Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çempion
Çempion (ing. champion lat. campio) — hansısa bir yarışda, əsasən idman yarışında qalib olmuş şəxs (idmançı). İdman növlərində ən yüksək ad — dünya çempionudur. Olimpiya oyunlarına qalib gəlmiş idmançı və ya komanda olimpiya çempionu adlanır. İkinci yeri tutanlar gümüş medalla mükafatlanırla və qeyri-rəsmi şəkildə "vitse-çempion" adlanırlar. Brokhauz və Efronun ensiklopedik lüğətində çempion orta əsrlərdə yarışlarda şbaşqasının yerini tutanlara, imkansız insanların müdafiəsinə qalxanlara deyilir .
Amnion
Amnion — sürünənlərdə, quşlarda, məməlilərdə və bəzi onurğasızlarda rüşeym pərdəsi. Onurğalılarda amnion, rüşeymin ətrafında ektodermadan xaric rüşeym büküşləri şəklində inkişaf edib onu əhatə edir. Kisənin içərisi maye ilə dolu dolu olur ki, bu da rüşeymi mexaniki təsirlərdən qoruyur. Doğuş zamanı amnion qopur. maye xaric olur, doğuşu asanlaşıdırır.Amnionun qalığı uşaq "köynəyi" adlanır. Ektoderma büküşü kimi rüşeym pərdəsinə, həmçinin, həşəratlarda, əqrəblərin və nemertinlərin sürfələrində təsadüf edir.
Ceyn Kempion
Ceyn Kempion (30 aprel 1954 Wellington, Yeni Zelandiya) Oscar mükafatı sahibi film rejissoru və senaristi.The Piano filmi ilə Ən Yaxşı Xüsusi Ssenari Akademiya Mükafatını almış və Ən Yaxşı Rejissor Akademiya Mükafatına namizəd göstərilmişdir. Lina Wertmuller, Sofia Coppola və Kathryn Bigelow ilə birlikdə bu mükafata namizəd göstərilən dörd qadından biridir. The Piano ilə Cannes Film Festivalında ən yaxşı filmə verilən Qızıl Palmiye'yi almışdır. 2007 Venesiya Film Festivalı münsif üzvlərindən biridir. == Filmoqrafiya == Sweetie (1989) An Angel at My Table (1990) The Piano (1993) The Portrait of a Lady (1996) Holy Smoke!
Lamanon burnu
Lamanon burnu — Saxalin adasının cənub sahillərində yerləşən burun. Burun 1787-ci ildə fransız Jan-Fransua Laperuz, bölgəyə təşkil olunan ilk Avropa ekspedisiyasının fiziki, botaniki və meteoroloqu Rober de Lamanonun şərəfinə adlandırmışdır. İnzibati baxımından Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Uqleqorski rayonu ərazisində yerləşir . == Təsviri == Lamanon burnu İzılmetev buxtasında, İçara çayının mənsəbində yerləşir. Öz növbəsində daşdan ibarət olan terrasdır. Tatar boğazına daxil olur. Güçlü küləklərin təsirinə məruz qalır. Arkaya sahibdir və vulkanik suxurdan təşkil olunmuşdur. Burada kalsit, kvars, araqonit kimi suxurları müşahidə etmək mümkündür.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. == Avroviziya Mahnı Müsabiqəsi == Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Çempion (1990)
Çempion (dəqiqləşdirmə)
Çempion
Çempion (qəzet)
Keti Lamkin
Keti Lamkin (10 dekabr 1947, Qreyam[d], Texas – 4 aprel 2022) — ABŞ aktrisası.
Hampton by Hilton
Hampton by Hilton — daha əvvəllər Hampton İnn kimi tanınan bu otel Hilton Otellər Şəbəkəsinin ticari markası olan otel brendi. Hampton otel brendi məhdud qida və içki xidmətləri göstərən orta qiymətli otel şəbəkəsidir. Əksər Hampton otelləri müstəqil fəaliyyət göstərirlər və françayzinqlər tərəfindən idarə edilirlər, lakin bəziləri Hilton Otellər Şəbəkəsinin mülkiyyətindədir. Hampton oteli ABŞ-də ən böyük otel françayzinqlərindən biridir. Hamptonun françayzinqlərinə ABŞ-də və 16 ölkə ərazisində 2000 otel daxildir. == Tarixi == Otel zənciri ilk dəfə 1984-cü ildə Hampton İnn kimi fəaliyyətə başlayıb və Holiday Korporasiyasının maliyyə yarımı ilə idarə edilib. İlk otel Tennessi ştatının Memfis şəhərində yerləşən 2 mərtəbəli eksteryer giriş qapılı 128 qonaq otağından ibarət olan otel idi. 1989-cu illərin sonlarında, bəzi maliyyə çətinliklərindən sonra Holiday Korporasiyası öz əyarı olan Holiday İnn Korpoyasiyasını satdı və Hampton İnn, Embassy Suites və Homewood Suites otellərinin də daxil olduğu Promus Otel Korporasiyası holdinq şirkətinin fəaliyyətinə başladı. Bu dəyişiklik ilə Promus Hampton İnn brendinə yenidən sərmaye yatırdı və beləcə Hampton İnn büdcə oteli olmaqdan orta-bazar otelinə çevrildi və özünün az öncə satılan otel brendi ilə rəqabət aparmağa başladı. Otel zənciri orta qiymətli otel brendləri içərisində pulsuz kontinental səhər yeməyi təqdim edən və “100 %-li müştəri məmnuniyyəti qarantiyalı” xidmət göstərən ilk otel brendlərindəndir.
Rober de Lamanon
Rober de Lamanon (fr. Jean Honoré Robert de Paul de Lamanon; 6 dekabr 1752, Salon-de-Provans — 11 dekabr 1787, Tutila, Samoa (arxipelaq)) — fransız fizik, botanik və meteoroloq. O, bir neçə elmi ekspedisiyada iştirak etmiş və sonuncu ekspedisiyada vəfat etmişdir (Laperuz ekspedisiyası). == Ailəsi == Onun ailəsi Lamanonun nəcib ailələrindən (1572-ci ildən etibarən) idi. Atası Jan Fransua de Pol de Lamanon, anası Anna de Baldonidir (Eks-an-Provansda anadan olub). İki bacısı və Ogüst Pol de Lamanon (1748–1820) adında özündən böyük bir qardaşı olub. Ogüst atası tərəfindən Fransa Hərbi Dəniz Qüvvələrinə təyin olunub və əvvəlcə Tulonda qardemarin, daha sonra isə zabit kimi fəaliyyət göstərib. == Həyatı == Roberin qardaşı Ogüst atasının ölümündən sonra ordunu tərk edərək elmi fəaliyyətlə məşğul olmağa başlamışdır. Rober dini fəaliyyətini başa vurmuş və qardaşı ilə birlikdə bitki, sənədlər, əlyazmalar və sənətkarlıq nümunələrini toplamaq üçün Avropaya və Fransa vilayətlərinə səyahət etmişdirlər. Parisdə elmi biliklərini təkmilləşdirdikdən sonra dövrün ən məşhur alimləri ilə tanış olmuşdurlar: Laplas, Jüsse, Dalamber, Monj qardaşları, Volney, Malzerb və Fransa Elmlər Akademiyasının katibi Kondorse.
Çempion (film, 1990)
Çempion (serial, 2019)
Çempion — BSK Film kinostudiyasının istehsalı olan rejissorlar Ketçe və Devrim Yalçının 2019-cu ildən çəkdiyi Türkiyə idman serialıdır. == Məzmunu == Artvinli olan və "Qafqaz" ləqəbilə məşhur Fərat Bölükbaşı boks finalında ürək xəstəliyi olan boksyor ilə döyüşür. Boksyoru ürək xəstəliyi ola-ola rinqə çıxardırlar. Fərat Bölükbaşı xəstə boksyora qalib gəlir və çempion olur. Boksyor isə rinqdəcə ölür. Bu zaman hamilə xanımı da uşağını dünyaya gətirir və bu zaman ölür. Vəfat edən xanım ağır xəstə olduğundan bu xəstəlik uşağına da sirayət edir. Serialda anadan yetim bir uşaq və Çempionun həyatın sərt qanunları ilə mübarizəsindən danışır. == Serial haqqında == Serialda Tolgahan Sayışmanın körpə oğlu Efehan Sayışman da çəkilmişdir. Serial Efehan Sayışmanın ilk işidir.
Amadu Lamin
Amadu Lamin (fr. Amadou Lamine Sall, 26 mart 1951, Kaolak, Seneqal) — Seneqallı şair və sosioloq. Afrika Beynəlxalq Poeziya Evinin prezidenti, Seneqal PEN-klubunun vitse-prezidenti. == Həyatı == 26 mart 1951-ci ildə Seneqalın Kaolak şəhərində anadan olmuşdur. Atası müəllim, anası şairə olub. == Əsərləri == 13 kitabın müəllifidir. == Mükafatları == Fransa Akademiyasının Qran-prisi; "Triest Poeziyası"nın ali mükafatı.
Lamon adası
Lamon adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Lamon adası arxipelaqın cənubunda yerləşir. Adadan uzunluğu 1,33 km təşkil edir. Adada göl və axar yoxdur. Şotland qütb araşdırmaşısı Ceyms Lamontun şərəfinə adlandırılmışdır. Açıq dənizdə yerləşən adanın sahillərini Barens dənizinin suları yuyur.
Vilho Lampi
Vilho Henrik Lampi (19 iyul 1898, Oulu[d], Finlandiya knyazlığı – 17 mart 1936) – Finlandiya rəssamı. Avtoportretləri, eləcə də, Liminka və onun əhalisi haqqında çəkdiyi tablolarına görə tanınır. == Həyatı == Lampi Oulu şəhərində anadan olmuş, lakin həyatının böyük hissəsini Liminkada keçirmişdir. 1921–1925-ci illərdə Helsinki Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra Liminkaya qayıtmış, ən məşhur əsərlərini burada yaratmışdır. Lampi 17 mart 1936-cı ildə Ouluyoki çayı üzərindəki körpüdən özünü ataraq intihar etmişdir. == Ədəbiyyat == Unto Immonen: Vilho Lampi, lakeuden melankoolikko in Suomen taiteen vuosikirja 1956–1957, Porvoo, 1957. (fin.) Paavo Rintala: Jumala on kauneus, (Vilho Lampi haqqında roman) Otava, 1959. (fin.) Eeli Aalto: Vilho Lampi, lakeuden maalari : esittelyä ja taustaa, Arvi A. Karisto, Hämeenlinna, 1967. (fin.) Marja Junttila et al.: Vilho Lampi 1898–1936, ARS Nordica & Kustannus Pohjoinen, 1998 ISBN 951-749-312-6 (fin.) == Filmlər == Eeli Aalto: Vilho Lampi, Lakeuden maalari, 1966.
Vard Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Ward Hill Lamon

Elisa Lamın qətli
Elisa Lam, kantonca tanınan adı ilə Lam Ho Yi — Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin kanadalı-çinli tələbəsi.O, 19 fevral 2013-cü il tarixində Los-Ancelesin Dauntaun şəhərində yerləşən Cecil mehmanxanasının damındakı su tankerindən ölü çıxarılmışdı. Ayın əvvəlində itkin düşdüyü bildiriləndən sonra mehmanxanada axtarış başlamış, mehmanxanada təmir işləri aparan işçilər su təchizatı ilə bağlı qonaqların şikayətlərini araşdırarkən cəsədi aşkar etmişdilər. Onun yoxa çıxması barədə geniş məlumat verilmişdi; Los Angeles Polis İdarəsi, liftdə olan təhlükəsizlik kameralarındakı Elisa Lamın görüntülərini internetdə paylaşandan 5 gün əvvəl Lam öldürülmüşdü.Görüntülərdə Lamın liftdən çıxıb ətrafa göz gəzdirməsi və yenidən liftə daxil olması, çöldəki koridorda öz-özünə və ya kiminləsə danışması və jest etməsi, bəzən özünü nasaz vəziyyətdə hiss etdiyi liftin içərisində gizləndiyi görünürdü. Video internetdə qısa zamanda yayıldı, daha sonra bir çox izləyici videodan narahat olduğunu bildirdi. Açıqlamalarda Lamın bipolyar pozuntuluqlar və paranormallıqdan əziyyət çəkdiyi elan edildi.Bəziləri isə videonun dəyişildiyini güman edirdi. Lamın ölümünün səbəbləri tapıldıqdan sonra Los-Ancelesin ən məşhur mehmanxanalarından olan Cecildəki təhlükəsizliyə inam azalmışdı.Onun vücudu çılpaq idi; paltarının və şəxsi əşyalarının çoxu su tankerinin yaxınlığında idi. Los Anceles Departamenti isə Lamın bədənində heç bir fiziki travmanın olmadığını, ölümünün diqqətsizlik səbəbi ilə baş verdiyini irəli sürürdü. Bəzi internet fenomenləri isə Lamın ölümü ilə 2005-ci ildə çəkilmiş "Qaranlıq Su" filminin qeyri-adi oxşarlıqlarının olduğunu söyləyirdilər.Belə xəbərlərin sosial şəbəkələrdə yayılmasından sonra mehmanxana sakinləri Cecil Mehmanxanasını məhkəməyə vermişdi. == Haqqında == Honkonqdan gələn mühacirlərin qızı olan , Kanadanın Vankuver şəhərindən bir qədər kənarda, Burnabidə bir restoran açan Lam,, 2013-cü ilin əvvəlinə qədər qeydiyyata alınmasa da, Britaniya Kolumbiya Universitetində tələbə idi. Lam Kaliforniyaya əsasən Amtrak və şəhərlərarası avtobuslarda səyahət edirdi.
Elisa Lamın ölümü