Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jynx
Buruqboyun (lat. Jynx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinə aid heyvan cinsi.
Jinq Ninq
Jynx torquilla
Adi buruqboyun (lat. Jynx torquilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin buruqboyun cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Dimdiyi qısa va iti, başı yumru, quyruğu olduqca uzundur. Yerdə tullanır, ağac budaqlarına dırmaşır. Kürəyi boz, qəhvəyi və çirkli sarı rənglərdə sıx naxışlıdır. Kürəyinin ortasında uzun və tünd rəngli bir xətt vardır. Alt tərəfi incə xəttli, boğazı qızıl rəngi kremdir. Quyruğu geniş və sıx xəttlidir. Səsi kəskin, yumşaq, boğazdan gələn kişnəməni xatırladan "kii-kii-kii-kii-kii" şəklindədir. == Arealı == Avropanın mülayim iqlimli bölgələri və Asiyada yaşayır.
Qurindervir Sinx
Winx club
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
He Jin
He Jin (3 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == He Jin, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra He Jin, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Nquyen Van Binx
Nquyen Van Binx — Vyetnam Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Kim Jin-Son
Kim Jin-Son (27 aprel 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Jin-Son Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Voo-Jin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Çang Hye-Jin
Çhan He Cin (13 may 1987, Tequ) — Cənubi Koreyalı oxatan. Çang Hye-Jin 2013-cü ildə Dünya Çempionatında bir qızıl, 2016-cı ildə Olimpiya Oyunlarında isə iki qızıl medal qazanıb. Çang Hye-Jin karyerasında birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Çang Hye-Jin Türkiyənin Antalya şəhərində Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra isə o, Asiya Oyunlarında fərdi yarışlarda gümüş, komanda hesabında isə qızıl medal qazandı. Çang Hye-Jin karyerasının əsas uğurunu isə 2016-cı ildə Olimpiya Oyunlarında qazandı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan yarışlarda 1-ci yeri tutaraq qızıl medal qazandı. Komanda hesabında isə Çang Hye-Jin Çoi Mi-Sun və Ki Bo-Bae ilə birgə XXXI Yay Olimpiya Oyunlarının iki qat çempionu oldu.
Chang Fu Jin Mao Tower
Chang Fu Jin Mao Tower (Çincə:长富金茂大厦) — Çinin Quanqdonq vilayətinin Şenzen şəhərində yerləşən çoxmərtəbəli binadır. Binanın hündürlüyü 303 metrdir. Tikintisi 2011-ci ildə başlanıb və 2016-cı ilin yanvar ayında başa çatmışdır.
MINX (qrup)
Dreamcatcher (kor. 드림캐쳐; keçmiş adı MINX) – Cənubi Koreya qız qrupu. Qrup yeddi üzvdən ibarətdir: Ciyu, Sua, Şiyon, Handon, Yuhyon, Dami və Qahyon. Qrup 13 yanvar 2017-ci ildə "Nightmare" albomu ilə debüt etmişdir. Qrup 2014-cü ildə "MINX" adı ilə beş nəfərlik (Ciyu, Sua, Şiyon, Yuhyon, Dami) qrup kimi yaradılmışdır. 2016-cı ildə qrupun "Dreamcatcher" adı ilə yenidən qurulacağı, iki yeni üzvün (Handon və Qahyon) qatılacağı və Koreyadakı digər qız qruplarından fərqlənmək üçün daha qaranlıq konsepsiyaya yönələcəyi açıqlanmışdır. Rok və metal kimi elementləri birləşdirən qrup fərqli üslubuna görə bəyənilmiş, K-pop dünyasının rok siması kimi tanınmışdır. == Tarixi == === 2014–2019 === "MINX" adı ilə qurulan qrup ilk canlı performansını 9 avqust 2014-cü ildə Palıd Dərəsi Yay Festivalında gerçəkləşdirmiş, "Action" və "Why Did You Come To My Home" adlı iki orijinal mahnı ilə çıxış etmişdir. 15 sentyabrda Happyface Entertainment qrupun yaradıldığını təsdiqləmişdir. Qrup 2015-ci ildə "Love Shake" adlı ilk və yeganə minialbomunu buraxmışdır.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Bing
Bing — Microsoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur. 2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.
Binə
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Cins
Cins (insan)
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Janr
Janr (fr. genre) — bədii yaradıcılığın tarixən formalaşmış həyatın müxtəlif cəhətlərini əks etdirməsi ilə əlaqədar ədəbiyyat və incəsənətdə müxtəlif janrlar yaradılmışdır. Ədəbiyyatda — hər ədəbi növ janra ayrılır. Məsələn, dastan, roman, povest, hekayə, komediya və s. Təsviri sənətdə isə — məsələn, batal, portret, mənzərə, natura və s. Musiqidə — isə simfoniya, üvertüra və s. janrları geniş yayılmışdır. == Müxtəlif janrlar == Ədəbi janrlar Jurnalistika janrları Musiqi janrları İncəsənət janrları Teatr janrları Rəssamlıq janrları Nitq janrları == İstinad == == Həmçinin bax == Forma == Xarici keçidlər == Определение жанра в энциклопедии "Кругосвет" Жанры фильмов классического искусства Arxivləşdirilib 2010-01-02 at the Wayback Machine. Все жанры Словарь терминов изобразительного искусства.
Dina
Dina — qadın adı. Dina Qorina — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Ulyanova — Azərbaycanı təmsil edən basketbolçu. Dina Lebo Falula — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Tumarkina — Azərbaycan teatr aktrisası Dina Qəhrəmanova — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. Dina Qaripova — Tatarıstan Respublikasının əməkdar artisti.
Dini
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Fransa Hind-Çini
Fransa Hind-Çini (fr. Indochine française, vyet. Đông Dương thuộc Pháp, 東洋屬法, khm. ឥណ្ឌូចិនបារាំង, tay อินโดจีนฝรั่งเศส), Hind-Çin İttifaqı fr. Union indochinoise, çin. 法屬印度支那, tay สหภาพอินโดจีน, vyet. Liên bang Đông Dương, khm. សហភាពឥណ្ឌូចិន, laos ສະຫະພາບອິນໂດຈີນ) və ya Hind-Çin Federasiyası (fr. Fédération indochinoise, vyet. Liên đoàn Đông Dương, khm.
Dünya dini
Dünyanın əsas dinləri və mənəvi ənənələri az sayda əsas qruplara təsnif edilə bilər, baxmayaraq ki, bu, vahid təcrübə deyil. Bu nəzəriyyə XVIII əsrdə müxtəlif cəmiyyətlərdə sivilliyin nisbi səviyyələrini tanımaq məqsədilə başlamışdır, lakin o vaxtdan bu təcrübə bir çox müasir mədəniyyətlərdə nüfuzdan düşmüşdür.
Finikiya dini
Finikiya dini — politeistik etiqad və ayinlərdən biri. == Haqqında == E.ə. II–I minilliklərdə Finikiyanın şəhərlərində və koloniyalarında, xüsusilə Karfagendə yayılmış politeistik etiqad və ayinlərdən biri də Finikiya dini adlanırdı. Siyasi pərakəndəliyə görə finikiyalıların qədim misirlilər, babillər və yunanlardan fərqli olaraq vahid ilahilər panteonu, mürəkkəb kahin rütbələrivə təmtəraqlı ayinləri yox idi. Onların ibadətgahları çox sadə idi. Hər bir şəhərin öz yerli ilahəsi var idi və bu ilahələrin adları hakimiyyətin müxtəlif rəmzlərini təşkil edirdi: Vaal-"hökmran", El-"ilahi", Molox-"çar", Melkart-"şəhərin çarı", Adonis-"ağa". Əvvəllər finikiyalıların etiqadları çöllərdən və səhralardan gəlmiş cəddilərinin köçəri həyatını əks etdirirdi. Sonra bunları əkinçilik ayinləri əvəz etdi. Bu ayinlər nəbatatın gənc ilahəsinin ölməsi və həyata qayıtması əfsanələri ilə bağlıdır (Aliyon-Vaal və onun bacısı və ya arvadı Anat haqqında, Adonis və Astarta haqqında). Finikiya dilində ilahilər çar hakimiyyətinin və quldarlıq quruluşunun hakimləri kimi təqdim olunurlar.
Finn Kidland
Finn Kidland (ing. Finn Erling Kydland) (1 dekabr 1943, Algard[d], Ruqalann[d]) — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hal-hazırda Kaliforniya Universitetində işləyir. == Həyatı == Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır. Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri.
Finn Vulfhard
Finn Vúlfhard (ing. Finn Wolfhard. 23 dekabr 2002, Vankuver, Britaniya Kolumbiyası, Kanada) — kanadalı aktyor və müğənni. Daha çox «Qəribə şeylər» teleserialında Mayk Uiler rolunu və «O» filmində Riçi Tozier rolunu canlandırdığına görə tanınır. == Erkən həyatı == Vulfhard Vankuver şəhərində doğulub və alman, fransız və yəhudi əsillidi. O, 2020-ci ilin may ayında katolik məktəbi bitirib. Atası Erik Vulfhard Kanada hinduların torpaq iddiaları üzrə tədqiqatçıdır. Aktyor Nik Vulfhard böyük qardaşıdı. Aktyorluqdan başqa, Finn Vulfhard əsasən Vankuverdə iştirak edən və 2019-cu ildə dağılan «Calpurnia» rok qrupunun üzvü olaraq baş vokalçı, gitara ifaçısı, həmçinin mahnı müəllifi idi.
Galeodes (cins)
Galeodes — Bövlər dəstəsinə, Galeodidae fəsiləsinə aid cins. Cinsə ümumilikdə 175 növ daxildir.
BIND
BIND (tələffüzü: bayınd) — internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-ci illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
Çini
Çini və ya Fəğfur (türk. farfur, fağfur, fars. fəğfur, rus. farfor) — su və qaz keçirməyən keramika növu. İlk dəfə Çində yarandığı üçun ölkəmizdə "Çini" adıyla məşhudur. Taxta çubuqla yüngülcə vurulduqda, özunə xarakterik yüksək tonlu aydın bir səs çıxarır. Məhsulun forma və qalınlığından asılı olaraq ton fərqli ola bilər. İngilis dilli ədəbiyyatdakı "çini" terminini ifadə etmək üçun istifadə edilən "porcelain" ( / ˈp ɔ ː r s ə l ɪ n /) termini, tez-tez tibbi və texniki keramika üçün istifadə olunur. Çini kaolin (Al 2 O 3 * 2SiO 2 * 2H 2 O), kvars (SiO 2), feldispat (seriya K [Alsi 3 O 8] — Na [Alsi 3 O 8] — Ca [Al 2 Si 2 O 8 ]) və plastik gil (əsasən kaolin, ionların daxilolmaları ilə — xromoforlar ) qarışdırılaraq bişirilmə yolu ilə əldə edilir. Çini kütləsinin tərkibinə görə yumşaq və sərt olmaqla iki qrupa bölünür.
Ənıx
Əniq (Qusar)