Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuniyə
Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 102,2 min (2012). == Coğrafiyası == Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir. == Tarixi == Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir. == Memarlığı == Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları).
Kuniya Dayni
Kuniya Dayni (12 oktyabr 1944, Kobe) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib.
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, "dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz" mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə "Mən onu bilirəm ki, heç nə bilmirəm" deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Hüsniyə Məhərrəmova
Hüsniyə İkram qızı Məhərrəmova (30 sentyabr 1981, Bakı) — Azərbaycan teleaparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan şərhçisi və nümayəndə heyətinin rəhbəri. == Həyatı və fəaliyyəti == Hüsniyə Məhərrəmova 30 sentyabr 1981-ci ildə Bakıda anadan anadan olmuşdur. 1987–1998-ci illərdə Bakıda yerləşən 255 və 151 saylı orta məktəblərdə təhsil almışdır. O, orta məktəblə paralel musiqi məktəbində fortepiano şöbəsində də oxumuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aktyorluq fakültəsinə qəbul olmuş, 2003-cü ildə oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olaraq ikinci ali təhsilini almışdır. Eyni ildə "Sing Your Song" yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur. Eyni zamanda, musiqişünaslıq üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir. Təhsil aldığı illərdə Hüsniyə Məhərrəmova fəaliyyət istiqamətini dəyişmiş və televiziyaya müraciət etmişdir. 2005-ci ildə İctimai Televiziya açılarkən burada müsabiqədən keçmiş və bir neçə gün sonra ilk efirinə çıxmışdır. 2014-cü ilin may ayınadək o, burada prodüser, musiqili və əyləncəli verilişlər departamentinin direktor müavini və aparıcı işləmişdir.
Keniya Respublikası
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Keniya şillinqi
Keniya şillinqi — Keniyanın milli pul vahididir. Bir Keniya şillinqi 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KES-dir. Mübadilədə 1966-cı ilin 14 sentyabrından istifadə olunur. Hal-hazırda pul dövriyyəsində 2003-cü ildə buraxılmağa başlanmış 50, 100, 200, 500 və 1000 nominallı Keniya şillinqinə, 50 sent və 1, 5, 10, 20, 40 nominallı Keniya şillinqinə rast gəlmək olar. == Əsginaslar == Dövriyyədə müxtəlif buraxılış illərinin 50, 100, 200, 500 və 1000 nominallı əsginaslarını görmək olar. Köhnə buraxılış illərinin əsginasları da ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == == İstinadlar == == Xarici keçidlər == "Банкноты и монеты Кении на сайте Центрального банка" (ingilis). 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. "Фотографии кенийских монет".
Münirə Sultan
Münirə Sultan (9 dekabr 1844, Topqapı sarayı, Konstantinopol – 29 iyun 1862, Konstantinopol) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. 1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi. İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Keniya bayrağı
Keniya bayrağı, müasir forması ilə, birinci dəfə 12 dekabr 1963-cü ildə qaldırılmış və rəsmi olaraq istifadə olunmağa başlanmışdır. Bayraq qara, qırmızı və yaşıl rəngli üfüqi enli zolaqlardan və eyni zamanda da ağ rəngli üfüqi ensiz zolaqlardan ibarətdir. Bayrağın yuxarı hissəsində olan qara rəng ölkədəki qara xalqı, qırmızı rəng kolonializm və quldarlıq dövründə baş vermiş olan döyüşlərdə axıdılmış olan igidlərin qanını, yaşıl rəng isə ölkənin meşələrini və düzənliklərini simvolizə edir. Bu üç rəngi bir-birlərindən ayıran dar ağ zolaqlar isə qara xalqın keçmişi ilə gələcəyi arasında sülhü və həmçinin də xalqların arasındakı ittifaqı simvollaşdırır. Bayrağın tam olaraq mərkəzi hissəsində yerləşdirilən və Masai xalqının istifadə etmiş olduğu ənənəvi Masai qalxanı və onun arxasında çarpaz şəkildə yerləşdirilmiş və bir-birləri ilə kəsişən iki ədəd nizə isə xalqın öz azadlığını hifz etmək naminə mübarizəsini simvollaşdırır. == Tarixi bayraqlar == Tarix boyu bir çox dövlətlər tərəfindən işğala məruz qalmış olan və müstəmləkəyə çevrilən ölkədə müxtəlif vaxtlarda müxtəlif ölkələrin bayraqları dalğalanmışdır.
İsmail Həniyə
İsmail Həniyə (29 yanvar 1963, Əl-Şati[d], Qəzzə zolağı) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.
Keniya gerbi
Keniya gerbi Afrika ölkələrindən biri olan Keniya tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerbdə Masailərin ənənəvi döyüş aləti olaraq istifadə etdikləri qalxan və qalxanın arxasında diaqonal olaraq yerləşdirilmiş iki ədəd nizə vardır. Qalxanın daxili hissəsi Keniya bayrağının rənglərində olub, mərkəzi hissəsində isə ayağında balta tutan gümüşü xoruz təsviri vardır. Qalxanın hər tərəfindən də tutan qırmızı dilli iki aslan var. Arxa pəncələri üzərində qayalıq bir heykəlin üstündə dayanan şirlər ön pəncələrindən biri ilə qalxanı, digəri ilə isə nizəni tuturlar. Aşağı hissədə yerləşən qayalıq heykəlin əsas hissəsində isə, Keniyada olan yerli bitki və meyvələrdən qəhvə bitkisi, çay bitkisi, piretrum, sizal aqavası, qarğıdalı və ananas təsviri vardır. Gerbin ən aşağı hissəsində yerləşən şüar lentində isə ingilis dili ilə yanaşı ölkənin rəsmi dili olan suahili dilində də Bərabər işləyək! (Harambee) yazılmışdır. Gerbdəki rənglər eyni ilə Keniya bayrağında olan mənaları ifadə edir: qara rəng Keniya xalqını, qırmızı rəng müstəmləkə dövründə müstəqillik naminə tökülən qanları, yaşıl rəng təbii bitki örtüyünü, meşələri və düzənlikləri, ağ rəng isə xalqların sülh şəraitində yaşamasını simvollaşdırır. Qalxanın daxili hissəsində yerləşdirilmiş olan xoruz təsviri eyni zamanda ölkədəki Keniya Afrika Milli İttifaqı (KANU) partiyasının da simvoludur və eyni zamanda xoşbəxt gələcəyə olan inamı ifadə edir.
İsmail Haniyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
İsmayıl Haniyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
İsmayıl Həniyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Keniya muzeylərinin siyahısı
Bu məqaləyə Keniya muzeylərinin siyahısı daxil edilmişdir. Keniyadakı milli və əyalət muzeylərinin bir çoxu Keniya Milli Muzeyləri (NMK) tərəfindən yaradılmışdır. == Muzeylər == Abasuba İctimaiyyət Sülh Muzeyi, Mfanqano adası. Aeumbu İctimaiyyət Sülh Muzeyi, Embu yaxınlığında. Afrikan İrsi Panafrika Qalereyası, Nayrobi. Afrika İrsi Evi, Nayrobi Milli Parkında. Avqust 7-ci Memorial Parkı, Nayrobi. Akamba İctimaiyyət Sülh Muzeyi, Maçakos yaxınlığında. Keniya Boması Keniya İctimaiyyət Muzeyləri Fort Xesus Muzeyi, Mombasa Qarissa Muzeyi Gede Milli Abidəsi Hiraks Hill Site Muzeyi Cumba la Mtvana Kabarnet Muzeyi Kapenquria Muzeyi Karen Bliken Muzeyi, Nayrobi yaxınlığında Kariandusi Tarixdən Əvvəlki dövr Muzeyi Kenya Milli Arxivi, Nayrobi. Kenyatta Evi Kisumu Muzeyi Kitale Muzeyi Koobi Fora Tarixdən Əvvəlki dövr Muzeyi Krapf Xatirə Muzeyi Lamu Muzeyi Lari Xatirə Sülh Muzeyi, Kiambu Rayonu.
Keniya Əmək Federasiyası
Keniya Əmək Federasiyası və ya qısaca KƏF (ing. Kenya Federation of Labor) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. == Tarixi == Keniyada həmkarlar ittifaqları İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır. Bir sıra təşkilatlar bu istiqamətdə bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra, 1952-ci ildə birləşərək Keniya Həmkarlar İttifaqları Federasiyasını yaradırlar. Təşkilatın rəhbəri o illərdə ölkənin həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən Aqrey Minya seçilir. 1955-ci ildə təşkilatın adı dəyişdirilərək Keniya Əmək Federasiyası adlanır. Ölkədə siyasi vəziyyət çox gərgin olduğu 1963-cü ildə daxili qalmaqallar çevrilişə gətirib çıxardır. Ölkədə bütün idarələr dağıldığı halda, yalnız KƏF salamat qalaraq, işçilər qarşısında vəzifəsini tam olaraq yerinə yetirirdi. Hətta deyilənlərə görə, Keniyada daxili qarışıqlığın sakitləşməsində və hökumətin fəaliyyətinin yenidən bərpa olunmasında federasiyanın böyük rolu olub. Bundan sonra federasiyanın nüfuzu daha da artır.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
Raniyə əl-Abdullah
Raniyə əl-Abdullah (31 avqust 1970[…], Küveyt) — İordaniya kraliçası, İordaniya kralı II Abdullahın arvadı.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səniyə xanım Sultan
Səniyə xanım Sultan (4 oktyabr 1843, Konstantinopol – 1913) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Səniyə xanım Sultan 4 oktyabr 1843-cü ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 7 yaşında ikən anası vəfat etdi və bacısı Fəridə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. 1860-cı ildə Səniyə xanım Mustafa Nuri Paşanın oğlu Hüseyn Hüsnü Paşayla nigahlandı və yeni ailəsiylə birlikdə Fəriyə sarayında yaşamağa davam etdi. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Səniyə xanım bacısını da yanına alaraq ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il bacısı Fəridə xanım Sultan Mahmud Nədim Paşayla evləndirildi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1899-cu ildə ərinin vəfatıyla dul qalan Səniyə xanımın bu nigahdan övladı olmadı və bir daha evlənmədi.
Səniyə İnşirah Qadınəfəndi
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Hüriyə Öniz Baha
Hüriye Öniz Baha (1887, Konstantinopol – 2 noyabr 1950, İstanbul) ― türk pedaqoq, yazıçı və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Diyarbəkir seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Baha Türkiyənin cümhuriyyət dövrü uşaq ədəbiyyatının ilk orijinal nümunələrindən olan Köprüaltı uşaqları adlı uşaq romanının müəllifidir. == Erkən həyatı == Hüriye Baha 1887-ci ildə İstanbulda anadan olub. Atası Bahəddin bəy, anası Ayşə xanımdır. İbtidai və orta təhsilini Leyli sənaye məktəbində başa vurduqdan sonra özəl təhsil almışdır. O, bir müddət Bursa Amerikan Qız Kollecində türk dili müəllimi işlədikdən sonra London Universitetinin qadın şöbəsi olan Bedford Kollecində pedaqogika təhsili alıb. Hayrəttin bəylə evlənmiş və bir uşağı olmuşdur. İngilis və yunan dillərini bilirdi. == Pedaqoloji fəaliyyəti == O , İstanbul qız müəllim məktəbində və İstanbul İnas liseyində dərs keçib, Balkan müharibəsindən sonra mühacirlər üçün açılmış kurslarda mühazirə oxumuş, müxtəlif xeyriyyə işlərində iştirak etmiş, Hilal-i Ahmer cəmiyyətinin açdığı kursa gedərək könüllü xəstə baxıcısı olmuşdur.
Kumite
Kumite (yap. 組手, kəlmə mənası "əllər ilə mübarizə") — kata və kihonla birlikdə karate təliminin üç əsas hissəsindən biridir. Kumite şəxsin kihon və katadan öyrəndiyi üsullardan istifadə edərək rəqibə qarşı məşqdə istifadə etdiyi fəndlərdən ibarət olan karatenin bir hissəsidir. Kumite müəyyən bir texnikanı və ya bir bacarığı inkişaf etdirmək üçün istifadə edilə (məsələn, rəqiblə olan məsafəni təsirli şəkildə təyin etmək və tənzimləmək) və ya rəqabətdə edilə bilər.
Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. == Elmi işləri == Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Mumiyə
Mumiyo — tünd-qəhvəyi rəngli plastik maddə. Tərkibinə mineral maddələr (Ca, Mg, Na, Fe, Cr, Pb və b.- 20-dən çox element), həmçinin bərk parafinli karbohidrogenlər, zülallar, karbohidratlar, amin turşuları, alifatik turşular, spirtlər və b. daxildir. Ekstraktın üzvi hissəsinin kimyəvi tərkibi (~50% C və 10% H) mumiyo neft mənşəli olmasını göstərir. Püskürmə, metamorfik və çöküntü süxurlarda (proterozoydan dördüncü dövrədək) Orta Asiya, Tuva, Baykalətrafı, Qafqaz və b. rayonlarda rast gəlinir. Tibbdə istifadə edilir. Sinonim: Dağyağı, Daşyağı. Mumiyanın kimyəvi və spektrial tədqiqatları göstərmişdir ki, onun tərkibi mikroelementlərlə (xüsusən silisium, alüminium, dəmir, kalsium, maqnezium, manqan, kobalt, qurğuşun, titan, nikel), həmçinin aminturşular və yağ turşuları ilə zəngindir. Aparılan tədqiqatlar mumiyanın yaranma təbiəti haqqında müəyyən məlumatlar əldə etməyə imkan verdi.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Konye
Konye (fr. Cognet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38116. Kommunanın 1999-cu il üçün əhalisi 36 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 491 ilə 920 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. Alberto Alesina and Enrico Spolaore. 2003.
Entoni Kumiya
Anthony Cumia (ing. Anthony Cumia; 26 aprel 1961) — aktyor, "Oskar" mükafatı laureatı.
Fumimaro Konoye
Fumimaro Konoe (近衞 文麿 Konoe Fumimaro, 12 oktyabr 1891[…], Kodzimati-ku[d] – 16 dekabr 1945[…]) — Şahzadə, yapon siyasətçi, Yaponiyanın 34-cü (4 iyun, 1937–5 yanvar, 1939), 38-ci (2 iyul, 1940–18 iyul, 1941) və 39-cu (18 iyul, 1941–18 oktyabr, 1941) baş naziri. == Həyatı == Məşhur Fudzivara nəslindən olan Fumimaro Konoe 12 oktyabr, 1891-ci ildə Kiotoda doğulmuş, XIX–XX əsrlərdə ölkənin taleyini həll edən, Yaponiyada ən nüfuzlu ailələrdən birinin böyük oğlu olmuşdur. Qeyd etmək maraqlıdır ki, çox mühüm dövlət vəzifələrinə sahib olmuş atası Yaponiyanın digər Asiya dövlətləri ilə sıx əməkdaşlığın vacibliyini önə çəkirdi. O, SSRİ ilə möhkəm siyasi münasibətlərin tərəfdarı idi. Konoe Çin və Koreyaya yönəlik və Rusiya, Amerika və İngiltərənin maraqları ilə toqquşan yapon ekspansiyası mühitində tərbiyə alıb. İqtisadi ekspansiya hərbi təzyiqlə dəstəklənirdi. Bütün bunlar Yaponiyanın fövqəladəliyinin təbliğatı, Yaponiya imperiyasının böyüklüyü, həyat məkanının istilasının və sərhədlərin genişlənməsinin davamının zəruriliyi ilə qızışdınlırdı. 1905-1907-ci illər Rusiya-Yaponiya müharibəsini Konoe 14 yaşlı yeniyetmə olaraq qarşıladı, Yaponiyanı faktiki olaraq böyük dövlətə çevirən qələbəni isə artıq 16 yaşlı gənc kimi qeyd etdi. Bütün həmyaşıdları kimi o, yapon ordusunun qələbələrinə valeh olaraq, ərazilərin qazanılmasını (Kuril adaları, Saxalinin cənub hissəsi) məmnuniyyətlə qəbul etdi, Böyük Britaniya, ABŞ, Hollandiya kimi Cənub-Şərqi Asiyada hökmranlıq edən dövlətlərə də müqavimət göstərməyin mümkünlüyünü anladı. Konoe həyatı boyu mühafizəkar milliyyətçi və qatı antikommunist olaraq qaldı.
Kukiya (Urmiya)
Kukiya (fars. كوكيا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 659 nəfər yaşayır (160 ailə).
Nuriyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var. Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Otto Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Quriyə (İcrud)
Quriyə (fars. قوريه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (40 ailə).
Ruqiyə Sultan
Ruqiyə Sultan (11 noyabr 1906, Konstantinopol – 20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi.
Kariye məscidi
Kariye məscidi — və ya əvvəllər Xilaskar Müqəddəs Hora Kilsəsi kimi tanınan məscid, qədim orta əsr yunan pravoslav kilsəsi. Edirnekapı rayonunda, hələ də dayanan Teodosiya Divarlarından təxminən yüz metr aralıda yerləşən bina Şərqi Roma İmperiyası dövründə böyük bir bina kompleksi olan Xoara monastırının mərkəzini təşkil edirdi. İstanbulun fəthindən sonra daha əlli səkkiz il kilsə kimi fəaliyyətini davam etdirdi. Mozaikaları ilə məşhur olan kilsə 1511-ci ildə məscid kimi istifadə olunmağa başlayıb. 1945-ci ildə milli abidə elan edilən bina 1948-ci ildə Nazirlər Sovetinin qərarı ilə Muzeylər İdarəsinə bağlı muzeyə çevrilib. Türkiyənin ən çox ziyarət edilən muzeylərindən biri olan Kariye, Danıştayın 2019-cu ildə qəbul etdiyi ləğv qərarı nəticəsində Prezident tərəfindən Diyanət İşləri Başçılığına təhvil verilmiş və bu muzeyin 2019-cu ildə olacağı bildirilsə də ibadət üçün açılmış, hələ də bərpa mərhələsindədir. Kariye bütün dünyada yaxşı qorunmuş mozaika və freskaları ilə tanınır. Kilsədən məscidə çevrildikdən sonra xristian simvolları, kitabələr, bütün freskalar və mozaikalar quruluşa zərər vermədən nazik bir boya və əhəng qatı ilə örtülmüş və beləliklə, günümüzə qədər gəlib çatmışdır. == Tarixi == Çora kilsəsinin 6-cı əsrə qədər uzanan tarixi var. Onun indiki forması Osmanlı dövründə və 20-ci əsrin ikinci yarısında apardığı təmirin nəticəsidir.