Kamran Yaşar oğlu İsgəndərli (29 iyun 1997, Cəlilabad, Azərbaycan — 21 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Kamran İsgəndərli | |
---|---|
Kamran Yaşar oğlu İsgəndərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Kamran İsgəndərli 29 iyun 1997-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb. İki bacının tək qardaşı idi.[2] Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində "Telekommunikasiya, radio və texniki informasiya mühəndisliyi" üzrə təhsil alıb. Gözəl səsi vardı, məscidlərdə Azan səsləndirirdi, mərsiyələr deyirdi.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamran İsgəndərli Hadrutun azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Cəlilabadda dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran İsgəndərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran İsgəndərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]