1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır.
// dan. Çuval, torba, kisə, yeşik və s. Buğdanı bir qaba tök.
2. İçərisinə yemək qoyulan, yemək tökülən boşqab, mətbəx əşyası və s. Şorbanı qablara tökmək.
◊ Qabına sığmamaq – 1) səbirsizlik göstərmək, özündən çıxmaq (şadlıqdan);
2) güvənmək, lovğalanmaq, qürrələnmək.
Qabında bir şey olmamaq – elmsiz, məlumatsız, biliksiz, qabiliyyətsiz, bacarıqsız adam haqqında. Görünüşünə baxma, qabında bir şey yoxdur.
Qabını çatlatmaq – həddini ötüb keçmək, cığırını aşmaq, daşıb dağılmaq. Sirkə tünd olsa, öz qabını çatladar. ( Ata. sözü ).