Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jurnalistika
Jurnalistika — hadisələrin, faktların, ideyaların və insanların qarşılıqlı əlaqəsi haqqında "günün xəbəri" olan və cəmiyyəti ən azı müəyyən dərəcədə dəqiqliklə məlumatlandıran reportajların hazırlanması və yayılması. İsim olan bu söz peşəyə (peşəkar və ya həvəskar), məlumat toplamaq üsullarına və ədəbi üslublara aid edilir. Jurnalistika üçün uyğun rol ölkədən ölkəyə, peşə haqqında təsəvvürlərə və nəticədə statusa görə dəyişir. Bəzi ölkələrdə xəbər mediası hökumət tərəfindən idarə olunur və müstəqil deyil. Digərlərində xəbər mediası hökumətdən müstəqildir və özəl sektor kimi fəaliyyət göstərir. Bundan əlavə, ölkələr söz azadlığı, mətbuat azadlığı, eləcə də böhtan ilə əlaqədar qanunları fərqli tətbiq edə bilər. İnternetin və smartfonların yayılması XXI əsrin əvvəllərindən bəri media mənzərəsinə əhəmiyyətli dəyişikliklər gətirmişdir. Bu, çap media kanallarının istehlakında dəyişiklik yaratmışdır, çünki insanlar qəzet, jurnal və ya televiziya xəbər kanallarının ənənəvi formatlarından fərqli olaraq elektron kitablar, smartfonlar və digər şəxsi elektron cihazlar vasitəsilə xəbərləri getdikcə daha çox istehlak etmişdilər. Xəbər təşkilatları rəqəmsal qanadlarından tam şəkildə pul qazanmaqla yanaşı, dərc edərək yayımladıqları kontekstdə improvizasiya etməkdə də çətinlik çəkirlər. Qəzetlər çap gəlirlərinin rəqəmsal gəlirlərin artım sürətindən daha sürətlə azaldığını görmüşdülər.
BDU Jurnalistika
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz ADU-da qoyulmuşdur. Həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin mətbuat orqanı sayılan "Student-jurnalist" qəzetinə müsahibə vermiş kafedra müdiri S. Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, BDU-nun professoru olmuşdur) göstərirdi ki, bu vaxtadək Şuralar İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda ("Student-jurnalist", № l, iyun, 1929). Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar. 1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. İlk məzunlardan prof.
Data jurnalistika
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. == Növləri == Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar == Bir anlayış olaraq yaranması == Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Elmi jurnalistika
Foto-jurnalistika
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar. Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır. == Tarixi == === Müharibə fotoqrafiyasının yaranması === Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. == İraqın işğalı (2003) == 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Jurnalistika sosiologiyası
Jurnalistika sosiologiyası — jurnalistikanı sosial bir fenomen olaraq araşdıran, sosioloji metodların onlarla işləməkdə tətbiqi, jurnalistlərin və kütləvi informasiya vasitələrinin auditoriyasının sosial düşüncəsinin xüsusiyyətləri və s. kimi araşdıran xüsusi bir sosioloji sahədir. Sosiologiya və jurnalistika, ortaqlıqlarının inkişaf etdirildiyi üçün fərqli, lakin yaxın bilik sahələri kimi fəaliyyət göstərir: Kütləvi informasiya vasitələri yeni sosioloji məlumatlar yayırlar - yəni sosioloji məlumatlar kütləvi informasiya vasitələri istehlakçılarına verilir. Jurnalistlər sosioloji tədqiqatların nəticələrini dəlillərini dəstəkləmək üçün hekayələrində istifadə edirlər. Nəhayət, müəyyən bir vəziyyətdə, bir jurnalistin sosioloji düşüncəsi sosioloji jurnalistikanın - üzvi bir "bağlama"-nın, jurnalistika və sosiologiyanın sintezinin - reallığı tanıma metodlarının olduğu xüsusi bir keyfiyyətə malik bir jurnalist əsərinin yaranmasına kömək edir. Metodoloji səviyyədə: Jurnalistika və sosiologiya sosial elm sahəsindəki birinci sahə daha çox praktik tərəfə aiddir, ikincisi isə proses və hadisələrin proqnozlaşdırılmasına yönəlib. Bənzər münasibətlər: humanist istiqamət, sosial məsuliyyət, vətəndaşlıq, təsdiqlənmiş məlumatlara həsrət. Tədqiqat obyektlərinin ümumiliyi: cəmiyyət və onun quruluşu obyektiv və subyektiv mənada, sosiologiya isə kütləvi statistikaya bağlanır, media isə insanların və hadisələrin özünəməxsusluğuna diqqət yetirir. Metodologiya sahəsində, sosiologiyada oxşarlıq kütləvi statistika üstünlük təşkil edir, rəsmiləşdirilmiş metodlar və jurnalistikada fərdi hadisələrin hərtərəfli öyrənilməsi == Sosiologiya ilə jurnalistika arasında qarşılıqlı əlaqənin başlanğıcı == Jurnalistika sosiologiyası XIX əsrdə, obyektiv tərəfdən baxıldığı təqdirdə, ilk növbədə Qərbdə nəzəri sosiologiyanın inkişafı ilə əlaqəli olaraq ortaya çıxdı. Subyektiv baxımdan, eyni zamanda bir çox sosioloqun eyni zamanda elmi jurnalları redaktə edib nəşr etməsi və ya jurnalistika ilə məşğul olması da az əhəmiyyət kəsb etmirdi.
Jurnalistika tarixi
Jurnalistika tarixi müntəzəm olaraq məlumat toplamaq və yaymaq üçün xüsusi üsulların meydana gəlməsi ilə qeyd olunan texnologiya və ticarətin böyüməsini əhatə edir, bu da bir jurnalistika tarixini ortaya qoyduğu kimi, mövcud xəbərlərin dairəsinin daim artmasına səbəb olmuşdur. Mətbəə icad olunmamışdan əvvəl ağızdan gələn xəbər xəbərlərin əsas mənbəyi idi. Geri dönən tacirlər, dənizçilər və səyahətçilər materikə yeni xəbər gətirirdilər, bu da şəhərdən şəhərə yayılırdı. Bu cür xəbərin yayılması çox etibarlı deyildi və bu üsul mətbəənin ixtirası ilə öldü. Jurnalistlər qədim dövrlərdə məlumat yaymaq üçün daha çox qəzetlərdən istifadə etsələr də, XX əsrdə radio və televiziya, XXl əsrdə isə internet əsas vasitəyə çevrilmişdir. == İlk və əsas jurnalistika == Avropa Avropada intibah dövrünün başlaması ilə əlaqədar yarmarkalar keçirilən şəhərlərdə informasiya mərkəzləri yarandı. Həm də həmin şəhərlərdə əlyazma halında qəzetlər buraxılırdı və burda ticarət xəbərləri ilə yanaşı digər informasiyalara da yer verilirdi. "Qəzet" sözü də həmin dövrdə meydana gəlmişdir. Bu ad Venesiyada (İtaliyada) işlənən pul vahidinin adından götürülüb. İnformasiyalar hıəmin pula, yəni qazettaya satılırdı.
Qonzo-jurnalistika
Qonzo-jurnalistika (ing. gonzo; "dəli, ağıldan kəm") — jurnalistikada birinci şəxsin adından dərin subyektiv nəqletmə üslubu ilə xarakterizə olunan və müxbirin qərəzsiz müşahidəçi deyil, təsvir olunan hadisələrin birbaşa iştirakçısı kimi, şəxsi təcrübəsindən istifadə edərək və duyğularını açıq şəkildə ifadə etməklə bu hadisələrin əsas mənasını vurğuladığı cərəyandır. "Qonzo-jurnalistika", həmçinin bu üslubun ayrılmaz xüsusiyyəti olan sitat, sarkazm, yumor, şişirtmə və hətta təhqiramiz ifadələrin aktiv istifadəsi ilə xarakterizə olunur. Qonzo-jurnalistikada müəyyən olunmuş qaydalar yoxdur, struktur məcburi deyil, çox vaxt sxemlər mövcud olmur və forma məzmuna uyğun deyil. Dəqiq reportaj və qızğın təxəyyül bir-birinə elə qarışır ki, həqiqəti yalandan ayırmaq demək olar ki, mümkün olmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qonzo-jurnalistikanın aşağıdakı əlamətlərini ayırd etmək olar: reportaj janrı; subyektivlik; diqqət mərkəzində olan müəllif; eklektizm; müəllifə xas leksikadan istifadə. Bu üslubu 1960-cı illərdə amerikalı jurnalist Tom Vulf sayəsində yaranan "yeni jurnalistika" stilinin bir qolu hesab etmək olar. Qonzo-jurnalistikanın banisi jurnalistikada obyektivliyi qəbul etməyən Hanter Tompsondur. Tompson 15 fevral 1973-cü ildə "Rolling Stone" jurnalına verdiyi müsahibəsində demişdi: "Əgər mən son 10 ildə öyrəndiyim bütün həqiqətləri yazsam, mənim tanıdığım təxminən 600 nəfər, o cümlədən mən özüm Rio-dan Sietlə qədər bütün dünyadakı həbsxana kameralarında çürüyərdik. Mütləq həqiqət — peşəkar jurnalistika dünyasında nadir və təhlükəli bir şeydir." Əsas simvolu peyot adlı kaktus növünün çiçəyini tutan altıbarmaqlı yumruq təsviridir.
Sarı jurnalistika
Sarı jurnalistika (ing. yellow journalism) və ya sarı mətbuat (ing. yellow press) — çox az ya da heç bir istinadı olmadan edilmiş bir araşdırmaya göz alıcı xəbər başlıqları əlavə olunaraq daha çox qəzet satılmaq üçün edilən jurnalistika növü. Bu üsul, bəzən xəbərlərdəki hadisəsinin mübaliğəsi, skandal tüccarlığı ya da sensasiyonalizm olaraq ortaya çıxa bilər.
Tibbi jurnalistika
Tibbi jurnalistika — tibbi xəbərlər və məqalələr barədə xəbərlər hesabatıdır. Tibbi jurnalistika rəngarəngdir. Tibbi jurnalistikaya daxil olan əsas bölmələr ümumi cəmiyyət üçün yazılan yazılar və həkimlər və peşəkarlar üçün yazılan məqalələrdən ibarətdir. Tibbi jurnalistikada dəqiqlik anlayışı çox dəyişkəndir. Kütləvi informasiya vasitələrinin rəylərində bir çox insanların məqalələrdən razı qalma nümunələri olsa da, əksər məqalələr qeyri-kafi qiymətləndirilir. Digər ön izləmələr kütləvi informasiya vasitələrində yayımlanan səhvlərin əksəriyyətinin orijinal jurnal məqalələrində və ya qurumun mətbuat orqanının yayımladığı yazılarda təkrarlanan səhvlərin nəticəsi olduğunu müəyyən etdi. Kolumbia Jurnalistika İcmalı və Hippokrat Med Review kimi bəzi veb saytlar tibbi jurnalistika sahəsinə aid yazılar dərc dərc edir və bu sahədə araşdırmalar aparır. Tibbi jurnalistika müxtəlif vasitələrlə yayımlana/nəşr oluna bilər: Televiziya xəbərləri Qəzetlər İnternet veb-səhifələri Elmi jurnallar (sağlamlıq haqda və tibbi xəbərlər yayımlayan növlərində) Xəbərlərin yayılmasında əksər səhvlər və fərziyyələr elmi icma və ümumi cəmiyyət arasındakı bir neçə maneə ilə əlaqələndirilə bilər ki, bu da müxbirlərin biliklərinin kifayət qədər olmaması, müvafiq hesabat hazırlamaq üçün vaxtın olmaması və nəşrdə kifayət qədər yer olmaması səbəbilə qeyri — dəqiq yazılan məqalələr nəticəsində yarana bilər. Əksər xəbər məqalələri sübutların keyfiyyəti, xərclər və fayda ilə risklər kimi vacib məsələlərin müzakirəsində uğursuz olurlar. Necə olsa da, tibbi jurnalistika təkcə kommersiya məqsədli sahə deyil.
Yeni jurnalistika
Yeni jurnalistika — Dövrümüzdə iz qoymuş informasiya texnologiyaları çərçivəsində inkişaf edən internet bəşəriyyət üçün yeni bir dövrün başlanğıcı oldu. İnternetlə ünsiyyət və media sahəsində çox fərqli struktur və funksional transformasiya prosesləri başladı. Çap mediası və audio-vizual media kimi fərqlər aradan qalxdı və inteqrasiya olunmuş və mürəkkəb media quruluşu yarandı. Yeni jurnalistika ənənəvi mediadan çox fərqlənməsə də, onun inkişafının nəticəsi olsa da bir sıra kriteriyalarda ondan müəyyən dərəcədə fəqlənir. 1980-ci illərə kimi bütün KİV-lər çap və analoqlu görüntüyə əsaslanan məlumatlardan, yəni televiziya, qəzetlər və radiodan ibarət idi. Lakin son 25 ildə informasiyanın yayılması və cəmiyyətə çatdırılması sahəsində çox ciddi və sürətli irəliləyişlər, inkişaf nəzərə çarpmağa başladı və bütün bunlar internet və kompüterin yaranması ilə bağlı oldu. İstifadəçilərin internetdə məzmun axtardığı, istifadə etdiyi və istehsal etdiyi interaktiv ünsiyyət platformasıdır. İnsanların bir-biri ilə məzmun və məlumat paylaşmasına imkan verən sosial şəbəkələr, internet saytları və proqramlar sayəsində hər kəs axtardığı və maraqlandığı məzmuna daxil ola bilir. Kiçik qruplar arasında dialoqlar və paylaşımlar istifadəçi əsaslı məzmunun (UGC-User Generated Content) istehsalını tədricən artırır, həvəskar məzmunu rəqəmsal dünyada dəyərə çevirir. Bu, vaxt və məkan məhdudiyyəti olmadan (mobil əsaslı) paylaşma və müzakirənin vacib olduğu insan ünsiyyətinin formasıdır.
Rəqəmsal jurnalistika
Rəqəmsal jurnalistika və ya internet-jurnalistika — XX əsrin sonlarında İnternetin inkişafı və yayılması ilə ortaya çıxan yeni bir jurnalistika növü. "Yeni media" dedikdə ilk ağıla gələn bu kommunikasiya sistemnin məhz İnternet üzərində var olmasıdır. Halbuki yeni media daha geniş anlayışdır və internet məkanı xaricində də, offlayn həyata keçə bilir. Çox vaxt yeni medianı sosial media ilə qarışıq salırlar və bu iki anlayışı birləşdirirlər. Əslində, bilmək lazımdır ki, yeni media daha geniş anlayışdır və sosial media da onun ən populyar və gündəmdə olan qoludur. Sosial medianın da içərisində daha çox sosial şəbəkələr müzakirə olunur ki, ağıla ilk gələn Facebook şəbəkəsidir. Bundan başqa, yüzlərlə sosial şəbəkə platformaları var ki, jurnalistlər öz işlərində bunlardan yararlana bilər. Yeni medianı anlamaq üçün öncə yeni media mühitinin nə olduğunu anlamaq gərəkdir. Etik öhdəliklərlə yanaşı, dəyişməz öhdəliklər də var olmaqdadır. Bunlar juralistikanın təməl prinspləridir: xəbərin doğruluğu, dəqiqliyi, qərəzsizliyi, vicdanlılığı, etibarlılığı və s.
Araşdırmaçı jurnalistika
Araşdırmaçı jurnalistika — müxbirlərin ciddi cinayətlər, irqi ədalətsizlik, siyasi korrupsiya və ya korporativ qanun pozuntuları kimi maraq doğuran bir mövzunu dərindən araşdırdıqları jurnalistika forması. Araşdırmaçı jurnalist aylarla, illərlə araşdırma aparıb reportaj hazırlaya bilər. Təcrübəçilər bəzən "gözətçi hesabatı" kimi terminlərdən istifadə edirlər. Araşdırmaçı jurnalistika əsasən, ənənəvi olaraq qəzetlər, xəbər agentlikləri və frilans jurnalistlər tərəfindən aparılır. Reklam gəlirinin azalmasına görə bir çox ənənəvi xəbər xidmətləri bahalı olduğu və çox vaxt apardığı üçün araşdırma jurnalistikasını maliyyələşdirməkdə çətinlik çəkir. Jurnalist araşdırmaları zaman keçdikcə daha çox birgə işləyən xəbər təşkilatları, hətta beynəlxalq səviyyədə (Panama sənədləri və Paradise sənədlərində olduğu kimi) və ya öz işlərini maliyyələşdirmək üçün ictimaiyyət və xeyriyyəçilər tərəfindən dəstəklənən ProPublica kimi qeyri-kommersiya qurumları tərəfindən həyata keçirilir. == Tərifləri == Missuri Universitetinin jurnalistika professoru Stiv Veynberq araşdırmaçı jurnalistikanı belə izah edir: "birinin təşəbbüsü və iş məhsulu haqqında oxucular, izləyicilər və ya dinləyicilər üçün əhəmiyyət kəsb edən məsələlər barədə xəbər vermək". Bir çox hallarda xəbər subyektləri araşdırılan məsələlərin açıqlanmamasını istəyirlər. Hazırda universitetdə araşdırmaçı jurnalistikanı tədris edən kafedralar var. Konfranslar araşdırmaçı jurnalistikaya dair resenziyalı araşdırmaları təqdim etməklə keçirilir.
Araşdırıcı jurnalistika

Azərbaycan Jurnalistlər Birliyi
Azərbaycan Jurnalistlər Birliyi (AJB) – Azərbaycanda müstəqil, azad, könüllülük əsasında fəaliyyət göstərən ictimai, eyni zamanda yaradıcı təşkilat. == Haqqında == Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllülük əsasında fəaliyyət göstərən ictimai, yaradıcı təşkilatdır. O, 1000-dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli AJB istisnasız olaraq istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır. AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, Kütləvi İnformasiya Vasitələrin (KİV), azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirir, onları 22 İyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəliri olduğuna baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir. == Tarixi == Azərbaycan Jurnalistlər Birliyi ilk olaraq 1955-ci ildə, Azərbaycan KP MK–nın qərarı ilə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədlərdə 1955–1959-cu illər arasında Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədi ilə təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var. Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar Təşkilat Bürosunun sədri həmin illərdə AKP MK-nın Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış Şıxəli Qurbanovun Azərbaycan KP MK-nın Bürosuna göndərdiyi fevral 1959-cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov.
Azərbaycan Jurnalistlər İttifaqı

Azərbaycan jurnalistika günü
22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir. == Azərbaycan mətbuatının tarixi == Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi.
BDU Jurnalistika fakültəsi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz ADU-da qoyulmuşdur. Həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin mətbuat orqanı sayılan "Student-jurnalist" qəzetinə müsahibə vermiş kafedra müdiri S. Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, BDU-nun professoru olmuşdur) göstərirdi ki, bu vaxtadək Şuralar İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda ("Student-jurnalist", № l, iyun, 1929). Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar. 1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. İlk məzunlardan prof.
Beynəlxalq Jurnalistlər Federasiyası
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) (orijinal adı: International Federation of Journalists) — kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı. Mənzil-qərargahı Brüsseldə yerləşir. == Tarixi == Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə yaradılıb. O zaman təxminən iyirmi ölkədən 25 000-ə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil edirdi və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti Fransız müxbiri Georges Bourdon idi. Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyasını Londonda qurmağa qərar verdi. 1946-cı ildə Müttəfiqlərin və ya azad ölkələrin Jurnalistlər Federasiyası ləvğ olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaranmağa başladı. Soyuq müharibə nəticəsində Beynəlxalq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresində yenidən fəaliyyətə başladı. Bu layihə Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılacaqdı.
SSRİ Jurnalistlər İttifaqı
SSRİ Jurnalistlər İttifaqı — SSRİ-də kütləvi informasiya vasitələrində çalışanların ictimai təşkilatı. 1959-cu ildə Aleksey Acubeyin təşəbbüsü ilə yaradılıb.
Öldürülən Jurnalistlər(Avropa)
Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur. Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb. Aleksandr Tatl — "The Wall Street Journal"ın müxbiri. 22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur. Andrey Soloviyev — ITAR–TASS-ın fotojurnalisti. 27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür. Georgi Çanya — "Resonants"ın müxbiri. 26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Qali yaxınlığında Gürcüstan partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür. Salatın Əsgərova — "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri. 6 yanvar 1991-ci ildə Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.
Asiya Jurnalistika Kolleci
Asiya Jurnalistika Kolleci — Chennai, Banqalorda Asiya Jurnalistika Məktəbi olaraq Banqalorda yaradılmışdır. Akademiklər ACJ 10 aylıq proqramı çərçivəsində dörd axın üzrə ixtisas üzrə aspirantura diplomu təklif edir – Televiziya, Çap, Yeni Media və Radio. Birinci trimestrdə seçdikləri mühitdən asılı olmayaraq bütün tələbələrə Yayım, Veb və Çapın əsasları öyrədilir. İkinci trimestrdən etibarən tələbələr öz seçimlərində hesabat verməyi öyrənirlər. İkinci və üçüncü dövrlərdə tələbələr kollec tərəfindən təklif olunan 16 seçmə fənndən üçü seçirlər. Seçimlərdən bəziləri Foto Jurnalistika, Kino, İdman, Siyasət, İncəsənət və Mədəniyyət, Şəxsiyyətlər, Beynəlxalq Problemlər, Biznes, Genderşünaslıq, Ekologiya, Vətəndaşlıq, Səhiyyə, Elm, Şəhərşünaslıq və İqtisadiyyatdır. == Tarixi == 1994-cü ildə Indian Express qrupu tərəfindən yaradılıb . Yalnız çap kursu olaraq fəaliyyət göstərilməsi təklif edildi. Onun adı dəyişdirildi və Çennaya köçürüldü.
Nigeriya Jurnalistika İnstitutu
Nigeriya Jurnalistika İnstitutu — Nigeriya Jurnalistika İnstitutu Laqos əyalətinin İkeja şəhərində yerləşən Nigeriya monotexniki müəssisəsidir. İnstitut 1963-cü ildə Beynəlxalq Mətbuat İnstitutu tərəfindən təsis edilmiş və 1971-ci ildə tam fəaliyyətə başlamışdır. Nigeriyada Milli Texniki Təhsil Şurası tərəfindən akkreditə olunmuş monotexnikalardan biridir. İnstitutun rəhbəri Olusegun Osoba . Quruma və onun işlərinə ümumi nəzarəti həyata keçirən digər üzvlərin sədrlik etdiyi idarəetmə şurası var. Müəssisənin gündəlik fəaliyyətinə baş elmi işçi kimi xidmət edən, məqsəd və vəzifələrin nəzərdən keçirilməsində, işlənib hazırlanmasında , həyata keçirilməsində böyük rol oynayan müavin və registrator tərəfindən köməklik göstərən provost rəhbərlik edir.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.