərində yerləşir. Müqəddəs torpaq Muzeyi. İsrail Parlamentinin (Knessetin) İsrail Ali Məhkəməsi. Yerusəlim İvrit Universiteti.
İsrail Məmmədov
İsrail Fəzlan oğlu Məmmədov (8 mart 1959, Kolatan[d], Masallı rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == İsrail Məmmədov 1959-cu il martın 8-də Masallının Kolatan kəndində anadan olub. Orta məktəbi Kolatan kənd məktəbində bitirib. Daha sonra, Hərbi xidmətə gedib. Qayıdandan sonra Lənkəran Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1983-cü ildə oranı bitirib. Təhsilini artırmaq üçün Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1981-ci ildən oxumağa başlayıb. == Ailəsi == Ailədə 10 uşaq olublar, 7 qardaş, 3 bacı.
İsrail Ori
İsrail Ori (erm. Իսրայել Օրի) — Erməni milli hərəkatının rəhbərlərindən biri.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
İsrail Prezidenti
İsrail Prezidenti (ivr. ‏נְשִׂיא מְדִינַת יִשְׂרָאֵל‏‎) — İsrailin dövlət başçısıdır. Vəzifə, əsasən Hökumətə və Baş Nazirə verilmiş icra hakimiyyəti ilə təntənəli bir rol rolunu oynayır. Hazırkı prezident 2021-ci ildə vəzifəyə gələn İsaak Herzoqdur. Prezidentlər Knesset tərəfindən tək yeddi illik müddətə seçilir. == Tarixi == İsrail Prezidenti Knessetdə mütləq səs çoxluğu ilə gizli səsvermə yolu ilə seçilir. Səsvermənin ilk turunda heç bir namizəd mütləq səs toplamasa, ilk turda yalnız ən çox səs alan iki namizədin iştirak etdiyi ikinci tur keçiriləcək; ikinci turda ən çox səs toplayan şəxs qalib olur. 1949–2000-ci illərdə prezident 5 illik müddətə seçildi və iki müddətə vəzifədə qalmasına icazə verildi. 2000-ci ildən bəri prezidentlər tək yeddi illik bir müddətə xidmət edirlər.
İsrail övladları
İsrail övladları və ya İsrail xalqı — qədim ibrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının törəmələrinə verilmiş ad. İbrahimi dinlərdə tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub islama görə peyğəmbərdir və "Quran"da İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxmışdır. İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (ivritcə "güləşmək") və əl (sami dillərində tanrı) sözlərindən yaranmışdır. "Tanax"da Yaqubun tanrı ilə güləşindən bəhs edilir. == Yaqubun uşaqları == Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.
İsrail əhalisi
İsrail əhalisi əsasən gəlmələr və ərəb mənşəli əhalinin yüksək təbii artımı hesabına əhalisi sürətlə artan ölkələrdən biridir. Məsələn, 1971-ci ildə ölkədə 3,0 mln, 1990-cı ildə 5,0 mln, 2005-ci ildə isə 6,7 mln nəfər yaşamışdır. Mütəxəssislərin hesablamalarına görə 2015-ci ildə ölkədə 7,8 mln. nəfərin yaşaması gözlənilir. Fələstin ərəbləri ölkədə qədim zamanlardan məskunlaşmış finikiya, xanaan və digər sami xalqlarının nəsilləridir. Fələstin ərazisi ərəblər tərəfindən işğal olunduqdan sonra yerli xalqlar ərəblərlə qarışmış və ərəb dilini qəbul etmişlər. Bunların əksəriyyəti müsəlmandır (sünni). Aralarında xristianlar da vardır. Bunlar arasında olan druzlar Qərbi və Mərkəzi Qalileydə, Hayfa ətrafında yaşayırlar. İsrail hökumətinin ölkənin ərəb əhalisinə qarşı ayrı-seçkiliyi siyasi, iqtisadi və sosial problemlərin meydana gəlməsinə səbəb olmuşdur.
İsrail ərəbləri
İsrail ərəbləri (ivr. ‏ערבים אזרחי ישראל‏‎; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)‏‎) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir. Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir.
İsmayıllı
İsmayıllı — Azərbaycanda şəhər, İsmayıllı rayonunun inzibati mərkəzi. == Coğrafiya == Şəhərdən Bakıya qədər olan məsafə 175 kilometrdir. == Əhali == 1859–1864-cü ilə olan məlumata əsasən, Bakı quberniyasının Şamaxı qəzasının İsmayıllı kəndində 212 evdə 487 nəfəri kişilər, 463 nəfəri isə qadınlar olmaqla 950 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. 13–22 aprel 2019-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İsmayıllı şəhərində (ümümillikdə 87500) 55,004 nəfər (7,550 nəfəri kişilər, 7,454 nəfəri qadınlar) əhali yaşayır. == Şəhidləri == İsmayıllı şəhərinin 50 sakini Qarabağ müharibəsi zamanı şəhid olmuş, ikisi isə Milli Qəhrəman adına layiq görülmüşdür. Çingiz Qəribxan oğlu Əmrəliyev 1966–20.08.1993 Mirzağa Kamal oğlu Əzimov 1966–03.03.1994 Natiq Yavər oğlu Abdullayev 1970–16.04.1994 Leytenant Fazil Lətif oğlu Əzimov 1962–22.05.1994 Bəhruz Bədəl oğlu Əbilov 1964–05.05.1994 Ruslan Marif oğlu Bədəlov 1969–01.02.1993 Ramiz Əbülfət oğlu Hacıyev 1963–15.01.1994 Zəfər Bəyi oğlu Mirzəyev 1968–12.01.1994 Mübariz Fəzayıl oğlu Orucov 1964–13.06.1992 Şahməmməd Məmməd oğlu Seyfəliyev 1971–08.05.1992 Rəşad Hüseyn oğlu Teyubzadə 1976–08.10.1995 Namiq Əsgər oğlu Şalbuzov 1973–23.01.1993 Eldar Səftər oğlu Məmmədov 1966–30.04.1994 Cavid Möhtəşəm oğlu Məmmədov 1973–25.02.1993 itkin Şirzad Zeydil oğlu Quliyev 1976–19.04.1997 itkin Polkovnik-leytenant Ağahüseyn Ağacəfhər oğlu Aslanov 1950–25.04.1994 == Tarixi == İsmayıllı rayonu ərazisi e.ə II və I əsrdə Albaniyanın ərazisinə daxil olmuşdur. Girdimançayın dərəsini ətrafında isə güclü Alban dövləti mövcud olmuşdur. İndiki İsmayıllı şəhəri 1959-cu ilə kimi kənd, 1967-ci ilə kimi isə şəhər tipli qəsəbə olub. 1967-ci il 14 yanvarda bura rayon tabeli şəhər statusu verilib. == Turizm == Şəhərdə "Qız qalası" istirahət zonası Ax-Ox çayın sahilində Nağakənd bölgəsində yerləşir.
Ağbulaq (İsmayıllı)
Ağbulaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Ağbulaq kəndi rayon mərkəzindən 15 km aralıqda yerləşir. == Tarixi == Kəndin bünövrəsi ötən əsrin 30-cu illərində qoyulub. Əhalsi əsasən dağ kəndlərindən olan Həftəsov və Lahıc kəndindən köç edənlər məskən salanlardır. Əsas yoldan 3 km aralıda yeləşir. Bu kənd haqqında informasiya əldə etmək asan deyil. Hətta keçmiş Azərbaycan Sovet Ensklopediyasında belə adı xatırlanmır. Bir zamanlar Təzəkənd sovetliyinə daxil olub. Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi tayfasının qışlaq yerinin adı olmuşdur.
Bığır (İsmayıllı)
Bığır — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Elabad (İsmayıllı)
Elabad — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqəsi Elabad kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Elabad kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Əhalisi 53 nəfərdir ki onunda 27 nəfəri kişi, 26 nəfəri qadındır. Ləzgilərden ibaratdi.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Göytəpə (İsmayıllı)
Göytəpə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 392 nəfərdir ki onunda 199 nəfəri kişi, 193 nəfəri qadındır.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gənzə (İsmayıllı)
Gənzə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzə kəndi İsmayıllı rayonunun qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 25 km aralıda, yaşıllıqlar qoynunda yerləşir. Mənbələrdə Kənzə kimidə qeydə alınmışdır. == Tarixi == Bir çox mənbələrdə Qanza variantında da qeydə alınmışdır. Tədqiqatçılar hidronimi ərəb dilindəki kənisa (atəşpərəst məbədi, kilsə) sözünün təhrif olunmuş forması hesab edirlər. Qanza variantı isə qədim Azərbaycan dilində "coşan", "məcrasından çıxan, qəzəblənən" mənalarında işlənmişdir. Azərbaycan dilinin şimal qrupu dialektlərində qanza turşumuş qatığa deyirlər. Kənd öz adını yaxınlığındakı Gənzədağın adından almışdır. Dağın başında qədim məbəd xarabalıqları qalmaqdadır.
Gəraybəyli (İsmayıllı)
Gəraybəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Gəraybəyli kəndi Qubaxəlilli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Gəraybəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 776 nəfərdir ki, onun da 382 nəfəri kişi, 394 nəfəri qadındır.
Hacı İsmayıllı
Hacıismayıllı (Cəlilabad)
Hapıtlı (İsmayıllı)
Hapıtlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Hapıtlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Aşıqbayramlı kəndi mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi əsasən haputlulardan ibarətdir. Əhalisi 190 nəfərdir ki onunda 91 nəfəri kişi, 99 nəfəri qadındır.
Lahıc (İsmayıllı)
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Məhəmmədəli İsmayıllı
Məhəmmədəli Elxan oğlu İsmayıllı (6 may 1996; Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş matrosu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmmədəli İsmayıllı 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. İdmançı olaraq bir çox çempionatlarda iştirak etmişdir. 2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri, 2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci yeri, 2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri, 2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri, 2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur. Məhəmmədəli İsmayıllı 2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kq çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər, 1-ci və 2-ci danla təltif olunmuşdur. 2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirmişdir.Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizəsində işə qəbul edilmişdir. == Hərbi xidməti == Məhəmmədəli İsmayıllı 2016-cü ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Məhəmmədəli İsmayıllıya xidmət müddətində fərqləndiyinə görə "baş matros" rütbəsi verilmişdir.
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Pünhan İsmayıllı
Pünhan İsmayıllı (İsayev Pünhan Baba oğlu) - bədii qiraətçi. == Həyatı == 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır.Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dilidir. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir. == Musiqi albomları: == 1. Öyrətmə özünə öyrətmə məni - 2000 2. Gəldim yenə görüşünə, Ordubadım - 2001 3. Ocağınız gur yansın - 2002 4. Hamının Evində toy, nişan olsun - 2003 5. Oğul ya qız, fərqi nədir - 2004 6.
Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.
Qalagah (İsmayıllı)
Qalagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu oykonim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları el arasında "Qız qalası" adlandırılan qədim qalanın adı ilə bağlıdır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funkisyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qaraqaya (İsmayıllı)
Qaraqaya — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Mərkəzi” turizm zonasında yerləşir. Kəndin əhalisi 355 nəfərdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndin ərazisində “Kələmərc” istirahət mərkəzi fəaliyyət göstərir. Kənd “İsmayıllı-Lahıc”şossesinin kənarında yerləşir. Kəndin ərazisində yerləşən “Qaranohur” yeməkxanası ilboyu fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 363 nəfərdir ki onunda 179 nəfəri kişi, 184 nəfəri qadındır.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qoşakənd (İsmayıllı)
Qoşakənd (əvvəlki adı: Nərimankənd) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə Girdimançayın sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. == Əhalisi == Əhalisi 636 nəfərdir ki onunda 319 nəfəri kişi, 317 nəfəri qadındır.
Qəzli (İsmayıllı)
Qəzli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Əhalisi 197 nəfərdir ki onunda 93 nəfəri kişi, 104 nəfəri qadındır.
Soltankənd (İsmayıllı)
Soltankənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Soltankənd kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 604 nəfərdir ki, onun da 305 nəfəri kişi, 299 nəfəri qadındır.