Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Karan
Karan (Sayınqala)
Kalran (Salmas)
Kalran (fars. كلران‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. == Əsərin mövzusu == "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.
Kamran Ağabalayev
Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq. == Həyatı == Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib.Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Evlidir, 2 oğlu var. == Mükafatları == "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb. 2 avqust 2019-cu ildə "AzərNyuMedia" şirkəti tərəfindən "Audiovizual sahədə müasir düşüncəyə görə" mükafatı ilə təltif edilmişdir.
Kamran Ağayev
Kamran Adilxan oğlu Ağayev (9 fevral 1986, Dəvəçi) — keçmiş Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının baş qapıçı məşqçisi. == Həyatı == Kamran Ağayev 9 fevral 1986-cı ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olub. İlk orta təhsilini Dəvəçi şəhərində Roman Yusifov adına 2 saylı orta məktəbdə alıb. Hələ orta məktəbdə oxuduğu vaxtlarda idmana həvəsinin olduğu özünü büruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağı olmuşdur. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşdur, lakin futbolu hamısından üstün tutan Kamran yaşadığı rayonun – Dəvəçi rayonunun futbol komandasının oyunlarına qatılır. == İlk illər == "Bərəkət" adlı komandada baş məşqçi və eyni zamanda da atası – Adilxan Ağayevin nəzarəti ilə futbol oynayır. Bu baxımdan da, ilk məşqçisinin atasının olduğunu demək olar. Futbolun incəliklərinə isə Bakıya gəldikdən sonra yiyələnir.
Kamran Baxşızadə
Kamran Baxşızadə (d.4 oktyabr 1989, Şıxmahmud, Babək rayonu, Naxçıvan MR) — Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi == Həyatı == Kamran İsa oğlu Baxşızadə 4 oktyabr 1989-cu ildə Naxçıvan MR-sı Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. O, 2004-2007 ci il H.Əliyev adına hərbi liseydə oxumuşdur. Burada təhsilini başa vurduqdan sonra 2007-2011-ci illər Azərbaycan Ali Hərbi məktəbində təhsil almış, 2011-2012 ci illər Silahlı Qüvvələrin TTM-də dinləyici olmuşdur. Kamran Baxşızadə 2012-ci ildə Füzuli rayonu N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etmişdir. 2012-cü ildən o, Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılmış və kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin sırasına qəbul olunmuşdur. == Aprel döyüşləri == Baxşızadə Kamran bir çox döyüş tapşırıqlarında iştirak etmişdir. O, 2016-cı il aprel ayının 4-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak etmiş, Talış kəndindəki yüksəklikdə xəsarət almışdır.
Kamran Bayramov
Kamran Fərhad oğlu Bayramov (10 noyabr 1979, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış deputatı. == Həyatı == Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. Evlidir, üç ovladı vardır. == Əmək fəaliyyəti == 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş; 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış; 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş; 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş; 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş; 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş; 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Kamran Bağırov
Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa, DQMV – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi (1982–1988). == Həyatı == Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib. 1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir. Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937-ci il təvəllüdlü) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Kamran Fərəcov
Kamran Fərəcov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Kamran Fərəcov (baş əsgər) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsi şəhidi.
Kamran Hacıyev
Kamran Füzuli oğlu Hacıyev (16 yanvar 1994, Şüvəlan – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Hacıyev 1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Kamran Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Hacıyev oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hacıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Hüseynov
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Həsənli
Kamran Həsənli (11 sentyabr 1963, Bakı) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub. == Həyatı == Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı Şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. 6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub. == Jurnalist fəaliyyəti == 2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub.
Kamran Kazımov
Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997–2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli və 2 övlad atası idi. == Hərbi xidməti == 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi. 2012–2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib.
Kamran Kərimov
Kamran Kərimov (tam adı: Kamran Seyran oğlu Kərimov d. 1976, Bakı) — nağara ifaçısı, Azərbaycan respublikasının əməkdar artisti. == Həyatı == Kamran Kərimov, 1976-cı ildə Bakı şəhərində (Azərbaycan) musiqiçi ailəsində anadan olub. Onun ilk müəllimi, babası Nəriman Qasımov, 1986-cı ildə isə 1 N-li pionerlər evində, dayısı məşhur nağara ifaçısı Elşən Qasımovdan dərs almışdır. 1991–1995-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışdır. 1997-ci ildə Bakı Musiqi Akademiyasının "Zərb alətləri" şöbəsinə qəbul olub, 2002-ci ildə oranı bitirmişdir. == Fəaliyyəti == 1998 ci ildə Fikrət Əmirov adına keçirilən "Zərb Alətləri" müsabiqəsində laureat olmuşdur. 1998 ci ildən, Azərbaycanın (xalq, estrada və caz) musiqi janrında nağara alətini Dövlət tədbirlərində, böyük layihələrdə təbliğ etməkdədir. ABŞ, Fransa, Yaponiya, Koreya, Çin, Bəhreyn, İngiltərə, İspaniya, İtaliya, İsveç, İsveçrə, Almaniya, Avstriya, Hollandiya, Danimarka, Misir, Küveyt, Türkiyə, Rusiya, İran, Macarıstan, Özbəkistan, Gürcüstan və s. ölkələrdə qrup və solo şəklində çıxışlar edib.
Kamran Mahmudov
Kamran Talıb oğlu Mahmudov (1 yanvar 1980, Namxoş, Tovuz rayonu) — Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru. == Həyatı == Kamran Mahmudov 1 yanvar 1980-ci ildə Tovuz rayonunun Namxoş kəndində anadan olub. 2001-ci ildə BDU-nin kimya fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə kimya elmləri üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Onun Beynəlxalq Olumpiadaya hazırladığı şagirdlər 38-ci Beynəlxalq Kimya Olimpiadasında (Cənubi Koreya, 2-11 iyul 2006-cı il) bir gümüş və bir qızıl medal qazanıblar. Lissabon Universitetində 2 doktoranta (PhD) elmi rəhbərlik edir. == Elmi fəaliyyəti == 150-dən çox elmi əsərin müəllifidir. Bu işlərin əksəriyyətində Kamran T. Mahmudov cavabdeh müəllifdir. Kamran T. Mahmudov Qərb ölkələrinin universitetləri ilə sıx elmi əməkdaşlıq edir. Elmi məqalələrdə ona 2000-dən artıq istinad mövcuddur.O, 2009-cu ildə Portuqaliyanın Elm Fondunun qrantını qazanmış və həmin ildən Lissabon Universitetində Lissabon Elmlər Akademiyasının vitse-prezidenti akademik Armando J.L. Pombeironun laboratoriyasında elmi tədqiqat işi aparır.
Kamran Mirzəyev
Kamran Araz oğlu Mirzəyev (5 yanvar 1998, Qarğılı, Cəlilabad, Azərbaycan — 27 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Mirzəyev 1996-cı il yanvarın 5-də Cəlilabad rayonu Qarğılı kəndində anadan olub. 2013-cü ildə Rahib Rüstəmov adına Qarğılı kənd ümumi orta məktəbini bitirib. Kamran Mirzəyev 2016-cı ilin yanvar ayında əsgərliyə gedib, piyada-atıcı bölüyündə xidmət edib, nümunəvi xidmətinə görə Manqa komandiri seçilib. 2017-ci ildə Kamran hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlihüseyn Məmmədov Füzulinin azad edilməsində savaşıb. Kamran Mirzəyev Elşad oğlu 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Kamran Mirzəyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Kamran Musayev
Kamran Kazım oğlu Musayev (30 oktyabr 1973, Göllü, Amasiya rayonu) — ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi (2011), Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri. == Həyatı == Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakultəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakultəsinə göndərilir. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub və elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahan verir. İmtahandan müvəffəqiyyətlə keçən Dr. Kamran Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakultəsində illərdir xəyalını qurduğu ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayır. 1996–2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xәstәxanasında ürәk–damar cәrrahı olaraq işləyir. Nəhayət 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyəsi mütəxəssisi olaraq vətənə qayıdır. Həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayır.
Kamran Məmmədov
Kamran Məmmədov — filologiya elmləri doktoru, professor. == Həyatı == Kamran Dadaş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938-ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur. Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir. Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir. Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Kamran Məmmədzadə
Kamran Füzuli oğlu Məmmədzadə (d. 24 mart 1996; Çaylı, Biləsuvar rayonu – ö. 29 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Məmmədzadə 24 mart 1996-cı ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Kamran Məmmədzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Kamran Məmmədzadə 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kamran Şəfiyev
Kamran Rauf oğlu Şəfiyev (22 dekabr 1966) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2010—h.h). == Həyatı == Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 1998–2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008–2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. 22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 10 iyil 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Kamran Əliyev
Kamran Əliyev (filoloq) — AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professor. Kamran Əliyev (hüquqşünas) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri. Kamran Əliyev (futbolçu) — Azərbaycanlı futbolçu. Kamran Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Kamran Əsgərov
Kamran Bayram oğlu Əsgərov (2 dekabr 1993; Düz Cırdaxan, Tovuz rayonu — 22 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü olaraq savaşıb. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.