Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lifli vaşinqtoniya
Lifli vaşinqtoniya (lat. Washingtonia filifera) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin vaşinqtoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə ABŞ və Meksikanın cənub ştatlarında tropik ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14–45 sm, yaşıl rəngli, cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5–2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür.
Lifli yukka
Lifli yukka (lat. Yucca filamentosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. === Hazırlanması === Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.
Limli
Limli (Şərqi Azərbaycan) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənd. Limli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd.
Evancelin Lilli
Nikol Evancelin Lilli (ing. Nicole Evangeline Lilly; 3 avqust 1979[…], Fort-Saskaçevan, Alberta) — "Qızıl qlobus" mükafatının sahibi olan Kanada aktrisası. 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətin Fort-Saskaçevan şəhərində anadan olmuşdur. Daha çox "Lost" serialında Keyt Ostin rolunu ifa etdiyinə görə populyarlıq qazanmışdır. Karyera - "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışmışdır.təhsilini maliyyələşdirmək üçün o, telereklamlarda çəkilir və model kimi çalışırdı. Hərçənd özünü heç vaxt model hesab etməmişdir. Model kimi onu Ford model agentliyinin meneceri Kelonva şəhərinin küçələrində görərkən kəşf etmişdir. Lilli agentliklə müqavilə imzalayır və Vankuverə köçür. O, burada dəb nümayişlərində çıxış edir və Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsindəki təhsilini maliyyələşdirir. 2004-cü ildə Lillinin əmək haqqısı hər epizoda görə $80 000 təşkil edirdi.
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. == Ətraf mühitin mühafizəsi == 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Limli (Biləsuvar)
Limli (fars. ليملو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (26 ailə).
Con Lili
Con Lili (1554, Kent qraflığı – 18 noyabr 1606, London) — ingilis bədii nəsrinin və dramaturgiyasının görkəmli nümayəndələrindən və Şekspirin sələflərindən biri olmuşdur. == Həyatı == O, "Universitet"(humanitar biliklər) yazıçıları qrupuna daxil olan "alim" dramaturq idi. == Yaradıcılığı == Con Lilinin yaradıcılığının tədqiqatçısı R.Uorrik Bond onun haqqından yazır: "O, kəskin üslub hissəsinə malik idi, o, ilk dəfə olaraq ingilislərə başa saldı ki, nəsr-sənətdir. O, birinci ingilis romançısı idi". Con Lilinin qəhrəmanları və təsvir etdiyi şərait şərtidir. C.Lili əsasən saray səhnəsi üçün nəzərdə tutulmuş pastoral və mifoloji süjetli komediyalar və romanlar yazmışdır. Onun belə əsərlərindən "Kampaspa", "Safo və Faun", "Endimion", "Midas", "Bombi ana", "Qalateya", "Ayda qadın" kimi dramlarını göstərmək olar. === Əsərləri === "Kampaspa" "Safo və Faun" "Endimion" "Midas" "Bombi ana" "Qalateya" "Ayda qadın" === "Kampaspa"komediyası === Komediyanın mərkəzində İsgəndər obrazı durur. Dünyanın yarısına hökmranlıq edən Makedoniyalı İsgəndər artıq hərbi yürüşləri dayandırmaq, öz sarayına məşhur filosofları toplamaq qərarına gəlir. O, saraya filosofları, o cümlədən, Aristoteli və Platonu dəvət edir.
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. == Alınması == Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. == Xassələri == Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Lili Afşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Kraus
Lili Kraus (3 aprel 1903, Budapeşt – 6 noyabr 1986[…]) — macar əsilli pianoçu. == Həyatı == Lili Kraus 1903-cü ildə Budapeştdə anadan olmuşdur. Atası çex, anası isə macar yəhudi ailəsindən çıxmışdı. Ferens List Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra 17 yaşı olarkən Budapeşt Konservatoriyasına daxil olmuşdu. Burada Zela Koday və Bela Bartok ilə birgə təhsil almışdı. 1930-cu illərdə Vyanada Severin Ayzenberqer, Eduard Ştereyman və Berlində Artur Şnabel ilə öz təhsilini davam etdirərək klassik ənənəyə ola marağını daha da artırdı. Lili Kraus tezliklə Motsart və Bethovenin mədəni irsini araşdıran mütəxəssis kimi tanındı. Krausun ilkin musiqi çıxışları və skripkaçı Simon Qoldberq ilə birgə ifaları ona beynəlxalq karyera qazandıran tənqidi tanınmasına gətirib çıxardı. 1930-cu illərdə Avropaya, Avstraliyaya, Yaponiyaya və Cənubi Afrikaya səfərlər etdi. 1940-cı ildə Kraus Asiya turuna çıxarkən Yavada olduğu zaman ailəsi ilə birlikdə həbs edildi və 1943-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər Yaponiyanın konsentrasiya düşərgəsində saxlanıldı.
Lili Larys
Lili Larys (pol. Helena Maliszewska-Płaczkiewicz, primo voto Osmólska 19 mart 1909, Yalta, Tavriya quberniyası[d] – 24 avqust 1986, Katovitse) — polyak rəqqasə. == Həyatı == O, Krımın Yalta şəhərində polşalı ailəsində anadan olub. Onun valideynləri Andrey Malişevski və Teodozja Rytter idi. 1905-ci ildə Andrey xəstəliyinə görə Varşavadan Krıma getdilər. O, Yaltada kimyaçı idi və orada uğurlu rus-fransız biznesi ilə məşğul olurdu. O, Rusiyada olarkən baletlə məşğul olub. Onların Krımdakı evinə İvan Mosjukinə baş çəkdi və ona tanqo rəqsini öyrətdi. Helena və anası 1922-ci ilin noyabrında Varşavaya qayıtdılar. O, təhsilini Polşada, o cümlədən balet məktəbində davam etdirdi.
Lili Luik
Lili Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Leyla Luikdir. Lili bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Lili Reynhart
Lili Poline Reynhart -1996-cı il 13 sentyabrda anadan olub, Amerikalı aktrisa. == Həyatı == ReynhartOhayo ştatının Klivlend şəhərində anadan olub və yaxınlıqdakı Bay Village şəhərində böyüyüb. 10 yaşından etibarən mahnı oxumaq, aktyorluq etmək və rəqs etməyi özündə inkişaf etdirən Lili anasından onu Nyu-Yorka aparmasını xahiş edir. Reynhart18 yaşında olarkən Los Angeles şəhərinə köçür. Orada öz aktyorluq qabiliyyətini davam etdirir amma 5 aydan sonra Lili bundan imtina edir. == Karyera == Reynhart televiziya serial olan Qanun və Sifariş: Xüsusi Qurbanlar Birliyi seriyalında qonaq qismində rol aldı. Reynharteyni zamanda Lilith (2011), Dalğalanmayan, amma Boğulan (2012), Yayın Kralları (2013), Gibsonburg (2013), Forever's End (2013), Miss Stivens (2016) və Yaxşı Qonşu (2016) filmlərində rol almışdır. Reynhart, Ben Foster və Elle Fanning ilə birlikdə Mélanie Laurent'ın Galveston (2018), və Lorene Scafaria'nın Hustlers (2019) filmində, Cennifer Lopez, Keke Palmer, Cardi B və Constance Wu ilə birlikdə rol aldı. 14 iyun 2019-cu ildə isə Reyinhartın Richard Tanne'nin " Kimyəvi ürəklər" filmində Grace Town rolunu canlandıracağı elan edilib. "Kimyəvi Ürəklər" Amazon Studios tərəfindən efirə çıxacaq və hal-hazırda elan tarixi isə bəlli deyil.
Lili Əfşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Mərcan lili
Qlobigerin lili
Qlobigerin lili - pelagik kalsium-karbonatlı lil Qlobigerin lili - açıq okeanın tropik və mülayim zonasında böyük dərinlikdə (2500-5300 m) çökmüş ağ, sarımtıl, bəzən də çəhrayı rəngdə lildir. Əsasən Globige­rinidae ailəsinə mənsub plankton foraminifer qabıqları və onların qırıntılarından ibarətdir. Çox vaxt termin «foraminiferli çöküntülər» terminin sinonimi kimi daha geniş mənada işlədilir. Bu isə düzgün deyil, çünki sonuncu çöküntülərin tərkibində başqa foraminifer ailələləri (məs.: Globoro­taliidae) üstünlük təşkil edə bilər. Əvvəllər qranulometrik tərkibinə görə qlobigerin lili kimi ayrılan bir çox çöküntülər alevrit və qumlara aiddir Dünya okeanı dibinin 128 milyon km2–i qlobigerin lili ilə örtülüdür. Bunun 48 milyon km2 -i Hind okeanına, 42 milyon km2 -i isə Sakit okeanına düşür. Gil Lil Okean Tropik Plankton Foraminiferlər Foraminiferli çöküntülər Çöküntülər Qranulometrik tərkib diaqramı Alevrit Qum Dünya okeanı Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Radiolyari lili
İsti dənizlərdə yaşayan plankton orqanizmlərindən - radiolyarilərin silisiumlu skeletlərindən əmələ gəlmiş lil radiolyari lili dənizlərin 4– 6 km dərinliyində yayılmışdır. Sakit və Hind okeanlarının dibində təqribən 12 milyon kv km sahə radiolyari lili ilə örtülüdür.
Lili Karter
Lili Karter (15 aprel 1990, Duqlas rayonu[d], Oreqon) — amerikalı model və pornoaktyor. == Karyerası == 2010-cu ildə böyüklər üçün kino sənayesində işə başlayan Karter, o vaxtdan bəri Hustler, Digital Sin, Elegant Angel və Naughty America kimi pornoqrafik film sənayesində böyük istehsal şirkətləri ilə çalışıb. Pornoqrafiya sənayesinə girməzdən əvvəl veb-kamera modeli olan Karter, aktrisa Linda Karterin adını daşıyır. == Şəxsi həyatı == Karter özünü biseksual kimi tanıdır.
Limli (Şərqi Azərbaycan)
Limli (fars. خر‎) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənddir. İndiki durumda 20 ailədən ibarətdir. Limlinin qonşu kəndləri bunlardır: Quzeydən Tumar, Doğudan İdəli, Güney Doğudan Ocaq qışlaq, Güneydən Aşağı Sümüklü, Güney Batıdan Yuxarı Sümüklü və Pecnallı, Batıdan Dəmirçixarabası və Daşbulaq. Limli kəndində Cavanşir soyu daha çox yaşamışdır. Limlinin nüfusu keçən 50 ildə 100 oğuşdan (ailədən) ibarət olmuşdur. Ancaq şəhərlərə köç nəticəsində indi 20 ailədən ibarətdir. Limliyə yaxın kəndlər bunlardır: Tıbılğa, Xəmmət, Təkbulaq, Kolankəndi, Balabəyli, Nəzərəlbulağı, Məstalbəyli, Qızqalası, Məscidli, Şahtəpəsi, İncilli, Onbirbəylər. Limli Biləsuvar və Germiyə yaxındır. Əhalisinin çoxu Parsabada, Ərdəbilə və Tehrana köçmüşdür.
Lili-Rouz Depp
Lily-Rouz Melodi Depp (27 may 1999, Paris, Fransa) — valideynlərinin Conni Depp və Vanessa Paradis olduğu Fransız-Amerikalı aktrisa və modeldir. Depp aktrisalıq karyerasına Tusk (2014) filmindəki kiçik bir rolla başladı və Aysedora Dunkan, Planetarium (2016) və Kral (2019) rollarını oynadığı Rəqqasə (2016) dövri dramlarında ulduz kimi parladı. Göstərilən qaydada, Depp Rəqqasə və Sadiq bir insan (2018) filmindəki çıxışlarına görə iki "Ən ümidverici aktrisaya görə Sezar Mükafatı"-na layiq görülüb. O, Mənim Son Lullabim (2019) filmindəki ifasına görə 4-cü Los Angeles Film Təltifedilməsində Ən Yaxşı Aktrisa mükafatını qazandı. == Erkən həyatı == Lili-Rouz Melodi Depp 27 May 1999-cu ildə Parisin qərbindəki Neuilly-sur-Seine şəhərində anadan olmuşdur. O, Amerikalı aktyor, prodüser və musiqiçi Conni Depp və Fransız müğənni, aktrisa və model Vanessa Paradinin qızıdır. Deppin Conn "Cek" Xristofer Depp III adlı kiçik bir qardaşı var. Fransız aktrisası Alysson Paradis onun xalasıdır. Depp eyni zamanda müstəmləkə azadlığı mübarizəçisi Elizabeth Key Grinsteadin nəslindəndir. 2012-ci ildə 14 il birlikdə olduqdan sonra Deppin valideynləri ayrıldılar və Deppin birgə qəyyumluğunu təşkil etmək üçün vaxtlarının qalan hissəsini Los Angeles və Paris arasında keçirdilər.
Qalacıq-i Əlifli (Miyanə)
Qalacıq-i Əlifli (fars. قلعه جوق الفلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə əhalisi yoxdur.
Çarlinin böyük şüşə lifti (roman)
Çarlinin böyük şüşə lifti — İngilis yazar Roald Dahl tərəfindən 1972-ci ildə yazılan uşaq romanıdır. "Çarli və şokalad fabriki" adlı kitabın davamıdır. Hekayə şokoladçı Willy Wonka'nın böyük şüşə liftində Charlie Bucket'ın sərgüzəştlərindən bəhs edir. Kitab ilk dəfə 1972-ci ildə Alfred A.Knopf tərəfindən ABŞ-da və 1973-cü ildə George Allen & Unwin tərəfindən İngiltərədə nəşr edilmişdir. Əvvəlki kitabdan fərqli olaraq, bu kitabın heç bir filmə uyğunlaşdırılması həyata keçirilməyib. R.Dahl üçüncü kitab yazmağı düşünür, lakin onu bitirə bilmədi. Charlie fabrik sahibi Willy Wonka tərəfindən mükafatalandırıldığı üçün böyük ailəsi ilə birlikdə böyük şüşə liftə minərək səyahətə çıxırlar. W.Wonka lifti kifayət qədər yüksəkliyə gətirməyə cəhd edərkən, o, təsadüfən kosmosa çıxır və macəralarla dolu səyahət onları gözləyir. Willy Wonka Charlie Bucket Joe (baba) Josephine (nənə) Georgina(nənə) George(baba) Mr. Bucket Miss.
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Leyli
Leyli — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastanların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Leyli həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada soprano səs olan Leyli rolunun ilk ifaçısı Əbdürrəhman Fərəcov olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktrisa Kima Məmmədova, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Gülnarə Sayalıyeva canlandırmışlar. == Nizaminin "Leyli və Məcnun"unda == Nizami Leyli obrazında gözəlliyə məhəbbəti tərənnüm etmişdir. Bu gözəlliyin məzmuu və mündəricəsi olduqca genişdir. O, şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir. Nizami əsərdə Leylini canlı sənət nümunəsi kimi təsvir edir: Nizaminin təsvirinə görə Leylinin saçından bənövşə qıvrım verərdi.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin. Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır.
Liəzi
Liəzi — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Qıfıl
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
LIFFT
Avrasiya Ədəbiyyat Festivalı "LIFFT" və Ümumrusiya Ədəbiyyat Festivalı "LIFFT" hər il keçirilir. Festivalda Avrasiya ölkələrindən və Rusiyadan yazıçılar iştirak edir. İlk festival 2016-cı ilin may ayında "LIFFT" Ümumrusiya Ədəbiyyat Festivalı kimi keçirildi. == Festivalın təşkilatçısı == Festivalın sədri — "LİFFT" layihəsinin baş direktoru, Avrasiya Xalqlar Assambleyası Yazıçılar və Oxucular Ədəbi Şurasının sədri, "SPİÇ" Yazıçılar və Oxucular Birliyinin sədri, Assambleyanın mədəniyyət üzrə sədr müavini, Ümumrusiya və regional "LIFFT" jurnallarının baş redaktoru, beynəlxalq PEN Mərkəzinin üzvü, şair və filosof Marqarita Al. == Festivalın məqsəd və vəzifələri == Rusiya və Avrasiyanın festival hərəkatını birləşməsi. Avrasiya yazıçıları və oxucuları arasında yaradıcılıq və dostluq əlaqələrinin gücləndirilməsi. Vahid Avrasiya ədəbi məkanının yaradılması. Ədəbi forumların təşkilində təcrübə mübadiləsi. Vahid rusdilli ədəbi məkanın yaradılması. Geniş ictimaiyyətin və oxucuların mədəni həyatda iştirakına, mütaliənin və ədəbi yaradıcılığın təbliğinə cəlb edilməsi.