Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Kədkən
Kədkən — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Kədkən bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,166 nəfər və 840 ailədən ibarət idi.
Kensen
Kensen (fr. Quinssaines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Molyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03212. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 759 nəfər (15-64 yaş arasında) arasında 560 nəfər iqtisadi fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 70.6%). Fəal 560 nəfərdən 528 nəfər (280 kişi və 248 qadın) işləyir, 32 nəfər işsizdir (17 kişi və 15 qadın). 199 hərəkətsiz 38 nəfər arasında şagird və ya tələbə, 113 nəfər pensiyaçı, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Keşkek
Keşkek — Qərbi Anadolu, Trakya, Şərqi Anadolu və Orta Anadoluda gündəlik və toy mərasimlərində bişirilən yeməkdir. == Tərkibi == Əsasən keşkek yarma, buğda və ətdən hazırlanır. == UNESCO == 2011-ci ildə İndoneziyanın Balı bölgəsində keçirilən 6-cı UNESCO-nun iclasında keşkek Türkiyənin Maddi və mənəvi irsinə daxil edilmişdir. Bundan başqa Merzifon bələdiyyəsi Türk patent və makrası olaraq ona coğrafi məkan adınında əlavə edilməsini irəli sürdü. Beləliklə, 2015-ci ildə artıq keşkek deyil "Merzifon keşkek" i kimi ədəbiyyata daxil edildi. == Yayıldığı ərazilər == Keşkek yeməyi xüsusilə Amasya, Sivas, Manisa, Çanaqqala, Ədirnə, Keşan, Balıkəsir, Kandıra, Sinop, Tokat, Muş, Samsun, Ordu, Çankırı, Dənizli, İzmir, Uşak, Aydın, Muğla, Afyonqarahisar, Çorum, Yozğad, Karabük, Ağrı ve Antalya kimi şəhərlərdə bişirilir və yeyilir. Anadoluda xüsusən toylarda yemək bişirilir. == Bişirilmə qaydası == Toydan bir gün əvvəl buğda isladılır, toy günü qazanda qayandılaraq bişirilir. Qaynadılan buğda və ətlər qazanın içində əzilir ki, tamamilə həll olsun və bir-birinə qarışaraq bişsin. Aşbazlar onun tam həll olunaraq bişməsinə xüsusi nəzarət edirlər.
Məskən
Məskən – (Mestoobitaniye) – fərdin, populyasiyanın və ya növün yaşadığı yer və şəraiti mühit. Heyvanların məskəni bir neçə stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün, yemləmək üçün, yayılması üçün). Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə (fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi – hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir), məcmusundan ibarətdir.
Convallaria keiskei
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
Rhododendron keiskei
Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir. Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür.
Arif Kəskin
Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəsis. == Həyatı == Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur. == Təhsili == Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır. == Fəaliyyəti == Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəsis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
Erol Keskin
Erol Keskin (2 Mart 1927 – 1 Oktyabr 2016) — Hücumçu kimi çıxış etmiş Türkiyə futbolçusudur. 1948 Yay Olimpiya Oyunları və 1954 FİFA Dünya Kubokunda iştirak etmişdir. Keskin Fənərbaxça PFK və Adiköybey FK klublarında çıxış etmişdir.
Hanz Kelsen
Hanz Kelsen — Yəhudi mənşəli Avstriya-ABŞ hüquq filosofu
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Kəskin pankreatit
Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur. == Epidemiologiya == Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir. == Risk faktorları == KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri == Klinik Təsnifat == KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir.
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . == Səbəblər == Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) == Simptomlar == Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. === Ağrılar və anatomik bağlılığı === Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi. qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər. Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.
Kəskər döyüşü
Kəskər döyüşü 634-cü ildə kəskər bölgəsində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Sərxan Kəskin
Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi. 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür. 2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı. 2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı 2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı. 2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır. 2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.
Keskin Bayındır
Keskin Bayındır (1984, Batman ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Keskin Bayındır 1984-cü ildə Batman ilinin Sason ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Batmanda alıb. 2007-ci ildə İnönü Universiteti Təhsil Bölməsindən məzun olub. 2018-2019-cu illərdə HDP Məclis üzvü olub. 30 noyabr 2019-cu ildən Bölgələr Partiyasının (DBP) həmsədridir. 27 noyabr 2022-ci ildə “silahlı terror qrupuna üzv olmaq” ittihamı ilə həbs edilib, 22 mart 2023-cü ildə isə azadlığa buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Bölgələr Partiyasını təmsil edib. Evli və 2 uşaq atasıdır.
Kəskin peritonit
Peritonit — (lat. peritoneum periton yaxud qarın boşluğunu örtən seroz qişa + lat. -itis iltihabi göstərən şəkilçi) peritonun iltihabı, qarın boşluğunun iltihabı. == Səbəbləri == Peritonitin ən çox görülən səbəbi mədə-bağırsaq traktının qarın boşluğuna perforasiyasıdır(deşilməsi), buna görə mədə və ya bağırsaq tərkibi və mikroflorası, yəni mədə-bağırsaqların lümenində yaşayan bakteriyalar qarın boşluğuna daxil olur. Ancaq periton qıcıqlanmasının səbəbləri başqa amillər də ola bilər: yad cisim, öd kisəsi dəlinməsi yaxud qaraciyər yırtılması nəticəsində ödün peritona axması, dəlinmiş mədə xorasından mədə turşusu. Qadınlarda peritonit səbəblərindən biri də infeksiyalı uşaqlıq borusu və ya yumurtalıq kistasının partlaması ola bilər == Növləri == İltihabın qaynaqlarına görə peritonitlər bir neçə cür olur: İnfeksion (yoluxucu) birincili - bura qaraciyər xəstəlikləri və assit zamanı spontan bakterial peritonit və peritoneal dializ alan xəstələrdə əmələ gələ bilər. ikincili - qarın boşluğu orqanlarının zədələnməsi sonucu (dəlinməsi, yırtılması) üçüncülü - sürəkli və ya antibiotik müalicədən sonra qayıdan infeksiya nəticəsinda qarın boşluğu orqanlarının zədələnməsi olmadan əmələ gəlir. Qan yoluyla keçir, immun çatmamazlığı zamanı meydana gələ bilər. peritoneal absses infeksion mayenin fibrinli ekssudat, piylik və ya qonşu orqan tərəfindən kapsullaşması, bir qovuğa toplaşması nəticəsində törəyir. Qeyri-infeksion (steril, qeyri-yoluxucu) kimyəvi - qan, öd, kontrast maddəsi (barium sulfat) ya başqa qıcıqlandırıcıların peritona yayılması yaxud boşluqlu orqanın divariçindən gələn iltihabi qeyri-infeksion prosesin (məsələn, Kron xəstəliyi) peritona yayılması sonucu əmələ gəlir.
Kəskin xolangit
Xolangit (q.yun. χολή — öd və ἀγγεῖον — damar), ankioxolit — öd axacaqlarının iltihabı. Xəstəliyin səbəbi infeksiyanın limfadan, qan damarından, öd kisəsindən, bağırsaqdan öd axacaqlarıva düşməsi, öd kisəsinin xrovik iltihabı və s.-dən ibarətdir. Kəskin və xronik, kataral və irinli olur. == Əlamətləri == Həzm pozğunluqları, temperaturun yüksəlməsi, sarılıq, qanda dəyişikliklər və s.
Kəskin xolesistit
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Sakit məskən
“Sakit məskən” (rus. Тихая обитель) — rus rəssamı İsaak Levitanın (1860-1900) 1890-cı ildə çəkdiyi mənzərə. Moskvadakı Dövlət Tretyakov Qalereyasında saxlanılır (inv. Ж-584). Ölçüsü - 87,5x108 sm-dir . Süjeti bir neçə monastırla əlaqəli rəssamın təəssüratlarını birləşdirən kətan 1890-cı ildə Levitanın Yuxarı Volqaya səfərindən sonra tamamlandı. 1891-ci ildə rəsm Səyahət İncəsənət Sərgiləri Birliyinin ("Peredvijniki") Sankt-Peterburqda, sonra isə Moskvada keçirilən 19-cu sərgisində nümayiş etdirildi. “Sakit məskən” sərgiyə gələnlər arasında böyük uğur qazandı və sənətşünaslar tərəfindən yüksək qiymət aldı, bu da nəhayət Levitanın Rusiyanın aparıcı mənzərə rəssamlarından biri kimi tanınmasını təsdiqlədi . 1891-ci ildə kətan şəxsi kolleksiyalardan biri üçün alındı . İnqilabdan sonra rəsmin izi itdi və dirijor Nikolay Qolovanovun şəxsi kolleksiyasında “tapılan” 1960-cı ilə qədər onun yeri naməlum qaldı .
Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı — böyrək funksiyasının ani, saatlar və ya günlər ərzində əmələ gələn, geri dönəbilən pozğunluğu. Əvvəlki normal böyrək funksiyası bərpa oluna və ya kəskin böyrək çatışmazlığı fonunda xroniki böyrək çatışmazlığı meydana çıxa bilər. Normal böyrək funksiyasından sonra, artıq mövcud xroniki böyrək xəstəliyi fonunda və ya kəskin böyrək xəstəliyi çərçivəsində meydana çıxa bilər. == Klinik şəkli == Böyrək çatışmazlığı dedikdə renal bir fon xəstəliyin mövcudluğundan asılı olmadan yumaqcıq və ya kanalcıqların çatışmazlığı səbəbindən böyrəklərin yetərsiz fəaliyəti nəzərdə tutulur. Demək olar ki, hər zaman böyrəklər böyrək çatışmazlığı zamanı sağlamdır (böyək xəstəliyi olmadan böyrək çatışmazlığı). Bunun əksi böyrək çatışmazlığı olmayan böyrək xəstəliyindən ayırd edilməlidir. Əlavə olaraq kəskin böyrək zədələnməsi, kəskin böyrək xəstəliyi və xroniki böyrək xəstəliyi də ayırd edilir. Səbəblər zədələnmə yerinə uyğun olaraq prerenal, renal, postrenal olaraq təsnif edilir. Böyrəkdən qabaq (prerenal) zədələnmə səbəbləri ilk növbədə azalmış qan həcmi (hipovolemiya; qanamalar, maye əskikliyi və ya ürək çatışmazlığı zamanı) və ya çox aşağı qan təzyiqidir (kardiorenal sindrom, şok, hepatorenal sindrom). Prerenal zədələnmələr üçün ölçü vahid zamanda ürək tərəfindən vurulan qanın həcmidir (CO-cardiac output).
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur. Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.
İnsan məskən salır
İnsan məskən salır — kinorejissor Arif Babayevin filmi. Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin (Ələsgər İbrahimov) ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılır. 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Quruluşçu rejissor Arif Babayevə ən yaxşı debütə görə Diplom verilmişdir. Film rejissor Arif Babayevin böyük kinoda ilk müstəqil işidir. Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Qara Qarayev Səs operatoru: Akif Nuriyev, Ələkbər Həsənzadə Redaktor: Nataliya Şneyer Operator: V.Həsənov Geyim rəssamı: Ağanağı Axundov Qrim rəssamı: V.Arapov Montaj edən: Tamara Nərimanbəyova Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski, Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Ramiz Əliyev, Fikrət Əliyev, Ə.Əhmədov, Adil İsmayılov, Ənvər Həsənov Operator assistenti: V.İvaşşenko, Ramiz Babayev, Sərdar Vəliyev (S.Vəliyev kimi) Rəssam assistenti: T.Məlikzadə Filmin direktoru: Nazim Ələkbərov Orqanda ifa edən: Z.Cəfərova Fortepianoda ifa edən: A.Abdullayev Gitarada ifa edən: Y.Sərdarov Ələsgər İbrahimov — Ramiz Hacımurad Yegizarov — Murad Hökümə Qurbanova — Şamama İsmayıl Əfəndiyev — Şirəli Lyudmila Marçenko — Nina Zemfira Sahilova — Adilə Yuri Perov — Andrey Aleksandr Petrov — Vadim Muxtar Maniyev — Məcid E.Akopov — Qarabala Arkadi Tolbuzin — Moroz Fikrət Əliyev — mühəndis Arif Babayev Tələt Rəhmanov — milis işçisi X.Əliyev V.Ryabova Yusif Vəliyev — neftçi R.İbrahimov Elxan Qasımov — sakin Rəfael Dadaşov — neftçi Zemfira Sadıqova — tibb bacısı Cəmilə Atayeva (titrlərdə yoxdur) Dadaş Kazımov — neftçi (titrlərdə yoxdur) Həsənağa Turabov — Ramiz (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Adilə (Zemfira Sahilova) (titrlərdə yoxdur) Həsən Məmmədov — rus neftçi Andrey (Yuri Perov)(titrlərdə yoxdur) Hamlet Xanızadə - Qarabala (E. Akopov)(titrlərdə yoxdur) Əzizağa Qasımov — Məcid (Muxtar Maniyev) (titrlərdə yoxdur) Məlik Dadaşov - kadrarxası mətn;Cavadın səsi (titrlərdə yoxdur) Ətayə Əliyeva — Şamama (Hökümə Qurbanova) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Şirəli (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Murad (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Kamil Qubuşov — rus neftçi Moroz (Arkadi Tolbuzin)(titrlərdə yoxdur) Ağaxan Salmanlı - Vadim (Aleksandr Petrov)(titrlərdə yoxdur) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Kəskin daşlı xolesistit
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.