Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Juice Wrld
Juice Wrld (əsl adı: Cared Entoni Hiqqins; 2 dekabr 1998, Çikaqo[…] – 8 dekabr 2019[…]) — amerikalı repçi, müğənni, mahnı yazarı. Dörd illik karyerası boyunca o, 2010-cu illərin ortaları və sonları arasında geniş tanınma və populyarlıq qazanan emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır. Juice 2015-ci ildə müstəqil sənətçi kimi musiqi karyerasına başlayıb. 2017-ci ildə Grade A Productions və Interscope Records ilə müqavilə bağlamışdır. "Lucid Dreams" sinqlı sayəsində şöhrət qazanıb. Bu mahnı ABŞ Billboard Hot 100 çartında ikinci pilləyə yüksəlmiş və almaz sertifikat almışdır. Mahnı həmçinin onun 2018-ci ildə çıxan üçqat platin qazanmış "Goodbye & Good Riddance" adlı debüt albomunda da yer alır. Albomun həmçinin digər dörd mahnısı da hit olub: "All Girls Are the Same", "Lean wit Me", "Wasted" və "Armed and Dangerous". Juice 2018-ci ildə Future-nin "Wrld on Drugs" adlı miksteypində iştirak etmişdir. Onun ikinci albomu "Death Race for Love" 2019-cu ildə yayımlanıb.
Orange Juice
Orange Juice — ABŞ müğənnisi Melani Martinesin 2019-cu ildə çıxan ikinci studiya albomu "K-12"-də səsləndirilən mahnı. Musiqi klipi albomla yanaşı təqdim edilən eyniadlı filmdə də yer almışdır. Həmçinin, bu klip 3 fevral 2020-ci ildə ayrı olaraq buraxılmışdır. 2 sentyabr 2019-cu ildə albomun buraxılışından dörd gün qabaq, mahnıdan olan qısa bir parça (snippet) xüsusi olaraq Niderland, Rusiya və Türkiyədə yerləşən bir sıra məkanlarda səsləndirilib. == Mövzusu == Mahnı Cry Baby-nin (Melaninin uydurma alter eqosu) rəfiqəsi Fleur-un (Sion Moreno) bulimiya xəstəliyi ilə mübarizə aparması haqqındadır. Fleur, filmdəki zorba qız Kellinin dost qrupunda olmuş və onun çəki ilə bağlı gözləntilərini qarşılamağa çalışmışdır. Bu təzyiq Fleur-da obessiv düşüncələr meydana gətirmiş, bu da öz növbəsində bulimiyaya səbəb olmuşdur. Fleur öz bədənindən qətiyyən məmnun deyil, fəqət Cry Baby isə onun gözəl olduğunu düşünür və ümid edir ki, o da özünü belə görməlidir. Mahnının lirikində ifadə edilir: "You turn oranges to orange juice" (azərb. Sən portağalları, portağal şirəsinə döndərirsən‎), hansı ki, bulimiyaya istinad edir – bu azarı olanlar çəki artımının qabağını almaqdan ötrü yediklərini geri qaytarırlar.
Buick
Byuik- Buick — ABŞ avtomobil markası. == Mənşəyi == Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar. == Tarixi == "Byuik" firmasının ("Buick Motor Car Company") əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə "General Motors" konserni ilə birləşmişdir. == Növləri == 4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox "Buick Enclave", "Buick La Crosse", "Buick Lucerne" modelləri istehsal edilir.
Junco
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Jupica
Abolboda (lat. Abolboda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin ksiriskimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Chloerum Willd. ex Spreng. Jupica Raf. Poarchon Mart. ex Seub.
Jujuy
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Luici Bokkerini
Luici Bokkerini (it. Luigi Boccherini; 19 fevral 1743[…], Lukka, Toskana – 28 may 1805[…], Madrid) — İtaliyalı bəstakar.
Luici Dallapikkola
Luici Dallapikkola (3 fevral 1904[…] – 19 fevral 1975[…], Florensiya) — italyan bəstəkarı, pianoçu == Həyatı == Fortepiano (1924) və kompozisiya (1931) sinifləri üzrə Florensiya konservatoriyasını bitirmişdir. Həmin konservatoriyada dərs demişdir (1934–67 illərdə fortepiano sinfi üzrə professor). == Fəaliyyəti == Yaradıcılıq yolunun başlanğıcında neoklassisizmə yaxın olmuşdur. 1930-cu illərin ortalarından onun bəstəkarlıq texnikasının əsasını dodekafoniya təşkil etmişdir. Melodiya, diatonika ("Marsia" baleti; 1948, Venesiya) və tonallıqdan tamamilə imtina etmədən Dallapikkola özünün "lirik dodekafoniya" üslubunu yaratmışdır. Sapfo, Alkey və Anakreontun şeirlərinə səs və instrumental ansambl üçün yazdığı "Yunan şeirləri" bütünlüklə dodekafoniya əsəridir (1945). Antifaşist ruhlu triptix ("Məhbəs mahnıları" kantatası, 1941;1949 ildə radio ilə səslənmiş birpərdəli "Məhbus" operası 1950 ildə Florensiyada tamaşaya qoyulmuşdur; "Qurtuluş nəğmələri" kantatası, 1955) və əvvəllər yazdığı musiqidən mövzuların daxil olduğu "Uliss" operası (Homerin "Odisseya" əsəri üzrə öz librettosu, 1968, Berlin) bəstəkarın ən məşhur əsərləridir. Musiqi tənqidçisi kimi də çıxış etmişdir. K.Monteverdinin "Ulissin vətənə qayıtması" operasının (1942) və M.P. Musorqskinin "Sərgidən şəkillər" fortepiano silsiləsinin (1940) redaksiyalarını həyata keçirmişdir. == Mənbə == Dallapikkola // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Luici Eynaudi
Luici Eynaudi — İtaliyanın ikinci prezindenti (12 may 1948-11 may 1955). Liberal partiyasını təmsil edib.
Luici Fakta
Luigi Fakta (13 sentyabr 1861 və ya 16 noyabr 1861 – 5 noyabr 1930[…]) — italyan siyasətçisi, jurnalisti və Benito Mussolini rəhbərliyindən əvvəl İtaliyanın son Baş naziri idi. == Həyatı == Luici Fakta İtaliyanın Piemont əyalətinin Pinerolo şəhərində anadan olub. Hüquq təhsili alıb, sonra jurnalist olub. O, siyasətə 1892-ci ildə Pinerolodan deputatlar palatasına seçildikdə, 30 il bu vəzifəni tutdu. Liberal Partiyasının üzvü olan Fakta, parlamentdəki vaxtının çox hissəsini koalisiya kabinetində ədliyyə və daxili işlər departamentlərinin müşaviri vəzifəsində çalışıb. O, Eyni zamanda 1910-cu ildən 1914-cü ve 1920-dən 1921-ci ilə qədər İtaliyanın Maliyyə Naziri olub. Birinci Dünya Müharibəsi başlayanda Fakta İtaliyanın neytrallığını dəstəklədi, lakin sonra İtaliya ona daxil olanda müharibəni dəstəklədi. Oğlu müharibədə şəhid olub, ölkəsinə oğul bəxş etdiyinə görə fəxr etdiyini bildirib. Fakta 1922-ci ilin iyulunda baş nazir təyin edildi. Həmin vaxt İtaliya siyasi qarışıqlıq içərisində idi və Mussolininin faşist üsyanı ilə mübarizə aparırdı.
Luici Ferraris
Luici Ferraris — İtaliyanın Sampdoriya və "Cenoa" komandalarının stadionu Genuyanın "Luici Ferraris" stadionunda iki klub: "Sampdoriya" və "Cenoa" çıxış etsə də, arenanın adı onlardan yalnız birinə aiddir. Karyerasının parlaq dövründə ikincilərin şərəfini qoruyan (1909-1913) Ferraris Birinci Dünya Müharibəsi zamanı cəbhəyə yollanır. 1915-ci ilin 23 avqustunda döyüş meydanında həlak olan 27 yaşlı şəxsin adı o vaxtdan "qriflər" üçün müqəddəsləşib. Onu da əlavə edək ki, Sampdoriya azarkeşləri ev arenalarına özləri üçün doğma olan "Marassi" (Genuyanın şimal-şərqində "Luici Ferraris"ə yaxın nöqtədə yerləşən kvartal) adını veriblər. "Bluçerkiati" tiffozilərinin müəyyən etdiyi qeyri-rəsmi isim populyarlığına görə birincidən heç də geri qalmır. İtalyanca "fedelissimi" sözünü ("sadiqlər", "vəfalılar") təşkil edən 11 böyük hərf dəyişməz olaraq Sampdoriya azarkeşlərinin ev sektorunu bəzəyir. Görünür, qapılardan birinin arxasında bütün tribunanı tutan genuyalı tərəfdarların dəstəyi də komandanın çıxışında mühüm rol oynayır. Ümumiyyətlə, "Luici Ferraris"də keçirilən oyunları canlı izləmiş futbolsevərlərin çoxunun etirafına əsasən, bu stadionda olan əhvali-ruhiyyə heç nə ilə müqayisəyə gəlmir. Bunu həmin klubun formasını geyinmiş futbolçular da təsdiqləyirlər. Genuyada, həqiqətən də, həm aydın, həm də kölgəli vaxtlarda sevimlilərini dəstəkləməyi bacarırlar.
Luici Kapuana
Luici Kapuana (it. Luigi Capuana; 28 may 1839[…], Mineo[d], İki Siciliya krallığı[d] – 29 noyabr 1915[…], Kataniya, Kataniya əyaləti[d], İtaliya krallığı) — italyan yazıçısı və jurnalisti. == Həyatı == Luici Kapuana 28 may 1839-cu ildə Siciliyanın Mineo Şəhərində, varlı torpaq sahiblərinin birinin ailəsində anadan olmuşdur. Covanni Verqa (1840–1922) ilə birlikdə verizm ədəbi cərəyanının başçılarının biri sayılır. Gənc yaşlarından Siciliya dialektində şeirlər yazmağa başlamış, hayatının sonuna qədər poeziya və folklorla maraqlanmışdır. Kataniya Universitetinin hüquq fakültəsinə daxil olan gələcək yazıçı təhsilini yarımçıq qoyaraq dünya ədəbiyyatı, fəlsəfə və tarixlə maraqlanmağa başlayır. Siyasi baxışlarına görə əqidəli demokrat olan Luici Kapuana İtaliyanın birləşməsi uğrunda gələn Milli Azadlıq hərəkatının fəal iştirakçısı Cüzeppe Haribaldinin (1807–1882) mənəvi silahdaşı idi. 1864-cü ildə Firentseyə köçən gənc yazıçı siyasi və ədəbi salonlarda o dövrün aparıçı jurnalistləri, yazıçı və şairləri ilə tanış olur. Firentsenin liberal- antiklerikal mühiti onu həmin illərdə geniş vüsət tapmış pozitivizm fəlsəfə ilə yaxınlaşdırır. Yazıçıda bel bir əqidə formalaşır ki, milli azdlıq və sosial təqqi ideyası siyasi mübarizə yolu ilə deyil, elmin və mədəniyyətin inkişafı nəticəsində mümkündür.
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. == Həyatı == 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.
Luici Pirandello
Luici Pirandello (it. Luigi Pirandello; 28 iyun 1867[…], Aqricento, Siciliya – 10 dekabr 1936[…], Roma) — italyan yazıçı və şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934). == Həyatı == İtalyan yazıçısı və dramaturqu Luici Pirandello Siciliyada, varlı kükürd mədəni sahibinin ailəsində dünyaya göz açmışdı. Yaradıcılığa erkən başlamışdı. Əlyazması qalmayan "Barbar" dramını hələ məktəb şagirdi ikən yazmışdı. Əvvəlcə atasının işini davam etdirmək istəmişdi. Lakin bu sahədəki bacarıqsızlığını görüb 1887-ci ildə Roma universitetinə daxil olmuşdu. Burada təhsilin səviyyəsindən narazı qaldığından bir il sonra Bonna dəyişilmişdi. Bonn universitetində ədəbiyyat və fəlsəfə öyrənərək roman filologiyası doktoru elmi dərəcəsi almışdı. "Sevincli ağrı" adlı ilk şeirlər kitabı tələbəlik dövründə çap olunmuşdu.
Luici Pulçi
Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi. == Həyatı == Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir. == Yaradıcılığı == L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır.
Luici Riva
Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944, Lecuno, Lombardiya – 22 yanvar 2024, Kalyari) - İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini Kalyari klubunda keçirib. Luici Kalyarinin komanda tarixində bombardiridir. Onun şərəfində Kalyari klubunda, onun oynaığə 11 nömrəli forma əbədiləşdirilib və heç bir oyunçuya verilmir. 35 qol ilə İtaliya millisi tarixinin ən yaxşı bombardiridir . İFFHS-ə görə 20-ci əsrin ən yaxşı Avropa futbolçuları arasında 42-ci yerdədir. "Dünya Futbolu" jurnalına görə dünyanın ən yaxşı oyunçuları arasında 74-cü, Placara jurnalına görə isə 20-ci əsrin 100 ən yaxşı futbolçusu arasında 33-cü sırada yer alıb. Kalyari şəhərinin fəxri vətəndaşıdır.
Luici Serafini
Luici Serafini (4 avqust 1949, Roma) — Milanda yaşayan italyan rəssam və dizayner. O, ən çox uydurulma dil olduğuna inanılan xəyali şeylərdən ibarət illüstrasiyalı ensiklopediya olan Codex Seraphinianus-u yaratması ilə məşhurdur. Bu əsər 1981-ci ildə Franko Mariya Riççi tərəfindən nəşr edilmişdir.
Luici adası
Luici adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ziçi adaları qrupuna daxildir. Ada bütünlüklə buzla örtülüdür. Buzdan azad olan hissələr yalnız qayalıqların üzəri və Burke buxtasında yerləşən Petiqaks bununun ətraf əraziləridir. Burada göl və çay yoxdur. Adanın mərkəzində hündürlüyü 468 metr olan zirvə quzdan təşkil olmuşdur. Ada italiyalı səyyah şahzadə Luici Amadeonun şərəfinə adlandırılmışdır. Yaxınlığında yerləşən adalar — Solsberi adası və Çamp adası. == Coğrafiyası == === Adada yerləşən burunlar === Armitic burnu Petiqask burnu Nikolayev burnu Fenuays burnu Savoyya burnu, ucqar şərq nöqtəsi Çeldnes burnu Rixtxobev burnu == Daxil olduğu akvatoriya == Sahillərini Barens dənizi yuyur.
Quick göstəricisi
“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar. Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır.
Jujuy (ştat)
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Jujuy ştatı
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Luici Qalvani
Luici Qalvani (it. Luigi Galvani, 9 sentyabr 1737[…], Boloniya[…] – 4 dekabr 1798[…], Boloniya) — italyan həkimi, anatomist, fizioloq və fizik, elektrofiziologiyanın və elektrikin öyrənilməsinin banilərindən biri, eksperimental elektrofiziologiyanın banisi. O, əzələlərin daralması zamanı elektrik hadisələrini ilk dəfə öyrənmişdir (“heyvan elektriki”). Müxtəlif növ metallar və elektrolitlər təmasda olduqda potensial fərqin yaranmasını kəşf etmişdir. Qalvaninin nəzəri biliklərini praktikada tətbiq edənlərdən biri də onun qardaşı oğlu Covanni Aldini idi. O, əzələlərin daralması zamanı elektrik hadisələri ilə bağlı, daha doğrusu, edam edilmiş cinayətkarların cəsədləri üzərində təcrübələr aparmağa başladı.
Luici Lonqo
Luici Lonqo (15 mart 1900[…] – 16 oktyabr 1980[…], Roma)— İtaliya və beynəlxalq kommunist və fəhlə hərəkatı xadimi. Kəndli ailəsində dogulmuşdur. 1920-ci ildə Sosialist Partiyasına, 1921-ci ildə isə yenicə yaranmış İtaliya Kommunist Partiyasına (İKP) daxil olmuşdur. 1921-1928-ci illərdə İtaliya Kommunist Gənclər İttifaqı (İKGİ) rəhbərliyinin, 1924-1926-ci illərdə isə onun Katibliyinin üzvü idi. Kominternin 4 və 6-cı, Kommunist Gənclər İnternasionalının (KGİ) 3 və 5-ci konqreslərində iştirak etmişdir. 1926-cı ildə İKP MK üzvü seçilmiş və İKGİ-nin KGİ İcraiyə Komutəsində nümayəndəsi kimi Moskvaya göndərilmişdir. 1932-ci ildən Kominternin İcraiyyə Komitəsində İKP-nin nümayəndəsi idi. İspaniyada antifaşist müharibəsi (1936-1939) başlandıqdan sonra Luici İspaniya respublikasına yardımın təşkilatçılarından, Beynəlmiləl briqadaların yaradıcılarından (Qallo adı ilə onların baş müfəttişi) olmuş, bir çox döyüşlərdə iştirak etmişdir: respublikanın məğlubiyyətindən sonra Fransaya getmiş, 1941-ci ildə "Vişi" hakimiyyət orqanları tərəfindən İtaliyanın faşist hökumətinə təhvil verilmişdir. İtaliyada faşist rejimi devrilənədək (1943) həbsdə və sürgündə olmuşdur. Alman-faşist işğalçılarına qarşı milli azadlıq müharibəsi dövründə (1943-1945) partizan hərəkatının əsas təşkilatçı və rəhbərlərindən biri olmuşdur.
Karlo Luici Speqazzini
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. == Əsərləri == Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.