Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ədviyyat
Ədviyyat — xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar aiddir. Ədviyyatların hamısı ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Onlar əsasən iki növə ayrılırlar: ədviyyat və ətirli otlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyat xörəyin ləzzətini artırır. Ədviyyat həm də iştaha açıcıdır. Azərbaycan mətbəxində istifadə edilən əsas ədviyyat növləri bunlardır: vanilin mixək darçın hil quru nanə toz və dənə qara istiot zəfəran sumaq sarıkök zəncəfil zirə cirə razyana Ətirli otlar xörəklərə dad və ləzzət vermək üçün istifadə edilən bitki növləridir. Bu bitkilərin yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kök və ya zoğları istifadə edilir.
Ədviyyat yolu
Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi. Ticarət yolu Ərəbistan və Qırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər. Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüş və qiymətli daşlar da daşınırdı. XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, Osmanlı və Səfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı. Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi Afrika və Avropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s.
Nəqliyyat
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Azərbaycanda nəqliyyat
Azərbaycanda nəqliyyat — Azərbaycan Respublikasındakı nəqliyyat və nəqliyyat növləri haqqındadır. Azərbaycan dünyada strateji yeri, İpək Yolu və cənub-şimal dəhlizi kimi proektlərdə mühüm rol oynamasına və ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini vurğulayır. Ölkədə nəqliyyat sektoruna dəmir yolu, avtomobil, aviasiya və dəniz nəqliyyatı daxildir. 2003-cü ildə Azərbaycan hökuməti Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yaratmış və ölkə Vyana konvensiyasının yol hərəkəti üzrə üzvü olmuşdur. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. 2009-2014 illəri arası ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil etmişdir. 2013-cü ilə görə, Azərbaycanda 37 hava limanı və bir heliport fəaliyyət göstərir. 2015-ci ildə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikilməsi, şərqdə Çin və Qazaxıstan dəmir yolunu birləşdirmək vasitəsilə Asiya və Avropa arasında nəqliyyatı təmin etməsi gözlənilir.
Başqırdıstanda nəqliyyat
Başqırdıstanda nəqliyyat — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında nəqliyyat və nəqliyyat növləri. Dəmir yolu nəqliyyatı Başqırdıstanın nəqliyyat sistemində həlledici rol oynayır və respublikanın yük dövriyyəsinin təqribən 40%-ini (neft, kimya yükləri, mineral gübrələr, qara metallar üstünlük təşkil edir), sərnişin dövriyyəsinin isə 30%-ini təmin edir. 2003-cü ildə ölkədəki dəmir yollarının ümumi uzunluğu 1458 km idi. Əsas dəmir yolu magistralı Samara – Ufa – Çelyabinskdir. Bərkörtüklü avtomobil yollarının uzunluğu 22,1 min km-dir. Ən əhəmiyyətli avtomobil magistralları Samara – Ufa – Çelyabinskdir. Respublikanın hüdudlarında isə Ufa – Sterlitamak, Ufa – Beloretsk, Ufa – Birsk hesab olunur. Gəmiçilik üçün yararlı olan su yollarının uzunluğu 1080 km-dir. Əsas çay nəqliyyatı magistralı Ufa qolu olan Belaya çayıdır. Əsas çay portları Ufa və Birskdir.
Belqradda nəqliyyat
Belqradda nəqliyyat — bir meqalopolis kimi şəhər inkişaf etmiş bir yol şəbəkəsinə sahibdir. Hansı ki, müxtəlif növ dövlət və özəl nəqliyyat vasitələrinə malikdir. Belqradın ictimai nəqliyyatına avtobuslar (118 şəhər xətti və 300-dən çox şəhərətrafı xətt), tramvay (12 xətt) və trolleybus (8 xətt) daxildir. Belqrad bu gün tıxacları ilə məşhurdur. Çünki yol şəbəkəsi şəhərin ehtiyaclarını ödəmək üçün kifayət qədər inkişaf etməmişdir. Körpülərin çatışmazlığı problemi özünü qabarıq şəkildə göstərir. Belqrad bir neçə milyon əhaliyə sahib yeganə Avropa şəhəridir ki, bir metro sistemi yoxdur. Şəhərin ictimai nəqliyyatına avtobus, tramvay və trolleybuslar daxildir. Bununla belə şəhərdə yüngül dəmir yolu xəttinin çəkilişi planlaşdırılır. Ancaq bu layihənin gerçəkləşdirilməsinə belə başlanılmamışdır.
Bolqarıstanda nəqliyyat
Bolqarıstanda nəqliyyat - Bolqarıstan iqtisadiyyatının əsas aparıcı sahəsi. Bolqarıstanda bütün nəqliyyat sahələri yaxşı inkişaf etmişdir — quru, hava, boru, dəmir yol, su və s. Onların hər biri xüsusi infrastruktura sahibdir. Coğrafi baxımdan ölkə Avropaya gedən yolların üzərində yerləşir. Şimali Afrika, Yaxın şərq, Kiçik Asiyadan gələn quru yolları onun ərazisindən keçməklə Avropaya uzanır. Ölkə 110 550 km² sahəyə malikdir. Ölkə şərqdən qərbə 520 km, şimaldan cənuba isə 330 km məsafədə yerləşir. 11 oktyabr 1909-cu ildə Bolqarıstan Beynəlxalq avtomobil hərəkatı konvensiyasına qoşulmuşdur. 1965 - 1975-ci illərdə ölkə avtoparkı 10 dəfə artmışdır. 1975-ci ildə avtomobillərin ümumi sayı 340 min.
Dilican (nəqliyyat)
Dilican – furqon tipli nəqliyyat vasitəsi. Dilican furqon tipli nəqliyyat vasitəsi olub, şərəbana nisbətən daha çox sərnişin(16–18) göturə bilirdi. Dilican da yarıyumşaq nəqliyyat növü idi. Onun "evi" nin üstü örtülü olduğu üçün ilin bütün fəsilərində sərfəli nəqliyyat vasitəsi hesab olunurdu.
Estoniyada nəqliyyat
Estoniyada nəqliyyat — bura avtomobil, boru, hava və dəmir yol nəqliyyatı daxildir. ümumi: 57,565 km (üstəlik 16,465 federal yolu) güçlü yollar: 12,926 km (üstəlik 99 km avtomagistral) Dövlət əhəmiyyətli yollar bir necə nəqliyyat növünü özündə birləşdirir. Onların ümumi uzunluğu 16,465 km təşkil edir. Bu isə ümumi yolların 29 % təşkil edir.. Onlar əhəmiyyətindən asılı olaraq üç yerə bölünür: baş yollar (1,601 km) əsas yollar (2,391 km) ikinci dərəcəli yollar (12,425 km) ümumi: 900 km ümumi daşına xətti (1200 km bağlanmış xəttlər) geniş xətli reyslər: 900 km dəmir yolu 1520 mm xətli. Latviya — yük və sərnişin (Valqa — Riqa gündə üç dəfə) Rusiya — yük və sərnişin Estoniyada 45 liman vardır. Az bir qismi istisna olaraq böyük hissəsi Baltik dənizində yerləşir. İri limanları:Muuqa, Tallin, Kunda, Pyanu və Sillame. Finlandiya Aland adaları İsveçrə Almaniya Rusiya ümumi: 50 gə tipinə görə gəmilər: (1999) balkerlər — 3 yük gəmiləri — 20 digər təyinatli yük gəmisi — 1 konreynerovoz — 5 tanker — 2 rolker — 13 kiçik sərnişin gəmiləri — 6 Ümumi: 12 (2007) 3,047 metrdən çox olan: 1 2,438 - 3,047 metr arası olan: 7 914 - 1,523 metr arası olan: 3 Lennart Meri adına Tallin hava limanı - Estoniyanın ən böyük hava limanıdır. qaz kəməri — 859 km (2007) 320 kilometrlik su nəqliyyatına sahibdir.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Koreyada nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyanın nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Kosovoda nəqliyyat
Kosovoda nəqliyyat (alb. Transporti në Kosovë, serb. Транспорт на Косову, türk. Kosova'da ulaşım) — müstəqilliyi qismən tanınan Kosovo Respublikasında nəqliyyatın vəziyyətinə verilən ad. Bu səbəbdən müəyyən çətinliklər yaşayır. Kosovo 2008-ci ildə Serbiyadan müstəqillik əldə etmişdir və dünyanın bir çox ölkələri tərəfindən müstəqil ölkə kimi tanınır. Kosovonun şimala çıxışı yoxdur buna səbəb Serbiyanın onun müstəqilliyini tanımamasıdır. Digər qonşu ölkələr isə onun müstəqilliyini tanıyır və nəqliyyat əlaqəsi qurur. Müstəqillik əldə edildikdən sonra şəhər və hava nəqliyyatının inkişafı istiqamətdə tədbirlər görülmüşdür. Nəqliyyat Kosovo iqtisadiyyatında mühüm rol oynayır.
Küveytdə nəqliyyat
Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır. Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır. Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5-6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Livanda nəqliyyat
Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur. Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər. Livanın əsas yolları aşağıdakılardır: Beyrut — Cübeyl — Tərabülüs əş-Şam — Suriya il sərhəddə; Beyrut — Sayda — Sur — İsrail ilə sərhəddə; Beyrut — Bxamdun-əl-Мxatte — Xtaura — Suriya ilə sərhəddə; Xtaura — Zəhlə — Bəəlbək - Каа; Tərabülüs əş-Şam — Bişarri — Bəəlbək. Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir: Beyrut avtomagistralı — Tərabülüs əş-Şam (81 km); Beyrut — Кfar-Badde (65 km); Beyrut — Sofar (26 km); Tərabülüs əş-Şam — Xane (20 km).
Monteneqroda nəqliyyat
Monteneqroda nəqliyyat hava, avtomobil, dəniz və dəmir yolu kimi sahələri əhatə edir. Monteneqroda Podqoritsa (TGD) və Tivat (TIV) kimi iki əsas beynəlxalq hava limanı vardır. Hər iki hava limanı 2006-cı ildə açılmışdır: Podqoritsa şəhərində yeni bir sərnişin terminalı da inşa edilmişdir. Hər iki hava limanında 2017-ci ildə sərnişin dövriyyəsi 2184857 nəfər təşkil etmişdir. Həmin ildə hər bir aeroportda sərnişin dövriyyəsi 1 milyonu keçmişdir Berane, Jabljak və Nikşiçdə də hava limanı vardır. Lakin daxili uçuşlar üçün istifadə olunur və böyük təyyarələrin qəbulu üçün uyğun deyildir. İlsiçdə isə təyyarələr çəmənlik sahəyə eniş edir. Dəmiryollarının ümumi uzunluğu 250 km-dir. Relslər arasında məsafə 1435 mm-dir. Ensiz dəmiryolu xətti yoxdur.
Nikaraquada nəqliyyat
Avtomobil nəqliyyatı - Nikaraqua Respublikasının nəqliyyat növü. Yol nəqliyyatının ölkə iqtisadiyyatındakı rolunun artması (və atlı nəqliyyatın rolunun azalması) avtomobillərin sayının artması səbəbindən 20-ci əsrin birinci yarısında baş verdi. Yol nəqliyyatının rolu yalnız 1948-ci ildə Pan Amerika magistralının ölkədən keçən 368 kilometrlik hissəsinin inşası başa çatdıqdan sonra sürətlə artmağa başladı. Lakin 1950-ci illərdə ölkənin yol şəbəkəsi inkişaf etməmiş və magistral yolların uzunluğu qısadır. 1952-ci ildə ölkədə 4.3 min vasitə var idi. 1960-cı illərin birinci yarısında atlar, qatırlar, öküzlər və eşşəklər hələ də əsas nəqliyyat növü idi. 1970-ci illərin əvvəllərində avtomobil nəqliyyatı artıq ölkənin yük dövriyyəsində aparıcı rol oynamışdır. 1972-ci ildə ölkənin avtomobil parkı 55 min avtomobildən ibarət idi (bunlardan 33 min maşın), 1974-cü ildə 52 min avtomobildən (bunlardan 32 min maşın). 1979-cu ildəki Sandinista inqilabından sonra yol şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması başladı (xüsusən əvvəllər ölkənin qalan hissəsindən təcrid olunmuş şimal və şərq bölgələrində), bununla belə, ziddiyyətlərin hərəkətləri nəticəsində yolların mədənçiliyi başladı, nəqliyyat infrastrukturunun xeyli hissəsi Vasitənin bir hissəsi zədələnmiş və ya məhv edilmiş, məhv edilmiş və zədələnmişdir. Nəqliyyatdakı vəziyyət, ABŞ-nin Nikaraquanın tətbiq etdiyi iqtisadi mühasirəsi ilə mürəkkəbləşmişdi (1980-ci illərin əvvəllərinə qədər ölkənin motorlu nəqliyyat vasitəsi parkının əsasını ABŞ istehsalı olan, əsasən ikinci əl vasitələrdən ibarət olduğu və uzun müddətdir işlək olduğu üçün) çətinləşdirdi.
Priştinada nəqliyyat
Priştina Kosovoda avtomobil, dəmir yolu və hava şəbəkələrinin əsas qovşağıdır. Avtobuslar, qatarlar və təyyarələr Priştina ilə digər bölgələr arasında yüksək səviyyədə nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat polisinin məlumatına görə, Kosovo Respublikasında qeydiyyatdan keçmiş 240 min nəqliyyat vasitəsi vardır ki, bununda təxminən 100 mini (41%) Priştinanın payına düşür. Kosovo müharibəsindən sonra Priştinada yollar çox pis vəziyyətdə idi. Vəziyyətin düzəldilməsi üçün dövlət investisiyaları tələb olunurdu. Hazırda Priştinada infrastruktur yaxşı vəziyyətdədir. Priştinanı digər şəhərlərlə birləşdirən yollar Kosovo nəqliyyat şəbəkəsinin əsasını təşkil edir. M2 yolu şimaldan, Mərkəzi Serbiyadan başlayır və Priştinadan keçməklə Makedoniya sərhəddinə qədər uzanır. M9 yolu Mərkəzi Serbiyadan başlayır və Reç şəhərindən keçməklə Monteneqro sərhədinə qədər uzanır. Priştinada yol qəzaları.
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qığızıstanda nəqliyyat
Qığızıstanda nəqliyyat— Bütün əsas nəqliyyat növləri təmsil olunur: hava, dəmir yolu, avtomobil yolu, boru kəməri. İssık-Kul gölündə naviqasiya mövcuddur. 2006-cı ildə Qırğızıstanın dəmir yollarının uzunluğu 470 km idi. 2012-ci ildə cəmi 424 km qalır. Dəmir yolu nəqliyyatı yük dövriyyəsinin təxminən 3% -ni təşkil edir. 2000-ci illərin əvvəllərinə görə dəmiryolu ehtiyatlarının pisləşmə dərəcəsi yüksək olaraq qalırdı. 2500 yük, 450 sərnişin vaqonu və 50 lokomotivi var idi. Dəmiryolunun istismarı Qırğızıstan Temir Yolu dövlət şirkəti tərəfindən həyata keçirilir. Ölkənin dəmir yolu şəbəkəsi bir çox dalanlardan barətdir. Ayrı-ayrı xətlər ölkənin şimalını Qazaxıstan və ölkənin cənub bölgələrini Özbəkistanın dəmir yolu şəbəkəsi ilə birləşdirir.
Serbiyada nəqliyyat
Serbiyada nəqliyyat - bura dəmir, hava, avtomobil və çay nəqliyyatı daxildir. Dəmir yolları Serbiyanın dünyanın digər dövətləri, ən əsası isə Avropa dövlətləri ilə əlaqənın mühüm vastələrindən biridir. Əsas dəmir yol şəbəkəsi şimal-qərbdən cənub-şərqə uzanır: Macarıstanla sərhəddən — Subotisa — Novi-Sad — Belqrad — Lapovo — Hiş, sonrakı uzantısı: Niş — Preşevo — Makedoniya sərhəddinə qədər və Niş — Dimitrovqrad — Bolqarıstan sərhəddinə qədər. Bu əsasən istiqamətdən dörd xətt uzanır: Stara-Pazova — Şid — Xorvatiya sərhəddinə qədər Belqrad — Valevo — Ujise — Monteneqro sərhəddinə qədər Belqrad — Pançevo — Vrşas — Rumıniya sərhəddinə qədər Lapovo — Kralevo — Kosovka-Mitrovisa — Kosovo-Pole — Makedoniya sərhəddinə qədər Belqrad şəhərində Belqrad şəhər ətrafı elektrikli dəmir yolu mövcuddur. Avtomobil yolları uzunluğuna görə ölkənin ən əsas nəqliyyat əlaqəsini təşkil edir. İlk avtomagistral 1950-ci ildə açılmışdır. Qardaşlıq və Birlik şosesi Belqrad və Zaqreb arasında əlaqəni təmin edilirdi. Sonradan şose Lyublyana və Skopye istiqamətində ucadılmışdır. XXI əsrdə avtomagistralların genişləndirilməsi üçün imkanlar vardır. 2011-ci il məlumatlarına görə avtomagistralların ümumi uzunluğu 1,372 km təşkil edir.
Türkmənistanda nəqliyyat
Türkmənistanda nəqliyyat çox önəmlidir. Ölkənin 491,200 km²-lik geniş ərazilərinin olması, aşağı əhali sıxlığı, sənaye və kənd təsərrüfatı mərkəzlərinin bölünməməsi, həmçinin dünya bazarlarından uzaq olması, inkişaf etmiş nəqliyyat sisteminə sahib olmağı Türkmənistan üçün həyati əhəmiyyət kəsb edir. Türkmənistanda dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Türkmənistanda dəmir yollarının uzunluğu 3550 km-dən çoxdur. Elektrikləşdirilmiş yollar yoxdur. Uzunluğu 10 km-dən az olan dəmir yolu giriş yolu 1960-cı ildə Kuşkadan (Məryəm vilayəti) Toragundiyə (Herat bölgəsi) qədərdirı. Sovet istehsalı olan bu xəttin yenidən qurulmasına 2007-ci ildə başlanılıb. Türkmənistanda hava nəqliyyatı mühüm rol oynayır və əksər hallarda alternativi yoxdur. Türkmənistanda üç böyük beynəlxalq trafikə xidmət edən beş böyük hava limanı var. Əksər hava limanları az istifadə olunur.
Ukraynada nəqliyyat
Ukraynada nəqliyyat hava, dəmiryol, avtomobil, su və boru nəqliyyatından ibarətdir. Ölkədə dəmir yolları Ukrayna dəmir yolları idarəsinin balansındadır (ukr. Укрзалізниця). Ölkədə dəmiryolları şəbəkəsi altı yola bölünür:Donetsk, Lvov, Odessa, Cənub, Cənub-Qərbi və Pridnepovsk. Sərnişin daşıma vaqonlarının maksimal sürəti 160 km/s təşkil edir. Dəmir yollarının ümumi uzunluğu 22473 km təşkil edir. Ukrayna ərazisindən 23 beynəlxalq avtomagistal keçir. Şosse yollarının ümumi uzunluğu 169 491 kilometrdir. Ölkədə 19 beynəlxalq hava limanı vardır. Ən böyük hava lmanı Brispol hava limanıdır.
Xərək (nəqliyyat)
Xərək — ən qədim yükdaşıma qaydalarından biri. Sadə yük nəqliyyatının ən bəsit forması iki nəfərin qüvvəsi ilə hərəkətə gətirilən xərək olmuşdur. Xərəyi düzəltmək ucun 1,8–2 m. Uzunluğunda paralel qoyulmuş ağacın arasına "törpü" adlanan xırda ağacları 30-40 sm. aralı ip və ya sıyrıq vasitəsilə bərkidir üzərinə yük yığaraq daşıyırlar. Belə xərəklərin xeyli təkmiləşdirilmiş formasından Azərbaycanda indi də istifadə edilir.
Yunanıstanda nəqliyyat
Yunanıstanda nəqliyyat - dağlıq relyefə malik olan Yunanıstan müxtəlif nəqliyyat yollarından istifadə etməyə məcbur edir. Son zamanlar Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sistemi inkişaf etdirilir: Peloponnesdə dəmir yol xətti. Eqnatiyaya avtomagistralın çəkilişi İqumenisa dəniz limanı. Nəqliyyat sistemində köklü inkişaf 2014-cü il Yay Olimpiya oyunlarından əvvəl baş tutmuşdur. Dəmir yolları Yunanıstan Dəmir Yolları İdarəsinin balansındadır. Dəmiryollarının ümumi uzunlu 2 571 km təşkil edir ki, onunda 764 km elektrikləşdirilmişdir. Reylslər: Normal reyslər: 1 565 km — eni 1 435 mm enziz reyslər: 961 км — eni 1 000 mm 22 km — eni 750 mm ikili reylslər: 23 km — eni 1 435 mm və 1000 mm 2014-cü il Yay Olimpiya oyunlarından əvvəl bir çox sahələri yenilənmişdir. Ümumi: 117 000 kş örtüklü: 107 406 km örtüksüz: 9 594 km 2004-ci ildə Afina aqlomerasiyasından Elefterios Venizelos hava limanına avtomagustral çəkilmişdir. Bu Avropanın ən təhlükəsiz avtomagistralıdlr. Bu yolda avtomobillər gün ərzində 2 mln ton benzin sərf edirlər.