Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzoterm
İzoterm — iqlim xəritələrində müəyyən vaxt ərzində orta temperaturu eyni olan müxtəlif yerləri birləşdirən izoxət. Yer kürəsinin ilk izoterm xəritəsini 1817-ci ildə A.Humboltd tərtib etmişdir.
Temperatur izotermiyası
İzoterlər
İzotermik proses
İzotermik proses (yun. ἴσος -bərabər və θέρμη - isti) — sabit temperaturda sistemin halının dəyişməsi. Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tətbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. İzotermik proses və Boyl-Mariott qanunu arasında sxematik əlaqə vardır. İzotermik proses Boyl-Mariott qanununun hesabına izah edilir.
İzomer
İzomerlər – molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə deyilir. Bərabər hissələrdən ibarət, başqa sözlə, eyni brutto formula malik olan deməkdir; tautomeriya – izomerliyin bir növüdür və bu izomerlik zamanı tautomerlərin sürətlə bir-birinə çevrilməsi baş verir. “Tautomeriya” terminini (yunan sözü tautos – “həmin özü”, meros – “hissə”) 1885-ci ildə alman kimyaçısı Konrad Laar (1853-1929) daxil etmişdir. O, sian turşusunun iki formasının prototrop çevrilməsini öyrənmişdir. “Prototrop” sözündə birinci hissə hidrogen atomunun (protonun) miqrasiyasını göstərir, ikinci hissə yunan tropos – “istiqamət, üsul, xarakter” sözündəndir. İzomerləşmə - üzvi birləşmənin tərkib və molekul kütləsi dəyişilmədən başqa quruluşlu birləşməyə çevrilməsidir. İzomerləşmədə molekulun karbon skleti, funksional qrupların xarakteri, yaxud onların molekulda yerləşmə ardıcıllığı dəyişir, bəzən karbon atomları tsikli kiçilir (böyüyür). İzomerlik- bəzi kimyəvi birləşmələrin öz tərkibini və molekul kütləsini dəyişmədən fəza quruluşunu dəyişməsi, nəticədə yeni fiziki-kimyəvi xassələr kəsb etməsi. Alınan birləçşmə izomer adlanır. Sklet izomeri molekulun skletini əmələgətirən karbon atomlarının müxtəlif formalarda birləşməsindən yaranır.
İzotop
İzotop — kimyəvi elementin bir-birindən kütlə ədədi ilə fərqlənən atomları. Kimyəvi xassələri təqribən eynidir. Mendeleyev kimyəvi elementlərin dövri cədvəlində eyni yerdə olduqlarına görə belə adlanırlar. Bəzi izotoplar öz məxsusi adlarına malikdirlər (məsələn, deyteri, aktinon). Atomun əsas kütləsi onun nüvəsində cəmləşir. Nüvə öz növbəsində müsbət yüklü protonlardan və neytral neytronlardan ibarətdir. Protonlar eyni sayda mənfi yüklü elektronlarla tarazlaşdırılır. Proton və neytronların kütlələrinin cəmi atom kütləsi adlanır. Nüvəsində eyni sayda proton lakin müxtəlif sayda neytronlar olan atomlar izotop adlanır. İzotoplar stabil və radioaktiv ola bilərlər.
Zober
Zober (e.ə. I əsrin sonu - b.e. I əsrin əvvəlləri) — Qafqaz Albaniyasının çarı. E.ə 38/37-ci ildə Qafqaz Albaniyasının hökmdarı oldu. E.ə 36-34-cü illərdə Publi Kanidi Krass, produktor Mark Antoninin başçılığı ilə Roma qoşunlarına qarşı vuruşdu. Hakimiyyəti b.e I əsrin əvvəllərinə qədər çəkdi. Hakimiyyəti Arrana ötürdü. К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
Eduard İzotov
Eduard İzotov (11 noyabr 1936 – 8 mart 2003, Moskva) — SSRİ film aktyoru. == Həyatı == Eduard Konstantinoviç İzotov 11 noyabr 1936-cı ildə anadan olub. GİTİS-də təhsil alıb. 1959-cu ildən filmlərə çəkilməyə başlayıb. Tamaşaçılar onu daha çox "Morozko" filmindəki roluna görə tanıyıb. Rusiyanın əməkdar artisti (1999) Eduard İzotov 8 mart 2003-cü ildə vəfat edib.
İzobar (meteorologiya)
İzobar — xəritədə müəyyən vaxtda atmosfer təzyiqinin bərabər olduğu nöqtələri birləşdirən izoxət. Bu xəritələrin üstünə qoyulmuş rəqəm atmosfer təzyiqinin neçə mm.-ə (və ya mb.-a) bərabər olduğunu göstərir.
İzobar proses
İzobar proses (yun. "baros" – ağırlıq, çəki) – makroskopik sistemin halının sabit təzyiqdə dəyişməsi prosesi (p = const). Qazı qızdırdıqda onun hərəkət edən porşenli silindrdə genişlənməsini izobar proses hesab etmək olar. İzobar prosesi aşağıdakı nisbətlərə bərabərdir: Sistemə ötürülən istilik enerjisi iş görülməsinə və sistemin daxili enerjisinin (U) dəyişməsinə sərf olunur. Termodinamikanın birinci qanununa əsasən Q = Δ U + W {\displaystyle Q=\Delta U+W\,} burada W qaz tərəfindən görülən iş, U qazın daxili enerji və Q verilən istilik enerjisidir. Qapalı sistemdə təzyiq-həcm işi aşağıdakı kimi müəyyən edilir: W = ∫ p d V {\displaystyle W=\int \!p\,dV} burada Δ bütün proses üzrə dəyişiklik deməkdir, d isə diferensialı bildirir. Təzyiq sabit olduğundan, bu o deməkdir ki W = p Δ V {\displaystyle W=p\Delta V} İdeal qaz qanununu tətbiq etməklə, alırıq ki W = n R Δ T {\displaystyle W=n\,R\,\Delta T} R qaz sabitini, n isə sabit qaldığını qəbul etdiyimiz maddənin miqdarını ifadə edir (məsələn, kimyəvi reaksiya zamanı faza keçidi yoxdur).Daxili enerjinin dəyişməsi sistemin temperaturundan asılıdır. Δ U = n c V , m Δ T {\displaystyle \Delta U=n\,c_{V,m}\,\Delta T} burada cV,m sabit həcmdə molar istilik tutumudur. Son iki tənliyi birinci tənliylə əvəz etməklə izobar qazlar üçün verilən istiliyin təsiri altında qazın temperatur dəyişməsini təyin edə bilərik. Q = n c V , m Δ T + n R Δ T Q = n Δ T ( c V , m + R ) Q = n Δ T c P , m {\displaystyle {\begin{aligned}Q&=n\,c_{V,m}\,\Delta T+n\,R\,\Delta T\\Q&=n\Delta T(c_{V,m}+R)\\Q&=n\Delta Tc_{P,m}\end{aligned}}} burada cP sabit təzyiqdə molar istilik tutumudur.
İzoxor proses
İzoxor proses (yun. "chora" – tutum) – makroskopik sistemin halının sabit həcmdə dəyişməsi prosesi (V = const). İstənilən həcmdə və ya elektrik lampasında olan qazı qızdırdıqda onun təzyiqinin artması izoxor prosesdir.
İzotta Noqarola
İzotta Noqarola (it. Isotta Nogarola; 1418[…], Verona, Veneto – 1466[…], Verona, Veneto) — ilk böyük qadın humanist və İtaliya İntibahının ən önəmli humanistlərindən biri kimi adlandırılan italyan yazıçısı və ziyalısı. Bir çox humanistlərlə yazışmış, latınca şeirlər və çıxışlar yazmışdır; qadınların hüquqlarını, xüsusən də təhsil hüququnu müdafiə edirdi. O, oxumağı ehtirasla sevib və ömrünün çox hissəsini tənha, daim elm öyrənməklə keçirib. Lauro Kvirini və Ludoviko Foskarini də daxil olmaqla, rəssam və yazıçı nəsillərini ilhamlandırıb və Avropada gender və qadınların təbiəti ilə bağlı əsrlər boyu davam edən müzakirələrə töhfə verib. 1451-ci ildə yazdığı De pari aut impari Evae atque Adae peccato (azərb. Adəm və Həvvanın bərabər və ya qeyri-bərabər günahı haqqında‎) əsəri ilə məşhurdur. O, həmçinin bir çox dialoqlar, şeirlər, çıxışlar və məktubların da müəllifidir, lakin onlardan iyirmi altısı günümüzə gəlib çatıb. Noqarola 1418-ci ildə İtaliyanın Verona şəhərində anadan olub. Valideynləri Leonardo Noqarola və Bianka Borromeo ümumilikdə dörd oğlan və altı qız dünyaya gətirib.
İlter Kuş
İlter Kuş (1970, Adana) — Balıkesir Universitetinin rektoru, professor. İlter Kuş 1970-ci ildə Adanada anadan olub. İbtidai və orta təhsilini Adanada tamamlayıb. 1994-cü ildə Ankara Universiteti Baytarlıq Fakültəsini bitirib. 1995-ci ildə Fırat Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində doktorluq təhsilinə başladı. 1995-ci ilin sonunda eyni şöbənin bir elmi köməkçisi vəzifəsinə təyin edilib. Doktoranturasını 1999-cu ildə bitirmişdir. 2000-ci ildə dosent vəzifəsinə təyin edildi. Dosent adını 2005-ci ildə aldı. 2009-cu ildə Balıkesir Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində işə başladı.
İnter (dəqiqləşdirmə)
İnter Bakı — Azərbaycanın futbol klubu
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
İnter Milan
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
I Antiox Soter
I Antiox Soter (q.yun. Αντίοχος Α' Σωτήρ; təx. E.ə. 324 — E.ə. 261) — Selevkilər imperiyasının hökmdarı. == Həyatı == İmperiyanın banisi I Selevk Nikatorun oğlu I Antiox Soter olmusdur. Onun dövründə dövlətin paytaxtı Antioxiya adlanırdı. I Antiox Soterin bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər imperiyası fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
İnter Bakı FK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir.
İnter Bakı PİK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir.
İnter Mayami FK
İnter Mayami FK (ing. Inter Miami CF) — Florida ştatının Mayami şəhərində yerləşən Amerika peşəkar futbol klubu. O, 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək futbol liqası olan MLS-də oynayır. Klub Devid Bekhemin rəhbərlik etdiyi Mayami Bekhem Yunayted investor qrupuna məxsusdur. 2023-cü ilin yayından dünya şöhrətli futbolçu Lionel Messinin bu futbol klubuna daxil olmasından sonra klubun reytinqti kəskin şəkildə artıb. 2.
İnter Xaçmaz FK
İnter FK - və ya rəsmi şəkildə İnter Xaçmaz Futbol Klubu. 2018-ci ildə Xaçmazda qurulan qadın futbol klubudur. Klub 2023/2024-cü il futbol mövsümündə "Qızlar Yüksək Dəstəsi"ndə mübarizəyə davam edir. İnter Futbol Klubu 2018-ci ildə yaradıldı. İlk adı "Üçgün" olub. Qızların futbola olan marağı Xaçmazda klubun "Yüsək Qızlar Liqasıda" fəaliyyətinə təkan verdi. Mart 2023 - 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün Xaçmaz təmsilçisinin 4 futbolçusu da dəvət olunmuşdur.
İzoetlər
İnter Bratislava FK
İnter (Bratislava) — Slovakiyanın futbol klubu 1940-cı ildə yaradılıb. 8 dəfə Avropa kuboklarında iştirak edib.
İnter Milan FK
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
İnter Turku FK
İnter (tam adı: Football Club International Turku) — Finlandiyada futbol klubu. 1990-cı ildə yaradılmışdır. Birlik Kuboku 2009-un qrup mərhələsində İnter Bakı komandasına 1:3 hesabı ilə məğlub olmuşdur.
İnter Zapreşiç FK
İnter (Zapresic) — Xorvatiyanın futbol klubu 1929-cu ildə yaradılıb. 1 dəfə Avropa kuboklarında iştirak edib. Xorvatiya Kuboku Qalib (1): 1992.
Fonten (İzer)
Fonten (fr. Fontaine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor və Fonten-Sesine kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38169. Kommunanın 2007-ci il üçün əhalisi 22394 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km qərbdə yerləşir.
Emmi Nöter
Emmi Nöter Amali (23 mart 1882[…], Erlangen, Bavariya Krallığı, Almaniya imperiyası[…] – 14 aprel 1935[…], Brin-Mar[d], Pensilvaniya, ABŞ) — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis. == Həyatı == Məşhur riyaziyyatçı, cəbr və fizika səhəsində fundamental kəşflər edib. Uzun müddət Göttingen Universitetində dərs verməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, "hamamda deyilik, universitetdəyik" deyə etiraz edərək, öz mühazirələrində onun da çıxış etməsi üçün şərait yaratmışdı. Bu gün Emma Noter ən önəmli alimlərdən sayılır və "Noter teoremi" ilə xatırlanır. Noter teoreminə görə hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünki enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti. Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır.
Markus Zöder
Markus Zöder (alm. Markus Thomas Theodor Söder‎ 5 yanvar 1967[…], Nürnberq, Bavariya) — 2018-ci ildən Bavariyanın Baş naziri və 2019-cu ildən Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) sədri olan Alman siyasətçisidir. == Həyatı == 1986-cı ildə Gimnaziyanı bitirdikdən sonra 1986-1987-ci illərdə hərbi xidmətdə olmuşdu. Sonra 1987-ci ildən Konrad Adenauer Fondunun təqaüdü ilə Erlangen-Nürnberg Universitetində hüquq təhsili almışdır. 1991-ci ildə ilk dövlət imtahanından keçmiş və eyni universitetin konstitusiya, inzibati və kilsə hüququ kafedrasında tədqiqatçı köməkçisi olmuşdur. 1998-ci ildə hüquq tarixində „Von altdeutschen Rechtstraditionen zu einem modernen Gemeindeedikt: Die Entwicklung der Kommunalgesetzgebung im rechtsrheinischen Bayern zwischen 1802 und 1818.“ adlı başlıqlı bir dissertasiya ilə hüquq doktoru dərəcəsinə layiq görülmüşdür. 1992-1994-cü illərdə Münhendə Bavariya radiosunda praktikant, daha sonra redaktor vəzifəsində çalışıb. 1995- ci ildən Bavariya Parlamentinə seçilərək siyasətlə məşğuldur. Zöder 1994-cü ildən Bavariya əyalət parlamenti olan Landtaqın üzvüdür. 2003-2007-ci illərdə CSU partiyasının baş katibi olub.
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir. 1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.