Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bələdə
Bələdə — İranın Mazandaran ostanının Nur şəhristanının Bələdə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,134 nəfər və 339 ailədən ibarət idi.
Zilqədə
Zilqədə — Hicri təqviminin 11-ci ayı. Zilqədə ayı Mübarək ayların (Hörmət ayları və ya Haram aylar) birincisidir. Üçü art-arda, biri ayrı olmaqla bu 4 ay belədir — Zirqədə, Zilhiccə, Məhərrəm və Rəcəb. Zilqədənin 1-i İmam Rzanın (ə) bacısı Məsumənin (ə.s.) doğum günü. Zilqədənin 11-i İmam Rzanın (ə) doğum günü. Zilqədənin 29-u İmam Cavadın (ə) vəfatı günü.
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Zədə
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Vahid Ailədə (1982)
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir. 1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.
Vahid ailədə (film, 1982)
Silinməyən izlər... (film, 2011)
Silinməyən izlər... — görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından bəhs edən çoxseriyalı sənədli televiziya filmi. Sənədli serial kinomuzda və teatrda silinməyən izlər qoyan sənətkarlardan bəhs edir. Silinməyən izlər... Ələsgər Ələkbərov Silinməyən izlər... Tofiq Tağızadə Silinməyən izlər... Yusif Vəliyev "Görüş", "Uzaq sahillərdə", "Əsl dost", "Əmək və qızılgül", "Matteo Falkone", "Arşın mal alan", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Dədə Qorqud", "Bağ mövsümü", "O dünyadan salam", "Bəxt üzüyü", "Anlamaq istəyirəm", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası" filmlərindəki kadrlardan istifadə edilmişdir. Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operatorlar: Rüfət Sarabi, Əliağa Rzayev Montaj: Araz Əjdərov, Rəşad Rəhimov Qrafika: Təkin Əfəndiyev Videomateriallar: Fuad Əhmədov Rejissor assistenti: Cavid Babayev İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov İranə Tağızadə (əməkdar incəsənət xadimi) Oqtay Mirqasımov (xalq artisti) Elçin (xalq yazıçısı) Mayis Ağabəyov (xalq rəssamı) Xuraman Qasımova (xalq artisti) Arman Tağızadə (Tofiq Tağızadənin nəvəsi) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
1945–1949-cu illərdə Almaniya
"1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. Amerika, Böyük Britaniya, Sovet və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945–1949-cu illərdə idarə etdi. Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi Berlin və Saar Protektoratı yaradılmışdır. == Almaniyanın işğalı == 1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, Amerikalılar və Fransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. Sovet ordusu Berlinə Polşa, Macarıstan və Çexoslovakiyanı alaraq daxil oldu. Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. Bu vaxt Adolf Hitler intihar etdi. Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu. Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-Holşteyn və Hamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar Saarland və Yuxarı Reyn; Elba və Köniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini və Oder və Neisse çaylarının şərqindəki bölgələri işğal etdilər.
1905-ci ildə
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes. Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub. Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır. Əsəri rus dilinə İqor Peçenev tərcümə edib. == Yaranma tarixi == Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi. Cəfər Cabbarlı etiraf edirdi ki, "1905-ci ildə" pyesini yazarkən, o "1905-ci ildə Bakıda baş verən bütün inqilabi hadisələri" əhatə etmək vəzifəsini özü üçün əsas qoymamışdı. Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir". 1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir. O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı. Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı: == Səhnələşdirilmə tarixi == Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib.
Bir ildə həyat
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. == Məzmun == Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
Kinomuzda zərif izlər (film, 2019)
1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Azərbaycan Respublikası əhalisinin illərə görə sayı
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
1905–1906-cı illərdə Azərbaycan mətbuatı
1905–1906-cı illər Azərbaycan mətbuatı — XX əsr Azərbaycan mətbuatının mühüm mərhələrindən biri. == Tarixi == 1905-ci ildən başlayaraq Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
2015-ci ildə Azərbaycan
2015 — Azərbaycanda "Kənd təsərrüfatı İli" == Siyasət == == Hadisələr == === Yanvar === 12 Yanvar — 2015-ci il "Kənd təsərrüfatı İli" elan edildi === Fevral === === Mart === === Aprel === 29 Aprel — Bakı şəhəri, Xətai rayonunda yerləşən 58№-li məktəbin XI sinif şagirdi Aytac Babayeva qətlə yetirildi. Hadisə nəticəsində 8 bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçindi === May === 19 May — Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın oldu. Hadisə nəticəsində 15 nəfər öldü, 64 nəfər yaralandı === İyun === 12 — 28 İyun — I Avropa Oyunları (Bakı) Medal sayı: 56 Qızıl - 21 Gümüş - 15 Bürünc - 20 Yer: 2 === İyul === === Avqust === === Sentyabr === === Oktyabr === === Noyabr === === Dekabr === 4 Dekabr — Xəzər dənizində "Günəşli" neft yatağında yanğın baş verdi. Hadisə nəticəsində 16 nəfər vəfat etdi, 17 nəfər itkin düşdü. == Doğumlar == == Vəfatlar == === Yanvar === 1 Yanvar — Siyavuş Qarayev, kimya elmləri doktoru, professor, alim (d. 1942) 2 Yanvar — Gülağa Zeynalov, tarzən (d. 1956) 3 Yanvar — Yaşar Şamilov, Əməkdar məşqçi (d. 1945) 7 Yanvar — Zahid Qaralov, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim (d. 1934) 11 Yanvar — Gülşən Lətifxan, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi (d. 1961) 20 Yanvar — Hafiz Fətullayev, kinorejissor, ssenarist, aktyor (d.
2016-cı ildə Azərbaycan
2016 — Azərbaycanda "Multikulturalizm İli"
2020-ci ildə Azərbaycan
2020 — Azərbaycanda "Könüllülər ili" Azərbaycanda VI çağırış Milli Məclisə seçki 2020-ci ilin payızında keçirilməli olsa da, ölkədə aparılan struktur islahatları çərçivəsində fevral ayında növbədənkənar parlament seçkiləri təşkil edildi. Seçki o zaman Qarabağın erməni qüvvələrinin işğalı altındakı əraziləri istisna olmaqla, 1314 namizədin rəqabət apardığı 125 seçki dairəsində keçirildi. Azərbaycanda 2020-ci ilin ən mühüm hadisəsi əlbəttəki, 28 illik erməni işğalına sona qoyulmasıdır. 2020-ci ilin iyulunda tərəflər arasında bir neçə günlük hərbi toqquşmalar (Tovuz döyüşləri) oldu. Qarşıdurma beynəlxalq vasitəçilərin, xüsusən Rusiyanın müdaxiləsilə dayandırıldı. İkinci Qarabağ müharibəsi ərzində (27 Sentyabr - 10 Noyabr) Azərbaycan qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Tərtər və Şuşa rayonlarında 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 10-da imzalanmış Qarabağ atəşkəs bəyanatı ilə 28 ildir münaqişənin davam etdiyi Qarabağ bölgəsində vəziyyət kökündən dəyişdi, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi. Həmin sənədə görə, Rusiyanın 1960 əsgər, 90 zirehli texnika və 380 hərbi texnikasından ibarət sülhməramlı qüvvələri 5 il müddətinə bölgədə yerləşdirildi. Sənəd müharibə qaçqınlarının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağ bölgəsinə qayıtmasını da nəzərdə tutur. Birgə bəyanata əsasən əldə edilmiş razılaşmalardan biri bölgədəki quru nəqliyyat yollarının bərpası, Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın qərb bölgəsilə Naxçıvan MR arasında Ermənistan ərazisi ilə quru yolunun (Zəngəzur dəhlizi) çəkilməsidir.
2021-ci ildə Azərbaycan
2021 — Azərbaycanda "Nizami Gəncəvi ili" 2020-ci ildə olduğu kimi 2021-ci ildə də çoxlu COVID-19 ştammlarının aşkarlanması səbəbindən COVID-19 korinavirus pandemiyası ağır şəkildə davam etdi. Azərbaycanda COVİD-19 infeksiyası əleyhinə vaksinasiya başladı və uğurla davam etdirildi. İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldildi. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradıldı. Qarabağda sürətli quruculuq bərpa işləri aparıldı. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görüldü. Füzuli Beynəlxalq Hava Limanının və Zəfər Yolunun inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaratdı. Pandemiya səbəbilə təxirə salınan 2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar 3 gümüş, 4 bürünc medala yiyələndilər. 2020 Yay Paralimpiya Oyunları zamanı bu göstərici daha da yüksək səviyyəyə qaldırıldı.
2022-ci ildə Azərbaycan
2022 — Azərbaycanda "Şuşa ili" 2022-ci ildə Azərbaycan Ordusu Ermənistan Ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də personal cəhətdən üstün olduğunu sübut etdi. İstər sentyabr döyüşləri, istərsə digər sərhəd toqquşmaları zamanı bunu açıq şəkildə rəqibə göstərdik. Azərbaycan Qarabağ məsələsində öz qırmızı xətlərini gözləyəcəyini, heç bir qüvvəyə bu bölgədəki maraqlarını, nə də ərazi bütövlüyünü güzəştə getməyəcəyini bildirdi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı və digər lokal əməliyyatlar, Xankəndi-Laçın yolunda aksiyalar ilə bunun bir daha şahidi olduq. Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan ilə birbaşa ikitərəfli əlaqələrin yüksək səviyyəyə çıxarılması prioritet elan olundu. Həmin ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi bir neçə dəfə artıb, siyasi əlaqələr inkişaf edib. 2022-ci ildə daha bir önəmli addım Azərbaycanın unitarlaşması istiqamətində atıldı. Bu ilk növbədə NMR-dəki güc strukturlarının rəsmi Bakıya tabe etdirilməsi, ən son isə Naxçıvan Ali Məclisi sədrinin (Vasif Talıbov) vəzifədən kənarlaşdırılması NMR-nin artıq birbaşa mərkəzdənqaçma meyllərinin qarşısnın alınmasında, Azərbaycanın unitarlaşması və mərkəzi hakimiyyəti güclənməsində çox önəmli addım oldu. Noyabr ayında Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olundu. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərində fəaliyyət göstərən sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq edildi.
2024-cü ildə Azərbaycan
2024 — Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili". == Siyasət == Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Vüqar Mustafayev Elm və Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri — Adil Kərimli Səhiyyə naziri — Teymur Musayev Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — Məcnun Məmmədov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fərid Əhmədov == Hadisələr == === Yanvar === 7 Yanvar — Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunmuş Yaponiya, Lüksemburq və Peru səfirlərinin etimadnamələrini qəbul etdi: Yaponiya səfiri - Katsuya Vatanabe Lüksemburq səfiri - Alain de Muyser Peru səfiri - Sezar Auqusto de las Kasas Dias 8 Yanvar BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfər etdi. Milli Qeyri-Hökumət Təşkilatları Forumu Naxçıvan şəhərində regional forum keçirdi. 9 Yanvar Respublika Perinatal Mərkəzində yanğın: Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq öldü. Prezident İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu. (Bakı) 15 Yanvar — Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş vermişdir. == Proqnozlaşdırılan və planlaşdırılan hadisələr == === Yanvar === 31 yanvar — Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi === Fevral === 7 fevral — Azərbaycanda növbədənkənar prezident seçkiləri == Doğumlar == == Vəfatlar == === Yanvar === 1 yanvar Kamila Batmanqılınc, azərbaycanlı-britaniyalı iş adamı, yazıçı, xeyriyyəçi. (d. 1963) Vəlihə Abdullayeva, dövlət xadimi. (d.
2024-cü ildə ölənlər
2024-cü ildə vəfat edənlərin siyahısı — 2024-cü ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Oktyabr == === 14 oktyabr === Zakir Əliyev (professor) — 80 yaşında vəfat edib. Yaqub Əlioğlu — 68 yaşında vəfat edib. === 10 oktyabr === Etel Kennedi — 96 yaşında vəfat edib. === 8 oktyabr === Artyom Yenin — 48 yaşında vəfat edib. === 7 oktyabr === Recai Kutan — 94 yaşında vəfat edib. === 1 oktyabr === Güneri Civaoğlu — 85 yaşında vəfat edib. == Sentyabr == === 28 sentyabr === Kris Kristofferson — 88 yaşında vəfat edib. === 27 sentyabr === Həsən Nəsrullah — 64 yaşında vəfat edib. Meggi Smit — 89 yaşında vəfat edib.