Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Padran
Padran (port. Padrão) — Portuqaliyalı dəniz səyyahları tərəfindən yeni kəşf edilən ərazilərdə yerləşdirlən üzərində Portuqaliyaya aid simvollar və xaç daşı. Padrao xaç daşları ilk dəfə Bartolomeu Dias və Vasko da Qama kimi səyyahlar tərəfindən tikilmişdir. Bununla da kəşf olunan ərazilərin Portuqaliya krallığına məxsus olduğu göstərilirdi.
Karan
Karan (Sayınqala)
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. == Əsərin mövzusu == "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.
Kamran Ağabalayev
Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq. == Həyatı == Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib. Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Evlidir, 2 oğlu var. == Mükafatları == "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.
Kamran Ağayev
Kamran Adilxan oğlu Ağayev (9 fevral 1986, Dəvəçi) — keçmiş Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının baş qapıçı məşqçisi. == Həyatı == Kamran Ağayev 9 fevral 1986-cı ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olub. İlk orta təhsilini Dəvəçi şəhərində Roman Yusifov adına 2 saylı orta məktəbdə alıb. Hələ orta məktəbdə oxuduğu vaxtlarda idmana həvəsinin olduğu özünü büruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağı olmuşdur. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşdur, lakin futbolu hamısından üstün tutan Kamran yaşadığı rayonun – Dəvəçi rayonunun futbol komandasının oyunlarına qatılır. == İlk illər == "Bərəkət" adlı komandada baş məşqçi və eyni zamanda da atası – Adilxan Ağayevin nəzarəti ilə futbol oynayır. Bu baxımdan da, ilk məşqçisinin atasının olduğunu demək olar. Futbolun incəliklərinə isə Bakıya gəldikdən sonra yiyələnir.
Kamran Baxşızadə
Kamran Bayramov
Kamran Fərhad oğlu Bayramov (10 noyabr 1979, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış deputatı. == Həyatı == Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. Evlidir, üç ovladı vardır. == Əmək fəaliyyəti == 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş; 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış; 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş; 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş; 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş; 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş; 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Kamran Bağırov
Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa, DQMV – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988). == Həyatı == Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib. 1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Onun ölkəyə rəhbərliyi dövründə Qarabağ münaqişəsi alonlanmağa başlasa da, K.Bağırov bu münaqişənin yaranmasının və böyüməsinin qarşısını ala bilmədiyini özü də etiraf edib. Bağırov vəzifədən getməsi ilə bağlı müraciətində bunları yazıb: “Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm” Vəzifədən çıxarıldıqdan sonra ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937, Tehran) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Kamran Fərəcov
Kamran Hacıyev
Kamran Hüseynov
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Həsənli
Kamran Həsənli (11 sentyabr 1963, Bakı) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub. == Həyatı == Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı Şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. 6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub. == Jurnalist fəaliyyəti == 2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub.
Kamran Kazımov
Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997–2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli və 2 övlad atası idi. == Hərbi xidməti == 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi. 2012–2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib.
Kamran Kərimov
Kamran Kərimov (tam adı: Kamran Seyran oğlu Kərimov d. 1976, Bakı) — nağara ifaçısı, Azərbaycan respublikasının əməkdar artisti. == Həyatı == Kamran Kərimov, 1976-cı ildə Bakı şəhərində (Azərbaycan) musiqiçi ailəsində anadan olub. Onun ilk müəllimi, babası Nəriman Qasımov, 1986-cı ildə isə 1 N-li pionerlər evində, dayısı məşhur nağara ifaçısı Elşən Qasımovdan dərs almışdır. 1991–1995-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışdır. 1997-ci ildə Bakı Musiqi Akademiyasının "Zərb alətləri" şöbəsinə qəbul olub, 2002-ci ildə oranı bitirmişdir. == Fəaliyyəti == 1998 ci ildə Fikrət Əmirov adına keçirilən "Zərb Alətləri" müsabiqəsində laureat olmuşdur. 1998 ci ildən, Azərbaycanın (xalq, estrada və caz) musiqi janrında nağara alətini Dövlət tədbirlərində, böyük layihələrdə təbliğ etməkdədir. ABŞ, Fransa, Yaponiya, Koreya, Çin, Bəhreyn, İngiltərə, İspaniya, İtaliya, İsveç, İsveçrə, Almaniya, Avstriya, Hollandiya, Danimarka, Misir, Küveyt, Türkiyə, Rusiya, İran, Macarıstan, Özbəkistan, Malayziya, Gürcüstan və s. ölkələrdə qrup və solo şəklində çıxışlar edib.
Kamran Mahmudov
Kamran Talıb oğlu Mahmudov (1 yanvar 1980, Namxoş, Tovuz rayonu) — Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru. == Həyatı == Kamran Mahmudov 1 yanvar 1980-ci ildə Tovuz rayonunun Namxoş kəndində anadan olub. 2001-ci ildə BDU-nin kimya fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə kimya elmləri üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Onun Beynəlxalq Olumpiadaya hazırladığı şagirdlər 38-ci Beynəlxalq Kimya Olimpiadasında (Cənubi Koreya, 2-11 iyul 2006-cı il) bir gümüş və bir qızıl medal qazanıblar. Lissabon Universitetində 2 doktoranta (PhD) elmi rəhbərlik edir. == Elmi fəaliyyəti == 150-dən çox elmi əsərin müəllifidir. Bu işlərin əksəriyyətində Kamran T. Mahmudov cavabdeh müəllifdir. Kamran T. Mahmudov Qərb ölkələrinin universitetləri ilə sıx elmi əməkdaşlıq edir. Elmi məqalələrdə ona 2000-dən artıq istinad mövcuddur.
Kamran Mirzəyev
Kamran Musayev
Kamran Kazım oğlu Musayev (30 oktyabr 1973, Göllü, Amasiya rayonu) — ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi (2011), Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri. == Həyatı == Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakültəsinə göndərilir. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub və elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahan verir. İmtahandan müvəffəqiyyətlə keçən Dr. Kamran Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində illərdir xəyalını qurduğu ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayır. 1996–2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xəstəxanasında ürәk–damar cәrrahı olaraq işləyir. Nəhayət 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyəsi mütəxəssisi olaraq vətənə qayıdır. Həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayır.
Kamran Məmmədov
Kamran Dadaş oğlu Məmmədov (21 dekabr 1922, Şuşa, Şuşa qəzası – 6 aprel 1989, Bakı) — filologiya elmləri doktoru, professor. == Həyatı == Kamran Dadaş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938-ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur. Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir. Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir. Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Kamran Məmmədzadə
Kamran Nəbizadə
Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü. == Həyatı == Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərin] 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərin] 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. 1998-ci ildən 2003-cü ilə qədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub. 2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib. 2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub. 2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir.
Kamran Nəzirli
Nəzirli Kamran İsmayıl oğlu (19 iyun 1958, Astara) — azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016),, filologiya üzrə fəlsəfə doktoru (2004). == Həyatı == Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Azərbaycanın Astara rayonunda müəllim ailəsində anadan olmuşdur. M. Ə. Sabir adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə ingilis və Amerika ədəbiyyatı nümayəndələrinin bir çox əsərlərini orijinaldan dilimizə çevirmiş və Azərbaycan mətbuatında dərc etdirmişdir. Həmin illərdən başlayaraq mətbuatda publisistik məqalə, oçerk, hekayə və tərcümələri ilə çıxış edir. Ənvər Rza, Allahverdi Tağızadə, Zeydulla Ağayev, İsmixan Rəhimov, Asif Əfəndiyev, Ağacavad Əlizadə, Qılıncxan Bayramov kimi pedaqoq, alim və yazıçıların dərnəklərində iştirak etmiş, Bakı ədəbi mühiti ilə yaxından tanış olmuşdur. 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirmişdir. Ayrı-ayrı illərdə "Sovet kəndi" (1984–1987) qəzetində, Azərinformda (1987–1989), Azərbaycan KP MK aparatında (1989–1991), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində (1991–1995), beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində (1996–2000), Pakistan İslam Respublikasında (1993–1994), Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi (2001–2009)və s. müxtəlif vəzifələrdə çalışmış, bir sıra müstəqil qəzetlərin, habelə "Ədalət", "7 gün", "525-ci qəzet"in redaktoru və köşə yazarı olmuşdur.
Kamran Qasımov
Kamran Fazil oğlu Qasımov (2 fevral 2001, Qaravəlilər, Gədəbəy rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Qasımov 20 fevral 2001—ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində 192 sayli tam orta məktəbdə təhsil alib. 2016-ci ildə, 9-cu sinifi bitirdikdən sonra, 14 saylı peşə liseyinə daxil olub. 23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. 27.10.2020-ci ildə şəhid olub. 26.11.2020-ci ildə dəfn olunub. == Hərbi xidməti == 23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. Füzuli rayonu Cocuxmərcanlı kəndində 706 sayli hərbi hissənin IV tabor 12-ci bölüyündə xidmətə başlamişdır. === İkinci Qarabağ müharibəsi illərində === 27.09.2020-ci ildə İkinci Qarabağ müharibəsi zamani Füzuli, Xocavənd istiqamətində gedən döyüslərdə istirak edib.
Kamran Quliyev
Kamran Məmmədqulu oğlu Quliyev (9 sentyabr 1958, Zeynəddin, Naxçıvan rayonu) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyatı == 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub 1986-cı ildə institutu bitirib. K.Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb. Teatrda işlədiyi müddətdə H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynamışdır. Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş vermişdir. 1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.