Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur.
Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb.
Aleksandr Tatl — "The Wall Street Journal"ın müxbiri. 22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur.[2]
Georgi Çanya — "Resonants"ın müxbiri. 26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Qali yaxınlığında Gürcüstan partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür.[4]
Çingiz Mustafayev — "Demokratik Rusiya Mətbuat Agentliyi"nin fotojurnalisti. 15 iyun 1992-ci ildə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında gedən döyüşləri lentə alarkən erməni hərbi hava qüvvələri tərəfindən öldürülmüşdür.[9][10]
Elmar Hüseynov — "Monitor" jurnalının təsisçisi və redaktoru. Müxalif yazıları ilə tanınan Elmar Hüseynov 2 mart 2005-ci ildə yaşadığı mənzildə qətlə yetirilmişdir.[12][13]
Novruzəli Məmmədəli — "Tolişi Sado" qəzetinin redaktoru. 17 avqust 2009-cu ildə vəziyyəti ağırlaşdığı üçün aparildığı xəstəxanada vəfat etmişdir. Onun ölümü Bakıda yerləşən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən hökümətin etinadsızlığı tərəfindən pislənilmişdir.[14]
Rafiq Tağı — Azadlıq radiosunun jurnalisti. 19 noyabr 2011–ci ildə bıçaqlanmış və 23 noyabr 2011–ci ildə xəstəxanada dünyasını dəyişmişdir.[15]
Rasim Əliyev — Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri. 2015-ci il avqustun 8-də döyülərək bir gün sonra, avqustun 9-da Bakıdakı xəstəxanalardan birində vəfat etmişdir. Bakıda fəaliyyət göstərən 30 yaşlı reportyor Rasim Əliyev azərbaycanlı futbolçu Cavid Hüseynovu xarici jurnalistə qarşı pis rəftarına görə tənqid etdikdən sonra ona özünü futbolçunun qohumları kimi təqdim edən şəxslərdən telefon zəngləri gəlib. Nəhayət, o, Bakının gediş-gəlişli və məskunlaşmış bir ərazisində təhlükəsiz kimi görünən bir yerdə görüşməyə razılıq verib, lakin, elə həmin yerdə bir qrup şəxs tərəfindən döyülüb.[16]