Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kutsan
KutSan — rütbəsi iki sözün Kut və San sözlərinin birləşməsindən yaranmışdır. == KUT == Kut (Qut) — Tanrının Göydən işıq (nur) vasitəsilə insanlara göndərdiyi uğurlu ruha (cana) inanan qədim türklər bu olayı Kut (Qut) adlandırmışdırlar. Kutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, qurultayda seçilən Xaqanın Tanrı Kutu alması kimi dəyərləndirilirdi. Sonralar Kut (Qut) sözü “ruh” anlamında şamanizm termini kimi işlənmişdir. Kut (Qut) sözü türk onomastikası üçün də doğmadır. Belə ki, Kut Tengri Xatuni, Kutan, Kutluğ, Qutqan, Kutlu/Qutlu, Kutadmış, Qutalmış kimi Türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları türk dillərində bu gündə işlənir. Kitabi Dədə Qorqutda “ Bu ad, bu igidə qutlu olsun!” və Manas eposunda “Kuyruğuna kut düşmüş, Kutlu kula at kiminki?” deyimləri Kut (Qut) sözünün qutsal anlamını yaşadır. Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır. “Hökmdarlar iqtidarı Tanrıdan alırlar!” deyimini bizə çatdıran “Kutadğu Bilig” abidəsinin adında işlənən kutadğu sözünün özü də hakimiyyət, iqtidar anlamına gəlir. == Təqdimatı == Kut alıb başçı seçilən şəxs dağınıq boyları toplayıb xalqın gücünü artırmalı, acı doyurub, çılpağı geyindirməli, xalqın iqtisadi durumunu yüksəltməli, ədaləti, törəni, asayışı təmin etməli idi.
IV Məhəmməd nutsal
IV Məhəmməd nutsal həmçinin Nursal-bəy, Mersel-xan, ləqəbi Cəsarətli (1730 və ya 1731, Xunzax — 1774, Şamaxı) — 1735-1774-cü illərdə Avar xanlığının hökmdarı, Nutsal sülaləsindən olan V Ümmə xanın atası. Avar Nutsalların nümayəndəsi olaraq Məhəmməd 5 yaşında taxta çıxır. Qardaşı Məhəmməd Mirzə ilə birlikdə hökmranlıq eedir, ancaq xanlıqda əsl hakimiyyət Məhəmməd nutsalın əlində idi. Başqa bir versiyaya görə 1744-cü ilə qədər hökmranlıq edən II Nutsal-xan olur və ondan sonra I Mahmud-xan olur. Məhəmməd-nutsalın əsas uğurlarından biri də Avar xanlığının ətrafında Avar torpaqlarının birləşməsi olur. Məhəmməd nutsal Nadir şah qoşunlarının məğlub edilməsində mühüm rol oynayır, o da tez-tez basqınları ilə Gürcüstanı narahat edirdi. 1772-ci ildə Məhəmməd-nutsal Azərbaycan xanları arasındakı qarşıdurmaya müdaxilə edir və nəticədə döyüşlərin birindən sonra danışıqlar zamanı öldürülür. == Erkən illər == Məhəmməd-nutsal 1730 və ya 1731 -ci ildə Xunzaxda anadan olmuşdur. Anonim bir müəllifin 19-cu əsrin birinci yarısında yaddaqalan qeydlərdə yazdığı kimi, "Məhəmməd Nutsal Ümmə xandan doğulub". Xunzax əfsanələrinə görə, bu Məhəmməd-nutsal, Duqru-Nutsalın oğlu Bulaç ləqəbli Ümmə-xanın oğlu idi.
Mes Sungun Varzqan Futsal Klubu
Mes Sungun Varzeqan İdman Klubu — Varzeqanda yerləşən İran idman klubudur. Bu klubun futzal komandası İran Futzal Premyer Liqasının yarışlarında iştirak edir və 4 çempionatla bu yarışmada ən uğurlu komanda hesab olunur, həmçinin 2018-ci ildə Asiya Futzal Çempionlar Liqasını qazandı və 2019-cu ildə bu turnirdə ikinci yer.
Futzal
Futzal və ya minifutbol — futbolun kiçik sərt-kortda oynalınan növlərindən biridir..
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Kuhsar
Kuhsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,757 nəfər və 2,075 ailədən ibarət idi.
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Uysal
Uysal — Türkiyə soyadı.
Dmitro Mutsak
Dmitro Mutsak (8 noyabr 1995 Borislav, Ukrayna) — Ukraynalı dağ-xizək idmançısı. Dmitro Mutsak Ukraynanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Dmitro Mutsak birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Mutsak 3:11.40 saniyəlik nəticəsi ilə 109 atlet arasında 60-cı yeri tutdu.
Kursaal sarayı
Kursaal sarayı və ya Kursaal Konqres və Tamaşaçı zalı Mərkəzi (isp. Palacio de Congresos y Auditorio Kursaal) - İspaniyanın San Sebastian şəhərində yerləşən tamaşaçı zalı. == Haqqında == Kursaal sarayı əsasən auditoriya, iclas salonu, sərgi məkanı, konqres mərkəzi kimi istifadə olunur. Zurriola çimərliyinin yanında yerləşir İspaniyalı memar Rafael Monoe tərəfindən dizayn edilən saray 1999-cu ildə tikilmişdir. Bu işinə görə Rafael Monoe Pritsker mükafatı ilə təltif edilmişdir. 1800 nəfəri qəbul edə bilən bina 1953-cü ildən keçirilən İspaniyanın ən böyük film festivalı olan San Sebastian Film Festivalına ev sahibliyi edir.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. == Həyatı == Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. == Həyatı == Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. == Hərbi fəaliyyəti == 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kutay məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir.Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır. 19,8 metr uzunluğunda və 7,2 metr enindədir.
Nəcip Uysal
Nəcip Uysal (24 yanvar 1991, Bakırköy, İstanbul ili) —Yarımmüdafiəçi mövqeyində forma geyinən Türk futbolçu. Türkiyə Super Liqası klublarından Beşiktaş PFK-da forma geyinir. == Klub Karyerası == === Beşiktaş PFK === ==== 2009–2010 ==== 14 oyunda 1 məhsuldar ötürmə etmişdir. ==== 2010–2011 ==== 41 oyunda 2 qol 1 məhsuldar ötürmə etmişdir. ==== 2011–2012 ==== 39 oyunda 2 məhsuldar ötürmə etmişdir. ==== 2012–2013 ==== 30 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. ==== 2013–2014 ==== 23 oyunda 1 məhsuldar ötürmə etmişdir. ==== 2014–2015 ==== 37 oyunda 1 qol 2 məhsuldar ötürmə etmişdir. ==== 2015–2016 ==== 43 oyunda 1 qol atmışdır. ==== 2016–2017 ==== 27 oyunda 1 məhsuldar ötürmə etmişdir.
Oya Uysal
Oya Uysal (12 may 1952, İstanbul) — Türkiyə şairi. Yazıdığı ilk şeir 1968-ci ildə nəşr edilmişdir. doğdu. Yazığı şeirlər Adam Sanat, Milliyet Sanat, Gösteri, Düşler və Yaşasın Edebiyat jurnallarında da nəşr edilmişdir. Hal-hazırda şeirləri Kitap-lık, Varlık və Yasakmeyve jurnallarında nəşr olunur.Gənclik dövründə beş kitab nəşr etdikdən sonra 1980-ci illərin ikinci yarısında şeir yazmağa ara verən şair, Uçuruma Düşen Nehir (1997) əsəri ilə Ceyhun Atuf Kansu şeir mükafatına, Mevsimini Kaybetmiş Rüzgâr əsəri ilə 1999 Camal Süreya şeir mükafatına layiq görülmüşdür.2003-cü ildə nəşr olunan Günaydın Sevgili Gece əsərindən sonra 2008-ci ildə Kimselerin Akşamı, 2012-ci ildə Uzak Olan Sendin, 2014-cü ildə isə Siyah Zaten bir Gecelik adlı şeir kitabı nəşr olunmuşdur.
Vusal Hüseynov
Vusal Yəhya oğlu Hüseynov (10 iyun 2001; Velədi, Lənkəran rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vusal Hüseynov 10 iyun 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuşdur. 2007–2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində oxumuşdur. 2016–2018-ci illərdə Lənkəran Texniki Kollecini sürücü-mexanik ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Vusal Hüseynov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Vusal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vusal Hüseynov 8 noyabr 2020-ci ildə Zəngilan rayonunda yerləşən 811.0 yüksəkliyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və əks-hücumun dəf edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Əhməd Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Gültəkin Uysal
Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur. == Erkən illəri == Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir.Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Uysalın tərcümələri "Türkiye Günlüğü" və "Pazar" jurnallarında dərc olunmuşdur.
Küpçal
Küpçal — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım dik qaya) sözündən yaranmış, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 499 nəfər əhali yaşayır. == Yol == 2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Kürşad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Araz Naxçıvan (Futzal)
Araz — Naxçıvan futzal klubu. == Tarixi == Araz futzal klubu Naxçıvanda yaranmışdır. Tarixində ən böyük nailiyyəti UEFA kubokunun 2009/2010 mövsümündə final mərhələsinə vəsiqə qazanması olmuşdur. == Uğurları == === Daxili === Azərbaycan çempionu (11): — 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2016 Azərbaycan Kubokunun qalibi (5): — 2005, 2006, 2007, 2008, 2009 === Beynəlxalq === UEFA Futzal Kuboku: 3-cü yer (2): 2010, 2014 == Avropa kuboklarında iştirak == "Araz" avrokuboklarda 4 dəfə iştirak edib. İki dəfə rəqibləri ilə Xorvatiyada üz-üzə gələn naxçıvanlılar bu ölkədə keçirdiyi 6 matçda yalnız 1 dəfə uduzub. Ümumilikdə isə çempionumuz qitə arenasında 10 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə uduzub.
Kursel-syür-Vyon
Kursel-sür-Vyon (fr. Courcelles-sur-Viosne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — www.courcelles-sur-viosne.fr/. Əhalisi — 275 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 1999 km şimal-qərbdə, Serji belediyyənin 7 km şimal-qərbdə yerləşir.
Kursel-sür-Vyon
Kursel-sür-Vyon (fr. Courcelles-sur-Viosne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — www.courcelles-sur-viosne.fr/. Əhalisi — 275 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 1999 km şimal-qərbdə, Serji belediyyənin 7 km şimal-qərbdə yerləşir.
Kuşan
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi. == Tarixi == Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı. Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. == Tarixi == Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. == Coğrafiyası və iqlimi == Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Kumşak çayı
Kumşak çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Kumşak çayı Don çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 121 km, hövzəsinin sahəsi isə 759 km² təşkil edir. Çay olduqca dayaz axara malikdir. Bu səbəbdən bəzi illərdə tamamən quruya bilir. Çay üzərində balıqların ovlanması məqsədi ilə kiçik su tutarları hazırlamışlar. Mənbəyinin hündürlüyü 165 metr, mənsəbinin hündürlüyü isə 12 metrdir. == Axını == Çay öz başlanğıcını Bıstraya və Şimla suayrıcılarından götürür. Mənsəbi inzibati baxımından Rusiya Federasiyası, Rostov vilayəti, Morozovski rayonu. Tabunnı qəsəbəsinin şimal-qərbindən başlayır.
Küpçal bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. == Karyerası == Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.