Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Kolin Beyker
Kolin Beyker (ing. Colin Baker; 8 iyun 1943, London) — İngilis aktyoru. Ən çox 1984-ci və 1986-cı illər arasında «Doktor Kim» serialında altıncı Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Kolin Farrel
Kolin Farel (ing. Colin Farrell; 31 may 1976[…], Dublin) — irland aktyor. == Həyatı == Kolin Farrell 1976-cı il Mayın 31-i İrlandiyanın Castleknock qəsəbəsində dünyaya gəlib. 1,78 m boyunda olan aktyorun 2 əkiz bacısı (Claudine və Catherine) və 1 qardaşı (Eamonn Jr) var. Atası İrlandiyalı futbolçu olan Eamon Farrellin və Rita Farrellin ən kiçik oğludur. Bacısı Claudine Colinin şəxsi köməkçisi olaraq işləyir. Təhsilinə Castleknock’dakı St. Briged’s National School’da başlayır və Castleknock College ve Gormanstown College’də bitirir. 1980-cı illərin sonundan 1990-cı illərin əvvəlinə qədər Castleknock Celtic’də futbolçu olaraq oynayır. Kolin atası kimi futbolçu olmaq istəsə də drama məktəbi olan Gaiety School of Acting’e girməsi onun fikrini dəyişdirir.
Kolin Fört
Kolin Fyert (ing. Colin Andrew Firth; 10 sentyabr 1960[…], Qreyshot[d], Hempşir[d]) — Britaniya teatr və kino aktyoru. 12 Oskara namizəd olan “The King’s Speech” (“ Kral danışır! ”) filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular.
Kolin Maklaurin
Azerbaycanfevral 1698, Arqayl-end-Büt[d] – 14 iyun 1746[…], Edinburq == Həyatı == 1698-ci ilin fevralında Kilmodanda anadan olub, 14 iyun 1746-cı ildə Edinburqda vəfat edib. İstedadlı Kolin 11 yaşında Qlazqo Universitetinə daxil olub. O 19 yaşında İsa Marischal Kollecində riyaziyyat professoru oldu. 1719-cu ildə Lanadakı Qəzəb Cəmiyyətinin üzvü seçildi. Bu zaman o, Nyutonla tanış oldu. Nyutonun məsləhəti ilə 1725-ci ildə Edinburq Universitetində riyaziyyat professoru təyin edildi. O, Leonard Eyler və Daniil Bernulli ilə birlikdə 1740-cı ildə Fransa Elmlər Akademiyasının gelgit hadisələri ilə bağlı açdığı esse müsabiqəsində qalib gəldi. Yakobinlər 1745-ci ildə Edinburqu mühasirəyə alıb şəhəri ələ keçirdikdən sonra İngiltərəyə qaçdı. Növbəti il ​​Edinburqa qayıtdı və bir neçə ay sonra xəstələndiyi üçün öldü. Maclaurin, 1720-ci ildə yazdığı Geometria Organica (Üzvi Həndəsə) və Ümumi Təhsilin Təsviri əsərində; O, Nyutonun “Təbiət fəlsəfəsinin riyaziyyatının prinsipləri” kitabındakı teoremlərə oxşar teoremlər irəli sürdü.
Kolin farrell
Kolin Farel (ing. Colin Farrell; 31 may 1976[…], Dublin) — irland aktyor. == Həyatı == Kolin Farrell 1976-cı il Mayın 31-i İrlandiyanın Castleknock qəsəbəsində dünyaya gəlib. 1,78 m boyunda olan aktyorun 2 əkiz bacısı (Claudine və Catherine) və 1 qardaşı (Eamonn Jr) var. Atası İrlandiyalı futbolçu olan Eamon Farrellin və Rita Farrellin ən kiçik oğludur. Bacısı Claudine Colinin şəxsi köməkçisi olaraq işləyir. Təhsilinə Castleknock’dakı St. Briged’s National School’da başlayır və Castleknock College ve Gormanstown College’də bitirir. 1980-cı illərin sonundan 1990-cı illərin əvvəlinə qədər Castleknock Celtic’də futbolçu olaraq oynayır. Kolin atası kimi futbolçu olmaq istəsə də drama məktəbi olan Gaiety School of Acting’e girməsi onun fikrini dəyişdirir.
Kolin Makkalou
Kolin Marqaretta Makkalou (ing. Colleen Margaretta McCullough) — Avstraliya yazıçısı, məşhur “Tikanlıqda şərqi deyənlər” romanının müəllifi == Bioqrafiya == Colin Makkalou 1937-ci il iyunun 1-də Vellinqton şəhərində (Yeni Cənubi Uels) Ceyms və Laura Makkalounun ailəsində anadan olmuşdur. Colinin anası Yeni Zelandiyadan idi və onun əcdadları ölkənin yerli əhalisi olan maori xalqına məxsus olmuşdur. Colin Makkalounun ailəsi tez-tez müxtəlif yerlərə köçür, nəhayət onlarSidneydə məskunlaşır. Kolin Makkalou yaxşı təhsil almış və rəssamlıqla məşğul olmuş, hətta bir ara şeir yazmışdır. Valideynlərinin təsiri ilə o, gələcək peşəsi olaraq həkimliyi seçmişdir. Kolin Makkalou Sidney Universitetində neyropsixologiya ixtisası üzrə təhsil almışdır. Universiteti bitirdikdən sonra Royal North Shore Hospitalda işləmişdir. 1963-cü ildə o, Londona köçmüşdür. 1967-1976-cı illərdə Kolin Makkalou Yale Universitetinin Yale Tibb Məktəbində neyrobiologiya şöbəsində tədqiqat və tədris fəaliyyəti ilə məşğul olmuşdur.
Kolin Morqan
Kolin Morqan (1 yanvar 1986) — Şimali İrlandiyalı aktyor. O, BBC-nin fantaziya serialı Merlin-də canlandırdığı Merlin (2008–2012) və Kennet Brana -ın Belfast filmində canlandırdığı Billy Clanton (2021) obrazları ilə məşhurlaşmışdır.
Kolin Fyert
Kolin Fyert (ing. Colin Andrew Firth; 10 sentyabr 1960[…], Qreyshot[d], Hempşir[d]) — Britaniya teatr və kino aktyoru. 12 Oskara namizəd olan “The King’s Speech” (“ Kral danışır! ”) filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular.
Koit Toome
Koyt Toome (est. Koit Tomme; d. 3 yanvar 1979, Tallin, Estoniya) — Estoniya müğənnisi və aktyoru. O, Estoniyanı 1998 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Koyt Toome 3 yanvar 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində anadan olmuşdur. Koyt bir oğul və iki qız atasıdır. Koytin əmisi İndrek Toome 1988-ci ildən 1990-cı ilə kimi Estoniyanın Baş naziri olmuşdur. == Musiqi karyerası == Koyt Toome musiqi prodüseri Mikk Tarqo tərəfindən 1994-ci ildə musiqi məktəbində aşkarlanmışdır. Koyt üçün musiqi karyerası yaratmağı planlaşdıran prodüser həmin musiqi məktəbində eyni zamanda Sirli Hiius adlı istedadlı bir ifaçı aşkar edərək, Koyt və Sirlidən ibarət Code One adlı pop duet yaratmışdır. Code One həmin illərdə Estoniyada bir neçə hit mahnılar ifa etmişdir.
Samuel Kolt
Samuel Kolt (22 iyul 1814[…], Hartford – 10 yanvar 1862[…], Hartford) — Amerikalı ixtiraçı və sənayeçi. Bir dəfə doldurma ilə çoxlu mərmi ata bilən altıaçılan tipli bir tapança kəşf etmiş və bununla da, silah sənayesində yeni cığır açmış və silah istifadəsi daha da geniş yayılmışdır. 1847-ci ildə ABŞ-nin Konnektikut bölgəsində Kolt silah istehsalı şirkətini yaratmışdır. Müasir dövrdə adını daşıyan modern tapança növləri ABŞ başda olmaq şərti ilə bir sıra dünya ölkələrinə ixrac edilir. Samuel Kolt “Supernatural” adlı bir qorxu serialında özünün yaratmış olduğu “kolt” adlı tapançası ilə məşhurdur.
Kilit Monsonit yatağı
Kilit Monsonit yatağı- Ordubad rayonu ərazisində,Kilit kəndindən 2 kilometr şimal-şərqdə Kilit çayının sağ sahilindədir.Geoloji quruluşunda Mehri-Ordubad plutonunun monsonit fazasının süxurları təşkil edir.Faydalı qat xırda və orta dənəli,boz və tünd-boz rəngli kvarslı monsonitdən təşkil olunmuşdur.Sahəsi 0.03 kvadrat kilometr,faydalı qatın öyrənilmiş qalınlığı 50-90 metrdir.Monsonit yüksək dekorativliyə malik olub,üzlük daşı kimi köbə(bordyur) və binaların fasad hissələrinin tikintisində,abidələrin hazırlanmasında istifadə oluna bilər.Yatağın sənaye ehtiyatı 1260.1 min kub metrdir.
Kolin O’Donoqu
Kolin Artur O’Donoqu (ing. Colin Arthur O'Donoghue) — İrlandiyalı aktyor və musiqiçidir. Biri Var İdi, Biri Yox İdi serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan Ayin filmində kahin Maykl Kovak rolunu ifa etmişdi. == Həyatı və təhsili == Kolin Con və Meri O'Donoqunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb. O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu. 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə getdi. == Kariyerası == Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başladı. 2003-cü ildə Krismas Üçün Ev filmində oynadığı Norman roluna görə Ən yaxşı yeni istedad nomonasiyası üzrə İrland Film və Televiziya Mükafatı-na layiq görüldü. 2009-cu ildə Tudorlar adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol ifa etdi.
KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. == Tarix == Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. == Fəaliyyət istiqamətləri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. == Agentliyin vəzifələri == Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
Kerolit
Kerolit - mineral == Haqqında == Kerolit - qarışıq laylı nizamlanmamış quruluşlu Mg və Ni sulu silikatı. a-Kerolit serpentinəbənzər laylar, b-Kerolit isə talkabənzər laylar üstünlük təşkil edir. b-Kerolit maqneziumlu, pimelit isə - nikelli fasiləsiz izomorf seriyaların sonuncu üzvləridir. Hipergen; aşınma qabığında tapılır. Növ müxtəlifliyi: ferrikerolit, Ni və b-kerolit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kilid
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Kilim
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. == Ümumi məlumat == Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı. Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır.
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.