İsrailin on iki qəbiləsi
İsrailin on iki qəbiləsi (ivr. שִׁבְטֵי־יִשְׂרָאֵל, Šīḇṭēy Yīsrāʾēl; mənası – "İsrailin qəbilələri") — yəhudi müqəddəs kitablarına görə, Bibliyada adı çəkilən, İsrail kimi də tanınan patriarx Yaqubun nəslinin davamçıları arvadları Ləya və Rəhilədən, kənizləri Bəlhə və Zülfədən olan on iki oğlunun qurduğu, birlikdə İsrail xalqını təşkil edən qəbilələr. Müasir elmdə İsrailin on iki qəbiləsinin tarixən mövcud olub-olmamasına şübhə ilə yanaşılır. Onlara görə, 12 rəqəmindən istifadənin milli yaradılış mifinin bir hissəsi kimi simvolik bir ənənəni ifadə etməsi ehtimalı daha yüksəkdir.
İsrail övladları Bibliya patriarxı Yaqubun on iki oğlunun nəslindən gəlirdilər. Yaqubun ən azı bir qızı var idi – Dinə, lakin onun nəslinin davamçıları qəbilə kimi tanınmırdı. Yaqubun oğulları Fəddan-Aramda müxtəlif analardan dünyaya gəlmişdir. Onlar:
Ləyanın oğulları; Rubən (Yaqubun ilk oğlu), Şəmun, Lavi, Yəhuda, Yəsakir və Zəbulun
Rəhilənin oğulları; Yusif və Binyamin (Yaqubun sonuncu oğlu)
Rəhilənin kənizi Bəlhənin oğulları; Dan və Niftalı
Ləyanın kənizi Zülfənin oğulları; Cad və Aşir
"Qanunun təkrarı 27:12–13"də on iki qəbilənin adları hallanır:
"Yuşə 13-19"a əsasən, İsrail torpağı İsrailin on iki qəbiləsinə uyğun olaraq on iki hissəyə bölünmüşdü. Bununla belə, torpaq alan qəbilələr Bibliyadakı qəbilələrdən fərqlənirdi. Lavi qəbiləsinin torpaq mülkiyyəti yox idi, lakin onların idarəsi altında altı sığınacaq şəhəri və Yerusəlim məbədi var idi.