Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liliqr
Liliqr (ing. Liliger; "Lion"-şir və "liger"-liqr) — yeni nəsil pişiklər fəslindən hibrid yırtıcı heyvan. Liliqr erkək şir və dişi liqr arasında hibriddir. Liliqrlar liqrların özləri kimi təbiətd görünmürlər. İlk dəfə dişi liliqrın anadan olması 2012-ci ildə Novosibirsk zooparkında qeydə alınmışdır. Liliqra Kiara adını verdilər. 2013-cü ildə elə həmin zooparkda daha üç dişi liliqrın anadan olması qeydə alındı. 2017-ci ildə isə ilk dəfə erkək liliqrın anadan olması qeydə alındı. 2019-cu ilin oktyabrında Rusiyada Primorsk safari parkında erkək liliqr aşkarlandı. Adına Blaq qoydular.
Şalimar bağları
Şalimar bağları — Pakistanın Lahor şəhərində yerləşən Moğol bağları kompleksi. 1641-ci ildə tikinti işlərinə başlanılmış növbəti ildə isə tamamlanmışdır. Layihənin idarə olunması Şahcahan sarayının əyanı, Əlimərdan Xan və Molla Alaul Maulk Tuni ilə əməkdaşlıq edən Xəlilullah xanın nəzarəti altında həyata keçirilib. Şalimar sözünün mənası sirli olaraq qalır, ancaq güman ki, Anna Suvorovanın "Lahoru sevmək: şərq şəhərinin topofiliyası" kitabında irəli sürdüyü kimi söz Ərəb və ya Fars mənşəli ola bilər. Şalimar bağları Lahor şəhərinin əsas hissəsindən təxminən 5 km şimal – şərqdə olan böyük magistral yol boyu Baqbanpura yaxınlığında yerləşir. Şalimar bağlarının yaradılması üçün ilham mənbəyi olan əsasən beş coğrafi məkan var: Mərkəzi Asiya , Kəşmir, Pəncab, İran və Dehli sultanlığı. Şalimar bağlarının yeri Arain qəbiləsindən olan Mian ailəsinə məxsusdur. Ailəyə imperiyadakı xidmətlərinə görə Moğol imperatoru tərəfindən Mian kral titulu verilib. Mian ailəsinin başçısı Məhəmməd Yusif təzyiqlərdən sonra imperator Şahcahana yaxşı vəziyyəti və torpağı olan İshaq Puranı verib. Şahcahan isə bunun əvəzində Şalimar bağlarını ailənin idarəsinə verib.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Lilita Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Liliya Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Liliya Qumerova
Liliya Qumerova (başq. Ғүмәрова Лилиә Салауат ҡыҙы 16 dekabr 1972, Uçalı, Başqırd MSSR) — Rusiya dövlət və ictimai xadimi. Pedaqoji elmlər namizədi. Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Federasiya Şurasının üzvü (2014-cü ildən), Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət komitəsinin sədri (2019-cu ildən). Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri (2015-ci ildən). == Bioqrafiyası == Liliya Qumerova 16 dekabr 1972-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Uçalı rayonunun Uçalı şəhərində anadan olmuşdur. 1994-cü ildə Başqırd Dövlət Pedaqoji Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirir. 1994-cü ildən Başqırdıstan Respublikası Uçalı şəhərindəki 10 nömrəli orta məktəbdə müəllim-psixoloq, psixologiya müəllimi işləmişdir. 2001-ci ildən Uçalı Rayon İdarəsində I Kateqoriyalı mütəxəssis vəzifəsini tutur və daha sonra Sosial İşlər Rəhbərinin müavini təyin edilir. 2005-ci ildə Başqırdıstan Respublikasının Prezidenti yanında Başqırdıstan Dövlət İdarəetmə Akademiyasını hüquq ixtisasını üzrə bitirir.
Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009) == Həyatı == Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir. == Mükafatları == Teşekkür belgesi.
Liliya Serquyeva
Liliya Serquyeva (d. 19 iyun 1972) — Azərbaycanı təmsil edən voleybolçu. Liliya Serquyeva, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Liliya Serquyeva, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İngilis yazıçısı, tərcüməçisi, bəstəkarı, görkəmli ingilis alimi və riyaziyyat professoru Corc Bulinin qızı, Vilfred Voyniçin həyat yoldaşı. Veneradakı Voyniç krateri onun şərəfinə adlandırılmışdır. == Həyatı və fəaliyyəti == Atası Corc Bula onun doğulmasından 6 ay sonra vəfat etdiyi üçün Etel onu heç tanımırdı. Anası Meri Everest yunan dili professorun qızı idi. Meri istedadlı riyaziyyatçı idi. Himalay dağlarının ən hündür zirvəsi Everest dağı (Comolunqma) Merinin əmisi Corc Everestin adını daşıyır. Ana beş qızı yoxsulluq içində böyüdüb. Buna görə də, ən kiçiyi Etel səkkiz yaşına çatanda onu mərhum ərinin mədəndə kvartal ustası işləyən qardaşının yanına apardı. O, çox dindar və sərt bir insan idi.
Hilmar Örn Hilmarsson
Hilmar Örn Hilmarsson — İslandiyalı musiqiçi, incəsənət və din xadimi. Asatru Assosiasiyasının baş rahibi. Bir çox musiqi qrupu ilə işləmişdir. Elektronik musiqinin öncülərindəndir. == İlk illəri == 1958-ci ildə Reykyavikdə doğulmuşdur. 1972-ci ildə gitarist İohannes Helqason, bassist Birgir Ottoson və müğənni Qudmundur Eyjolfsson ilə Fatima qrupunda iştirak etmiş, zərb alətləri ifa etmişdir. Siqtriqqur Baldursson və Elin Reynisdottirin də bu qrupa qoşulmasından sonra qrup Frostrosir adını almışdır. Qrup daha sonra adını yenə dəyişərək Þeyr kimi tanınmağa başlamışdı. Hilmar çıxdıqdan sonra qrup da dağılmışdı. == Karierası == 1984-cü ildə Byork ilə birlikdə The Elgar Sisters qrupunda iştirak etmiş, bəzi mahnılar yazmışdır.