Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laləvər
Laləvər (lat. Roemeria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Laləzar
Laləzar (Şamaxı)
Lalələr (mahnı)
"Lalələr" — bəstəkar mahnısı. Qızıl fondda saxlanılan "Lalələr" mahnısının bəstəkarı Telman Hacıyevdir. Sözləri isə şair Aslan Aslanova aiddir. Mahnı təxminən 1970–1975-ci illərdə yazılıb və ifa olunub. == Yaranması haqqında == Şair Aslan Aslanov Gəncədə olarkən dağın döşünə çıxanda hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək "Lalələr" adlı şeirini yazır. Sonra şeiri Telman Hacıyevə verir ki, musiqi bəstələsin. Bu mahnını Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin oxuyublar. Lalələr mahnısına ilk dəfə rəqs Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova tərəfindən ifa edilmişdir.
Laləzar (Marağa)
Laləzar (fars. ‎‎‎‎لاله زار‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə əhali yaşamır.
Laləzar (Şamaxı)
Laləzar — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Kənd əhalisi 474 nəfərdir ki, onunda 241 nəfəri kişi, 233 nəfəri isə qadınlar təşkil edir., 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Kərimbəyli Kiçik Quşçusu olmuşdur. Yaşayış məntəqəsi qədim türk tayfalarından olan quşçuların kərimbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. 1960 illərdə adı dəyişdirilərək Laləzar adlandırılmışdır.Kənd ərazisində bir ümumi orta məktəb fəaliyyət göstərir. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Laləzar Hüseynova
Laləzar Ramil qızı Hűseynova — Tanınmış teatr rejissoru və aktrisası. "Dağıstan Respublikasinin əməkdar artisti", "Azərbaycan Respublikasının əməkdar mədəniyyət ișçisi", Lənkəran Dövlət Dram Teatrının direktoru == Həyatı == Laləzar Ramil qızı Hűseynova 1964-cü ildə anadan olmușdur. Bakı şəhəri mədəni maarif texnikomunu" bədii yaradıcılıq kollektivinin rəhbəri" fakultesini ferqlenme diplomu ilə bitirib. Azərbaycan Mədəniyyət və Incəsənət Univerisitetinin "Musiqi teatr rejissoru" ixtisasını fərqlenmə diplomu ilə bitirib. 1995-ci ildən Dərbənd teatrında aktrisa vəzifəsində fəaliyyətə başlamişdır. 2004-cü ildə rejissor köməkçisi 2007-ci ildə qurulușçu rejissor 2011-ci ildən bu gunə qədər teatrda baş rejissor vazifəsinde çalışır. 2008-ci ildə Dagıstan Respublikasının əməkdar artisti fexri adina layiq görŭlmŭşdŭr. 2013-cŭ ildə Azerbaycan Respublikasinin əməkdar mədeniyyət ișçisi fexri adina layiq görŭlmŭșdŭr. Heydər Əliyevin 80 illik yubileyi műnasibəti ilə ədəbi-musiqili kompozisiya Novruz bayrami və s. 2007–2013-cü illərdə teatr hər il L. Hüseynovanin tamașaları ilə Azerbaycan Respublikasında (Bakıda, Sumqayıtda, Gəncədə, Ağsu,Șamaxı, Qəbələ, Oguz,Șəki, Quba, Qusar, Xaçmaz, Xızı)qastrol səfərində olmușdur.
Laləzar Mustafayeva
Laləzar Mustafayeva (30 sentyabr 1962, Qullar, Balakən rayonu) — Azərbaycan aktrisası, qiraət ustası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. (2024) == Həyatı == Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin", S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət), Kərbəlayi Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır. Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib. "Pəncərə" filmində Qumral roluna çəkilən Vüsalə Nəbiyevanın anasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 1998 Azərbaycan Respublikasının xalq artisti — 2002 Cəfər Cabbarlı mükafatı — 2010 Prezident mükafatı — 9 may 2012, 30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 29 oktyabr 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024 == Filmoqrafiya == Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Şəhla Balaş və Mədinə (film, 2003) Biz qayıdacağıq (film, 2007) Boradigah (film, 2002) Dan ulduzu, tale ulduzu (film, 2001) Divar (film, 1991) Əhməd Bakıxanov (film, 2003) Gənc qadının kişisi (film, 1988) Girdiman (film, 2003) Güllələnmə təxirə salınır!... (film, 2002) Qara "Volqa" (film, 1994) Qəzəlxan (film, 1991) Lahıc (film, 2004) Ləyaqət hücrəsi (film, 2011) Mariya (film, 2004) Naftalan (film, 2003) Naxçıvan muzeyləri (film, 2003) Pəncərə (film, 1991) Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film) Səni axtarırıq... (film, 2013) Uzaq yaşıl ada (film, 2004) Yeraltı şəhərin izi ilə (film, 2004) == İstinadlar == == Mənbə == Rafiq Hacıyev. "O bahardan gələn... Könül" //Odlar yurdu.- 1992,- 2 oktyabr.- № 28.- səh.
Laləzar körpüsü
Laləzar körpüsü – Qubadlı rayonunun Əliquluuşağı kəndində yerləşən tarixi memarlıq abidəsi. == Abidə haqqında == Laləzar körpüsünün tikilmə tarixi 1867-ci il götürülür. Lakin bəzi mənbələr körpünün daha əvvəl, XVIII əsrdə tikildiyini bildirirlər. Bərgüşad çayı üzərində salınmış abidə bir tağlı olub alt hissəsi oval, yuxarı hissəsi düz formalıdır. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilmişdir. Laləzar körpüsünün eni 2,8 metr, su səthindən hündürlüyü 4,5 metrdir. XX əsrin birinci yarısında yaşayan yaşlı ağsaqqalların körpünün tikilməsi barədə danışdıqlarına görə, Laləzar adlı şəxsin atası Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndindən olan bəydən baha qiymətə bağ sahəsi alır. Kəndin 2000 m-liyində olan bağ sahəsi satılandan sonra həmin bağla birlikdə 1000 ha-dan artıq böyük ərazi ermənilərin əlinə keçir.Xoca Simonun (Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin "Yazı düzü"ndə Xocanın varidatını alıb yoxsullara paylaması səhnəsinə rast gəlinir) oğlu Laləzar XIX əsrdə körpünü tikdirir. Məqsəd aclıq və səfalət içərisində yaşayan Zəngəzurun erməni kəndlərini Azərbaycan meşələrinə qovuşdurmaq olmuşdur. Keçən əsrin ortalarında Xınzırək (Xındzoresk), Dığ (Tex) və başqa erməni kəndlərinin qənşərindəki dağ yamacından camaat arasında "Erməni yolu" adlanan yol ilə ermənilər dəstə-dəstə odun, kömür və meşə materialları daşıyardılar.
Qozbel laləvər
İriçiçək laləvər
Şahmatşəkilli laləvər
Əyrim laləvər
Əyrim laləvər (lat. Roemeria refracta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin laləvər cinsinə aid bitki növü.
Lalədərə
Lalədərə — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1911-ci ildən eyni addadır.
Aləmzər Əlizadə
Aləmzər Əlizadə Məmməd qızı (4 sentyabr 1950, Gəncə, Azərbaycan) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. AYB Gəncə bölməsində 1989-cu ildən bu günədək məsləhətçi işləyir. 1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbaycan Yazıcılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir. 2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub.
Dəniz lalələri
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. == Haqqında == Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.
Koçı laləvəri
Qafqaz laləvəri
Şərq laləvəri
Balazər Xanım (Xoy)
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.
Maykl Valzer
Maykl Valzer (3 mart 1935, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yəhudi, siyasət filosofu. Valzer müharibə əxlaqı haqqındakı fikirləri xeyli zənginləşdirmişdir. "Haqlı müharibə Haqsız müharibə" (Just and Unjust wars) adlı əsərində, fərdlərin haqq və məsuliyyətləri ilə siyasi topluluqlarınkilər (dövlətlər olaraq başa düşülən) arasında paralelliklər quran Hüquqi paradiqma təməlində bir haqlı müharibə nəzəriyyəsini inkşaf etdirmişdir. Bunun mənası, dövlətlərin qabaqlayıcı hücum ehtimalı da daxil olmaqla, özlərini təcavüzkarlığa qarşı qoruya bilmələri (haqlı müharibə), amma eqoist çıxarlar uğruna hücumun (haqsız müharibə) rədd edilməsidir. Valzer eyni zamanda, "yüksək aktuallıq" (xalqa qarşı qısa vədədə həyata keçiriləbiləcək və ağır basan bir təhlükədən qaynaqlanan) vəziyyətin "qaydalarının bir kənara qoyulmasına" diqqət çəkərək insani bir müdaxiləni müdafiə etmişdir. Valzerin digər diqqət çəkən əsərləri arasında isə Müharibə haqqında müzakirə (arguing about war 2004) əsəri sayılabilər. == İstinadlar == == Xarici keçidlər == Dissent Quarterly magazine of politics and culture edited by Michael Walzer Walzer's biography at the Institute for Advanced Study "Arguing about War" Arxivləşdirilib 2006-03-26 at the Wayback Machine Review of Walzer's Arguing about War in n+1 magazine The Argument about Humanitarian Intervention By Michael Walzer Micha Odenheimer, A "Connected Critic" Arxivləşdirilib 2012-12-05 at Archive.today, Micha Odenheimer speaks with an individual who has carved out a space for himself as a left-wing supporter of Israel, Eretz Acheret Magazine Review of Thinking Politically Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine, Barcelona Metropolis, 2010. A Conversation with Michael Walzer Video interview, 2012.
Oleq Falzer
Oleq Falzer — bəstəkar. 1966-cı ildə ADK-nı (Cövdət Hacıyevin bəstəkarlıq sinfi üzrə) bitirmiş və “Musiqi nəzəriyyəsi” kafedrasında çalışmışdır. Yaradıcılığında kamera janrlarına üstünlük vermiş, solo alətlər — viola, orqan, arfa və fortepiano üçün sonatalar, “Azərbaycan kvarteti”, İ.Takubokunun sözlərinə “5 tanka” və s. əsərləri bəstələmişdir. 1989-cu ildə O.Felzer ABŞ-yə köçmüş və burada fəaliyyətini davam etdirmişdir. Onun “Zabul simfoniyası” 1993-cü ildə bəstələnmişdir. Bəstəkarın Azərbaycana mənəvi bağlılığını ifadə edən bu əsər “Zabul” muğamının mövzuları əsasında müasir bəstəkarlıq texnikası ilə yaradılmışdır. Əsər ilk dəfə 1996-cı ildə ABŞ-də (dirijor J.Sachs), Bakıda isə ölümündən sonra ilk dəfə 2008-ci ildə (dirijor V. Runçak) səsləndirilmişdir.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur. Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir.