Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biblioqraf
Biblioqraf — xüsusi biblioqrafik təhsilə malik olan kitabxana əməkdaşı. Sənədlər haqqında zəruri informasiya axtarmaqda kömək üçün biblioqrafa müraciət etmək olar. Biblioqraf kataloqlarla işləməyə kömək edər, zəruri informasiyanı daha sadə yolla necə tapmağı göstərər. Biblioqraflar informasiya axtarışı zamanı istifadə etmək üçün ədəbiyyatın biblioqrafik siyahılarını, müxtəlif mövzular üzrə tövsiyə edilən biblioqrafik vəsaitləri tərtib edirlər. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010. 144 s.
Kitabxanaçı
Kitabxanaçı — kitabxanada peşəkarcasına işləyən, istifadəçilərə informasiya və bəzən sosial və ya texniki proqramlara çıxışı təmin edən və ya onlara informasiya savadını öyrədən şəxsdir. Kitabxanaçının rolu zamanla, xüsusən də son əsrdə yeni media və texnologiyanın yaranması ilə çox dəyişdi. Qədim dünyanın ən qədim kitabxanalarından tutmuş müasir informasiya mərkəzlərinə qədər məlumat anbarlarında saxlanılan məlumatların mühafizəçiləri və paylayıcıları olmuşdur. Rol və vəzifələr kitabxananın növündən, kitabxanaçının ixtisasından və kolleksiyaları saxlamaq və onları istifadəçilərə təqdim etmək üçün tələb olunan funksiyalardan asılı olaraq çox dəyişir. Kitabxana elmi təhsili zamanla dəyişən rolları əks etdirmək üçün dəyişdi. == Tarixi == === Qədim dövr === Tarixən ilk dəfə Şumerlilər mühasibat uçotunu aparmaq üçün katiblər yetişdirmişlər. "Kitab ustaları" və ya "lövhələrin mühafizəçiləri" kimi qeydlərin böyük həcmi və mürəkkəbliyi ilə mübarizə aparmaq üçün təlim keçmiş katiblər və kahinlər mövcud idi. Onların konkret vəzifələrinin əhatə dairəsi məlum deyildi. Eramızdan əvvəl VIII əsrdə Assuriya kralı Aşşurbanipal Mesopotamiyanın Ninevada şəhərində öz sarayında kitabxana yaratdı. Aşşurbanipal tarixdə kitabxanaçılığı bir peşə kimi təqdim edən ilk şəxs olmuşdur.
Kelsus Kitabxanası
Efes Kelsus Kitabxanası — Efes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110–135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür. Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K. Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır.
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Köprülü kitabxanası
Köprülü kitabxanası — Osmanlı imperiyasında müstəqil kitаbхаnаlаrın ilk nümunəsidir. 1661-ci ildə vəfаt еdən Köprülü Mehmed Pаşаnın inşasına başladığı böyük mədrəsə kompleksinin yаlnız mədrəsə, hаmаm, türbə hissəsini tikdirməyə macal tapmışdı. Onun ölümündən sonra оğlu Köprülü Fаzil Əhməd Pаşа аtаsının vəsiyyətinə əməl еdərək mədrəsə kоmplеksinin tikintisini bаşа çаtdırа bilmişdi.
Laurensiana kitabxanası
Mediçi Lorenso Kitabxanası, Laurensiana Kitabxanası (lat. Biblioteca Medicea Laurenziana) — əlyazmaları ilə məşhur olan İtaliyanın dövlət kitabxanasıdır. Florensiyada yerləşir. 11000-dən çox əlyazma və 4500 qədim çap olunmuş kitab saxlanılır. Kitabxana Mediçilərin hakimiyyəti dövründə yaradılmışdır. Kitabxana 1571-ci ildə açılmışdır. Kitabxana Laurenziana adını babası Qoca Kozimo Medicinin kitabxanasını əhəmiyyətli dərəcədə zənginləşdirən Möhtəşəm Lorenso Mediçi şərəfinə almışdır. == Kolleksiyanın yığılma tarixi == Qoca Kosimo Medici 1444-cü ildə özünün geniş əlyazma kolleksiyasından ev kitabxanası qurdu. 1437-ci ildə dostu, humanist və bibliofil, qədim əlyazmalara düşkün olan Nikolo Nikkolinin ölümündən sonra Kosimo onun kolleksiyasını miras aldı və onu qismən San-Marko monastırına verdi. 1497-ci ildə Mediçilər Florensiyadan qovulduqda kitabxana Sinoriyanın mülkiyyətinə keçdi və San-Marko monastırına göndərildi.
Nineviya kitabxanası
Perqam kitabxanası
Perqam kitabxanası — Türkiyənin Perqam antik şəhərində yerləşən qədim dünyanın ən vacib kitabxanalarından biri. Ellinizm dövründən bir müddət əvvəl qurulmuş Perqamum və ya Perqam Anadoluda yerləşən əhəmiyyətli bir qədim yunan şəhəri idi. Bu şəhər artıq müasir Türkiyənin Berqama ilçəsinin ərazisində yerləşir. Attalidlər sülaləsinin idarə etdiyi şəhər Perqam hökmdarı II Eumenesin dövründə inzibati mərkəz olaraq məşhurlaşdı və Makedoniya ilə əlaqələrini kəsərək Roma Respublikası ilə ittifaq qurdu. II Eumenesin (197-160) hakimiyyəti dövründə Perqam 200 min nəfərdən çox əhalisi olan varlı, inkişaf edən bir şəhər idi. Mədəni olaraq yalnız İsgəndəriyyə və Antioxiya şəhərləri ilə rəqabət aparırdı. Bu zaman heykəltəraşlıq və memarlığın bir çox vacib əsərləri, o cümlədən Böyük Perqam qurbangahı istehsal edildi. II Eumenesin oğlu III Attalusun vəfatından sonra 133-cü ildə Perqam Roma Respublikasına verildi. Konstantinopolun süqutundan sonra Perqam Osmanlı imperiyasının bir hissəsi oldu. Perqam Əhdi-Cədiddə də vacib bir şəhər idi və Müqəddəs Yəhya tərəfindən Vəhy Kitabında Vəhy Yeddi Kilsəsindən biri olaraq açıq şəkildə xatırlandı.
Prezident Kitabxanası
Prezident Kitabxanası (ABŞ)
Аşşurbаnipаlın kitabxanası
Aşşurbanipalın kitabxanası
Aşşurbanipalın kitabxanası yaxud Nineva kitabxanası — Assur dövləti hökmdarı Aşşurbanipal tərəfindən yaradılmış kitabxana. Aşşurbanipal tarixdə qədim yazılı abidələrin toplayıcısı və kitabxanaların təşkilatçısı kimi də məşhurdur. Kitabxanada 30 mindən çox mixi yazılı gil kitabələr saxlanılırdıdı. Burada ayrı-ayrı dövrlərdə yazılmış müxtəlif məzmunlu kitabələr toplanmışdı. Onların arasında əsatirlər, ədəbi əsərlər, riyaziyyata, coğrafiyaya, təbabətə və başqa sahələrə dair mətnlər və lüğətlər də vardı.
London Kitabxanası
London kitabxanası — Londonda 1841-ci ildə yaradılmış, kitabların və digər informasiya daşıyıcılarının icarəyə verilməsi mümkün olan müstəqil kitabxana. == Tarixi == London Kitabxanası Britaniya Muzeyi Kitabxanasının idarəetmə siyasətindəki bəzi məqamlarla razılaşmayan Tomas Karlaylın təşəbbüsü ilə yaradılıb. Bu kitabxana 1845-ci ildən Müqəddəs Ceyms Meydanında yerləşir. Vestminster şəhərinin Müqəddəs Ceyms bölgəsində bu kitabxananın xidmət göstərdiyi tikili var. Kitabxanaya üzvlük illik abunə ödənilməklə hər kəsə açıqdır. Kitabxanaya ömürlük və korporativ üzvlük də mövcuddur. 2021-ci ilin dekabr ayına qədər olan məlumata əsasən, London kitabxanasının 7000-dən çox üzvü var. Kitabxananın uzun müddət prezidenti olmuş, şair, naşir, dramaturq, essey yazıçısı, ədəbi tənqidçi və redaktor Tomas Sterns Eliot (̈1888-1965) üzvlərə üzünü tutaraq "nə cür sosial dəyişiklik baş verərsə versin, London Kitabxanasının məhv olması sivilizasiya üçün fəlakət olardı" demişdir. == Qəyyumlar və idarəçiliyi == London Kitabxanası özünü təmin edən müstəqil bir qurumdur. Yeganə məqsədi təhsilin və biliyin inkişafı olan xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir.
Sudan Kitabxanası
Sudan Kitabxanası — Xartum Universitetinin kitabxanasının bir bölməsidir. Sudanın milli kitabxanası kimi xidmət edir və eyni zamanda universitetin tədqiqat kitabxanasıdır. 1966-cı ildə qanuni depozit aktının qüvvəyə minməsindən bəri bütün Sudan nəşrlərinin xəzinəsidir Kitabxana həmçinin Sudanlı müəlliflərin əsərlərini və Sudan haqqında xaricdə nəşr olunan əsərləri toplayır. Onun kataloqu retrospektiv milli biblioqrafiyanı təmsil edir. 2018-ci ildə kitabxana Sudan Yaddaş Layihəsinə ilk töhfə verənlərdən biri oldu.
Zəhiriyyə Kitabxanası
Zəhiriyyə Kitabxanası (ərəb. مكتبة الظاهرية‎), həmçinin Mədrəsə əz-Zahiriyyə (ərəb. مَدْرَسَة الظَّاهِرِيَّة‎) kimi də tanınır. İslam kitabxanası, mədrəsə və Suriyanın Dəməşq şəhərindəki məqbərədir. 1277-ci ildə, adını bu yerdə dəfn edilən Məmlük sultanı Baybars əz-Zahirdən (h.  1260-1277) götürərək yaradılmışdır. Sultan Əl-Zahir Baybars, eyni zamanda Rukn Uddin Baybrus (tam adı: əl-Malik al-Zahir Rukn al-Din Baibars al-Bunduqdari) kimi tanınan böyük tarixi əhəmiyyətə malik siyasi və hərbi lider idi. O, Qahirədə Məmlük Sultanlığı (1250-1517) kimi tanınan uzun müddət Misir və Suriyanı idarə edəcək yeni məmlük əsaslı rejimin qurulmasında mühüm rol oynamışdır.1260-cı ildə Ayn Cəlut döyüşündə monqolların irəliləyişinin dəf edilməsində mərkəzi rol oynadıqdan sonra (çox vaxt tarixdə dönüş nöqtəsi kimi qeyd olunur) sultan vəzifəsinə yüksəldi.) Hökmdarlığı dövründə o, Levantda qalan səlibçi dövlətlərinə qarşı bir sıra təsirli kampaniyalar apararaq, Antakya və məşhur Krak des Chevaliers kimi bir sıra mühüm şəhərləri və qalaları fəth etdi və bu, Xaçlının sonrakı son məhvinə yol açdı. Baybars 1277-ci ilin iyulunda Dəməşqdəki sarayında (əl-Qəsr əl-Ablaq adlanır) başqası üçün nəzərdə tutulmuş zəhərli stəkanı içdikdən sonra gözlənilmədən öldü. Onun ölümü sirr olaraq saxlanıldı və o, müvəqqəti olaraq Dəməşq qalasında dəfn edildi, bu zaman onun daimi dəfni və hakimiyyətin 18 yaşlı oğlu əl-Səid Bərəkəyə keçməsi üçün tədbirlər görülə bilərdi.Xəbər verildiyi kimi, Baybarsın Dərəyya şəhəri yaxınlığında dəfn olunmaq istəyini ifadə etmişdi, lakin oğlu onun böyük məscidin yaxınlığında və məşhur Əyyubi sultanlarının məqbərələrinin yanında, o cümlədən Salah əd-Din məqbərəsinin yanında daha prestijli bir yerdə dəfn edilməsinə qərar verib.Səidin göstərişi ilə Dəməşq valisi əmir Aydəmur Böyük Əməvi məscidi yaxınlığındakı əl-Əmara məhəlləsində Adiliyyə mədrəsəsi ilə üzbəüz bir ev aldı.Dar əl-Əqiqi adlanan ev əvvəlcə Salahəddin (Səlahəddin) atasına məxsus idi və Salahəddin özü uşaqlığının bir hissəsini orada keçirmişdi.Mədrəsə və dəfn kompleksinə çevrildi.
Rami kitabxanası
Rami kitabxanası (türk. Rami Kütüphanesi) — Kitabxana 2023-cü ildə İstanbulda bərpa olunan Rami kazarmalarında istifadəyə verilib. 2023-cü ildən İstanbulun ən böyük kitabxanası sayılır. 220 min kvadratmetr sahədə inşa edilən kitabxana 4200 nəfərlik istifadəçi yeri və 2,5 milyon kitaba malikdir. Kitabxanada şəhər muzeyi, kitab mağazaları, suvenir mağazaları, banklar, kafelər, restoranlar, kinoteatrlar və s. kimi 120-yə yaxın kommersiya müəssisəsi fəaliyyət göstərir, həmçinin 1200 avtomobilin yerləşə biləcəyi dayanacaq tikilib. Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası xidmət bölmələri, Tərtib Müdirliyinin xidmət sahələri, Atatürk Araşdırma İxtisas Kitabxanası və əlyazma təmiri şöbələri daxil edilib. Kitabxananın həyəti ictimai bağ kimi nəzərdə tutulub. Rami kazarmaları Osmanlı imperiyası dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələri üçün tikilib və 1828-ci ildə istifadəyə verilib. Kazarma binaları 1871-ci ilə qədər hərbi məqsədlər üçün istifadə edilib.
Ambroziana Kitabxanası
Ambroziana Kitabxanası (it. Biblioteca Ambrosiana) — İtaliyanın Milan şəhərində yerləşən dünyanın ən qədim və məşhur kitabxanalarından biridir. 1609-cu ildə kardinal Federiko Borromeo tərəfindən təsis edilib. Kitabxana, həmçinin Ambroziana Pinakotekası adlı bir sənət qalereyası ilə birlikdə fəaliyyət göstərir və qədim kitablar, əlyazmalar, incəsənət əsərləri, xəritələr və daha çoxunu ehtiva edən çox zəngin bir mədəniyyət və elmi irsə malikdir. == Əsas xüsusiyyətləri == === Kolleksiyası === Ambroziana Kitabxanasının kolleksiyası əlyazmalar, qədim kitablar, incunabula (XV əsrin sonlarına aid erkən çap kitabları) və müxtəlif mədəniyyətlərin mühüm sənədləri ilə zəngindir. Bu kolleksiyada yunan, latın, ərəb, suriyaca, gürcü və digər dillərdə qiymətli əlyazmalar var. Kitabxana həm də Leonardo da Vinçinin "Codex Atlanticus" kimi məşhur əsərlərinin saxlanıldığı yerdir. Kitabxananın təsisçisi olan kardinal Borromeo, mədəni və elmi bilikləri geniş ictimaiyyətə çatdırmaq məqsədilə bu kitabxananı yaratmışdır. O, kitabları və elmi bilikləri zəngin elitadan kənar tutmağa çalışan yanaşmanı dəyişdirmək və bu bilikləri daha geniş kütləyə əlçatan etmək istəyirdi. Kitabxana ilə birgə fəaliyyət göstərən Pinakoteka Ambroziana sənət qalereyası Avropa rəssamlıq sənətinin bir çox şedevrini, o cümlədən Leonardo da Vinçinin, Rafael Sanzionun, Caravaggionun və Bottiçellinin əsərlərini ehtiva edir.
Arsenal Kitabxanası
Arsenal Kitabxanası (fr. Bibliothèque de l'Arsenal) — Fransanın Paris şəhərində yerləşən və geniş bir kitab və mənbə kolleksiyasına sahib olan bir kitabxanadır. Arsenal kitabxanası, əsasən tarixi, mədəni və sənət sahələrindəki materialları ilə tanınır. Arsenal Kitabxanası, XVIII əsrdə yaradılmışdır və o dövrdən bəri ədəbiyyat, sənət və tarixlə bağlı zəngin resurslar təqdim edir. == Əsas xüsusiyyətləri == === Kolleksiyası === Arsenal Kitabxanasında ədəbiyyat, tarix, fəlsəfə və incəsənətlə bağlı minlərlə kitab, əlyazma, nadir çap olunmuş əsərlər və dövri nəşrlər mövcuddur. Xüsusilə Fransa və Avropa tarixinə dair nadir materiallar burada toplanmışdır. Kitabxana, tədqiqatçılar, tələbələr və mədəniyyət həvəskarları üçün əhəmiyyətli bir resurs mərkəzidir. Tədqiqatçılara xüsusi materialların istifadəsi üçün xidmətlər təqdim edilir. Arsenal Kitabxanası, müxtəlif mədəni tədbirlər, sərgilər və seminarlar təşkil edir. İctimaiyyətlə əlaqələri gücləndirmək və mədəni irsin qorunmasına dəstək vermək məqsədini güdür.
Harrison Kitabxanası
Harrison Kitabxanası (ing. Garrison Library) — Cəbəllütariqdə yerləşən tarixi və mədəni əhəmiyyətə malik kitabxana. Kitabxana 1793-cü ildə Cəbəllütariqdə xidmət edən Britaniya ordusunun zabitləri üçün yaradılmışdır və bu gün də fəaliyyət göstərir. == Əsas xüsusiyyətləri == Harrison Kitabxanası, Cəbəllütariqin Britaniya hərbi keçmişini əks etdirən və ordunun mədəniyyətini və həyatını sənədləşdirən bir mərkəz kimi yaradılmışdır. Kitabxana, bölgənin müasir və tarixi siyasi və hərbi həyatının vacib bir hissəsidir. Kitabxana çoxsaylı kitab, dövri nəşr və digər arxiv materiallarını ehtiva edir. Xüsusilə Britaniya hərbi tarixi, Cəbəllütariqin tarixi və geosiyasi mövqeyi ilə bağlı əsərlər burada geniş şəkildə təmsil olunur. == Tədqiqat mərkəzi == Harrison Kitabxanası, tədqiqatçılar üçün mühüm bir mənbədir. Kitabxana həm yerli, həm də beynəlxalq tədqiqatçılar tərəfindən Cəbəllütariq və Aralıq dənizi bölgəsinin tarixi ilə bağlı araşdırmalar üçün istifadə olunur. Kitabxana, müxtəlif mədəni tədbirlər, konfranslar və kitab təqdimatları üçün bir mərkəz rolunu oynayır.
Juanina Kitabxanası
Juanina Kitabxanası (port. Biblioteca Joanina) — Portuqaliyanın Koimbra Universitetində yerləşən tarixi bir kitabxanadır. XVIII əsrdə qurulan kitabxana, Barok üslubu ilə inşa edilmiş və dünya miqyasında ən gözəl və möhtəşəm kitabxanalardan biri hesab edilir. Kitabxana 1717-ci ildə Portuqaliyanın kralı V Juanın göstərişi ilə tikilib, onun adı ilə "Biblioteca Joanina" adlandırılıb. == Haqqında == Kitabxanada müxtəlif mövzularda nadir və qiymətli kitablar saxlanılır, xüsusən də hüquq, fəlsəfə, elmlər və digər akademik sahələrdə tarixi əhəmiyyət daşıyan mənbələr mövcuddur. Divarlar boyu bəzədilmiş zəngin taxta oymalar, tavanın rəngli freskaları və kitab rəfləri kitabxanaya xüsusi bir zənginlik və tarixi dəyər qatır. Koimbra Universitetinin simvollarından biri olan Juanina Kitabxanası, həm tədqiqatçılar, həm də turistlər üçün maraq doğuran bir məkandır. Kitabxana təxminən 60.000 qədim kitabdan ibarət kolleksiyaya malikdir, bu kitablar arasında hüquq, fəlsəfə, tarix, elm və ədəbiyyat sahələrində qiymətli əsərlər var. Juanina Kitabxanası yalnız tədqiqatçılar üçün deyil, həm də tarixi və memarlıq gözəlliyi ilə turistlər üçün də cəlbedici bir məkandır. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir və Portuqaliyanın ən əhəmiyyətli mədəniyyət abidələrindən biri kimi tanınır.
Korvin Kitabxanası
Korvin Kitabxanası (lat. Bibliotheca Corviniana) — Macarıstan kralı Matyaş Korvin tərəfindən XV əsrdə yaradılmış məşhur kitabxana idi və Avropanın Orta əsrlər dövründə qurulmuş ən böyük humanist kitabxanalarından biri hesab edilirdi. Matyaş Korvin, Macarıstanın ən məşhur krallarından biri idi və intibah dövründə ölkədə humanist təhsilin və mədəniyyətin inkişafına böyük töhfə verdi. == Tarixi == Korvin Kitabxanası əsasən qədim yunan və Roma klassiklərinin əlyazmaları, eləcə də o dövrün ən önəmli humanist əsərlərinin çoxsaylı nəşrləri ilə tanınırdı. Kitabxanada həm antik dövrlərə, həm də orta əsrlərə aid elmi, fəlsəfi, hüquqi və dini mətnlər toplanmışdı. Kolleksiyanın çoxu İtaliyadan gətirilmiş nadir əlyazmalar idi, çünki Matyaş Korvin İtalyan intibahına heyran idi və həmin dövrün mədəniyyətini Macarıstana gətirmək istəyirdi. Kitabxananın əhəmiyyəti, onun zənginliyindən və kral Matyaşın humanizmə və təhsilə olan marağından qaynaqlanır. O dövrdə yalnız bir neçə belə kitabxana mövcud idi və Korvin Kitabxanası o cümlədən Vatikan Kitabxanası ilə rəqabət aparırdı. Təəssüf ki, Matyaş Korvinin ölümündən sonra 1526-cı ildə Osmanlıların Macarıstanı işğalı zamanı kitabxana dağıldı və çoxlu əlyazmalar oğurlandı və ya məhv edildi. Buna baxmayaraq, Korvin Kitabxanasından xilas edilən bəzi əsərlər bu gün müxtəlif kitabxanalarda, o cümlədən Vatikan, Paris, Vyana və Budapeşt kitabxanalarında saxlanılır.
Malatestiana Kitabxanası
Malatestiana Kitabxanası (it. Biblioteca Malatestiana) — İtaliyanın Çezena şəhərində yerləşən və UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi bir kitabxanadır. Kitabxana, XV əsrdə inşa edilmiş və İntibah dövrünün ən önəmli mədəni irs obyektlərindən biri hesab olunur. Əsas xüsusiyyəti, dünya tarixində dövlətin dəstəyindən asılı olmadan, ictimaiyyətə açıq olan ilk kitabxana olmasıdır. == Haqqında == Malatestiana Kitabxanası, 1452-ci ildə tamamlanmış və Çezena şəhərinin qubernatoru olan Domeniko Malatesta tərəfindən maliyyələşdirilmişdir. Kitabxana, orta əsrlər kitabxanalarının tərtibatına əsaslanaraq inşa edilmiş və öz dövrünün bir çox kitabxanasından fərqli olaraq ictimaiyyətə açıq şəkildə fəaliyyət göstərmişdir. Kitabxana İntibah dövrünün humanist düşüncəsinin bir simvolu kimi qəbul edilir. Kitabxanada təxminən 340 əlyazma saxlanılır ki, bunların bir çoxu antik dövrlərə, orta əsrlərə və İntibah dövrünə aiddir. Kolleksiyada dini və fəlsəfi əsərlər, klassik ədəbiyyat və elmlə bağlı nadir əsərlər mövcuddur. Kitabxana, İntibah dövrünə aid orijinal interyerini və memarlıq tərzini qoruyub saxlamışdır.
Nyuberri Kitabxanası
Nyuberri Kitabxanası (ing. Newberry Library) — Çikaqoda yerləşən məşhur araşdırma kitabxanasıdır. 1887-ci ildə Volter L. Nyuberrinin vəsiyyətinə əsasən təsis edilib və əsasən humanitar elmlər üzrə tədqiqatlar aparanlar üçün zəngin mənbə təmin edir. Kitabxana hər kəsin sərbəst şəkildə istifadə edə biləcəyi nadir və qiymətli materiallar kolleksiyası ilə məşhurdur, xüsusən tarix, filologiya, incəsənət, musiqi və digər humanitar elmlər sahəsində. == Haqqında == Nyuberri Kitabxanasının kolleksiyalarına qədim əlyazmalar, xəritələr, nadir kitablar, tarix, genealogiya və mədəni tədqiqatlara aid sənədlər daxildir. Kitabxana həm də sərgilər, seminarlar, mühazirələr və müxtəlif təhsil proqramları təşkil edir, bu da onu yerli tədqiqatçılar və beynəlxalq alimlər üçün əhəmiyyətli bir mərkəzə çevirir. Kitabxana ictimaiyyət üçün açıqdır və istifadə üçün üzvlük tələb olunmur, amma müəyyən xüsusi kolleksiyalar üçün qeydiyyat lazım ola bilər. == Kolleksiyası == Kitabxananın kolleksiyaları altı əsrdən çox tarixi əhatə edən, ilk növbədə Qərbi Avropa və Amerika qitəsinin tarixi, mədəniyyəti və xalqı ilə bağlı ilkin və ikinci dərəcəli mənbələrdən ibarətdir. Kolleksiyanın əsas güclü tərəflərinə aşağıdakılar daxildir: Amerika tarixi və mədəniyyəti Amerika Hind və Yerli Tədqiqatlar Çikaqo və Orta Qərb Genealogiya və yerli tarix Kitabın tarixi Xəritələr, səyahət və kəşfiyyat Orta əsrlər, İntibah və Erkən Müasir Araşdırmalar Müasir əlyazmalar və arxivlər İfa sənətləri Açıqcalar Din Kolleksiya təxminən 1,6 milyon kitab, 600,000 xəritədən ibarətdir. Təxminən 5 milyon səhifəlik əlyazmaları, 500.000 müxtəlif açıqcaları, təxminən 250.000 nota musiqisini və daha çoxunu ehtiva edən 1300 fərdi arxiv kolleksiyası.
Tərbiyət kitabxanası
Tərbiyət kitabxanası — Əsası 1921-ci ildə Məhəmmədəli Tərbiyət tərəfindən qoyulmuş İranın birinci dövlət kitabxanası. 1921-ci ildə Təbrizdə yaradılan Tərbiyət kitabxanası İranın birinci dövlət kitabxanasıdır. Kitabxana Məhəmmədəli Tərbiyət tərəfindən "Maarif ümumi kitabxana və qiraətxana" adı altında Məhəmmədiyə mədrəsəsinin otaqlarının birində, Hərəmxana məhəlləsində qurulub və 1933-cü ildə indiki yerinə, Danişsəra xiyabanına köçürülüb. Kitabxanadakı əlyazmalar 1979-cu il inqilabından sonra Təbriz Milli Kitabxanasına aparılıb.
Qeyzel Kitabxanası
Qeyzel Kitabxanası (ing. Geisel Library) — ABŞ-ın Kaliforniya ştatında yerləşən, San-Dieqo Universitetinin (ing. University of California, San Diego — UCSD) əsas kitabxanasıdır. Kitabxana, memarlıq dizaynı və adını aldığı məşhur uşaq kitabları müəllifi Doktor Syuz (Teodor Syuz Qeyzel) ilə tanınır. Qeyzel Kitabxanası, həm kitabxana xidməti, həm də memarlıq baxımından Kaliforniyanın simvolik binalarından biridir. == Əsas xüsusiyyətləri == === Memarlığı və dizaynı === Kitabxana, 1970-ci illərdə məşhur amerikalı memar Uilyam Leonard Pereyra tərəfindən dizayn edilmişdir. Kitabxananın futuristik görünüşü və brutalist üslubda tikilmiş strukturu ilə tanınır. Onun qeyri-adi, piramida şəklində yüksələn mərtəbələri binaya fərqli və ikonik bir görünüş verir. Qeyzel Kitabxanası unikal dizaynı ilə həm universitetin, həm də şəhərin simvollarından birinə çevrilmişdir. Kitabxana, məşhur uşaq kitabları yazıçısı Doktor Syuz (Teodor Syuz Qeyzel) adını daşıyır"Honoring Our 'Library of Dreams'".
Viner Kitabxanası
Viner Kitabxanası (de, ing. Wiener Holocaust Library) — dünyanın ən qədim Holokost və soyqırım araşdırmalarına həsr olunmuş kitabxanalarından biridir. 1933-cü ildə Almaniyada yaradılan kitabxana, 1939-cu ildə Böyük Britaniyaya köçürülmüş və bu gün London şəhərində fəaliyyət göstərir. Kitabxana, nasizmin, Holokostun, antisemitizmin və digər soyqırım hadisələrinin sənədləndirilməsi və araşdırılması üzrə ən əhəmiyyətli mənbələrdən biridir. == Kitabxananın əsas xüsusiyyətləri == === Arxivi === Viner Kitabxanası, nasist Almaniyası və Holokostla bağlı 1 milyondan çox sənəd, kitab, jurnal, əlyazma, fotoşəkil və digər arxiv materiallarını toplayır. Bu kolleksiya, həm soyqırımı anlamaq, həm də qurbanların xatirəsini yaşatmaq üçün əhəmiyyətli bir mənbədir. Kitabxana Holokost, antisemitizm, nasist təqibləri və digər soyqırımlar üzrə elmi araşdırmaları dəstəkləyir. Araşdırmaçılar, tələbələr və maraqlanan şəxslər üçün geniş tədqiqat resursları və məsləhət xidmətləri mövcuddur. Viner Kitabxanası, Holokost və soyqırım tarixi ilə bağlı maarifləndirici proqramlar, sərgilər və seminarlar təşkil edir. Bu tədbirlər vasitəsilə ictimaiyyətə tarixi məlumatlar çatdırılır və gələcəkdə belə faciələrin qarşısının alınmasına töhfə verilir.
Kitabxana biblioqrafik təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası. KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi.
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq (BBƏ) – iştirakçı dövlətlərin elmi, mədəni, ticarət əlaqələri kompleksinin tərkib hissəsi, kitabxanalararası qarşılıqlı əlaqələrin formasıdır. == Haqqında == Biblioqrafiya sahəsində beynəlxalq əməkdaşlıq elm və incəsənətin bütün sahələrində beynəlxalq əlaqələrin əsasının qoyulduğu XIX yüzilliyin ikinci yarısında yaranmışdır. Ümümi səbəblərdən əlavə, onun inkişafına dünya çap məhsulunun fasiləsiz olaraq artması, kitabxana işinin intensiv inkişafı da təsir göstərmişdir . BBƏ kitabxanaların beynəlxalq əlaqələrinin inkişafının müəyyən mərhələsində yaranmış və kitabxanaların əlaqələri ikitərəfli və çoxtərəfli; regional, regionlararası və qlobal, epizodik və sistemli; planauyğun; hüquqi cəhətdən təsdiq edilmiş və ya edilməmiş; dövlət çərçivəsində və ya kollektiv təşkilatlar və s. ola bilər. BBƏ formaları müxtəlif illərdə yaranmışdır: Beynəlxalq kitab mübadiləsi (BKM); Beynəlxalq kitabxanalararası abonoment (BKAA); elmi-praktik-peşə təcrübəsinin mübadiləsi; qarşılıqlı maraq doğuran problemlər üzrə layihələrinin dövlət və ya qeyri-dövlət təşkilatları çərçivəsində birgə həyata keçirilməsi; BBƏ-nin ilk rüşeymləri epizodik şəkildə müxtəlif kitabxanaların sayı ilə fondu zənginləşdirmək və peşə biliklərini mübadilə etmək məqsədilə həyata keçirilmışdir. BBƏ təşkilati baxımdan XIX əsrin axırıncı rübündə kitabxana konqres və konfransların təşkili və keçirilməsi yolu ilə formalaşır. Kitabxanaçıların ilk beynəlxalq konfransı Londonda (1877) keçirilmiş və orada 9 ölkə təmsil olunmuşdur . == Fəaliyyəti == Rəsmi Beynəlxalq statuslu konfrans Beynəlxalq sərgi çərçivəsində 1893-cü ildə Çikaqoda keçirilmişdir. İkinci beynəlxalq konfrans isə 1897-ci ildə Londonda keçirilmiş və ilk dəfə orada biblioqrafik fəaliyyət sahəsində Beynəlxalq əməkdaşlıq məsələləri də gündəlikdə yer almışdır.
Kitabxana
Kitabxana — növündən asılı olmayaraq kitab şəklində çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yer. = Tarixi = "Kitabxana" sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Aşşur hökmdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxanasındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lövhələr olub. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yaranması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastır kitabxanaları idi. == Növləri == Kitabxanalar 2 cür olur: Kütləvi kitabxanalar — hər kəsin istifadə edə bildiyi kitabxanalardır. Xüsusi kitabxanalar — elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuşdur.