Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konfederasiya
Konfederasiya — müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklər. Konfederasiyada təşkilat və qurumlar ancaq müəyyən və məhdud məqsədlərlə birləşirlər. Konfederasiyanı meydana gətirən konfederasiyon təşkilat və quruluşların xüsusiyyətləri, konfederasiya halında da davam edər. Ortaq mənfəətlərini reallaşdırmağa yarayacaq nisbətdə bir əməkdaşlıq edirlər; bunun xaricində müstəqil təşkilat və quruluşlar kimi sifətlərini, hüquq və vəzifələrini bütünlüklə qoruyurlar. Konfederasiyaya daxil konfederasiyon təşkilat və quruluşlar istər xarici, istərsə də daxili baxımdan tam mənasıyla öz hakimiyyətlərinə sahibdir. Üzv təşkilat və quruluş dövlət isə digər dövlətlərlə hər cür diplomatik münasibətlərdə ola bilirlər. Konfederasiyon dövlətlər konfederasiyaya daxil dövlətləri heç bir təəhhüd altına soxmadan başqa dövlətlərlə döyüşə girişdikləri kimi, eyni konfederasiyada üzv olan bir dövlət ilə döyüş etdiyi zaman, bu beynəlxalq hüquq baxımından bir vətəndaş müharibəsi hesab olunmur; iki dövlətin müharibəsi sayılır. Konfederasiyada üzv dövlətlərin nümayəndələrindən meydana gələn bir məclisi vardır. Bu məclis tərəfindən alınan qərarları üzv dövlətlərin də tətbiq edə bilməsi üçün hər dövlətin ayrı-ayrı şəxsən səlahiyyətli orqanın tərəfindən mənimsənərək təsdiq edilməsi lazımdır. Konfederasiya dövlət birliyi bir andlaşma ilə meydana gəldiyi üçün üzv dövlətlər istədikləri zaman konfederasiyon dövlətdən ayrıla bilərlər.
Tekumse Konfederasiya
Tekumse Konfederasiyası — ABŞ-nin şimal-qərbində 19-cu əsrin əvvəlində mövcud olmuş hindu qəbilələrinin birliyi. Konfederasiyanın hədəfi ABŞ istilasına qarşı mübarizə idi. == Tarixi == Şimal-Qərb müharibəsi nəticəsində Qrinvill anlaşması imzalanır. Bu anlaşmadan müharibədə iştirak edən qəbilələr bölgəni tərk edirlər. Bir çoxu isə Mayami ərazisinə köçərək burada yeni məskənlər salırlar. 1806-cı ildə şauni qəbiləsində Lalaventika adlı birisi özünü peyğəmbər elan edir. Onun dini baxışlarına görə hindu qəbilələri öz aralarında toqquşmalara son qoymalı, ağlarla heç bir əlaqə saxlamamalı idilər. Belə ki, o, bütün bəlaların ağlardan gəldiyini bildirirdi. Üstəlik ağlardan spirtli içki, paltar və ərzaq almağa qadağa qoyur. O öz adını dəyişərək Tenskvatava adlandırır.
Konfederasiya Veteranlarının Oğulları
Konfederasiya Veteranlarının Oğulları ( KVO ) Amerika neo-Konfederasiya Konfederasiya əsgərlərinin kişi nəsillərindən ibarət qeyri- kommersiya təşkilatıdır .Təşkilat əcdadların anılması, onlara abidələrin maliyyələşdirilməsi və ithaf edilməsi, psevdotarixi İtirilmiş Səbəb ideologiyasının və müvafiq ağ üstünlüyünün təbliği ilə məşğul olmaq. KVO 1 iyul 1896-cı ildə Virciniya ştatının Riçmond şəhərində Konfederasiya Veteranlarının 1 nömrəli RE Li Kampı tərəfindən təsis edilmişdir. Onun qərargahı Tennessi ştatının Kolumbiya ştatındakı Elm Springsdə yerləşir.
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya və ya qısaca İSTC — beynəlxalq turizm təşkilatıdır. Təşkilat 1981-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvü statusuna malikdir. Əsas məqsədi turizmin inkişafı və tələbə, gənclər və akademik birlik mübadiləsi vasitəsilə beynəlxalq qarşılıqlı anlaşmanı genişləndirməkdir. Onun vəzifələri sırasında inzibati və maliyyə yardımının göstərilməsi, marketinq xidmətlərinin həyata keçirilməsi və s. göstərmək olar. Mənzil-qərargahı Niderlandın paytaxtı Amsterdam şəhərində yerləşir.
Argentina Konfederasiyası
Argentina Konfederasiyası 1831-1861 ci illərdə indiki Argentina ərazisində mövcud olmuş dövlət. (isp. Confederación Argentina). 1831-1852 ci illərdə ölkə rəhbəri, diktator Xuan Manuel de Rasos olur. Ölkə rəsmi olaraq Buenos Ayres vilayət qubernatoru tərəfindən idarə edilirdi. 1861-ci ildə Pavon döyüşündən sonra konfederasiya rəsmən dağılır.
Bar konfederasiyası
Bar konfederasiyası (pol. Konfederacja barska) — Krakov yepiskopu Kaetan Soltikin çağırışı ilə Reç Pospolitanın Roma-katolik şlyaxtası tərəfindən ölkənin daxili və xarici müstəqilliyini Rusiya İmperiyasının təzyiqindən qorumaq üçün, Slutsk, Torun və Radom konfederasiyalarına qarşı 29 fevral 1768-ci ildə Podoliyadakı Bar qalasında yaradılmış konfederasiya. Konfederantlar maqnatların gücünü məhdudlaşdırmaq və müxaliflərə qarşı ən bədnam təqiblərə son qoymaq istəyən Kral Stanislav Avqust Panyatovskinin məsləhətçilərinə qarşı çıxırdılar. Əvvəlcə formal olsa da, faktiki olaraq Bar konfederatları kralın özünə qarşı çıxırdılar.
Avropa Voleybol Konfederasiyası
Avropa Voleybol Konfederasiyası — mərkəzi Lüksemburqun paytaxtı Lüksemburg şəhərində olan, Avropada voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum.
Azərbaycan Sahibkarlar Konfederasiyası
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)-5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. ASK Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.
1997 FİFA Konfederasiyalar Kuboku
== İştirakçılar ==
1997 FİFA Konfederasiyalar Kuboku Finalı
1997 FİFA Konfederasyalar Kuboku Finalı — 1997-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1997-ci ilin 21 dekabr tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Braziliya və Avstraliya milli komandaları arasında keçirilmişdir. Matç Braziliya millisinin 6-0 hesablı qələbəsi ilə bitmişdir.
1999 FİFA Konfederasiyalar Kuboku
== İştirakçılar ==
1999 FİFA Konfederasiyalar Kuboku Finalı
1999 FİFA Konfederasyalar Kuboku Finalı — 1999-cu il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Meksika və Braziliya yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 1999-cu ilin avqusutun 4-də Mexiko şəhərində yerləşən, Azteka stadionunda keçirilmişdir. Meksika yığması matçı 4-3 hesablı qələbə ilə bitirərək turnirin qalibi olmuş ilk KONKAKAF komandası olmuşdur. == Arxa plan == İlk dəfə idi ki, FİFA bayrağı altında Meksika millisi finalda Braziliya millisi ilə qarşılaşırdı və bu vaxta qədər Meksika millisi heç bir FİFA turnirini qələbə ilə bitirməmişdi. Amma turnir 1995-ci ildə sonuncu dəfə Kral Fəhd Kuboku adlandığı mövsümündə Meksika millisi Danimarka və Argentina millilərinin ardıyca turniri üçüncü pillədə başa vurmuşdur. Braziliya millisi üçün isə 1997-ci ildə finalda Avstraliya yığmasına qalib gəldikdən sonra bu turnirdə ardıcıl ikinci final matçı idi. == Meksika == Meksika millisi tarixində ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdı və həmçinin turnirin qalibi olmuş ilk KONKAKAF komandası sayılırdı. Turnirin debüt matçında Meksika Səudiyyə Ərəbistan millisini 5-1 hesabı ilə məğlub etdi. Daha sonra onlar Misir millisi ilə 2-2 hesablı bərabərə qaldılar ki, xüsusilə bu matçın son 10 dəqiqəsində Meksika qapısından 2 top buraxdı. Qrupun son matçında isə onların rəqibi Boliviya yığması idi və bu oyunda onlar 1-0 hesablı qələbə qazanaraq yekunda qrup mərhələsini 7 xal ilə bitirdilər.
2001 FİFA Konfederasiyalar Kuboku
== İştirakçılar ==
2001 FİFA Konfederasiyalar Kuboku Finalı
2001 FİFA Konfederasyalar Kuboku Finalı matçı — 2001-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Yaponiya və Fransa yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 2001-ci ilin 10 iyun tarixində futbol üzrə Yaponiya və Fransa milli komandaları arasında Yaponiyanın Yokohama şəhərində yerləşən Nissan stadionunda baş tutmuşdur. Matç 30-cu dəqiqədə Frank Leböfin uzun ötürməsindən sonra, qapıçı Yoşikatsu Kavaquçinin xeyli irəli çıxmasından faydalanan Patrik Vieyranın vurduğu qol sayəsində 1-0 hesabı ilə Fransa millisinin xeyrinə bitmişdir.
2003 FİFA Konfederasiyalar Kuboku
== İştirakçılar ==
2003 FİFA Konfederasiyalar Kuboku Finalı
2003 FİFA Konfederasiyalar Kuboku Finalı — 2003-cü il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2003-cü ilin 29 iyun tarixində Stad de Frans stadionunda, Kamerun və Fransa yığmaları arasında baş tutdu. Oyunun 97-ci dəqiqəsində vurulan qızıl qol sayəsində Fransa millisi matçı qalib tərəf kimi başa vurdu. Final matçında Kamerun yığması meydana üzərində, Kolumbiya millisinə qarşı keçirdikləri yarımfinal matçı zamanı ürək tutmasından meydandaca həyatını itirmiş komanda üzvü olan Mark Vivyen Foe-nin adı, döğum və vəfat tarixləri yazılmış forma ilə çıxmışdı. Medal və mükafatların təqdimatı zamanı Kamerun millisinin iki üzvü əllərində Foenin böyük şəkillərini tutmuşdur ki, məhz ikincilik medalı onun üzərində asılmışdı. Fransa millisinin kapitanı Marsel Desailliyə medal təqdim edilərkən o, bu medalı Kamerun millisinin kapitanı Riqobert Sonq ilə birgə nümayiş etdirdi.
2005 FİFA Konfederasiyalar Kuboku
== İştirakçılar ==
2005 FİFA Konfederasiyalar Kuboku Finalı
2005 FİFA Konfederasiyalar Kuboku Finalı — 2005-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2005-cü ilin 29 iyun tarixində, Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən Valdştadion stadionunda, Braziliya və Argentina milli komandaları arasında keçirildi. Matç Braziliya millisinin 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.
2009 FİFA Konfederasiyalar Kuboku
CAR-da təşkil olunan turnirdə 8 komanda mübarizə aparacaq. Meydan sahibləri, həmçinin, yığmalar səviyyəsində planetin ən nüfuzlu 7 yarışının qalibi öz aralarında ənənəvi kubokun qalibini müəyyənləşdirəcək. Belə ki, FİFA-ya daxil olan regional konfederasiyaların ən yaxşısı ilə yanaşı, dünya çempionu da mükafat iddiasındadır. Turnir artıq üçüncü dəfədir qarşıdakı dünya çempionatının təşkilatçısına tapşırılıb. Həm 2002, həm də 2006-cı il dünya birinciliklərinin meydan sahibi bir il əvvəl nisbətən kiçik məsul yarış keçirməklə hazırlığını yoxlamışdı. Əslində isə 8-ci dəfə baş tutacaq Konfederasiyalar Kuboku sonradan dünya tərəfindən belə tanınıb. Əvvəl ərəb şeyxlərinin "oyuncağı"nı xatırladan "Kral Fəhd" Kuboku daim Səudiyyə Ərəbistanında keçirilmək üçün təsis edilmişdi. Qitə çempionlarını bir araya gətirən ərəblərin turniri o qədər maraqlı alındı ki, sonda FİFA bu "oyuncağı" tanıyıb ələ keçirdi və adını dəyişməklə "özəlləşdirdi". Ümumiyyətlə, Konfederasiyalar Kuboku ilk növbədə faciə ilə yaddaşlara həkk olunub. Çünki məhz 2003-cü ildə keçirilən turnir zamanı Kamerun yığmasının oyunçusu Mark Vivyen Foe elə meydanda yıxılaraq ölmüşdü.
2009 FİFA Konfederasiyalar Kuboku Finalı
2009 FİFA Konfederasiyalar Kuboku Finalı — 2009-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2009-cü ilin 28 iyun tarixində, CAR-ın Yohannesburq şəhərində yerləşən Ellis Park stadionunda, Braziliya və ABŞ milli komandaları arasında keçirildi. Matçın ilk hissəsində ABŞ millisi 2-0 hesabı ilə irəlidə olsa da moyunun bitməsinə 6 dəqiqə qalmış Lusionun qolu ilə yekunda Braziliya millisi 2-3 hesabı ilə qələbə qazandı.İlk dəfə kişilərdən ibarət ABŞ milli futbol komandası FİFA-nın keçirdiyi yarışın finalına vəsiqə qazanırdı. Braziliya yığması isə dördüncü dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı (1997, 1999 və 2005-ci ildən sonra). Matçdan öncə FİFA 2003 FİFA Konfederasiyalar Kuboku Finalı matçında oyun zamanı həyatını itirmiş Kamerun millisinin yarımüdafiəçisi, Mark Vivyen Foenin adını şərəfləndirdi. Üstəlik onun 3 övladından biri olan Mark-Skot, atasının xatirinə xatirə ismarıcı oxudu.
2013 FİFA Konfederasiyalar Kuboku
FİFA Konfederasiyalar Kuboku 2013 — 2013-cü ildə Braziliyada keçirilmiş yarış Kubok 15–30 iyun tarixlərində keçirilib. 2013-cü ilin futbol üzrə əsas yarışıdır. Turnir 2014-cü il dünya çempionatının keçiriləcəyi Braziliyada təşkil olunub. Qələbə uğrunda 8 milli komanda mübarizə apardı. Bunlar meydan sahibi Braziliya, dünya və Avropa çempionu İspaniya, AVRO-2012-nin finalçısı İtaliya, həmçinin Yaponiya, Meksika, Uruqvay, Taiti və Afrika Millətlər Kuboku-2013-ün qalibi olacaq komandadır.
2013 FİFA Konfederasiyalar Kuboku Finalı
2013 FİFA Konfederasiyalar Kuboku Finalı — 2013-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2013-cü ilin 30 iyun tarixində, Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Marakana stadionunda, Braziliya və İspaniya milli komandaları arasında keçirilmişdir. Braziliya millisi rəqibini 3-0 hesablı yenərək, İspaniyanın 29 oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu.Matç Braziliya üçün turnirdə beşinci final oyunu idi (1997, 1999, 2005 and 2009). İspaniya millisi isə ilk dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı. Qələbə sayəsində Braziliya millisi ardıcıl olaraq üçüncü dəfə turniri qalib kimi bitirmişdir.Finaldan öncə Braziliya və İspaniya milliləri 8 dəfə qarşılaşmışdılar və bu matçların dördündə Braziliya millisi, 2 matçda İspaniya millisi qalib bitirmiş digər iki matç isə heç-heçə qurtarmışdır. Adidas tərəfindən hazırlanmış olan Adidas Kafusa topu turnirin rəsmi topu sayılırdı. Həmçinin bu top FİFA Klublararası Dünya Kuboku 2012 turnirində də istifadə edilmişdir.
2017 FİFA Konfederasiyalar Kuboku
2017 FİFA Konfederasiyalar Kuboku (ing. 2017 FIFA Confederations Cup) — 2017-ci ilin 17 iyun – 2 iyul tarixləri arasında Rusiyada təşkil olunan sayca onuncu FİFA Konfederasiyalar Kuboku.
2017 FİFA Konfederasiyalar Kuboku A qrupu
2017 FİFA Konfederasiyalar Kuboku A qrupunda Rusiya, Yeni Zelandiya, debütant Portuqaliya və Meksika mübarizə aparır. Bu qrupda oyunlar 17 və 24 iyun 2017-ci il arasında keçiriləcək. Ən yaxşı nəticə göstərən iki komanda yarımfinala vəsiqə qazanacaq. == Komandalar == Qeydlər == Turnir cədvəli == Yarımfinal mərhələsində: Qrupun qalibi B qrupunun ikincisi ilə qarşılaşacaq. Qrupun ikincisi B qrupunun çempionu ilə qarşılaşacaq. == Oyunlar == Bütün oyunlar Moskva vaxtı ilə (UTC+03:00).
2017 FİFA Konfederasiyalar Kuboku B qrupu
2017 FİFA Konfederasiyalar Kuboku B qrupunda Kamerun, debütant Çili, Avstraliya və Almaniya mübarizə aparır. Bu qrupda oyunlar 18 və 25 iyun 2017-ci il arasında keçiriləcək. Ən yaxşı nəticə göstərən iki komanda yarımfinala vəsiqə qazanacaq. == Komandalar == Qeydlər == Turnir cədvəli == Yarımfinal mərhələsində: Qrupun qalibi A qrupunun ikincisi ilə qarşılaşacaq. Qrupun ikincisi A qrupunun çempionu ilə qarşılaşacaq. == Oyunlar == Bütün oyunlar Moskva vaxtı ilə (UTC+03:00).
2017 FİFA Konfederasiyalar Kuboku Finalı
2017 FİFA Konfederasiyalar Kuboku Finalı — 2017-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı. Matç 2017-cü il 2 iyulda Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Krestovski stadionunda, Çili və Almaniya milli futbol komandaları arasında keçirilmişdir.Matçın 20-ci dəqiqəsində Lars Ştindlın qolu ilə Almaniya millisi tarixində ilk dəfə FİFA Konfederasiyalar Kubokunun qalibi olmuşdur.Matç Çili millisi üçün, ilk dəfə iştirak etdikləri turnirdə birinci final matçı idi ki, turnirdə iştirak hüququnu 2015-ci ildə ilk dəfə Amerika Kubokunun qazanmaqla əldə etmişdirlər. Almaniya millisi isə 2014-cü ildə dördüncü dəfə qazandığı FİFA Dünya Kubokunun qalibi kimi turnirə vəsiqə əldə etmişdir. Çili və Almaniya milliləri bu matça qədər 8 dəfə qarşılaşmışdırlar ki, bunların dördü beynəlxalq turnir çərcivəsində digər dördü isə yoldaşlıq matçı olmuşdur. Nəticədə beş matç Almaniya millisinin qələbəsi ilə, 2 matç Çili millisinin qələbəsi ilə və 1 matç heç-heç yekunlaşmışdır.
2017 FİFA Konfederasiyalar Kuboku statistikası
Bu siyahı 17 iyun və 2 iyul 2017-ci il tarixləri aralığında təşkil olunan və səkkiz milli komandanın iştirak etdiyi 2017 FİFA Konfederasiyalar Kubokunun statistikasıdır. Turnir bu il Rusiyada təşkil edilmişdir. == Bombardirlər == 6 oyun ərzində ümumilikdə 17 qol qeydə alınmışdır. Hər oyun başına 2.83 qol payı düşür. 1 qol 1 avto qol Maykl Boksall (Rusiyaya qarşı)Mənbə: FIFA == Assistlər == 1 assist Mənbə: FIFA == Qollar == == Oyunun adamı == == Ümumi statistika == Updated to games played on 21 İyun 2017. Komandalar adi, ev sahibi isə italik formada yazılır.
Avropa Həmkarlar İttifaqları Konfederasiyası
Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ing. European Trade Union Confederation) və ya qısaca AHİK (ing. ETUC) — bütün Avropa üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. == Tarixi == Konfederasiya 1973-cü ildə yaradılmışdır. == Tərkibi == Hazırda təşkilata 36 Avropa ölkəsindən 85 milli həmkarlar ittifaqı və 10 sənaye federasiyası daxildir. 60 000 000 üzvü var. == Məqsəd və fəaliyyət == AHİK-in əsas məqsədi 60 milyon üzvünün vahid səsi ilə çıxış etmək, əməkçilərin hüquqlarını pozanlarla mübarizə aparmaq və qitə əhalisi üçün tam məşğulluğu təmin etməkdir. Konfederasiya siyasətini Avropanın sosial modeli üzərində qurur: əməkçilər üçün stabil sosial-iqtisadi mühit yaratmaq və inkişaf etdirmək, əhalinin bərabər vətəndaş və insan hüquqlarına sahib olmasını təmin etmək. Avropa sosial modeli termini iqtisadi durumun daimi inkişafı anlamını daşıyır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Kanada Konfederasiyası
Kanada Konfederasiyası (ing. Canadian Confederation, fr. Confédération canadienne) — Britaniya Şimali Amerikasının əyalətlərinin, müstəmləkələrinin və ərazilərinin yeni federal dövləti, Britaniya İmperiyası, Kanada hökmranlığı yaratmaq üçün müttəfiq olduqları 1 iyul 1867-ci ildə sona çatan proses. İndi Kanadanı mücərrəd şəkildə təsvir etmək üçün "konfederasiya" sözü tez-tez istifadə olunur və "Konfederasiya ataları" ifadəsi bu istifadəyə nümunədir. Bu arada, daha spesifik olaraq, ifadə ümumiyyətlə ölkənin siyasi quruluşuna deyil, 1860-cı illərdə müstəmləkələri birləşdirən siyasi prosesə aiddir. Kanada tarixini iki dövrə bölmək üçün də istifadə olunur: "Konfederasiya öncəsi" və "Konfederasiya sonrası" (sonuncusu bu günə qədər davam edir). "Konfederasiya" ifadəsi tez-tez Kanadaya istinad etmək üçün istifadə olunsa da, Kanada daha çox federasiya təşkil edir. Konfederasiyanın yaranmasına səbəb olan 1860-cı illərdə baş tutan konfransların bütün iştirakçıları Konfederasiyanın Ataları hesab olunurlar. Lakin 1867-ci ildə hökmranın ərazi bölgüsü müasir Kanada xəritəsindən xeyli dərəcədə fərqlənir. Konfederasiya qurulduqdan sonra (XIX əsrin sonlarından XXI əsrin əvvəllərinə qədər) sərhədlərin və Kanada federalizminin formalaşmasında iştirak edən siyasətçilər onun qurucuları hesab olunurlar.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Livoniya konfederasiyası
Livoniya konfederasiyası — bu ittifaqa Livoniya ordeni, Riqa arxiyepiskopluğu, Derpt, Ezel və Kurlandiya yepiskopluqları daxil idilər. == Ədəbiyyat == Kasekamp A. Characteristics of Warfare in the Times of Henry of Livonia and Balthasar Russow, Lithuanus // The Lithuanian Quarterly, Vol. 36, № 1, 1990. Plakans A. The Latvians. A Short History. Stanford: Hoover Institution Press, Calif, 1995.
Qafqaz Konfederasiyası
Qafqaz Konfederasiyası — Qafqaz xalqlarını Rusiya-bolşevik əsarətinə qarşı mübarizədə birləşdirməyə və vahid Qafqaz Konfederasiyası dövləti yaratmağa çalışan siyasi mübarizə cərəyanı. 1918-1920- ci illərdə müstəqil Qafqaz respublikaları bolşevik işğalı nəticəsində süquta uğradıqdan sonra siyasi mühacirətdə olan qafqazlı istiqlal mübarizləri tərəfindən formalaşdırılmışdır. == Qafqaz birliyi == Qafqaz birliyi məsələsi I Dünya müharibəsindən əvvəl Türkiyədə yaşayan qafqazlıların yaratdıqları Qafqaz Komitəsi dövründən aktual olmuşdur. Bu məsələ Zaqafqaziya seymində, Trabzon konfransında (1918) və “Müsavat” partiyasının ikinci qurultayında (1919) da müzakirə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin bir çox dövlət xadimləri Qafqaz respublikalarının birliyi və konfederasiya formasında birləşməsi məsələsində fəal mövqe tutmuşlar. Ermənilər Qafqaz Konfederasiyası ideyasının reallaşması məsələsində daim pozuculuq mövqeyi tutmuşlar. Cənubi və Şimali Qafqazın birləşməsi məsələsinə münasibətdə də müəyyən fikir ayrılıqları olmuşdur. Gürcüstan dövlətinin başçıları Şimali Qafqazla ittifaq məsələsinə ehtiyyatla yanaşır, dağlı liderlərinin təbliğ etdikləri Qafqaz Konfederasiyası ideyasını isə, ümumiyyətlə dəstəkləmirdilər. Qafqaz respublikalarının Tiflis konfransında (9 aprel 1920) Azərbaycan nümayəndə heyətinin (Həsən bəy Ağayev – sədr, O.Kriçinski, F.Vəkilov) təşəbbüsü ilə Qafqaz Cümhuriyyətləri Şurası yaratmaq barədə razılaşma əldə olundu. Bu Şuranın yaradılması haqqında Azərbaycan ədliyyə nazirinin müavini O.Kriçinski tərəfindən 24 maddədən ibarət layihə də hazırlandı.
Qaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Qranada Konfederasiyası
Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət. == Tarixi == 1853-cü ildə Yeni Qranada Respublikasında konsitutsiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir. 27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir.
Seneqambiya Konfederasiyası
Seneqambiya Konfederasiyası — Qambiya və Seneqalın birgə yaratdıqları konfederasiya. Seneqambiya Konfederasiyasını Qambiya Seneqal ilə birlikdə 1982-ci ilin fevralında yaratmışdır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.
Tekumse Konfederasiyası
Tekumse Konfederasiyası — ABŞ-nin şimal-qərbində 19-cu əsrin əvvəlində mövcud olmuş hindu qəbilələrinin birliyi. Konfederasiyanın hədəfi ABŞ istilasına qarşı mübarizə idi. == Tarixi == Şimal-Qərb müharibəsi nəticəsində Qrinvill anlaşması imzalanır. Bu anlaşmadan müharibədə iştirak edən qəbilələr bölgəni tərk edirlər. Bir çoxu isə Mayami ərazisinə köçərək burada yeni məskənlər salırlar. 1806-cı ildə şauni qəbiləsində Lalaventika adlı birisi özünü peyğəmbər elan edir. Onun dini baxışlarına görə hindu qəbilələri öz aralarında toqquşmalara son qoymalı, ağlarla heç bir əlaqə saxlamamalı idilər. Belə ki, o, bütün bəlaların ağlardan gəldiyini bildirirdi. Üstəlik ağlardan spirtli içki, paltar və ərzaq almağa qadağa qoyur. O öz adını dəyişərək Tenskvatava adlandırır.
İsveçrə Konfederasiyası
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
Afrika Futbol Konfederasiyası
Afrika Futbol Konfederasiyasının yaranmasına qədər qitəni FİFA-da dörd milli assosiasiya təmsil edirdi. Misir Futbol Federasiyaları Assosiasiyası 1923, Sudan Futbol Federasiyaları Assosiasiyası 1948, Cənubi Afrika Futbol Federasiyaları Assosiasiyası 1952 və Efiopiya Futbol Federasiyaları Assosiasiyası isə 1953-cü ildə beynəlxalq qurumun üzvlüyünü qəbul edib. Əvvəllər bu ölkələr müxtəlif regional qruplar formasında təmsil olunurdular. 1956-cı il, iyunun 6-9-da Lissabonun "Avendia" mehmanxanasında təşkil olunan FİFA-nın 30-cu konqresində əsas müzakirə obyekti Misir, Sudan, CAR və Efiopiya Assosiasiyalarının rəhbərlərinin Afrika Futbol Konfederasiyasının yaradılması barədə irəli sürdükləri təkliflər idi. Fikrin ali futbol təşkilatının rəhbərliyi tərəfindən müsbət qarşılanmasının nəticəsi kimi, 1957-ci ildə Afrika Futbol Konfederasiyaları (AFK) yaradıldı. AFK-nın hazırlıq və ətraflı tanışlıq xarakteri daşıyan ilk iclası 1957-ci il, fevralın 8-də Xartumda təşkil edilib. Müşavirədə adları çəkilən dörd ölkə iştirak edib və əsas məqsəd Afrika Kubokunun təşkili məsələsinin müzakirəsi olub. Quruma keçirilən birinci prezident seçkilərində iddiasını irəli sürən 10 namizəd arasında bütün rəqiblərini səs çoxluğu ilə üstələyən misirli Əbdüləziz Abdulla Səlim AFK-nın ilk rəhbəri kimi tarixə düşüb. Baş katib funksiyası isə həmyerlisi Məhəmməd Yusufa həvalə edilib. İlk Afrika Kubokunun tarixi həmin il fevralın 10-na təsadüf edir.
Afrika Voleybol Konfederasiyası
Afrika Voleybol Konfederasiyası — Afrikada voleybola nəzarət edən qurum. 53 Afrika ölkə federasiyası tabeliyindədir. Mərkəzi Misirin paytaxtı Qahirədə yerləşir. Prezdenti də həmin ölkədən Əmr Əl Vanidir. Qeyd edək ki, Afrika Voleybol Konfederasiyasının voleybol turnirləri izləyici sayına görə ən geridə olan turnirlər sayılır.
Asiya Futbol Konfederasiyası
Asiya Futbol Konfederasiyası, (ing. Asian Football Confederation qısaca AFC) Asiya'da futbolu idarə edən qürumdur. 8 May 1954-cü ildə Filippinin paytaxtı Manilada yaradılan qürumun hazırda mərkəzi Malayziyan'ın paytaxtı Kuala-Lumpur'da yerləşir. = Tarixi = Asiya Futbol Konfederasiyası 8 May 1954-cü ildə qurulub. Qurucu üzvləri Əfqanıstan, Myanma, Çin Respublikası, Honkonq, Hindistan, İsrail, İndoneziya, Yaponiya, Cənubi Koreya, Pakistan, Filippin, Sinqapur və Vyetnam'dır. Asiya Futbol Konfederasiyasının Asiyada, Asiyalı Qadınlar Futbol Konfederasiyası (The Asian Ladies Football Confederation ALFC) adlı qadın futbolunu idarə etdiyi bir bölməsidə var. Asiyalı Qadınlar Futbol Konfederasiyası 1968-ci ildə qurulub. 1986-cı ildə isə Asiya Futbol Konfederasiyası ilə birləşib. 1975-ci ildə isə ilk AFC Asiya Qadınlar Kuboku turnirinin təşkil edilməsində böyük rolu olub. = Turnirlər = === Milli === AFK milli səviyyəsində təşkil etdiyi AFK Asiya Kuboku və AFK Qadınlar Asiya Kuboku turnirləri ilə Asiyanın ən böyük komandasını müəyyən edir.
Asiya Voleybol Konfederasiyası
Asiya Voleybol Konfederasiyası — [[]]Beynəlxalq Voleybol Federasiyasını (FİVB) təmsil edən və Asiya, Avstraliya və Okeaniyada voleybol oyunlarının keçiriləmisini təşkil edən qurum. Konfederasiyaya 65 üzv ölkə axildir.
Boliviya-Peru Konfederasiyası
Boliviya-Peru Konfederasiya Peru və Boliviya arasında 1836–1839 cu illərdə Cənubi Amerikada yaradılmış konfederasiya. Həmin vaxt Peru iki dövlətə Şimali və Cənubi Peruya bölünmüşdü. Bu dövlətin əsas fiquru Boliviya prezidenti Andres Santa Krus idi. Dövlətin paytaxtı Perunun şəhəri olan Takna idi. == Yaradılmadan öncə == Konfederasiyanın yaradılması fikri Peru dövlət başçılarının təşəbüsü olsada , Boliviya liderləri bu fikri dəstəkləmirdilər. Peruda qeyri-sabitlik höküm sürürdü. Boliviyada isə Santa Krusun diktatorluğu altında daha da güclənmişdi. Bu vəziyyətdə Konfederasiyanın yaradılması Boliviyanın bu birlikdə dominantlığına gətirib cıxarırdı. == Konfederasiyanın yaradılması == Məqsədinə catmaq üçün Santa Krus Peruda olan qeyri-sabitlikdən istifadə edərək orada bir necə üsyan təşkil edir. Ən əlverişli vaxt Peru prezidenti Luis Xose de Orberosonun ona müraciyyəti olur.
Finlandiya Əməkçilərinin Konfederasiyası
Finlandiya Əməkçilərinin Konfederasiyası (fin Toimihenkilökeskusjärjestö, isv. Tjänstemannacentralorganisationen) — Finlandiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Helsinki şəhərində yerləşir. == Tarixi == Konfederasiyanın iki yaranma tarixi var:Birinci dəfə 1946-cı ildə yaranıb. Təşkilat uzun illər fəaliyyət göstərsə də, bir o qədər də nüfuza sahib ola bilməyib və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyəti həm də İkinci dünya müharibəsindən sonra ölkədə iqtisadi, siyasi və sosial sahələrdə yaşanan çətinliklərlə əlaqələndirirdilər.İkinci dəfə isə 1993-cü ildə bir qrup Finlandiya əməkçisi bir araya gələrək təşkilatı yenidən yaradıblar. == Tərkibi == İlk dövrdə Konfederasiyaya yalnız qeyri-formal iqtisadiyyatda çalışanlar və muzdlu işçilər üzv idi. Zaman keçdikcə bir-birinin ardınca digər sektorlarda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları da konfederasiyanın tabeçiliyinə keçirlər. Hazırda 650 min üzvü olan və 18 təşkilatı özündə cəmləşdirən təşkilat ölkədə fəaliyyət göstərən üç ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatından biridir. Konfederasiyanın sıralarında qadınlar çoxluq təşkil edir.
Gürcüstan Türkləri Konfederasiyası
Qafqaz Konfederasiyası Paktı
Qafqaz Konfederasiyası Paktı — Bolşevik işğalından sonra Avropada fəaliyyət göstərən qafqazlı mühacirlərin Qafqaz Konfederasiyası yaratmaq məqsədilə imzaladığı sənəd. == Qafqaz Konfederasiyasının əsasları == 1934-cü il iyulun 14-də Brüsseldə imzalanmışdır. “Qafqaz Konfederasiyası Paktı” adlanan 14 iyul anlaşmasında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Milli Mərkəzləri “Bir millətin tam inkişafının ancaq tam bir istiqlal şərtilə mümkün olacağını, təkmil Qafqaz qüvvələrinin vahid və müştərək sərhədlər daxilində birləşmədən bu məqsədə çatmasının son dərəcə çətin olacağını, Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini, Qafqaz Cümhuriyyətləri Konfederasiyasının məmləkətin siyasi və iqtisadi birliyindən irəli gələn bir forma olduğunu” nəzərə alaraq, Qafqaz Konfederasiyasının əsaslarını elan etdilər. == Sənəddə qeyd edilənlər == Sənəddə göstərilirdiki, Qafqaz Konfederasiyası xaricdə tərkibinə qatılmış Cümhuriyyətlərin adından çıxış edəcək; yaradılacaq Qafqaz Konfederasiyası müştərək gömrük sərhədinə malik olacaq; konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici siyasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən birgə həyata keçiriləcək; konfederasiyanın sərhədləri Cümhuriyyətlərin ordularından təşkil edilən və vahid komandanlıq altında fəaliyyət göstərən konfederasiya ordusu tərəfindən müdafiə olunacaq; konfederasiyadaxili mübahisəli məsələlərə ali konfederasiya məhkəməsində baxılacaqdır. “Qafqaz Konfederasiyası Paktı”nı Azərbaycan adından Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Şimali Qafqaz adından Məmməd Girey Sunc, İbrahim Çulik, Tausultan Şakman, Gürcüstan adından N.jordaniya, A.Çxenkeli imzalamışdır.
Qərbi Hindu Konfederasiyası
Qərbi Hindu Konfederasiyası (ing. Western Indian Confederation).Bu konfederasiya Böyük göllər hövzəsində yaşayan hindu qəbilələrinin birliyi olmuşdur.Konfederasiya ABŞ İstiqlal müharibəsindən sonra meydana gəlir. == Tərkibi == Bu birliyə regionun bir çox qəbilələri daxil idi.Konfederasiyaya daxil olan qəbilələrin əsasən kəndləri ayrı-ayrılıqda daxil olması hələ qəbilənin tam birliyə daxil olması demək deyildi.Birliyə Mayami, şauni, odjibve ,potavatoni, ottava, vaudoti, menomin, delovar, ikonez, ulinoys, minqo, kikap və yuxarı krik qəbilələri daxil idi. == Tarixi == 1783-ci ildə hindu qəbilələrinin bir çoxunun başçısı arasında Sandasda konfederasiya yaradılması haqqında anlaşma imzalanır.Hədəf ABŞla danışıq aparmaq olur.Britaniya rəsmi olaraq birliyə qoşulmur,hinduları amerikalıların kəndlərinə edilən hücumlarına qarşı cıxır.Ancaq moxax qəbiləsinin başçısı,Britaniya ordusunun zabiti Djozef Brantı oraya göndərərək ABŞa qarşı onlarla birlikdə olduğunu bildirir¹.ABŞ qonşuluğunda güclü və monlit qəbilələr arası birliyin olmasını istəmirdi.Bu səbəbdən hökumət bu birliyi tanımır.Ohayo ştatı ərazisi 1775-ci ildə hindu qəbilələrinin birliyi tərəfindən imzalanmış Makintoş anlaşmasına əsasən ABŞa verilir.Bir çox qəbilələr isə anlaşmanı tanımayaraq ərazini tərk etmirlər.Bölgəyə kolonistlərin çoxsaylı köçü hinduların narazılığına səbəb olurdu.Bunun nəticəsi idiki,1785-1795 ci illərdə Britaniyalıların dəstəyi ilə Şimal-Qərbi İndiana müharibəsi baş verir.Konfederasiyanın bir sıra qalibiyyətlərinə baxmayaraq sonda məğlub olaraq Qrinvill anlaşmasına qol çəkməli olurlar.Bu Konfederasiya ABŞ və hindu gəbilələri arasındakı sonrakı əlaqələrədə öz təsirini göstərir.