Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jaba
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. == Həyatı == Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. == Karyerası == Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
Jaba Dvali
Jaba Dvali (gürc. ჯაბა დვალი; 8 fevral 1985-ci il, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan milli futbol komandasının və "Dinamo Tbilisi" klubunun futbolçusu. Hal-hazırda icarə əsasında Azərbaycanın "Qarabağ" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində oynayır. == Həyatı == == Karyerası == Jaba Dvali 2004-cü ildə "Dinamo Tbilisi" peşəkar karyerasına başlayıb. İndiyə kimi Gürcüstanın "Sioni Bolnisi", "Çikura Saçxere", "Olimpi Rustavi", "Zestafoni" və Moldovanın "Daçiya Kişinyov" klubunda oynayıb. 2014-cü ilin qış transfer pəncərəsində Azərbaycanın "Qarabağ" klubu ilə 2013-2014 mövsümünün sonuna kimi müqavilə imzalayıb.
Leo Jaba
Leonardo Rodriges Lima (2 avqust 1998, San Paulo) — Leo Jaba kimi də tanınan, Rusiya Premyer Liqası təmsilçilərindən olan Axmat Qroznı klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. == Həyatı == 2 avqust 1998-ci ildə San-Pauluda anadan olub. == Klub karyerası == === Erkən karyerası === Jaba hələ 11 yaşı olarkən Korintians klubuna əzəli rəqib olan San-Paulu klubundan transfer olmuşdur. Jaba 2016-cı ildə San-Paulu de Futbol Junior Kubokunda və U-20 Braziliya Çempionatında iştirak etmiş və hər iki turnirdə ikinci yerin sahibi olmuşdur. === Korintians === Jaba qeyri-rəsmi olaraq peşəkar karyerasında debütünü 22 iyul 2015-ci ildə ABC Natal klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuşdur. Yoldaşlıq oyununda Korintians rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.Jaba rəsmi olaraq peşəkar karyerasında debütünü 21 noyabr 2015-ci ildə İnternasional klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və komandası rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 21 Noyabr 2016.
Nuaye-syur-Jabron
Nuaye-sür-Jabron (fr. Noyers-sur-Jabron, oks. Noguièrs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 398 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 223 nəfər (15-64 yaş) arasında 164 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 65.7%). Fəal olan 164 nəfərdən 138 nəfəri (78 kişi və 60 qadın), 26 nəfəri işsiz (14 kişi və 12 qadın) idi.
Nuaye-sür-Jabron
Nuaye-sür-Jabron (fr. Noyers-sur-Jabron, oks. Noguièrs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 398 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 223 nəfər (15-64 yaş) arasında 164 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 65.7%). Fəal olan 164 nəfərdən 138 nəfəri (78 kişi və 60 qadın), 26 nəfəri işsiz (14 kişi və 12 qadın) idi.
Sen-Vensan-syur-Jabron
Sen-Vensan-sür-Jabron (fr. Saint-Vincent-sur-Jabron, oks. Sant Vincenç de Jabron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04199. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 194 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sen-Vensan-sür-Jabron
Sen-Vensan-sür-Jabron (fr. Saint-Vincent-sur-Jabron, oks. Sant Vincenç de Jabron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04199. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 194 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Jan-Jak Avril
Jan-Jak Avril (fr. Jean-Jacques Avril; 16 dekabr 1744[…] və ya 1744, Paris – 26 noyabr 1831[…] və ya 1823, Paris) — fransız rəssam və oymaçı. == Həyatı == Jan-Jak Avril 1744-cü ildə Parisdə anadan olmuşdur. Bəziləri böyük ölçülərdə olan təxminən 540 qravüranın müəllifidir. O, İohan Georq Villenin şagirdidir. Avril 1831-ci ildə Parisdə vəfat edib.Onun əsərləri Rue de la Huchette və Rue du Petit Bourbomda saxlanılır. == Əsərləri == Onun qravürlarına daxildir: La Vierge au linge; Rafaeldən sonra. Mars Döyüşə gedir; Piter Paul Rubensdən sonra. Mars Döyüşdən qayıdır; Peter Paul Rubensdən sonra. Çoban və çoban qız; Croc-en-jambe adlandırılan; Peter Paul Rubensdən sonra.
Jan-Jak Qoldman
Jan-Jak Qoldman (fr. Jean-Jacques Goldman; 11 oktyabr 1951[…], Paris, Fransa) — ən populyar fransız müəllif və ifaçılarından biri. == Ailəsi == Fransa Müqavimət Hərəkatı iştirakçısının oğlu solçu intellektual və inqilabçı internasionalist Pyer Qoldmanın qardaşı. 1975-ci ildə Katrin adlı xanımla evləndi və onların Karolina (1977), Maykl (1979) və Nina (1984) adlı üç uşağı oldu. 22 illik evliliyindən sonra 1997-ci ildə boşandılar. 13 oktyabr 2001-ci ildə Marseldən olan 22 yaşlı tələbə Natali ilə evləndi. Onların Maya (2001), Kimi (2004) və Rouz (2007) adlı üç qızları var.
Jan Jak Qalyard
Jan Jak Qalyard — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Jan Jak Russo
Jan Jak Russo (fr. Jean-Jacques Rousseau; 28 iyun 1712[…], Cenevrə, Cenevrə Respublikası[d] – 2 iyul 1778[…], Ermenonvil[d], Fransa krallığı) — Fransız filosofu, yazıçı, bəstəkar. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789-1794 cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olmuşdur. == Həyatı == 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Russo anadan olduqdan 2-3 gün sonra anası vəfat etmişdir. Russonun 10 yaşı olarkən XVI-cı əsrdə Fransadan qaçıb İsveçrəyə sığınan, bir Fransız Prostestant ailəsindən gələn, Russonun doğumundan əvvəl 6 il boyunca İstanbulda saray saatsazlığı etmiş olan atası onu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur.
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır.Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik. Hub-lar eyni repeater kimi OSI Modelinin 1-ci layında, yəni fiziki layda çalışırlar.
IAB
İnternetin Arxitekturası Şurası və ya qısaca IAB (ing. Internet Architecture Board) – internetin rəhbər orqanlarından biri. ISOC-un tərkibinə daxil olan bu qurum yeni protokolları, standartları, şəbəkənin inkişafı layihələrini, ünvanların verilməsi qaydalarını və s. təsdiq edir. İctimai əsaslarla fəaliyyət göstərir, ancaq IAB-ın üzvləri yalnız peşəkarlar və nüfuzlu şəxslər ola bilər. IAB IANA, IETF, IRTF komitələrinə (qruplarına) rəhbərlik edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
JAP
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
JAR
JAR file (java ARchive) — Java sinifli fayllar toplusundan ibarət fayl. Adi ZİP arxiv formatında olur, ancaq faylın uzantısı jar olur. Java jar faylın adı komandası ilə başladılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jam
Jam — Maykl Ceksonun "Dangerous" albomundakı mahnılardan biri.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
Job
JOB ~ задание ~ iş ~ iş, tapşırıq-kompüterin yerinə yetirdiyi müəyyən həcmli iş.Termin meynfreymlər meydana çıxanda yaranıb: o zaman müxtəlif proqramlar tərəfindən emal edilən verilənlər paket-paket, çox zaman perfokartlarda verilirdi və informasiyanın işlənməsi ayrıca əməliyyat və ya iş kimi planlaşdırılıb yerinə yetirilirdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.
Pab
Pab (ing. Pub) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Pablar ingilis sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir. Pab sözü İngilis dilində Public House (azərb. İctimai Ev‎) sözlərinin qısaldılmasından əmələ gəlmişdir. Bu tipli içkixanalar əsasən Böyük Britaniyanın hakim olduğu ərazilərdə (Avstraliya, Kanada, Yeni Zelandiya) yayılmışdır. Mütəxəssislər tərəfindən Pablar Tavernaların müasir forması kimi izah edilir.
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Böyük Zab
Böyük Zab və ya Yuxarı Zab (ərəb. الزاب الكبير‎, əl-Zab əl-Kəbir; kürd. Zêy Badînan və ya Zêyê Mezin, türk. Zap, süry. ܙܒܐ ܥܠܝܐ, zaba alya) — Türkiyə və İraq ərazisindən axan, təxminən 400 kilometr (250 mil) uzunluğunda çay. Çay Türkiyədəki Van gölündən başlayır və İraqda, Mosulun cənubunda Dəclə çayına birləşir. Böyük Zabın hövzəsi təxminən 40,300 kvadrat kilometr ərazini əhatə edir və çay öz axını boyunca bir çox qollardan su toplayır. Çay və onun qolları əsasən qar və yağış suları ilə ilə qidalanır. Nəticədə, su sərfi il boyu çox dəyişir. Böyük Zab və onun qollarında ən azı altı bəndin tikilməsi planlaşdırılmışdır.
Game Jam
3D videooyunlar sahəsində keçirilən yarış. == Game Jam Azərbaycanda == 2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib. İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda iştirak hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.
Jah Khalib
Jah Khalib (Ca Kalib, əsl adı azərb. Bəxtiyar Məmmədov‎; d. 29 sentyabr 1993, Almatı) — azərbaycan əsilli qazax rusdilli reper, müğənni, bitmeyker və prodüser. == Həyatı == Bəxtiyar Məmmədov 1993-cü il sentyabrın 29-da Almatı şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə qazaxdır. Uşaqlıqdan rep musiqisi ilə maraqlanıb. Musiqi məktəbində saksofon sinfi üzrə təhsil alıb. Kurmanqazı adına Qazax Milli Konservatoriyasının musiqişünaslıq və menecment fakültəsini bitirib. Bitmeyker və saund-prodüser qismində müxtəlif qazaxıstanlı reperlərlə işləyib. Solo karyeyaya başlayandan sonra Jah Khalib adını özünə səhnə təxəllüsü götürüb.
Jak Abbadi
Jak Abbadie (fr. Jacques Abbadie), həmçinin Ceyms Abbadi (ing. James Abbadie; 1654[…] – 25 sentyabr (6 oktyabr) 1727, 15 sentyabr 1727 və ya 1727, Marlibon[d], Böyük London[…]) — protestant keşiş və yazıçı. == Həyatı == Jak Abbadi təxminən 1654-cü ildə Fransanın Bern kantonunun Ney şəhərində anadan olmuşdur. O, Sedan və Saumurda təhsil alıb. Abbadinin erkən akademik uğuru onun cəmi on yeddi yaşında olanda Sedandakı akademiyadan ilahiyyat dərəcəsi almasına gətirib çıxarmışdır. Jak Abbadi Berlində, sonra isə Londonda fransız protestant qaçqınlarının keşişi olmuşdur.Jak Abbadi 1690-cı ildə Londondakı Savoy Kapellasında Fransa kilsəsinin rəhbəri təyin edilmişdir. O, 1699-cu ildə İrlandiyada Killalo kilsəsinin dekanı olmuşdur. Jak Abbadi 25 sentyabr 1727-ci ildə, London şəhərinin yaxınlığında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Jak Abbadi ilə əlaqəli mediafayllar var.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.
Jak Brel
Jak Brel (8 aprel 1929[…], Sxarbek[d], Belçika – 9 oktyabr 1978[…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi. == Həyatı == Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır. O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı.
Jao Jinqnan
Jao Jinqnan (d. 7 mart 1995) — Çini təmsil edən bədii gimnast. Jao Jinqnan, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Jao Jinqnan, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Bao Yuqinq, Şu Siyao, Yanq Ye və Janq Linq ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.