Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Körpücükaltı vena
== İstinadlar ==
Körpülü
Aşağı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Dədəli körpüsü
Dədəli Körpü – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında yerləşən qədim körpü. Bu körpü həm strateji, həm də mədəni-tarixi əhəmiyyətə malik olmuşdur. Şərur rayonu ərazisində, Arpaçay üzərində bir tağlı körpü. == Memarlıq quruluşu == Yerli daş materialı inşa edilmişdir. Ümumi uzunluğu 30 m, eni 4 m, mərkəzdə suyun səthindən hündürlüyü 12 m-dir. Körpünün sol tərəfinin özülü sahildəki sal daşın üstündə, sol tərəfinin özülü isə 2 m dərinlikdə qoyulmuşdur. Kənardan baxanda körpüdə monumentallıq hiss olunur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal edilir.Ara məsafəsi 1,5 km olan Keşikçi qəsəbəsi ilə Əyər kəndi arasındakı yol bu körpüdə birləşir. Körpünün tağbənd hissəsində istifadə olunan daşlar kənardakılardan daha səliqəli və dəqiq yonulmuşdur. Tağbəndin aşağı kənarı boyunca düzülmüş daşlar isə körpünün ümumi səthindən bir qədər geri çəkilib, bu isə günəşli havalarda o hissəyə düşən kölgənin körpünün estetik görünüşünü daha ifadəli etməsinə səbəb olur.
Dəriçilər körpüsü
Dəriçilər körpüsü və ya Dabbaqçılar körpüsü (alb. Ura e Tabakëve) — XVIII əsrdə, Osmanlı imperiyası dövründə Tirana ərazisində tikilmiş körpü. Körpü Dabbaq məscidi yaxınlığında yerləşir. Daha əvvəl körpü, Tirananı şərq dağlıqlarına bağlayan və mal karvanlarının şəhərə gedişi olan Müqəddəs Qeorqe yolunun bir hissəsi idi. Körpü dəri aşılayan dabbaq dünkanlarının qarşısında yerləşdiyindən bu cür adlandırılmışdır. 1930-cu illərdə Lana çayının istiqaməti dəyişdikdən sonra körpü əhəmiyyətini itirir. 1990-cı illərdə piyada körpüsü olaraq bərpa edilir. == Tarixi == Dəriçilər körpüsü Tirananı Şenqyorqi ilə birləşdirən yolun üzərində yerləşirdi. Tiranadan Debara gedən yolun üzərində yerləşən körpü ilə gedərkən Priske Madhe, Kafe-Priske, Dome, Şenqyorqi, sonra Bize, Martaneş, Zerqana ilə rastlanılırdı.. Bu yolla kəndlilər öz məhsullarını şəhərə daşıyırdılar.
Eyfel körpüsü
Eyfel körpüsü (rum. Podul Eiffel) — Prut çayı üzərindəki körpü və Moldova ilə Rumıniya arasındakı bir keçid məntəqəsi. Körpü Unqen şəhəri (Moldova) və Yaş vilayətinə (Rumıniya) daxil olan Unqen kommunasını birləşdirir. == Tarixi == 6 may 1872-ci ildə rus diplomatı İvan Alekseeviç Zinoviev və Rumıniyanın xarici işlər naziri Georgi Kostaforu 1873-cü il yanvarın 9-da təsdiq edilmiş dəmir yolu qovşaqları haqqında saziş imzaladılar. Bir körpünün inşası Rus-Türk müharibəsi başlamazdan əvvəl ortaya çıxdı. Yaş-Unqen yolu 1 avqust 1874-cü ildə açılır. Rus-türk müharibəsinə hazırlaşmaq üçün (1877-1878) Rusiya İmperiyası 1871-ci ildə 1 iyun 1875-ci ildə açılmışı olan Kişinyov-Korneşti-Unqen dəmir yolunun tikintisinə başlamışdır. 1875-ci ildə dəmir yolu tam istifadəyə verilir. Kişinyov-Korneşti dəmiryolu hissəsi daha əvvəl 1873-cü ildə açılır. 1876-cı ildə Prut çayında baş verən yaz selindən sonra Bessarabiya ilə Rumıniyanı birləşdirən dəmir yolu körpüsü demək olar ki, dağıdıldı.
Fort körpüsü
Fort körpüsü (Forth Bridge və ya Forth Rail Bridge) — Şotlandiyada dəmiryolu körpüsü. 1890-cı ildə fəaliyyətə verilib. Üç əsas hissədən ibarətdir və hər biri təxminən 520 m uzunluğundadır. Körpü 2529 metr uzunluğunda və okean səviyyəsinin 46 metr hündürlüyündədir.
Gilançay körpüsü
Gilançay körpüsü — Orta əsrlər zamanı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Gilançay üzərində inşa edilmiş və ərazidən keçən ticarət karvanlarına xidmət etmiş körpülərdən biridir. == Coğrafi mövqeyi == Ordubad rayonunun Gilançay kəndindən bir az şimalda yerləşir və hazırda ancaq bir dayağı qalıb. == Memarlıq quruluşu və tikinti materialı == Qalıqlarına əsasən məlum olur ki, körpü yonulmamış iri daşlardan əhəng məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Körpüdən qalan dayağa əsasən deyə bilərik ki, onun bəzi yerləri yonulmuş daşlarla üzlənmişdir. Gilançay kəndi bu körpünün salınmasından bir neçə əsr sonra, əvvəllər Biləv kəndinə məxsus biçənək sahələri və mal qışlağı olan ərazidə məskunlaşan biləvlilərin hesabına XX yüzilliyin əvvəllərində yarandığı üçün, əslən Biləvdən olan və Biləvin təbiətinə, toponimikasına, tarixinə və etnoqrafiyasına sanballı əsər həsr etmiş H. Aslanlı bu körpünü Biləv kəndi ərazisində yaradılan ikinci körpü kimi təqdim edir. Şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına və bu yolla gedib gələn insanlara xidmət edən körpü kifayət qədər böyük olmuşdur. Orta əsrlər dövrünə xas üslubda tikilmiş, tikinti texnikasına görə bölgədəki digər körpülərlə eyniyyət təşkil edən körpünün uzunluğu təxminən 60 metr, eni 3 metr, hündürlüyü 6–7 metr olmuşdur. Körpü uzun müddət ticarət karvanlarının rahat hərəkətini təmin etmiş, lakin sonralar çay daşqınları nəticəsində dağıntıya məruz qalmışdır. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri.
Gülüstan körpüsü
Gülüstan körpüsü — Körpü Gülüstan türbəsinin yaxınlığında Araz çayı üzərində salınmışdır. Sağ sahildəki birinci dayaq müstəsna olmaqla qalan dayaqların hamısı dağılmışdir. Salamat qalan dayaqda, su səmtinə baxan tərəfdə dörd şaquli cərgəli oval deşiklər açılmışdır. Belə deşiklər tağın oturacağında aydın müşahidə edilir. Sahil dayağının içərisində bir sıra otaqlar yerləşir. Dayağın çaya baxan tərəfində zərif və hündür arakəsmə ilə üç hissəyə bölünmüş kifayət qədər enli açırım qalmışdır. Körpünün dayaqlarında üçpilləli hörgü izləri aydın izlənir. Körpünün tikilməsində başlıca inşaat materialı möhkəm əhəng məhlulu ilə bərkidilən qırmızıyаоxşar qumdaşı olmuşdur. Tikinti massivinin bəzi yerlərində kvadrat formalı kərpic hörgü vasitəsilə bəndetmə müşahidə olunur. Körpü XII-XIII əsrlərə aiddir.
Heliks körpüsü
Heliks körpüsü — Sinqapurda körpü == Tarixi == Heliks körpüsü 2010-cu ildə açılmışdır. == Quruluşu == Sinqapur çayı üzərində olan bu körpü öz dizaynı ilə unikaldır. Bütünlüklə poladdan düzəldilib. Quruluşca DNK molekulunu xatırladır.
Kapel körpüsü
Kapel körpüsü — İsveçrədə körpü. Avropanın ən qədim körpülərindən biridir. == Tarixi == Körpü 1333-cü ildə tikilmişdir. == Quruluşu == Lüsern şəhərində yerləşən bu körpü öz dizaynı ilə unikaldır. Bu körpü çarpaz şəkildə Roys çayını ikiyə ayırır. Kənarları taxtalarla əhatə olunmuşdur. == Yanğın == Körpü daxildən ölkədə baş verən tarixi hadisələri əks etdirən XVII əsrin rəsm əsərləri ilə bəzədilmişdi. Lakin 18 avqust 1993-cü ildə baş vermiş yanğında rəsmlərin demək olar ki, hamısı yanmışdı. Bu yanğında körpünün 2/3 hissəsi və 110 rəsm əsəri məhv oldu. Bu rəsmlərin bəzilərinin 1611-ci ilə aid olduğu bildirilir.
Karl körpüsü
Karl körpüsü (çex. Karlův most; ) – Çexiyanın Praqa şəhərində, Vltava çayı üzərində yerləşən tarixi körpüdür. Körpünün inşasına 1357-ci ildə Kral IV Kralın himayəsi altında başlanmış, tikinti işləri XV əsrin əvvəllərində tamamlanmışdır. Karl körpüsü 1342-ci il daşqını zamanı ciddi zədələr almış Yudit körpüsünün (1158–1172) yerində inşa edilmişdir. Əsasən Daş körpü (Kamenný most) və ya Praqa körpüsü (Pražský most) kimi tanınsa da, abidə 1870-ci illərdən Karl körpüsü adlandırılır. 1841-ci ilə kimi Praqa qəsri ilə Qədim şəhər arasında Vltava çayı üzərindən yeganə əlaqə vasitəsi olan Karl körpüsü mühüm əhəmiyyətə malik olmuşdur. Məhz bu möhkəm əlaqə Praqanın orta əsrlərdə Şərqi və Qərbi Avropa arasında mühüm ticarət məntəqəsi olmasını təmin etmişdir. 16 tağlı körpü 621 m uzunluğa və 10 m enə malikdir. Körpü üç qüllə ilə mühafizə olunurdu ki, bunlardan da ikisi Mala Strana tərəfdə, biri isə Qədim şəhər tərəfdə yerləşir. Qədim şəhər tərəfdəki qüllə bəzən, dünyada ən yaxşı ictimai qotik memarlıq nümunələrindən biri kimi dəyərləndirilir.
Kollontaev körpüsü
Azovka çayı üzərində avtomobil körpüsü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Burada Azov şəhər çimərliyi, Azov Avtomobil çimərliyi, Monastr, Dini-vətənpərvər kazak güşərgəsi, yaxt-klub, "Şer-Xov-Azov" restoran-otel, uşaq-idman bazası yerləşir. Bura Kollontaevsi xiyabanının davamını təşkil edir. == Əhəmiyyəti == Azov şəhərində rekreasiya zonası daim yenilənir. Bu yaxınlara qədər qamış basmış və boş ərazilərdə hazırda istirahət obtektləri yerləşir. Bunlar arasında "Şer-Xov-Azov" restoran-oteli və yaxt-klubu göstərmək olar. Çayın sağ tərəfində Məbəd mövcuddur. Bir qədər aralıda isə Dini-vətənpərvər kazak güşərgəsi qərarlaşır. Burada uşaqlar kazak həyatı, dini görüşlərlə tanış ola bilərlər.
Krım körpüsü
Krım körpüsü və ya Kerç körpüsü — Kerç boğazından keçən transport körpüsü. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan (A-290) və dəmiryol xəttindən ibarətdir. Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur.Ancaq nəzərə almaq lazımdır ki, körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir. Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəldi. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi.
Kükü körpüsü
Kükü körpüsü — Şahbuz rayonu ərazisində körpü. == Ümumi məlumat == Şahbuz-Kükü avtomobil yolunun 14 kilometrliyində Küküçay üzərindədir. Uzunluğu 20 paqonometrdir. Kükü körpüsünün inşa edilib istifadəyə verilməsi nəticəsində (1967) Ayrınc, Qızıl Qışlaq və Güney Qışlaq, Kükü kəndlərinin rayon mərkəzi, həmçinin magistral avtomobil yolu vasitəsilə Naxçıvan şəhəri ilə əlaqəsi təmin edilmişdir.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü.
Laləzar körpüsü
Laləzar körpüsü – Qubadlı rayonunun Əliquluuşağı kəndində yerləşən tarixi memarlıq abidəsi. == Abidə haqqında == Laləzar körpüsünün tikilmə tarixi 1867-ci il götürülür. Lakin bəzi mənbələr körpünün daha əvvəl, XVIII əsrdə tikildiyini bildirirlər. Bərgüşad çayı üzərində salınmış abidə bir tağlı olub alt hissəsi oval, yuxarı hissəsi düz formalıdır. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilmişdir. Laləzar körpüsünün eni 2,8 metr, su səthindən hündürlüyü 4,5 metrdir. XX əsrin birinci yarısında yaşayan yaşlı ağsaqqalların körpünün tikilməsi barədə danışdıqlarına görə, Laləzar adlı şəxsin atası Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndindən olan bəydən baha qiymətə bağ sahəsi alır. Kəndin 2000 m-liyində olan bağ sahəsi satılandan sonra həmin bağla birlikdə 1000 ha-dan artıq böyük ərazi ermənilərin əlinə keçir.Xoca Simonun (Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin "Yazı düzü"ndə Xocanın varidatını alıb yoxsullara paylaması səhnəsinə rast gəlinir) oğlu Laləzar XIX əsrdə körpünü tikdirir. Məqsəd aclıq və səfalət içərisində yaşayan Zəngəzurun erməni kəndlərini Azərbaycan meşələrinə qovuşdurmaq olmuşdur. Keçən əsrin ortalarında Xınzırək (Xındzoresk), Dığ (Tex) və başqa erməni kəndlərinin qənşərindəki dağ yamacından camaat arasında "Erməni yolu" adlanan yol ilə ermənilər dəstə-dəstə odun, kömür və meşə materialları daşıyardılar.
Liduvenay körpüsü
Liduvenay körpüsü (lit. Lyduvėnų tiltas) — Litva, Kaunas qəzasının Liduvenay kəndində yerləşən Dubısa çayı vadisi üzərindəki dəmir yolu körpüsü. Radvilişkis-Paqeqyay dəmir yolu xəttinin bir hissəsidir. Litvada ən uzun (599 m) və ən hündür (42 m) körpüdür. Körpü dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kod 2288). == Tarix == Körpü Birinci Dünya müharibəsi zamanı alman hərbçiləri tərəfindən tikilib. Tikinti alman ordusunun 2000 nəfərdən ibarət iki hərbi bölüyü tərəfindən tikilmişdir. 1915-ci ilin sentyabrında işlərə başlanılır, 20 iyun 1916-cı ildə körpünün tikintisi başa çatır. Körpü Pol fon Hindenburqun şərəfinə adlandırılmışdır. Taxta körpünün uzunluğu 670 m, hündürlüyü 42 m olur.
London körpüsü
London körpüsü (ing. London Bridge) — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir. == Tarixi == Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir. Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir. Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur.
Ləkətağ körpüsü
Ləkətağ körpüsü — Culfa rayonunun Ləkətağ kəndində, Əlincə çayının üzərində orta əsrlərə aid memarlıq abidəsi. Körpü Əlincə çayının sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ ilə əlaqələndirmək məqsədilə inşa olunmuşdur. == Tarixi == Körpü XVI–XVII əsrlərdə, Səfəvilər tərəfindən inşa edilmişdir. == Tədqiqi və xüsusiyyətləri == 1991-ci ildə AMEA Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə işləyərkən körpünün ölçülərini və fotosunu götürmüşdür. Körpü tağvari formada olub, müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülmüşdür. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilmişdir. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir.
Mahmudoba körpüsü
Mahmudoba körpüsü — Şahbuz rayonu ərazisində, Şahbuz-Nursu avtomobil yolunun 4 kilometrliyində, Nursu çayı üzərində körpü. == Ümumi məlumat == Mahmudoba körpüsünün 1997-ci ildə istifadəyə verilməsi nəticəsində Nursu, Mahmudoba, Qarababa kəndlərinin rayon mərkəzi, həmçinin magistral avtomobil yolu ilə əlaqəsi təmin edlmişdir.
Mazi körpüsü
Mazi körpüsü — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kəndindən 0,5 km cənub-qərbdə yerləşən, Qoşqarçay üzərindən keçən tarixi piyada körpüsü. Körpü XII–XIII əsrlərə aiddir. Bu, XIX əsrin sonlarında dağıdılmışdır. Məlumdur ki, 1988-ci ilə qədər Qoşqarçayın hər iki sahilində hələ də körpü dayaqları mövcud olmuşdur. Mazi körpüsü 10,15 metr, keçid uzunluğu 3 metr olan daş tağlı körpüdür. Körpünün bünövrəsi altında yerləşən qaya tamamilə açıqdır və çay qayanın arasından keçərək məcrasını təxminən 10 metr dərinləşdirmişdir.
Mes körpüsü
Mes körpüsü (alb. Ura e Mesit) Albaniyada Şkoderin 5 km şimal-şərqində, Mes kəndində yerləşən körpü. Ölkənin önəmli turistik yerlərindən biridir. Körpü 1770-ci illərdə Qara Mahmud paşa tərəfindən tikdirlmişdir. Körpü Kir çayının iki sahilini birləşdirir.
Metexi körpüsü
Metexi körpüsü (gürc. მეტეხის ხიდი) – Tbilisi şəhərində Kür çayı üzərində yerləşən və Qədim Tbilisi və Metexi rayonlarını birləşdirən körpüdür. Körpü şəhərin ən qədim keçididir. Körpü Vaxtanq Qorqasalı və Avropa meydanlarını birləşdirir. Körpü yaxınlığında Metexi kilsəsi, Rike parkı və çar Vaxtanq Qorqasalı heykəli yerləşir. Axın boyunca yuxarıda Sülh körpüsü, aşağıda isə 300 araqvinli körpüsü (Ortaçal SES-in bəndi üzərində) yerləşir. Belə hesab edilir ki Metexi dərəsi üzərindən keçid, şəhərin salınması dövründən mövcud olmuşdur. Tbilisi haqqında məlumat verən bir çox mənbələrdə körpü qeyd edilir həmçinin şəhərin Vaxtuşi Baqrationi tərəfindən 1735-ci ildə tərtib edilmiş ilk planında da körpü göstərilmişdir. Bu ərazidə yerləşən körpü, uzun əsrlər boyunca şəhərin iki hissəsini birləşdirən yeganə keçid olmuşdur. Strateji əhəmiyyət daşıdığına görə, körpü dəfələrlə həm şəhər uğrunda döyüşlər zamanı yadelli işğalçılar, həm də şəhəri müdafiə etməyə çalışan yerli əhali tərəfindən dağıdılmışdır.
Misis körpüsü
Misis körpüsü — Ceyhan çayı üzərində, Adananın Yürəgir ilçəsinin Misis bölgəsində yerləşən tarixi körpü. IV əsrdə Roma İmperatoru II Flavius Julius Costantinus tərəfindən tikdirilmişdir. VI əsrin ortalarında Bizans İmperatoru Justinianus tərəfindən təmir edilmşidir. Doqquz hissəli olaraq inşa edilmişdir. Köhnə Adana-Hələb yolu buradan keçirdi. Anadolunun ilk Roma körpüsü kimi tanınır. Səlcuqilər Bizanslılar və Səlibçilər arasında döyüşlərə səhnə olan əfsanəvi şəhər Misis adını daşıyan körpü, Ramazanoğlu bəyliyi və Osmanlı dövründə şiddətli zəlzələlərlə ziyan dəymiş, amma buna baxmayaraq bu günümüzə qədər qalan memarlıq abidələrindən biridir. Körpü haqqında söylənilən əfsanələrdən biri olan Loğman Həkimin ölümsüzlük dərmanını tapdığı və bu dərmanı yazdığı kağızı Misis Körpüsündə əlindən uçmasıdır. Günümüzdə insanları üzərində daşımağa davam edən körpü, 1998-ci ildə yenidən bərpa edilmişdir. Körpü hələ də təsirli bir şəkildə istifadə edilir.
Körpüçay
Körpüçay (türk. Köprüçay) — Türkiyənin Antalya əyalətindən axan çay. == Ətraflı məlumat == Körpüçay Türkiyə Respublikasının İsparta əyalətində Tavr dağlarından başlayıb dar və dərin kanyonlarla Serik düzənliyindən keçərək Aralıq dənizinə tökülür. Çay karst suları ilə qidalanır. Çayın aşağı axarında Qocadərə və Sağırı dərələri var. Əvvəlcə geniş vadidə axan su Bolhasan kəndindən dar kanyona daxil olur. Selik düzənliyinə və ordanda Aralıq dənizinə tərəf istiqamətlənir. Çayın üzərində 96 MW gücünə malik Beşqonaq II Hidroelektrik stansiyası quraşdırılıb. Çayın Bolasan kəndi və Beşqonaq ərazisindən yerləşən hissəsində Körpülü Kanyon Milli Parkı təşkil edilib. Bu park əhəmiyyətli rafting mərkəzlərindən biridir.