Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Labret
Labret (Labretta) — pirsinq üçün istifadə edilən bəzək əşyası. Labret ştanqadan və bağlayıcı diyircəkdən ibarətdir. Standart ölçülər: qalınlığı 1,6 mm, uzunluğu 6 mm-dən 20 mm qədər ola bilər. Dodaq və qulaq pirsinqi üçün istifadə edilir. == Növlər == Labretin iki əsas növü vardır: Vertikal labret - dodağın vertikal deşilməsi. Daha çox dodağa perpendikulyar olaraq yerləşdirilən labret daha estetik görünür. Horizontal labret - dodağın horizontal deşilməsi. Burada hər şey daha çətindir: belə ki, deşik dodağa paralel olaraq gedir və əgər iynəni lazimi dərinlikdə deşilməzsə labret sonradan dəridən düşə bilər.
Laureat
Laureat– [lat. laureatus – lavru çələngi ilə təltif olunmuş, dəfnə yarpağı ilə mükafatlandırılmış] texnika, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə – görkəmli nailiyyətlərinə görə verilən ad, həmçinin bu ada və xüsusi mükafata layiq görülmüş şəxs; musiqi ifaçıları, estrada artistlərinin və s. müsabiqələrin qalibi. Məsələn, Dövlət mükafatı laureatı. Pianoçuların Beynəlxalq müsabiqəsi laureatı. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Leuzea
Rapontikum (lat. Rhaponticum) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Luayet
Luayet (fr. Loyettes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Paulet
Paulet (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Emile Loubet
Emile Loubet (31 dekabr, 1838 – 20 dekabr, 1929) — Fransa prezidenti. 1899-cu ildə bu vəzifəyə seçilmişdir.
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. == Həyatı == Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Lauren Hallaselka
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Leuzea carthamoides
Saflorabənzər rapontikum (lat. Rhaponticum carthamoides) — rapontikum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Saflorabənzər rapontikum çoxillik ot bitkisidir. Kökümsovlu, üfüqi istiqamətdə yerləşən, kökləri incə, zərif olub, çoxsaylıdır. Gövdəsi sadə, hündürlüyü 0,5-1,8 (2,2)m içiboş, oyuqlu, kiçik şırımlı, hörümçək toruna bənzəyən naxışlı formasındadır. Yarpaqları zəif görünən hörümçək toruna və dərin lələyəoxşar bölümlü, uzunluğu 12-40 sm, eni isə 5-20 sm, iri ucluqlu, aşağı yarpaqları saplaqlı, zirvədəki yarpaqları isə oturaq, bütöv və iridişciklidir. Gövdənin zirvəsində tək, iri (diametri 3-8 sm) bənövşəyi rəngli səbətciyi vardır. Subalp, alp çəmənliklərdə, yuxarı meşə qurşaqlarında (pöhrəliklərdə), enliyarpaqlı-sidr meşəliklərində, hündürotluq meşə çəmənliklərdə, göl və çay sahillərində yayılmışdır. Kökümsov və kökləri toxumları yetişdikdən sonra avqust-sentyabr aylarında toplanılır. Toplanıldıqdan 15-20 il sonra təkrar bərpa prosesi gedir.
Leuzea imatongensis
Ochrocephala (lat. Ochrocephala) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ochrocephala imatongensis (Philipson) Dittrich Sinonim Centaurea imatongensis Philipson Leuzea imatongensis (Philipson) Holub Pleiotaxis buscalioni Chiov.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Paulet adası
Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada. Ada Britaniya ekspedisiyası (1839—1843) zamanı kəşf edilmişdir. Ada vulkandan axan lavanın sayəsində formalaşmışdlr. Geotermal isti adanın böyük qisminin buzdan azad olmasına səbəb olur. Aparılan marfoloji tətqiqatlar onu göstərir ki vulkan 1000 il öncəyə qədər püskürmüşdür. Paulet adası Britaniya ekspedisiyası (1839—1843) zamanı Ceyms Klark Ross tərəfindən Britaniya Kral hərbi-dəniz donanmasının kapitanı Corc Pauletin şərəfinə adlandırılmışdır. 1903-cü ildə Otto Nordenşeldin gəmisi ada yaxınlığıda buzlar arasında dağılaraq batmışdır. Ada BirdLife International beynəlxalq təşkilatı tərəfindən mühüm ornitoloji ərazi kimi qeydə alınmışdır. Burada il ərzində 100000 cüt Adeli pinqvini yumurta qoyaraq bala çıxardır. Üstəlik İmperator balkanı, qar fırtınaquşu və dominikan qağayısı yumurta qoyur.
Vilhelm Mauzer
Vilhelm Mauzer (d. 2 may 1834 – ö. 1882) Vilhelm Mauzer 1834-cü il may 2-də Almaniyanın Vürttemberg Krallığında anadan olub. Onun atası silah zavodunda usta işləyirdi. Mauzer 1867-ci ildə qardaşı Peter Paul ilə birlikdə yeni dizaynda tüfəng və tapança yaradır. Bu qardaşların ilk ən uğurlu işi idi. 1870-ci ildən, onlar fəal şəkildə Avstriya və Prusya zavodlarında kiçik silah istehsalının dizaynını həyata keçirir. Beləliklə, 23 dekabr 1872-ci ildə Peter və Vilhelm öz adları ilə eynilik təşkil edən "Peter və Vilhelm qardaşları" adlı silah firmasını təsis etdilər. Vilhelm Mauzer fəal şəkildə tez-tez Avropa ölkələrinə səyahət edərək öz istehsal etdiyi silahı bu ölkələrin silah zavodlarına təklif edirdi. Sonralar onların istehsal etdiyi silahlardan I və II dünya müharibəsində Almaniya ordusu çox yararlandı.
Laurel Hell
Laurel Hell — amerikalı müğənni Mitskinin altıncı studiya albomu. 4 fevral 2022-ci ildə Dead Oceans tərəfindən buraxılıb. Albomun prodüserliyini Patrik Haylend etmişdir. Albomun mahnıları sinti-pop, indi-pop və elektronik rok janrındadır.
Laze
Laze (fr. Lazer, oks. Lazari) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05073. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 329 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfər arasında (15-64 yaş arasında) 167 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 74,6%) idi. Fəal olan 167 nəfərdən 149 nəfər (83 kişi və 66 qadın), 18 nəfər işsiz (5 kişi və 13 qadın) idi.
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. == Din == Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. == Əsas məşğuliyyətləri == Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. == Mənbə == * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur. Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.