Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir.Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir.Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir. == Əlamətləri == Körpücük sümüyünün sınıqlarında əmələ gələn əlamətlər bunlardır: ağrı; şişkinlik; körpücük sümüyünün deformasiyası; hərəkətlərin məhdudlaşması və ağrılı olması; əlin çiyindən yuxarı qalxmaması; == İlk tibbi yardım == Qoltuqaltı nahiyəyə 5–7 sm ölçüsündə parça yastıqca qoyulur. Sonra enli bint ilə əli, dirsək oynağı ilə birlikdə, bədənə kip bintləyirlər.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Körpücükaltı vena
== İstinadlar ==
Körpülü
Aşağı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Acıçay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Ada körpüsü
Ada körpüsü (serb. Мост на Ади) ― Sebiyanın paytaxtı Belqrad şəhərində, Sava çayı üzərində körpü. Körpü Çukaritsa və Yeni Belqrad bələdiyyələrini birləşdirən Ada Siqanliya adasının ucundan keçir. Körpü dirəyi, böyük miqdarda betonla möhkəmləndirilmiş və daha möhkəm təməl yaratmaq üçün bir qədər böyüdülmüş adanın ucunda yerləşir. İnşaat 2008-ci ildə başlamış və körpü 1 yanvar 2012-ci ildə açışmışdır. Bitişik yolların inşası isə 2013-cü ildə başa çatdırılmışdır. Körpü dizayn elan edildikdən dərhal sonra həm peşəkarlar, həm də siyasətçilər iki hissəyə bölündü: onların bir qismi körpünün bütün Belqrad körpülərinin ən gözəli və ən funksionalı olduğunu iddia edərkən, digərləri körpünü çox bahalı və lazımsız bir meqalomaniakal olaraq adlandırdı. Hələ 2012-ci ildə açıldığı gündən bu yana körpü şəhərin simvollarından biri və "musiqi kliplərində və filmlərdə əsas dekor" olmuşdur. Ada körpüsü "paytaxtı ən çox təmsil edən körpü" adlandırılır. == Yer == Ada körpüsü şəhər daxilində Sava çayı üzərində yerləşən ən çox istifadə olunan körpüdür.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Aksay körpüsü
Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir. == Adlanması == Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır.
Ani körpüsü
Ani körpüsü (və ya İpək Yolu körpüsü) — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidə. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir. Bəzi mütəxəssislər abidəni X–XI əsrlərə aidb edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII–XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir. Körpü tək aşırımlı olmuşdur və həmin aşırım da çökmüşdür. Körpüdən dövrümüzə iki dayaq hissə — ayaqlar qalmışdır ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisindədir.
Arktika körpüsü
Arktika körpüsü — Şimal Buzlu okean və Atlantik okeanın şimal hissəsəsindən keçən movsümü dəniz yolu. Bu yol dəniz vastəsi ilə Kanada və Rusiyanı bir-birinə birləşdirir. Dəniz yolu Rusiyanın Murmansk (Kola körfəzi) limanından başlayır və Kanadanın Çörçill limanında (Hudzon körfəzi) bitir. Çörçil limanı Kanadanın şimalında yerləşir. Üstəlik dəmiryolu və hava nəqliyyatı vastəsi ilə ölkənin digər əraziləri ilə əlaqələnir. Bu liman Kandananın son dəmir yolu stansiyası olmaqla həm də Kanada prerilərindən toplanan buğdanın Avropa bazarına çıxışın əsas qapısı rolunu oynayır. Murmansk dəniz limanı isə Sankt-Peterburq və Avropanın digər hissələri ilə Oktyabrsk dəmir yolları vastəsi ilə birləşir. Murmansk limanı həm də onu Rusiyanın digər ərazilərini birləşdirən «Kola» avtomagistralının son duracağıdır. Rusiya Arktika körpüsünün inkişaf etdirilməsində maraqlıdır. İnkişaf edəcəyi halda Avroöpa və Şimali Amerika arasında (Şimal dəniz yolu ilə birlkdə) əsas ticarət yollarından birinə çevrilə bilər.
Atatürk körpüsü
Atatürk körpüsü — ilk olaraq tikiləndə əsl adı Mahmudiyə körpüsü olmuş, sonralar Unkapanı körpüsü və Karaköy-Eminönü körpüsü olaraq da adlandırılmışdır. Körpüdə keçidlər pulsuz olduğu üçün xalq Hayratiye körpüsü adını vermişdir.İstanbulda tarixi yarımadanı Bəyoğlu yaxasına birləşdirən bir körpüdür. Fatih ilçəsinə bağlı Unkapanı Kiçikkbazar bölgəsi ilə Bəyoğlu ilçəsinə bağlı Azapqapı səmtlərini bir-birinə bağlayır. Aksaray səmtindən başlayaraq Unkapanına gələn Atatürk bulvarının davamı deməkdir. == Tarixi == Körpü 1836-cı ildə Sultan II Mahmudun (1808-1839) əmrilə kapitanı dərya Fevzi Əhməd Paşa tərəfindən tərsanədə tikilib. Körpü 1836-cı ildə tamamlandı və açılışını şəxsən Sultan II Mahmud körpüyə at üzərində keçərək edib. Körpünün uzunluğu təxmini olaraq 400 mt, eni isə 10 mt olmuşdur. Körpünün ortası lazım olanda böyük gəmilərin keçməsi üçün açılırdı. XIX əsrin sonlarında Körfəzdə yerləşən körpülərin dəyişdirilməsi gündəmə gəlmiş və burada dəmir bir körpü keçirilməsi ideyası ön plana çıxmışdır. Bu barədə xarici şirkətlərlə danışıqlar aparılmışdır.
Aza körpüsü
Aza körpüsü — Ordubad rayonunun Aşağı Aza kəndində yerləşən qədim körpü. == Tarixi == Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587–1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir.
Ağa körpüsü
Ağa körpüsü - Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə olan körpü. == Tarixi == İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda “mərhəmət carçısı” kimi tanınan Gövhər ağa xalqın bu vacib ehtiyacını təmin etmək üçün kəsə, at və araba yolu keçən və Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə öz hesabına körpü tikdirdi. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə inşa edilmişdir. Çox çəkmədən həmin körpü Şuşa ilə şimal şəhərləri arasında əlaqə yaradan nəqliyyat yoluna, yalnız ticarət karvanlarının yox, eyni zamanda, böyük insan kütlələrinin hərəkət etdiyi məntəqəyə çevrilmişdi. Bu möhtəşəm körpü sonralar el arasında onu tikdirənin adı ilə “Ağa körpüsü” kimi məşhurlaşmışdı. Xəlifəli çayının su səviyyəsi və onun genişlənən yatağındakı iri qayalıq sahələrin çox olması körpünün tikintisi üçün əlverişli idi. İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş bu körpü həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri sayıla bilər. Körpü tikilərkən dayaqlarının möhkəmliyinə xüsusi fikir verilmiş, tam təbii şəraitlə üzvi surətdə əlaqələndirilmiş, dayaqları süni özül üzərində yox, çayın axarındakı qayaların üzərində salınmış və çayın su səviyyəsi, daşqın ehtimalı da nəzərə alınmışdı. Digər körpülərlə eyni üslub yaxınlığına malik olan “Ağa körpüsü” Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir, yerli bənna və inşaatçıların yüksək mühəndislik qabiliyyətinin bariz nümunəsi kimi nəzərə çarpır. “Ağa körpüsü”nü Gövhər ağa və daha sonralar onun qardaşı qızı Xurşidbanu Natəvan dəfələrlə təmir etdirmişdir.
Aşağı Körpülü
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır. Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Baluarte körpüsü
Baluarte körpüsü — dünyanın ən hündür körpüsü, Meksikanın ən sərt ərazilərindən keçən yeni magistral yolun bir hissəsidir. Hündürlüyü 403 metr olan Baluarte körpüsün Meksikanın şimalında Sierra Madre dağlarında yerləşir. Körpünün açılış mərasimi 5 yanvar 2012-ci ildə olmuşdur. Açılış mərasimində Meksika prezidenti Felipe Kalderon və həmçinin, Ginnes Rekordlar Kitabının rəsmiləri də iştirak etmişlər.
Barataşvili körpüsü
Barataşvili körpüsü (gürc. ბარათაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Avlabari rayonunu Qədim Tbilisi ilə birləşdirir. 1960-cı illərin arxitekturasına uyğundur. == Yerləşir == Körpü Barataşvili küçəsinin girəcəyində yerləşir. Körpüdən Tbilisi Beynəlxalq Hava Limanına qısa yol keçir. Körpüdən yuxarı axar boyunca Saarbuken, aşağı axar üzrə isə Sülh körpüləri yerləşir. Körpü yaxınlığında Gürcüstan Mərasim Sarayı yerləşir. == Adı == İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Murxan körpüsü adlanırdı. Bu hissədə knyaz Baqration-Murxanskiyə məxsus saray olmuşdur.
Baykovski körpüsü
Baykovski körpüsü — Rostov-na-Donu şəhərində 1864-cü ildə inşa edilən edilən körpü. Körpü Qeneralnaya axarı üzərində inşa edilmişdi. Körpü öz adını o zaman şəhər rəhbəri olmuş Andrey Matveeviç Baykovun adından almışdır. Qalıqları günümüzə gəlib çatmamışdır. == Tarixi == Tarixi Baykovski körpüsünün inşasına 1840-cı ildə bsşlanılmışdır. Bu zaman şəhər rəhbəri Andrey Romanoviç Yaşenko Qeneralnaya axarı üzərindən körpünü inşa etməyi qərara alır. Bu körpüyə ehtiyac əsasən pis havalarda yaranırdı.. Xüsusi ilə Rostov yarmarkası zamanı ehtiyac daha çox duyulurdu. Axarın digər hissəsinə keçmək provlem yaradırdı, üstəlik əşyaları digər hissəyə keçirmək olduqca çətin idi. Şəhər duması bu ehtiyacların ödənilməsi məqsədi ilə mövcud taxta körpünün yerinə daş körpünün inşasını qərara alır.
Bağırov körpüsü
Bağırov körpüsü — Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir. Körpünün yuxarısında "Ericsson" markasının posteri olduğu üçün bir vaxtlar "Ericsson" adı ilə də adlanırdı. == Tarixi == Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur. == Təmiri == === Yenidən qurulması === 2008-ci ildə "Bağırov" körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.
Behrud körpüsü
Behrud körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndi yaxınlığında yerləşən tarixi-memarlıq abidəsi. Üç aşırımlı, uzunluğu 10 paqonmetr olan Behrud körpüsü Gilançay üzərindədir. Körpünün XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud körpüsü inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır. Körpü 1996-cı ildə yenidən qurulmuş, bununla da Ordubad rayonunun Parağa-Tivi-Nəsirvaz kəndləri arasında əlaqələr bərpa olunmuşdur.
Beska körpüsü
Beska körpüsü (serb. Мост код Бешке /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir. == Görünüşü == Əvvəlcə körpü memar Branko Zezeljin (serb. Branko Žeželj) layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi.
Biləv körpüsü
Biləv körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndinin cənub tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Körpü Gilançay üzərində orta əsrlərdə inşa edilmişdir. Kəndin adı ilə adlandırılan körpü zəmanəmizədək yarımuçıq vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Qalıqlarına əsasən məlum olur ki, körpünün uzunluğu təxminən 60 metr, eni 3,3–3,8 metr, hündürlüyü 7–8 metr olmuşdur. Körpünün qərb tağının qurtaracağı, üzərində cüzi hörgü işi aparılmış sal qayanın üzərində oturmuşdur. Bəzi müəlliflər körpünün 3 tağlı olmasını yazsa da, hazırda bir tərəfi-şərq tağı salamat qalan körpünün uzunluğuna əsasən onun 4 və ya 5 aşırımlı olduğunu söyləmək olar. Körpünün yan divarları ən azı bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli daşlardan- andezit — bazaltlardan , tuflu qumdaşlarından və s. kirəclə (əhəngdən və qumdan hazırlanmış qatı palçıqla) tikilmiş, divarlararası içəri hissəsi isə bol daşlı, çınqıllı, qumlu sementlənmiş materialdan təşkil olunmuşdur. Sonrakı təmir və bərpa işləri isə, körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmuş, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunmuşdur.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
Boğaziçi körpüsü
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi. Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı. == Körpünün tikintisi == Dövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu.
Bruklin körpüsü
Bruklin körpüsü (ing. Brooklyn) — 1883-cü ildə Nyu-Yorkda Röblinq tərəfindən salınmış ən qədim asılqan körpülərdəndir. O, Nyu-York sitidə İst River çayının üzərindən keçərək şəhərin Manhetten və Bruklin ərazilərini birləşdirir. Tikildiyi dövrdə Bruklin körpüsü dünyanın ən böyük körpüsü idi. Bu körpü o dövrdə mövcud olan bütün körpüləri uzunluğu və eninə görə 50% keçmişdir. Tikildəndən sonra o tezliklə Nyu-York üçün əzəmət rəmzinə çevrilərək "gözəl həyatı" simvolizə edirdi. Bruklin körpüsü alman əsilli arxirektor Cohn Avqust Röbling tərəfindən layihələndiirlmişdir. Tikintiyə başlayndan az sonra bir qəza nəticəsində Röbling xəsarət alır və üç həftə sonra vəfat edir. Bundan sonra layihənin rəhbərliyini onun oğlu mühəndis Vaşinqton Röbling davat etdirir. O atasının 1867-ci ildə başladığı körpünü tikib başa çatdırır.
Cavanşir körpüsü
Cavanşir körpüsü (əvvəlki adı:Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. == Tarixi == “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib.
Culfa körpüsü
Culfa körpüsü — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi. == Ümumi məlumat == Culfa körpüsü Əlincəçayın (Arazın qolu) üzərində salınmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə tədqiqat işləri apararkən (1991) körpünün ölçüləri və fotosu götürülmüşdür.Körpü tacvarı formada olub müxtəlif həcmli çay və dağ daşlarından tikilmişdir. Tağı kənarlarda yonulmuş ağ daşdan, ortada isə çaydaşıdan hörülmüşdür. Çayın yatağından 1.5 metr hündürlükdə olan qaya üzərində tikilmiş körpü hər iki tərəfdən hündürlüyü 0.8 metr olan özül üzərində inşa edilmişdir. Körpünün eni aşağı hissədə 7 metr, hündürlüyü daş özülə qədər 5 metr, çaya qədər 6.5 metrdir. Tikinti texnikasına görə körpünün 16-17-ci əsrlərdə salındığı ehtimal edilir. Culfa körpüsü 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur.
Körpüçay
Körpüçay (türk. Köprüçay) — Türkiyənin Antalya əyalətindən axan çay. == Ətraflı məlumat == Körpüçay Türkiyə Respublikasının İsparta əyalətində Tavr dağlarından başlayıb dar və dərin kanyonlarla Serik düzənliyindən keçərək Aralıq dənizinə tökülür. Çay karst suları ilə qidalanır. Çayın aşağı axarında Qocadərə və Sağırı dərələri var. Əvvəlcə geniş vadidə axan su Bolhasan kəndindən dar kanyona daxil olur. Selik düzənliyinə və ordanda Aralıq dənizinə tərəf istiqamətlənir.Çayın üzərində 96 MW gücünə malik Beşqonaq II Hidroelektrik stansiyası quraşdırılıb. Çayın Bolasan kəndi və Beşqonaq ərazisindən yerləşən hissəsində Körpülü Kanyon Milli Parkı təşkil edilib. Bu park əhəmiyyətli rafting mərkəzlərindən biridir. == Tarixi == Körpüçay üzərində iki qədim körpü var.
Başqırd korpusu
Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə. == Formalaşması və tarixi == Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular: I Başqırd atıcı diviziyası (I, II, IV Başqırd atıcı diviziyaları) II Başqırd atıcı diviziyası (V, VI Başqırd atıcı və I, II Başqıdr süvari alayları).Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi. Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi. I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi: I Başqırd atıcı alayı - 800 nəfər II Başqırd atıcı alayı - 715 nəfər IV Başqırd atıcı alayı - 650 nəfər V Başqırd atıcı alayı - 720 nəfər VI Başqırd atıcı alayı - 650 nəfər I Başqırd süvari alayı - 540 nəfər II Başqırd süvari alayı - 1100 nəfər Başqırd ehtiyat alayı - 570 nəfər Xüsusi Userqansk süvari batalyonu - 210 nəfər Karvansaray komandası - 285 nəfər Komendant, qarovul, konvoy, etap, rabitə, istehkamçı əsgərlər və Başqırd hökumətinin yanında xüsusi komendant rotası - ümumi 6556 nəfər.1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.